Məhkəmə qərarları › İş №2-1(112)-915/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-915/2022

16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-915/2022 16.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Bakı şəhər icra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi 28.11.2006-cı il tarixli, 000925 saylı “dövlət əmlakının hüquqi və fiziki şəxsə satılmasına dair” şəhadətnaməsinin və 13.03.2007-ci il tarixli, 000312 saylı “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin etibarsız hesab edilmsəi nəticəsində İddiaçı MTK-ya dəymiş 14438 000 (on dörd milyon dörd yüz otuz səkkiz min) manat maddi ziyanın, o cümlədən 24 225 000 (iyirmi dörd milyon iki yüz iyirmi beş min) manat məbləğində əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28.11.2003cü il tarixli, 515 nömrəli sərəncamı ilə 0.16 ha torpaq sahəsi “İncəsənət" MTK-nın istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi 13.03.3007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən İddiaçı MTK tərəfindən özəlləşdirilmişdir. Daha sonra “İncəsənət" MTK ərazidə tikinti işləri aparmaq üçün 16.11.2007-ci il tarixli, 3705 saylı icazə, eləcə də, digər zəruri sənədləri almış və tikinti işlərini başlayaraq 2 mərtəbə zirzəmi və 3 mərtəbə qeyri-yaşayış və yaşayış sahəsini inşa etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamın etibarsız hesab edilməsi tələbi ilə Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs “İncəsənət" MTK-ya qarşı məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2016-cı il tarixli, 2-1(81)-416/2016 nömrəli qərarı ilə qeyd edilən sərəncam etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.07.2017-ci il tarixli, 2-1(103)- 1178/2017 saylı qərarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2-1(81)-326/2019 nömrəli qətnaməsi ilə 13.03.2007-ci il tarixli, 00312 saylı şəhadətnamə, 22.12.2006-cı il tarixli, 993 saylı və 01.03.2007-ci il tarixli, 42 saylı müqavilələr, eləcə də, 28.12.2006-cı il tarixli, 000925 saylı şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 31.07.2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 31.07.2019-cu il tarixli, 2-2(102)-507/2019 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamı Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsassız iddiaları səbəbindən etibarsız hesab edilmiş, bununla da, 0.16 ha torpaq sahəsində inşa etdikləri binanın tikintisi məcburi olaraq dayandırılmışdır. Bildirmək istəyir ki, mübahisəli torpaq sahəsi tam qanuni şəkildə Bakı şəhər İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamına əsasən tərəflərindən icarəyə götürülmüşdür. Qeyd edilən sərəncamda ərazidə yerləşən tikililərin sökülməsi və yerində bina inşa edilməsi nəzərdə tutulmuşdur. Torpaq sahəsi ‘‘İncəsənət” MTK-nın adına özəlləşdirilmiş və hüquqları Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi 13.03.2007-ci il tarixli, 000312 saylı şəhadətnaməyə əsasən rəsmiləşdirilmişdir. Eyni zamanda 22.12.2006-cı il tarixli, 993 saylı və 01.03.2007-ci il tarixli, 42 saylı müqavilələr bağlanmış, 28.12.2006-cı il tarixli, 000925 saylı şəhadətnaməyə əsasən ərazidə yerləşən 337.1 kv.m ibarət qeyri-yaşayış sahəsi dəyəri ödənilməklə tərəflərindən satın alınmışdır. Qeyd edilən səlahiyyətli orqanın sərəncamın qanuniliyinə və əsaslılığına güvənərək, onlar ərazinin özəlləşdirilməsini həyata keçirmiş və 2 mərtəbə zirzəmidən və 3 mərtəbə yaşayış və qeyri-yaşayış sahəsindən ibarət olmaqla tikinti işləri aparmışlar. Lakin, görünən budur ki, artıq yuxarıda adları qeyd edilən instansiya məhkəmələri həmin sərəncamın və şəhadətnamələrin etibarsızlığını tanımış və bu barədə qərarlar çıxartmışdırlar. Bakı şəhər İcra hakimiyyəti həmin ərazinin onların icarələrinə verilməsi və ərazidə söküntü və yeni binaların inşası barədə sərəncam verərkən ərazinin kimin balansında olması, ümumiyyətlə ərazidə tikinti işi aparmağın mümkünlüyünü araşdırmadığından bu cür sərəncam vermişdir. Artıq onların bu sərəncamın həqiqətən əsaslı və ya əsassız olmasına dair hər-hansı hüquqi münasibət bildirməklərinə gərək yoxdur. Çünki, onların (sərəncamın, şəhadətnamələrin və müqavilələrin) etibarsızlığı barədə qüvvəyə minmiş məhkəmə qərarları vardır. Onlar məhz həmin aktların səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş olması baxımından mötəbərliyinə güvənərək ərazidə özəlləşdirmə, söküntü və tikinti işləri aparmışlar və son nəticədə bu aktlar etibarsız hesab edilmişdir, o zaman Bakı şəhər İcra Hakimiyyəti onların zərərə düşmələrinin əsas subyekti kimi cavabdehlik daşımalı, onlara vurulmuş zərərin əvəzini digər cavabdehlərlə birlikdə ödəməlidir. Qeyd ediləndən əlavə olaraq hesab edirlər ki, həm özəlləşdirmədən, həm də ərazidəki qeyri-yaşayış sahələrinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürüməsi, özəlləşdirilməsi, habelə oradakı qeyri-yaşayış sahəsinin sökülməsi və yeni bina inşası gizlədiləcək ölçüdə bir iş deyil. Bu işlər həyata keçirilərkən faktiki olaraq Təhsil Nazirliyi heç bir etiraz və narazılıq bildirməmiş, torpağın və qeyri yaşayış binalarının özəlləşdirilməsinin qarşısını almaq üçün nə İddiaçı MTK-ya nə də, başqa dövlət orqanlarına müraciət etməmişdir. Bununla da, onların böyük məbləğdə zərərə düşmələrinə zəmin yaradacaq davranış nümayiş etdirmişdir. Təhsil Nazirliyi indiki kimi məhkəmədə vaxtında iddia qaldırsaydı, sərəncamın etibarsızlığını mübahisələndirərək onu etibarsız hesab etdirmiş olsaydı, onlar ərazidə nə söküntü, nə də yeni tikinti apara bilməzdilər və böyük məbləğdə zərərə də, düşməzdilər. Məhz buna görə də, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi onların iddia tələbləri üzrə həm iştirakçı olmaqla, birgə cavabdeh kimi Bakı şəhər İcra Hakimiyyəti və digər cavabdehlə birlikdə məhkəmədə iştirak etməli, vurulmuş zərəri ödəməlidir. Bunlardan əlavə, fikirlərincə ziyanın vurulmasına səbəb olan digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsidir. Çünki, hüquqi varisi olduğu Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi şəhadətnamələr məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. Etibarsızlığın bir səbəbi müvafiq sərəncamın qanunsuzluğudursa, digər səbəbi Təhsil Nazirliyinin balansında olan torpaq sahəsinin məhz Komitə tərəfindən İddiaçı MTK-nın adına özəlləşdirilməsidir. Komitə özəlləşdirmə və müvafiq şəhadətnamənin verilməsi proseduruna başlayaraq dövlətin mülkiyyətində olan bu torpaq sahəsinin kimin, Bakı şəhər İcra Hakimiyyətinin yaxud da, Təhsil Nazirliyinin balansında olmasını aydınlaşdırmamışdır. Əgər Komitə vaxtında qanuni araşdırma apararaq torpaq sahəsinin Təhzil Nazirliyinin balansında olması səbəbindən, məhz bu qrumun rəsmi razılıq məktubunu tələb etsəydi, bu gün torpaq ayırmasına dair bu sərəncam və şəhadətnamələr etibarsız hesab edilə bilməzdi. Çünki, Təhsil Nazirliyi bu cür iddia qaldırmış olsaydı əvəzində onlar məhkəməyə sübut kimi Təhsil Nazirliyinin özünün razılıq məktubunu təqdim edər və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasına hüquqi cəhətdən nail olacaqdır. Lakin, göründüyü kimi, Komitə bu istiqamətdə heç bir araşdırma aparmamışdır və nəticədə böyük məbləğdə ziyanın vurulmasına əsas verən halların yaranmasına zəmin yaratmışdır. Bu hal Komitənin həm iştirakçı kimi cavabdeh qismində işdə iştirakının vacibliyini ortaya qoyur. Bundan əlavə, özəlləşdirmə ilə bağlı həm torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 4096 manat, 337.1 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə əlaqədar satınalma dəyəri olan 11269 manat məhz Komitəyə ödənilmişdir. Bu hal da, hazırkı iş üzrə onun cavabdeh qismində işdə iştiraka cəlb edilməsinə faktiki və hüquqi zəmin yaradır. Təbii ki, komitənin vurduğu zərər bu məbləğlərlə məhdudlaşmır, yuxarıda qeyd etdikləri kimi onun özəlləşdirmə zamanı araşdırma aparmadan ərazini onlara satması son nəticədə ərazidə tərəflərindən söküntü və tikinti işləri aparılmasına, nəticədə tərəflərindən böyük xərclərin çəkilməsinə gətirib çıxartmışdır. Həmin vaxtdan uzun müddət keçdiyinə və eləcə də, iki dəfə devalivasiya baş verdiyinə görə təbii ki, pulun infliyasiya göstəriciləri də, məhkəmə tərəfindən nəzərə alınmalıdır. Yuxarıda qeyd etdikləri hüquqi əsaslı faktlardan göründüyü kimi, onların tərəfindən həmin ərazinin icarəyə götürülməsi, oradakı binaların sökülməsi və həm də, üzərində binanın tikilməsi həmin vaxt qüvvədə olan müvafiq sərəncama əsasən inşa edildiyi üçün həmin tikintinin aparılması və söküntü işlərinin həyata keçirilməsi qanunsuz sayıla bilməz. Ərazinin əldə edilməsində və tərəflərindən bina inşa edilməsində heç bir qanun pozuntusu olmamışdır. Buna görə də, onlar vurulmuş ziyanda hər 3 dövlət orqanının təqsiri olduğunu düşünərək, hesab edirlər ki, onlar birgə iştirakçı kimi cavabdeh qismində işdə iştirak edilməli və onlara vurulan zərəri ödəməlidirlər. Bu cür zərərin yaranmasında dövlət orqanlarının onları aldatması, habelə etinadsızlığı və biganəliyi səbəb olmuşdur. Beləliklə, tələbləri xərclənmiş vəsaitdən və gələcəkdə əldə olunan faydanın tutularaq ödənilməsindən ibarətdir. Cavabdehlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yazılı etirazlar təqdim edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş etiraza əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin 28.11.2003-cü il tarixli, 515 nömrəli sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti 581-582 saylı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0,16 ha torpaq sahəsi icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin razılıqları əsasında Azərbaycan Respublikasının keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanılmış 22.12.2006-cı il tarixli, 993 nömrəli və 01.03.2007-ci il tarixli, 442 nömrəli alğı-satqı müqavilələri əsasında Yasamal rayonu, İnşaatçılar prospekti, 9 ünvanında yerləşən 337,1 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 1600 kv.m torpaq sahəsi İddiaçı MTK-ya satılmışdır. Lakin, daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiası əsasında məhkəmə qərarı ilə Bakı şəhər İcra Hakimiyyətinin 28.11.2003-cü il tarixli, 515 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iddiası əsasında yuxarıda qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin İddiaçı MTK tərəfindən özəlləşdirilməsinə dair sənədlər də, etibarsız hesab edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi məhkəmə qərarı əsasında ləğv edilmişdir və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı MTK-ya hər hansı maddi ziyan vurulmamışdır. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qeyd edilən qeyri-yaşayış və torpaq sahəsinin özəlləşdirilməsi qanunvericiliyə uyğun həyata keçirilmiş, bununla əlaqədar balanssaxlayıcının razılığı olmuşdur. Eyni zamanda bildirmişlər ki, iddiaçı cavabdehlərdən ümumilikdə 38 663 000 manat məbləğində kompensasiya ödənilməsini tələb etsə də, ona qeyd edilən məbləğdə ziyanın vurulmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində qeyriyaşayış və torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı müvafiq olaraq 11 269 və 4096 manat məbləğində pul vəsaiti ödədiyini qeyd etmişdir. Göründüyü kimi, iddia ərizəsi ilə tələb olunan 38 663 000 manat məbləğində vəsait heç bir hüquqi əsası olmayan şişirdilmiş məbləğdir və iddiaçı tərəfindən qeyd edilən əmlakın özəlləşdirilməsi ilə bağlı dövlət büdcəsinə ödədiyi məbləğdən dəfələrlə çoxdur. Əmlak Məsələləri Dövlət Xidmətinin hər-hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər vurulmamış və iddiaçı bunu ərizəsində əsaslandırmamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş etiraza əsasən, iddiaçı Təhsil Nazirliyinə qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, həm özəlləşdirmədən, həm də, ərazidəki qeyri-yaşayış sahəsinin sökülməsindən və yeni binanın inşasından Təhsil Nazirliyinin və onun nəzdində olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məlumatı olmuşdur. Belə ki, ərazinin icarəyə götürülməsi, özəlləşdirilməsi, habelə oradakı qeyri-yaşayış sahəsinin sökülməsi və yeni bina inşası zamanı nazirlik etiraz etməmiş və bununla bağlı dövlət orqanlarına müraciət etməmişdir. Təhsil Nazirliyi vaxtında müraciət etsəydi, onlar ərazidə nə söküntü, nə də tikinti işləri aparmazdılar və böyük məbləğdə ziyana düşməzdilər. Məhz buna görə, hazırkı iddia tələbi ilə Təhsil Nazirliyi onların iddia tələbləri üzrə həm iştirakçı, həm də, birgə cavabdeh olmaqla vurulmuş zərəri ödəməlidir. Hesab edirlər ki, İddiaçı MTK-nın Təhsil Nazirliyinə qarşı bu tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli,14 №-li Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istifadəsinə verilmiş və hazırda Universitet həmin ünvanda fəaliyyət göstərir. Aparılmış araşdırma zamanı aşkar edilmişdir ki, Universitetə aid olan 0,16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28.09.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Qeyd etmək lazımdır ki, adı çəkilən ərazidə universitetin balansında olan yeməkxana binası və avtomabil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamı universitetin qeyd olunan yeməkxana binası ilə, avtomobil duracaqlarının sökülməsi İddiaçı MTK-ya tapşırılmış və bu tikililər qanunsuz olaraq sökülmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 28.11.2003-cü il tarixli 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə”nin mövcudluğu barədə qeyd edilsə də, lakin araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmamışdır. Habelə, təqdim olunmuş sənədlərdə həmin obyektin kim tərəfindən icarəyə verilməsi barədə məlumat qeyd edilməmişdir. Araşdırma zamanı MTK-nın əməkdaşları Təhsil Nazirliyinin balansında və Universitetin istifadəsində olan binanın 1600 kv.m həyətyanı sahəsinin onlar tərəfindən satın alındığı və müvafiq sənədlərə malik olduqlarını bildirmişlər. Sonra həmin şəxslər ərazinin satın alınması barədə şəhadətnamə təqdim etmişlər. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 13.03.2007-ci il tarixli, 000312 qeydiyyat nömrəsi olan Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar prospekti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın alınması barədə şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən torpaq sahəsi Təhsil Nazirliyinin balansında olmaqla, Universitetin istifadəsində olmuşdur. Qeyd olunanlardan göründüyü kimi, qüvvədə olan qanunvericilik təhsil müəssisələrinin özəlləşdirilməsini qadağan etsə də, lakin cavabdeh hansı yolla isə həmin obyekti mənimsəməyə və qanunsuz olaraq özəlləşdirilməsinə nail olmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq təhsil müəssisəsinə məxsus olan binanın və ərazinin özəlləşdirilməsi qadağan olduğundan, özəlləşdirmə ilə bağlı verilmiş sənədlər etibarsız hesab edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 37.6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində olan təhsil müəssisəsinin özəlləşdirilməsi qadağandır. 1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası “Torpaq Məcəlləsi"nin 44-cü maddəsinə əsasən, "Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir”. Bu Məcəllənin 46-cı maddəsinə görə, “dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; habelə, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar” dövlət mükiyyətində olan torpaqlar hesab edilir”. İlkin sənədlərdən göründüyü kimi, İddiaçı MTK-nın adına rəsmiləşdirilmiş sahə Təhsil Nazirliyinin balansında olmaqla Universitetin ərazisidir. Universitet dövlət müəssisəsi, onun yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan onun ərazisinin digər şəxslərin adına özlləşdirilməsi qanunvericiliyin ciddi şəkildə pozulması kimi qiymətlədirilməlidir. Belə ki, qanunvericilik dövlət müəssisəsi olan təhsil müəssisəsinin özəlləşdirilməsini birmənalı olaraq qadağan edir. Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, “Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir”. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2.2.6-cı yarımbəndinə əsasən, Dövlət mülkiyyətində olan təhsil müəssisələri (dövlət icbari ümumi orta təhsil müəssisələri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər siyahısına daxil edilmişdir. Lakin, göründüyü kimi, Universitetin ərazisinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin hər-hansı bir qərarı mövcud olmamışdır. Qeyd olunan qanunvericilik aktlarına uyğun olaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və sonradan rəsmiləşdirilmiş torpaq sahəsi dövlət mülkiyyətində və Nazirliyin balansında olduğundan şəhadətnamə və Bakı Şəhər icra Hakimiyyəti Başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamı etibarsız hesab edilmiş və onun hüquqi nəticələri ləğv edilmişdir. Qeyd edilənlərə əsaslanaraq, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyalarının 18.12.2019-cu il tarixli, 2-2(102)- 507/2019 saylı və 14.02.2018-ci il tarixli, 2-1(102)-138/2018 saylı qərarları ilə təsdiq edilmişdir. Hazırkı iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı ehtimallara əsaslanaraq, ziyanın cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsini tələb edir. Bildirirlər ki, iddiaçı şirkət həmin ərazidə torpaq sahəsinin ayrılması və tikintinin aparılması məqsədilə onunla Universitet arasında bağlanmış əsası olmayan müqaviləyə istinad edərək, Yasamal rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə dəfələrə müraciət etmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamından görünür ki, Yasamal rayon İcra Hakimiyyətinin 12.08.2003-cü il tarixli, 966/d saylı razılıq məktubu, "İncəsənət” MTK-nın 08.08.2003-cü il tarixli, 02-08/1 saylı müraciəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq torpaq sahəsinin ayrılması barədə sərəncam imzalanmışdır. Sərəncamda müqaviləyə istinad edilməsinə baxmayaraq, lakin hansı tarixli, hansı nömrəli müqavilə olduğu barədə məlumat verilməmişdir. Aydın olur ki, tərəflər arasında heç bir rəsmi müqavilə olmamışdır. Bu məsələ qüvvədə olan məhkəmə qərarları ilə təsdiq edilmişdir. Belə ki, qüvvədə olan məhkəmə qərarlarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun olmamış və o, əsasla da, etibarsız hesab edilmişdir. Lakin, iddiaçının təqdim etdiyi iddia ərizəsinin məzmunundan belə başa düşülür ki, guya hazırkı iş üzrə cavadehlər iddiaçını həmin ərazidə tikintinin aparılmasını məcbur etmişlər. Halbuki, qanunsuz yollarla Universitetin ərazisində olan torpaq sahəsinin ayrılmasına və tikintinin aparılmasına təşəbbüs bilavasitə iddiaçı tərəfindən olmuşdur. Eyni zamanda bildirirlər ki, həmin ərazidə tikinti işlərinin 2005-ci ildə başlanılmasına baxmayaraq, 2007-ci ildən həmin ərazidə tikinti işləri iddiaçı tərəfindən dayandırılmışdır. Nəzərə almaq lazımdır ki, həmin tikiliyə əsas verən sənədlərin etibarsız hesab edilməsi barədə iddia məhkəməyə 2016-cı ildə verilmişdir. Yəni tikinti işləri dayandırıldıqdan 9 il sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamının etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Həmin ərazidə aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının İddiaçı MTK-ya rəsmi göstərişi olmamışdır. Faktiki olaraq İddiaçı MTK həmin ərazidə tikintinin aparılmasından imtina etmişdir. Tikintinin başa çatdırılmasına iddiaçı tərəfindən imtina edilməsinə baxmayaraq, çəkilmiş xərcləri cavabdehlərdən tələb etməsi məntiqsizdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyinin əsas prinsipləri hesab edilir. Mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq, Təhsil Nazirliyi də pozulmuş hüquqlarını bərpa etmiş və məhkəmə qaydasında “incəsənət" MTKnın adına verilmiş sərəncam və şəhadətnamə etibarsız hesab edilmişdir. Hesab edirlər ki, Təhsil Nazirliyinin və Universitetin mübahisələndirilən ərazidə torpaqdan istifadə hüquqlarının məhkəmə qaydasında bərpa etməsi, iş üzrə cavabdehin tikinti aparan şəxslər qarşısında çəkilmiş xərclərlə bağlı hər hansı bir məsuliyyət yarada bilməz. Digər tərəfdən İddiaçı MTK-nın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “qanunsuz tikilinin sökülməsi barədə" iddiasına qarşı “pul tələbinə dair" qarşılıqlı tələb irəli sürmüş və Yasamal Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(004)-3334/2021 saylı qətnaməsi ilə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilir ki, ADMİU-nun hər-hansı təqsiri ucbatından MTK-ya böyük miqdarda zərərin vurulması öz təsdiqini tapmır. Qarşılıqlı iddia tələbində göstərilən mübahisə predmeti olan həmin tikilinin inşası və ərazinin özəlləşdirilməsi, orada olan əmlakların satın alınması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hər-hansı təqsirli və ya hüquqa zidd əməli nəticəsində baş verməsi iş materialları ilə müəyyən edilmir. Ona görə işə baxan məhkəmə hesab edib ki, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mübahisə barədə qüvvədə olan məhkəmə qərarlarından görünür ki, İddiaçı MTK-nın torpaqdan istifadəyə dair sərəncam almaq üçün dövlət orqanlarına təqdim etdiyi sənədlərin hüquqi əsası olmamış və məhz bu səbəbdən də, məhkəmə qərarları ilə sərəncam və şəhadətnamə etibarsız hesab edilmişdir. Eyni zamanda bildirirlər ki, İddiaçı MTK-nın tikintiyə çəkdiyi xərclərə görə, Təhsil Nazirliyi məsuliyyət daşıya bilməz. Belə ki, Təhsil Nazirliyinə qarşı olan tələbin heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ərizədən görünür ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehlərə müraciət edilmişdir. İşdə olan notarial qaydada təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, 28.11.2003-cü il tarixli “Özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Sərəncamın 1-ci bəndinə əsasən Yasamal rayon İcra Hakimiyyətinin 12.08.2003-cü il tarixli, 966/d saylı razılıq məktubu, İddiaçı MTK-nın 08.08.2003-cü il tarixli, 02-08/1 saylı müraciəti, Azərbaycan Dövlət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə nəzərə alınaraq, Yasamal rayonu, İnşaatçılar prospektindəki 581-582 saylı məhəllələrdə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün 0.16 ha torpaq sahəsi icarə əsasında həin MTK-nin istifadəsinə verilmiş, Bakı şəhər XDS İcraiyyə Komitəsinin 16.07.1976-cı il tarixli, 17/245 saylı qərarının ləğv edilməsi ərazidə yerləşən tikililərin sökülməsi, mövcud qanunvericilik əsasında vəsatin ödənilməsi İddiaçı MTK-ya tapşırılmışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” 28.12.2006-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı MTK həqiqətən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən 337.1 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi 337.1 kv.m qeyri-yaşayış sahəsi. Əmlakın ümumi satış qiyməti 11269 manat təşkil etmişdir. Dövlət əmlakının alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 nömrəli tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 11269 manat məbləğində pul köçürülmüşdür. İşdə olan notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 31.03.2007-ci il tarixdə verilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obeyktlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, İddiaçı MTK həqiqətən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 4096 manat təşkil etmişdir. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən 16.11.2007-ci il tarixdə verilmiş 31.12.2008ci il tarixədək etibarlı olan 3705 nömrəli “Tikinti işlərini aparmaq üçün” icazə sənədindən görünür ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 581-582-ci məhəllədə, 17 mərtəbəli 2 girişli yaşayış binasının (+mansarda-texniki mərtəbə, 1-ci mərtəbəsi, 2 səviyyəli qeyri-yaşayış sahəsi, 17-ci mərtəbəsi -2 səviyyəli, zirzəmi mərtəbəsi – 3 səviyyəli yeraltı qaraj-qeyri-yaşayış sahəsi) tikintisini, 1-ci girişinin bünövrəsində torpaq işləri aparılmış vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-416/2016 saylı, 09.12.2016-cı il tarixli qərarının surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs İddiaçı MTK işə cəlb edilməklə Bakı şəhər İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qərarına əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 515 saylı, 28 noyabr 2003-cü il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmişdir. Universitetə aid olan 0.16 ha torpaq sahəsi yaşayış binasnın tikintisi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının 28.09.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə yeməkxana binası və avtomobil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamla universitetin qeyd olunan yeməkxana binası ilə avtomobil duracaqlarının sökülməsi İddiaçı MTK-ya tapşırılmış və bu tikililər qanunsuz olaraq sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında "xxxx" MTK arasında bağlanmış müavilə”nin mövcudluğu barədə qeyd edilsə də, araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmamışdır. Məhkəmə hesab edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə”nin mövcudluğu barədə qeyd edilsə də, araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tapmadığından, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazilər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmiş və hal-hazırda da, istifadəsindədir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, həmin sərəncamın etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1178/2017 saylı, 04 iyul 2017-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin hazırki iş üzrə 09 dekabr 2016-cı il tarixli, 2-1(81)-416/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin mövqeyinə görə, Azərbaycan Respublikası Nazilər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmişdir. Universitetə aid olan 0.16 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 28.09.2003-cü il tarixli, 515 saylı sərəncamı ilə İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Qeyd edilən ərazidə yeməkxana binası və avtomobil duracaqları fəaliyyət göstərmişdir. Həmin sərəncamla universitetin qeyd olunan yeməkxana binası ilə avtomobil duracaqlarının sökülməsi İddiaçı MTK-ya tapşırılmış və bu tikililər qanunsuz olaraq sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının 1-ci bəndinin 1-ci abzasında “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə”nin mövcudluğu barədə qeyd edilsə də, araşdırma zamanı belə bir müqavilənin mövcudluğu təsdiqini tpamamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaları bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmiş və hal-hazırda da istifadəsindədir və Bakı şəhər İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, həmin sərəncamın etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-138/18 saylı, 14 fevral 2018-ci il tarixli qərardadından görünür ki, üçüncü şəxs İddiaçı MTKnın kassasiya şikayəti mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-326/2019 saylı, 11.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti cavabehlər İddiaçı MTK-ya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 3-cü şəxs Azərbaycan Respulikası Təhsil Nazirliyi cəlb olunmaqla iddia ərizəsi ilə 1 saylı Bakı İnzibait-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanında olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınmasına dair Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı MTK-ya verilmiş 000312 qeydiyyat nömrəli, 13 mart 2007-ci il tarixli şəhadətnamənin, həmçinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi) ilə İddiaçı MTK arasında bağlanmış 22 dekabr 2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi və onların hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən cavabdeh İddiaçı MTK-nın adına Azərbaycan Respublikası Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (indiki Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsi) tərəfindən 13.03.2007-ci il tarixdə verilmiş, 000312 qeydiyyat nömrəli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 9 ünvanda olan qeyriyaşayış sahəsinin yerləşdiyi 1600 kv.m torpaq sahəsinin satın alınması barədə Şəhadətnamə etibarsız hesab edilmiş, onun hüquqi nəticələri ləğv edilmiş, Azəbraycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanmış 22.12.2006-cı il tarixli, 993 nömrəli və 01 mart 2007-ci il tarixli, 442 nömrəli müqavilələr etibarsız hesab edilmiş, onların hüquqi nəticələri ləğv edilmiş, Azəbraycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli, 000925 saylı qeydiyyat nömrəli şəhadətnamə etibarsız hesab edilmiş və onun hüquqi nəticələrinin ləğv edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegasiyasının 2- 1(102)-507/2019 saylı, 18.12.2019-cu il tarixli qərarının surətindən görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-326/2019 saylı qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2-1(81)-326/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamədən İddiaçı MTK tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegasiyasının sözügedən qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 31 iyul 2019-cu il tarixli, 2-2(103)-543/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası kollegiyanın hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı MTK-nın adına rəsmiləşdirilmiş torpaq sahəsinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansında olmaqla, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istifadəsində olduğunu, Universitet dövlət müəssisəsi, onun yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan, onun istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsinin qanunvericiliklə qadağan olunduğunu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların” siyahısına daxil olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binaların bütövlükdə Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universitetinə verildiyini və hazırda Universitetin həmin ünvanda fəaliyyət göstərdiyini, təhsil müəssisələrinə aid hazırki halda isə iddiaçı Universitetə aid torpaq sahəsinin özəlləşdirilməsi barədə hər-hansı bir normativ aktın qəbul edilmədiyini, iddiaçının Təhsil Nazirliyinin balansında olmaqla istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi zamanı dövlət əmlakının özəlləşdirilməsi qaydasını nizama salan normativ hüquqi aktların tələblərinin pozulduğunu, mübahisələndirilən müqavilələrin və şəhadətnamənin verilməsinə zəmin olmuş Bakı şəhər İcra hakimiyyəti başçısının 28 noyabr 2003-cü il tarixli sərəncamının ləğv edilməsinə dair qüvvədə olan məhkəmə qərarının mövcud olduğunu, iş materiallarına əsasən iddiaçı mübahisələndirilən həmin müqavilələrdən məlumatl olmadığından, yalnız birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ƏMDK tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrdən məlumatı olduqdan sonra iddia tələbinin həcmini artırmaqla onları mübahisələndirdiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli, 131/2021 nömrəli “13.09.2021-ci il tarixli müraciət əsasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 561- 562-ci məhəllədə yerləşən yarımtikilinin (layihə təyinatı üzrə “yüksək mərtəbəli yaşayış evi”) tikinti xərclərnin və bugünki ümumi bazar dəyərinin müəyyən edilməsi üzrə tərtib olunmuş 131/2021 saylı hesabatından görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 561-562-ci məhəllədə yerləşən yarımtikilinin (layihə təyinatı üzrə “yüksək mərtəbəli yaşayış evi”) tikinti xərcləri 10.161.603 (on milyon yüz altmış bir min altı yüz üç) manat, tikilinin ümumi bazar dəyəri 24.555.000 (yirmi dörd milyon beş yüz əlli beş min) manat təşkil etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddiaya (vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə) münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməsidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehlərə müraciət etmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər icra Hakimiyyəti başçısının 515 saylı, 28.11.2003-cü il tarixli İddiaçı MTK-ya özünəməxsus ərazilərdə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında sərəncamı, həmin sərəncamın qəbul edilməsinə əsas olmuş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə İddiaçı MTK arasında bağlanmış müqavilə aşkar edilmədiyindən, qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarına əsasən etibarsız hesab edilmişdir. Həmin inzibati məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.02.1997-ci il tarixli, 14 nömrəli Qərarı ilə ünvan 2 ünvanda yerləşən binalar bütövlükdə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinə verilmiş və hal-hazırda da, istifadəsindədir və Bakı şəhəri İcra Hakimiyyəti başçısının 28.11.2003-cü il tarixli, 515 saylı sərəncamının qəbul edilməsi üçün əsas götürülmüş faktiki və hüquqi əsaslar mövcud olmadığından, göstərilən sərəncam qanunvericiliyin tələblərinə uyğun deyildir. Sonradan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti cavabdehlər İddiaçı MTK-ya və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia tələbi irəli sürərək, İddiaçı MTK-nın adına Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 13.03.2007-ci il tarixdə verilmiş 000312 qeydiyyat nömrəli şəhadətnamənin və onun hüquqi nəticələrinin ləğv edilməsi, həmçinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı MTK arasında bağlanmış 22.12.2006-cı il tarixli, 993 nömərli və 01 mart 2007-ci il tarixli, 442 nömrəli müqavilələrin və onların hüquqi nəticələrinin ləğv edilməsi, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 28 dekabr 2006-cı il tarixli, 000925 saylı qeydiyyat nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-326/2019 saylı, 11.04.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Sözügedən qətnamədə göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 515 saylı, 28.11.2003-cü il tarixli sərəncamının sonrakı icarə müqavilələrinin bağlanmasına zəmin yaratdığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən etibarsız hesab edilmiş aktlara əsasən dəymiş maddi ziyanın və əldən çıxmış mənfəətin kompensasiya olaraq cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini xahiş edir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Hazırki işin halları ilə isə cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı cavabdehlərə qarşı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Həmçinin, cavabdehlərin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də, öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar