Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9139/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X3 və X13) “ünvandan qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (3-cü şəxslər: X3 və X13) “ünvandan qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək AMEA-nın yataqxanasının yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanına yaşayış yeri üzrə daimi qeydiyyata alınmış X1 və X7 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxanadan qeydiyyatından çıxarılması öhdəliyini Bakı şəhəri, Yasamal Rayonu polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi vəzifəsində 01 may 2014-cü il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş X3 25 noyabr 2002-ci il tarixdə, 62 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 83 A nömrəli otaqla, ünvan 2 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsində baş elmi işçi vəzifəsində 01 may 2013-cü il tarixə qədər çalışmış, AMEA-nın əməkdaşı olmuş X13 xx.xx.2004-cü il tarixdə, 09 nömrəli orderlə sözüedən yataqxanada yaşayış sahəsi kimi 83B nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdırlar. X1 Əmək müqaviləsinə 01 may 2014-cü il tarixində, AMEA İnformasiya Texnologiyaları İnstitunun direktorunun 01 may 2014-cü il tarixli 74 N° nömrəli əmri ilə, X7 Əmək müqaviləsinə xx.xx.2013-cü il tarixdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktorunun xx.xx.2013-cü ol tarixli 85 nömrəli əmri ilə Mülki-hüquqi müqaviləsinin başa çatması ilə əlaqədar işdən azad edilmişlər. Bununla belə, vaxtilə AMEA-nın yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin hazırda AMEA-da işləməyən X3 2016-ci ildən qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində, ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın 2-ci mərtəbəsində yerləşən, 83 A saylı və 83 B otaqlarında yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il və 18 mart 2022ci il tarixli aktlarla müəyyən olunmuşdur ki, X3 və X7 həmin 83 A və 83 B nömrəli otaqda 2016-cı ildən yaşamırlar, onların yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X14, həmin yataqxananın elektriki X8, fəhlə vəsifəsində çalışan X10, santexnik X15, xadimə X4 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, X3 vaxtilə yataqxanada məskunlaşsa da lakin qeyd edilən otaqda uzun müddətdir yaşamır. 18 mart 2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X14, həmin yataqxananın elektriki X8, fəhlə vəsifəsində çalışan X10, santexnik X15, xadimə X4 tərəflərindən tərtib olunan aktla AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin tabeliyindəki Yataqxanada yoxlama zamanı X1 istifadəsinə verilmiş 83 A nömrəli otaqda AMEA əməkdaşı olmayan eyni zamanda həmin otağın sakini ilə heç bir qohumluq əlaqəsi olmayan şəxslərin yaşaması müəyyənləşdirilmişdir. 83 A nömrəli otağı bağlı saxlamaqda davam edən X3 hal-hazırda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda işləmir və sözügedən 83 A nömrəli otaqda yaşamır, lakin qeydiyyatda qalmaqda davam edir. Sözügedən 83 A nömrəli otağın X3 tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Nümayəndə tərəfindən 08 aprel 2022ci il tarixində Bakı şəhəri, Yasamal rayon Polis idarəsinə 08-69-/2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri, Yasamal Rayon polis idarəsi tərəfindən cavab olaraq, 14 aprel 2022- ci il tarixli 091-22994-1222 nömrəli AMEA-ya 25 aprel 2022-ci ildə daxil olmuş məktubla AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə bildirilmişdir ki, X1 ünvan 6 ünvanında yerləşən AMEA-nın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Hal-hazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən X1 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan Yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9139/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9140/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icratında olan 2-1(112)-9140/2022 saylı (İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X13) “qeydiyyatdan çıxarılma” tələbinə dair) və 2-1(112)-9139/2022 saylı (İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X3) “qeydiyyatdan çıxarılma” tələbinə dair) inzibati işlər birləşdirilmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək X1 ünvan 7 ünvanından və X7 ünvan 8 ünvanından qeydiyyatdan çıxarılmasını və iş üzrə iddiaçı tərəf kimi İddiaçı başa düşülməsini məhkəmədən xahiş etmiş, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(112)- 9139/2022 nömrəli qərardad ilə iddaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İcraatda olan hər iki iş üzrə tərəflər (iddiaçı və cabadeh), iddianın predmeti və əsasları üst-üstə düşür və işdə iştirak edən şəxslərin təkrarlandığı hər iki iş üzrə tələb eyni ünvanda yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılma ilə bağlı olmuşdur. Məhkəmə araşdırılması ilə müəyyən edilir ki, qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxslər rəsmi ər-arvad olaraq, mübahisəli ünvanda faktiki olaraq birlikdə yaşayırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxslər iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- Cavabdehin müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubu: - Azərbaycan Respublikası İnformasiya Texnologiyaları İnstitutunun xx.xx.2014-cü il tarixli 74 saylı Əmrinin surəti; (Mülki-hüquqi müqavilə ilə işləyən aşağıda adları göstərilən əməkdaşlar tərəfindən görülən işlərin başa çatması ilə əlaqədar olaraq, xx.xx.2014-cü il tarixindən müqavilələrinə xitam verilməsi barədə) - İddiaçı Şərifzadə küçəsi - 12 ünvanda yerləşən yataqxanasına məskunlaşma barədə (xx.xx.2002-ci il tarixli 04 saylı prokolu əsasında verilmiş) xx.xx.2022-ci il tarixli 62 nömrəli order; - ünvan 6 ünvanda yerləşən AMEA-nın yataqxanasında vaxtilə AMEA əməkdaşı kimi yaşayış sahələri ilə təmin olunmuş və yaşayış yeri üzrə daimi qeydiyyata alınmış, lakin uzun müddətdir Yataqxanada yaşamayan hazırda AMEA-da işləməyən şəxslər barədə MƏLUMAT – (12 nəfər-12 otaq) - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Azad Həmkarlar İttifaqı, yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli iclas protokolundan” Çıxarış; - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Şərifzadə küşəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşması barədə xx.xx.2022-cil tarixli 62 saylı order; - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Şərifzadə küşəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşması barədə xx.xx.2004-cü il tarixli 09 saylı order; - İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Azad Həmkarlar İttifaqı, yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli iclas protokolundan” Çıxarış;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdeh orqan tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsasız olduğundan təmin edilməməlidir. İddiaçı üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmiş, mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Azad Həmkarlar İttifaqı, yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli iclas protokolundan” Çıxarışdan görünür ki, İddiaçı Dərin Neft X12 İnstutunun elmi işçi X2 3 nəfər ailə tərkibi ilə birlikdə AMEA 2 № yataqxanasına daimi qeydiyyata götürülmüşdür. İş materiallarında olan İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Şərifzadə küşəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşması barədə İddiaçı Dərin Neft X12 İnstutunun elmi işçi X2 3 nəfər ailə tərkibi ilə birlikdə 22,5 kv.m yaşayış sahəsi olan ünvan 10 ünvanındakı mənzilə dair 62 nömrəli xx.xx.2002-ci il tarixli Order verilmişdir. İş materiallarında olan İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Şərifzadə küşəsi 12 ünvanda yerləşən yataqxanasına məskunlaşması barədə İddiaçı mineral kompleks emalı üzrə təcrübə istehsalatı XKTB X13 1 nəfər ailə tərkibi ilə birlikdə 22,5 kv.m yaşayış sahəsi olan ünvan 11 ünvanındakı mənzilə dair 09 nömrəli xx.xx.2004cü il-ci il tarixli Order verilmişdir. İş materiallarında olan İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş “İddiaçı Azad Həmkarlar İttifaqı, yataqxana və mənzil komissiyasının xx.xx.2004-ci il tarixli iclas protokolundan” Çıxarışdan görünür ki, İddiaçı mineral kompleks emalı üzrə təcrübə istehsalatlı XKTB, X13 AMEA 2 № yataqxanasına daimi qeydiyyata götürülmüşdür. İş materiallarında olan ünvan 6 ünvanda yerləşən AMEA-nın yataqxanasında vaxtilə AMEA əməkdaşı kimi yaşayış sahələri ilə təmin olunmuş və yaşayış yeri üzrə daimi qeydiyyata alınmış, lakin uzun müddətdir yataqxanada yaşamayan hazırda AMEA-da işləməyən şəxslər barədə Məlumatında qeyd edilmişdir ki, X3 83a ünvanında olan otağında, X13 83b ünvanında olan otağında beş ildən çoxdur yaşamırlar. İş materiallarında olan, ünvan 12 ünvanında yerləşən Aspirantlar yataqxanasının sakinləri tərəfindən hazırkı iş üzrə üçüncü şəxslərin 1994-cü ildən bu günə kimi həmin yataqxanada yaşadıqlarını təsdiq edən xx.xx.2022-ci il tarixdə dair Akt tərtib etmişlər. (həmin akı 23 nəfər yataqxana sakini tərəfindən imza edilmişdir) Belə ki, iş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, qeyd edilən ünvanda yerləşən mənzillərə dair (**********A083B və **********A083A abunə kodu olan) elektrik enerjisi və telefon rabitə xidmətlərindən istifadə olunmasına dair kommunal xidmət haqları da üçüncü şəxslər tərəfindən ödənilir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı müəssisənin balansında olan (ünvan 13 ünvanında yerləşən Aspirantlar üçün yataqxana binası) yaşayış binasında yerləşən 83A və 83B nömrəli mənzillərə üçüncü şəxslər daimi qeydiyyata alınmışdır. Üçüncü şəxslərin qeyd edilən ünvanda yaşadıqları iş materiallarında olan sənədlərlə də öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçı müəssisə tərəfindən üçüncü şəxslərin həmin ünvanda yaşamadığına dair xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktı imzalamış şəxslər (iddiaçı müəssisənin işçiləri) üçüncü şəxslərin orda yaşamadıqlarını bildirsələr də, həmin şəxslər məhkəmə iclasına şahid qismində dəvət olunmuş, məhkəmə iclasında dindirilərkən verdiyi ifadələrində üçüncü şəxslərin həmin vaxt ünvanda olmadıqları üçün orada yaşamadıqlarını müvafiq aktda qeyd etdiklərini və hal-hazırda da həmin ünvanda yaşadıqlarını bildirmişlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin normalarına əsasən məhz şəxs yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını ehtiva edir. Beləliklə, məhkəmə qeyd edir ki, hər iki mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması müvafiq qanunvericiliyə əsasən mümkün deyil. Belə ki, müvafiq ünvana 3-cü şəxslər yaşayış yeri üzrə qeydiyyata alındığından və həmin ünvanda hal-hazırda yaşadığından və onlar yaşayış yerlərini dəyişdirmədiyindən, buna dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən qeyd edilən ünvan üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin : - 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 58.2-ci maddəsinə əsasən Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 62.3-cü maddəsinə əsasən şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. - 62.4-cü maddəsinə əsasən şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. - 194.1-cü maddəsinə əsasən sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanına yaşayış yeri üzrə daimi qeydiyyata alınmış X1 və X7 AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin tabeliyində olan yataqxananın qeyddiyatından çıxarılmasına dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev