Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9143/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmağı” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1-ci dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iş üzrə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Xətai rayon İcra Hakimiyyəti tələbin təmin edilməsindən imtina edərək bildirmişdir ki, mənzil növbəsinə alınmağa süni maneələr yaradılmışdır. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə biləcəyini qeyd etməklə baxıla biləcəyini bildirmişdir. İddiaçı isə hesab edir ki, cavabdeh Xətai rayon İcra Hakimiyyətinin hərəkətsizliyi onun hüquqlarını pozur.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, araşdırma zamanı vətəndaş X10 məxsus şəxsi mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 15 saylı evin, yaşayış sahəsi 38,6 kv.m olan mənzilə xx.xx.2023-cü il tarixdə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri Hə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Qeyd edilənlə əlaqədar iddiaçının xahişinin təmin edilməsi imkanımız xaricindədir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində gözdən əlil kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2023-cü il tarixdən Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsində yerləşən vətəndaş X10 məxsus yaşayış sahəsi 38.6 kv.m olan 15 nömrəli evin, 18 saylı mənzilinə daimi qeydiyyata alınaraq mənzil şəraitini süni şəkildə pisləşdirdiyi müəyyən edilmişdir. Məlumat üçün iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər və bu səbəbdən vət.İddiaçı xahişinin təmin edilməsinin imkan xaricində olduğu nəzərinə çatdırılmışdır. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 haqqında Arayışa əsasən qlaukoma, OD-A/B 3b psevdeoksfoliativ qlaukoma. OS-A/B 4c psevdoeksfoliativ qlaukumo. Binokulyar korluq, OU korluq., OU Fəsadlı katarakta. VİS ODəl hərəkəti. VİS OS=0 (sıfır) diaqnozu ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.
6. 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda qeyd olunmuşdur ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemini “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə gözdən əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqüdünü alır.
7. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
8. Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır.
9. Oğuz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1958-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Oğuz RİHB-nın Xaçmaz İƏD üzrə nümayəndəliyində daimi qeydiyyatda olmuşdur. xx.xx.2023-cü il tarixdən Bakı şəhəri Xətai rayonunda daimi qeydiyyata düşmüşdür və həmin ünvanda yaşayır.
10. Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Arayışa əsasən İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
11. 5 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş Arayışa əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: Şəxs – İddiaçı (xx.xx.1953) Qızı – X5 (xx.xx.1978) Qızı – X15 (xx.xx.1979) Oğlu – X17 (xx.xx.1980) Oğlu – X11 (xx.xx.1982) Qızı – X16 (xx.xx.1985) (vəfat edib) Oğlu – X12 (xx.xx.1991)
12. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü), X17 (xx.xx.1980-ci il təvəllüdlü), X18 (xx.xx.1990-cı il təvəllüdlü), X4 (xx.xx.2007-ci il təvəllüdlü), X1 (xx.xx.2008-ci il təvəllüdlü), X6 (xx.xx.2016cı il təvəllüdlü) və X2 (xx.xx.2016-cı il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır.
13. 75 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 465 nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı (özü - xx.xx.1953-cü il təvəllüdlü), X17 (oğlu xx.xx.1980-ci il təvəllüdlü), X18 (gəlini - xx.xx.1990-cı il təvəllüdlü), X4 (nəvəsi xx.xx.2007-ci il təvəllüdlü), X1 (nəvəsi - xx.xx.2008-ci il təvəllüdlü), X6 (nəvəsi xx.xx.2016-cı il təvəllüdlü) və X2 (nəvəsi - xx.xx.2016-cı il təvəllüdlü) ünvan 4 ünvanında qeydiyyatdadır.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən mənzilə (sahəsi 68.10 kv.m) dair xüsusi mülkiyyət hüququ (tam) X7 adına xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən X3 adına Oğuz rayonu, Baş Daşağıl kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. X7 adına ünvan 5; Oğuz rayonu, Xaçmaz kəndində mülkiyyətində olan 0,55 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi; 1,55 ha və 1,7945 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, uzun müddət Oğuz rayonu, Xaçmaz kəndindəki fərdi yaşayış evində yaşasa da, hazırda Bakıya köçmüşdür və daimi yaşayış yeri olaraq böyük oğlu X7 xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında yaşayır. X10 məxsus mənzil 3 otaqlı olmaqla sahəsi 68,10 km təşkil edir və həmin mənzildə 7 nəfər yaşayır (iddiaçı, oğlu, gəlini və 4 nəvəsi). Oğuz rayonu, Xaçmaz kəndindəki fərdi yaşayış evində yaşayış üçün əlverişli şərait yoxdur, belə ki, sanitar qovşaq evdən təxmini 100-200 metr uzaqdadır, iddiaçı isə yaşlı və gözdən əlil olduğundan daimi qulluğa ehtiyacı var. Bu hallar isə iddiaçı üçün Oğuz rayonu, Xaçmaz kəndindəki fərdi yaşayış evində tək yaşamağı mümkünsüz edir. İddiaçı eyni zamanda bildirdi ki, Bakı şəhərində poliklinikalara yaxınlaşdıqda qeydiyyatı Oğuz rayonu olduğundan onu qəbul etmirdilər və məhz bu səbəbdən qeydiyyat yerini ünvan 5 ünvanına dəyişdirmişdir.
II. İddianın növü və mümkünlüyü
17. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 haqqında Arayışa əsasən İddiaçı qlaukoma, OD-A/B 3b psevdeoksfoliativ qlaukoma. OS-A/B 4c psevdoeksfoliativ qlaukumo. Binokulyar korluq, OU korluq., OU Fəsadlı katarakta. VİS OD-əl hərəkəti. VİS OS=0 (sıfır) diaqnozu ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə xx.xx.2019-cu il tarixdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
27. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Məhkəmə iş materiallarını araşdıraraq ilkin olaraq müəyyən edir: - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. - Xətai Rayon Xətai Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. - Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli Arayışa əsasən İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023 tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
29. Cavabdeh orqan imtinanın və etirazın əsası olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə X10 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 15 saylı evin, yaşayış sahəsi 38,6 kv.m olan mənzilə xx.xx.2023-cü il tarixdə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirmişdir.
30. Bakı Şəhər Xalq Deputatları Sovetinin 08 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, ən azı son 7 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi qeydiyyatda olsunlar. Yaşayış müddəti Bakı şəhərində qeydiyyatın olması ilə müəyyən edilir. İddiaçının adına mülkiyyət hüququ əsasında torpaq sahəsi olmasına və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 ili tamam olmadığına görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır.
31. Məhkəmə bununla bağlı qeyd edir ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).
32. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi).
33. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
34. Məhkəmə qeyd edir ki, müvafiq normanın (Mənzil Məcələssinin 52-ci maddəsinin) hazrki mübahisəyə tətbiq edilməsi üçün iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etməsi üçün həyata keçirdiyi niyyətli hərəkəti olmalıdır. Belə ki, qanunvericiliyin məzmunundan görünür ki, şəxs məhz yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnun əldə edilməsi üçün niyyətli (qəsdən həyata keçirilmiş) hərəkətə yol verdiyi təqdirdə həmin andan etibarən 5 il ərzində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma hüququnu itirir.
35. Məhkəmə qeyd olunan halı araşdırarkən müəyyən edir ki, 5 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş Arayışa əsasən X17 (xx.xx.1980-ci il təvəllüdlü) İddiaçı ailə üzvüdür (oğludur) və Daşınmaz Əmlakın Dövlət Kadatsrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 adına 1) Oğuz rayonu, Xaçmaz kəndində mülkiyyətində olan 0,55 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi; 1,55 ha və 1,7945 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri; 2) ünvan 5 qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.
36. Məhkəmə nəzərə alır ki, iddiaçı məhkəmə iclasında iştirak edərkən Oğuz rayonu, Xaçmaz kəndində oğlu X10 məxsus fərdi yaşayış evinin mövcudluğunu təsdiqləmiş və bildirmişdir ki, uzun müddət Oğuz rayonu, Xaçmaz kəndindəki fərdi yaşayış evindən yaşamışdır. Lakin hazırda Oğuz rayonu, Xaçmaz kəndindəki fərdi yaşayış evində yaşayış üçün əlverişli şərait yoxdur, sanitar qovşaq evdən təxmini 100-200 metr uzaqdadır, iddiaçı isə yaşlı və gözdən əlil olduğundan daimi qulluğa ehtiyacı var. Məhz bu səbəbdən Oğuz rayonu, Xaçmaz kəndindəki fərdi yaşayış evində tək yaşamağı mümkün olmamış və oğlu X10 məxsus ünvan 5 ünvanında yaşamağa başlamışdır. Lakin iddiaçı Bakıda yaşadığı halda qeydiyyat ünvanı Oğuz rayonu olduğundan poliklinikaya yaxınlaşdıqda onu qəbul etmədikləri üçün ünvan 5 ünvanına qeydiyyata düşmüşdür.
37. İddiaçının (fərdi vəziyyəti nəzərə alınaraq) qeyd edilən dəlilləri inandırıcılıq və ağlabatanlıq keyfiyyətinə malikdir.
38. Məhkəmə eyni zamanda nəzərə alır ki, X10 (iddiaçının oğluna) məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, ev 15 ünvanında yerləşən 18 saylı mənzil 3 otaqlı olmaqla sahəsi 68,10 km təşkil edir və həmin mənzildə hazırda 7 nəfər yaşayır (iddiaçı, iddiaçının oğlu, iddiaçının gəlini və iddiaçının 4 nəvəsi).
39. Mənzil Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilməsi məqsədləri üçün uçot norması müəyyən edilməmiş, lakin “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadrat metr müəyyən edilmişdir.
40. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, məhkəmə iddiaçının mənzil şəraitini süni surətdə pisləşdirməsi halını müəyyən etmir və iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotundan imtinanın onun fərdi vəziyyətinə uyğun olmayan hal kimi qiymətləndirir.
41. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
42. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
43. Məhkəmə nəzərə alır ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Odur ki, iddiaçının fərdi vəziyyəti nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün qanuni gözləntisi var və hazırda uçot normasının olmaması onun yaşayış sahəsinə ehtiyacı olmayan şəxs hesab edilməsi üçün əsas ola bilməz, eləcə də iddiaçının mənzil şəraitini süni surətdə pisləşdirilməsinə yol verdiyi müəyyən olunmur. Odur ki, cavabdeh qurumun imtinası nəticəsində tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsəd arasındakı ağlabatan mütənasiblik pozulmuşdur.
44. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
45. Məhkəmə eyni zamanda müəyyən edir ki, gözdən əlil olan şəxslər dövlətin xüsusi himayəsindədir və mütəmadi olaraq qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil təminatı ilə bağlı tədbirlər görülməkdədir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Odur ki, qanunvericilikdə imtiyazlı əsaslarla yaşayış sahəsinə ehtiyacı qismində uçota alınma nəzərdə tutulmasa da, iddiaçının məhz gözdən əlil olmasının uçot məlumatlarında qeyd edilməsi gələcəkdə həmin kateqoriyadan olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə qəbul edilən dövlət proqramlarının icrası zamanı nəzərə alınmasını təmin etmiş olacaqdır. Odur ki, iddia tələbinin iddiaçının “gözdən əlil kimi” uçotunun təmin edilməsi iddiaçının imtiyazlı əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması kimi (belə əsaslar qanunvericilikdə müəyyən edilmədiyindən) başa düşülməməlidir. Tələbin qeyd edilən şəkildə təmin edilməsi hər hansı imtiyaz müəyyən etməməklə uçotun sistemləşdirilməsi məqsədinə xidmət edir.
46. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
47. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
48. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva