Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9152/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rəna Şirağa qızının katibliyi, 3-cü şəxs Qənimətov Naməddin Xanbala oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxs Qənimətov Naməddin Xanbala oğlu işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyası cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı X9 3-cü şəxs qismidnə göstərilməklə AMEA-nın yataqxanasının yerləşdiyi ünvan ünvan 1mi qeydiyyata alınmış Qənimətov Naməddin Xanbala oğlunun AMEA X22 İşlər İdarəsinin tabeliyində olan yataqxanadan qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən İddiaçı yataqxanasında AMEA-nın Kibernetika (indiki X3) İnstitutunun "Kibernetika" XKB mühəndis konstruktor vəzifəsində 05 may 2021-ci il tarixə qədər çalışmış, AMEA əməkdaşı olmuş Qənimətov Naməddin Xanbala oğlu 16 sentyabr 2002-ci il tarixdə, 45 nömrəli orderlə sözügedən yataqxanada yaşayış sahəsi kimi 42 B nömrəli otaqla təmin olunmuş və həmin yaşayış yeri üzrə daimi qeydiyyata alınmışdır. Qənimətov Naməddin Xanbala oğlunun əmək müqaviləsinə 05 yanvar 2012-ci il tarixində, AMEA X3 direktorunun 05 yanvar 2012-ci il tarixli 1 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 a bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Bununla belə, vaxtilə AMEA-nın yataqxanasında yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin, hazırda AMEA-da işləməyən Qənimətov Naməddin Xanbala oğlu uzun müddətdir ki, qeyd olunan otaqda yaşamır və onun yaşayış yeri AMEA-ya məlum deyildir. 10-18 mart 2022-ci il tarixlərində, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən İddiaçına aid yataqxananın 4-cü mərtəbəsində yerləşən, 42 B saylı otaqda yaşayışın olub-olmamasının müəyyənləşdirilməsi məqsədi ilə keçirilən yoxlamalar zamanı tərtib olunmuş 14 mart 2022-ci il tarixli aktla müəyyən olunmuşdur ki, Qənimətov Naməddin Xanbala oğlu həmin 42 B nömrəli otaqda uzun müddətdir yaşamır, onun yaşayış yeri AMEA-ya məlum deyildir. 14 mart 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X25, həmin yataqxananın elektriki X15, fəhlə vəzifəsində çalışan X20, santexnik X26, xadimə X5 tərəflərindən tərtib olunan aktla müəyyən olunur ki, Qənimətov Naməddin Xanbala oğlu vaxtilə yataqxanada məskunlaşsa da, lakin, qeyd edilən otaqda uzun müddətdir yaşamır. 18 mart 2022-ci il tarixində ünvan 3 ünvanında yerləşən İddiaçına aid yataqxananın müdiri X25, həmçinin yataqxananın elektriki X12, fəhlə vəzifəsində çalışan X20, santexnik X26, xadimə X5 tərəflərindən tərtib olunan aktla AMEA X22 İşlər İdarəsinin tabeliyindəki yataqxanada yoxlama zamanı Qənimətov Naməddin Xanbala oğlunun istifadəsində verilmiş 42 B nömrəli otaqda heç kəsin yaşamaması müəyyənləşdirilmişdir. 42 B nömrəli otağı bağlı saxlamaqda davam edən Qənimətov Naməddin Xanbala oğlu hal-hazırda AMEA-nın Kibernetika (indiki X3) İnstitutunda işləmir və sözügedən 42 B nömrəli otaqda yaşamır, lakin, qeydiyyatda qalmaqda davam edir. Sözügedən 42 B nömrəli otağın Qənimətov Naməddin Xanbala oğlu tərəfindən AMEA-ya qaytarılması məqsədi ilə AMEA X22 Hüquq Şöbəsinin müdiri Nümayəndə tərəfindən 08 aprel 2022-ci il tarixində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə xx-xx-2022 nömrəli məktub ünvanlanmışdır. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən cavab olaraq, 14 aprel 2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubla AMEA-ya 25 aprel 2022-ci il tarixdə daxil olmuş AMEA X22 Hüquq Şöbəsinə bildirilmişdir ki, Qənimətov Naməddin Xanbala oğlunun ünvan 2 ünvanında yerləşən AMEAnın Yataqxanasından qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət olunmalıdır. Halhazırda qeyd olunan səbəblərlə bağlı bir sıra şəxslərin, o cümlədən Qənimətov Naməddin Xanbala oğlunun AMEA X22 İşlər İdarəsinin tabeliyində olan yataqxanada qeydiyyatdan çıxarmadan otaqla təmin olunmaq üçün AMEA-nın onlarla əməkdaşını, o cümlədən AMEA-nın doktorant, dissertant və magistrantlarını yaşayış sahələri ilə təmin etmək mümkün deyildir. Sonradan iddiaçı tərəfindən iddia ərizəsinə əlavələr edilərək bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən AMEA-nın yataqxanasında qeydiyyatda olan vətəndaş Qənimətov Naməddin Xanbala oğlunun yaşayış sahəsindən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Yasamal rayon Polis idarəsinin üzərinə qoyulması barədə yekun məhkəmə qərarının çıxarılması zamanı AMEA-nın aspirantlar yataqxanasının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 93-cü maddəsinə əsasən vətəndaşların AMEA-da təhsil aldığı müddət ərzində yaşamaları üçün nəzərdə tutulması, vətəndaşların AMEA-da təhsillərini başa vurduqdan sonra həmin yataqxanadan qeydiyyatdan çıxmalı və onlara yaşamaq üçün verilən yaşayış sahəsini AMEA-ya təhvil verməli olduqlarının nəzərə alınmasını, vətəndaş könüllü olaraq AMEA-nın yataqxanasından qeydiyyatdan çıxmadığına və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin onu qeydiyyatdan çıxarmaqdan imtina etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçı tərəf məhkəməyə müraciət etmişdir ki, vətəndaşın qeydiyyatdan çıxarılma öhdəliyi Polis İdarəsinin üzərinə qoyulması ilə bağlı Məhkəmənin yekun qərarı çıxarılsın. Eyni zamanda bildirilmişdir ki, vətəndaşın vaxtilə yataqxanaya hansı sənədlər əsasında və hansı formada qeydiyyata düşməsi hazırda yataqxanada yaşayıb-yaşamaması və ya digər halların onun qeydiyyatdan çıxarılmasına heç bir aidiyyatı yoxdur. Bu məsələ ilə bağlı, yəni qeydiyyatdan çıxarılması üçün əhəmiyyət kəsb edən yeganə hal vətəndaşın qanunun birbaşa tələblərinə əsasən, hazırda AMEA-da təhsil almaması faktıdır. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, bina 12 ünvanında yerləşən AMEA-nın yataqxanası Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar yataqxanası kimi qeydiyyatdadır. Hazırda da yataqxana Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar üçün yataqxana binası adı ilə qeydiyyatda olmaqda davam edir. Qənimətov Naməddin Xanbala oğlu isə hazırda AMEA-da təhsil almır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuşdur. Bu (91.3.) Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməzlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanası təyinatına görə yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuş müvəqqəti yaşayış sahələridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 93-cü maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahələri vətəndaşların AMEA-da təhsil aldıqları müddət ərzində yaşaması üçün nəzərdə tutulur. (93.2.) Yataqxana bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. (93.3.) Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqavilələri təhsillərini başa vurmuş şəxslərlə avtomatik olaraq ləğv edilmiş hesab olunduğundan, ora ancaq AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulduğundan, üsulundan və yolundan asılı olmayaraq, digər şəxslərin yerləşdirilməsi qanunsuz olduğundan, digər vətəndaşlar, yəni AMEA-da təhsil almayan şəxslər yaşayış sahələrini boşaltmalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 104.2-ci maddəsinin tələblərinə əsasən, AMEA-nın aspirantlar yataqxanasında yaşayış sahəsinin kirayə müqaviləsi təhsil aldığı müddətləri əhatə edir. Təhsilin başa çatması yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əgər şəxs AMEA-da təhsil almırsa, onun orada məskulaşması, qeydiyyata alınması və ya orada yaşaması üçün hər hansı bir təşkilat tərəfindən “order” verilməsi tamamilə qanunsuzdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9152/2022 saylı qərardadı ilə iş üzrə Qənimətov Naməddin Xanbala oğlu 3-cü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər-hansı bir münasibət təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi isə gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs iddia ərizəsinə qarşı etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 3-cü şəxsin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Bakı şəhər Yasamal rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 091-22994-1222 nömrəli məktubdan görünür ki, iddiaçıya “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan 14 mart 2022-ci il tarixli AMEA X29 İşlər İdarəsinin tabeliyində yataqxananın müdiri Azər Quliyev, həmin yataqxananın santexniki Zakir Quliyev, fəhlə Tural Məlikov, operator Əli Məlikov, elektrik Sabit Sarxanov, xadimə Sürahi Nəcəfovanın iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, yataqxanada yoxlama zamanı X7, otaq nömrəsi 42b olan AMEA-da işləmir və vaxtilə yataqxanada məskunlaşmış otaqlarında uzun müddətdir ki, yaşamır. İşdə olan 18 mart 2022-ci il tarixli AMEA X29 İşlər İdarəsinin tabeliyində yataqxananın müdiri Azər Quliyev, həmin yataqxananınb santexniki Zakir Quliyev, fəhlə Tural Məlikov, operator Əli Məlikov, elektrik Sabit Sarxanov, xadimə Sürahi Nəcəfovanın iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, AMEA X29 İşlər İdarəsinin 9 mart 2022-ci il tarixli, 66 nömrəli əmrinə uyğun olaraq AMEA X29 İşlər İdarəsinin tabeliyində olan Yataqxanada yoxlama zamanı X7, otaq nömrəsi 42b olan AMEA-da işləmir və vaxtilə yataqxanada məskunlaşmış otaqlarında uzun müddətdir ki, yaşamır. İşdə olan Azərbaycan Elmlər Akademiyası Həmkarlar İttifaqı (AEAAHİ) tərəfindən verilmiş 45 nömrəli, xx.xx.2002-ci il orderin surətindən görünür ki, 12 oktyabr 1966-cı il təvəllüdlü, iş yeri və vəzifəsi AMEA Kibernetika İnstitutunun "Kibernetika" XKB mühəndis konstruktor olan Qənimətov Naməddin Xanbala oğlu 4 nəfər ailə tərkibi ilə, yaşayış sahəsi 22.50 kv.m olan ünvan 9, mənzil 42 b AMEA Yataqxana və Mənzil Komissiyasının 19 iyun 2002-ci il tairxli, 04 nömrəli protokoluna əsasən Qənimətov Naməddin Xanbala oğluna ayrılmışdır. İşdə olan Azərbaycan Milli Elmlər X2 (İndiki X3) xx.xx.2012-ci il tarixli, 1 nömrəli əmrindən çıxarışdan görünür ki, 23 saylı laboratoriyanın mühəndis- proqramçısı xx.xx.2012-ci il tarixdən ƏM-nin 68-ci maddəsinin 2 (a) bəndinə uyğun olaraq - öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan 10 mart 2022-ci il, 11 mart 2022-ci il, 12 mart 2022-ci il, 14 mart 2022-ci il, 15 mart 2022-ci il, 16 mart 2022-ci il, 17 mart 2022-ci il, 18 mart 2022-ci il tarixli aktlardan görünür ki, sözügedən tarixlərdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən AMEA-ya aid yataqxanada 4-cü mərtəbə 42 b saylı otaqda yaşayışın olmamasının təsdiqlənməsi məqsədilə aparılan müşahidə zamanı həmin otaqda heç kəsin olmaması müəyyənləşdirilmişdir. İşdə olan ünvan 3 ünvanda yerləşən AMEA-nın Yataqxanasında vaxtilə AMEA əməkdaşı kimi yaşayış sahələri ilə təmin olunmuş və yaşayış yeri üzrə daimi qeydiyyata alınmış, lakin uzun müddətdir yataqxanada yaşamayan hazırda AMEA-da işləməyən şəxslər barədə məlumatdan görünür ki, 12 nəfər, 12 otaqdan ibarət siyahıda Qənimətov Naməddin Xanbala oğlu siyahıda 2-ci sırada qeyd olunmuş, AMEA-da işləmir. Order nömrəsi 45, xx.xx.2002-ci il tarixdən qeydiyyatdadır. 5 ildən çoxdur otağında daimi yaşamır. İşdə olan Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti tərəfindən verilmiş 57 nömrəli 25 avqust 2022-ci il tarixli və 01-6/756 nömrəli, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Qənimətov Naməddin Xanbala oğlu hazırda İddiaçında işləmir, magistratura, doktorantura və dissertanturada hazırda təhsil almır. Məhkəmənin sorğusuna əsasən İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən 0651/10-58 nömrəli, 01 sentyabr 2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Qənimətov Naməddin Xanbala oğluna 2002-ci ildə verilmiş orderlə bağlı bütün sənədlər 2016cı ildən AMEA X27 İdarəsinə təhvil verilmişdir. İşdə olan məhkəmənin dəftərxanası vasitəsilə xx.xx.2022-ci il tarixdə daxil olmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış məlumatdan görünür ki, ünvan 7 ünvanında yerləşən AMEA-nın yataqxanası Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar yataqxanası kimi qeydiyyatdadır. Hazırda yataqxana Daşınmaz əmlakın dövlət reyestrində Aspirantlar üçün yataqxana binası adı ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 091-59190-1222 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Qənimətov Naməddin Xanbala qızının fərdi uçot kartoçkasının surəti göndərilmişdir. Məlumat üçün bildirilmişdir ki, Qənimətov Naməddin Xanbala oğlunun Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12, mənzil 42 ünvanında qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmişdir. Təqdim edilmiş fərdi uçot kartoçkasında iddiaçının qeydiyyata alınmasına əsas kimi İddiaçı tərəfindən arayış göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən İddiaçı İşlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 06-1-377 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, AMEA Həmkarlar İttifaqı tərəfindən Qənimətov Naməddin Xanbala oğlunun adına verilmiş 45 nömrəli orderin verilməsinə əsas olmuş 19 iyun 2002-ci il tarixli 04 saylı protokol işlər idarəsinin tabeliyində olan yataqxanada mövcud deyil. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********89 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 12, 42 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən 827 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 12 ünvanında daşınmaz əmlak obyekti olaraq 3 ədəd çoxmənzilli yaşayış binası yerləşir. Göstərilən ünvan üzrə mövcud olan 2 girişli, 36 mənzildən ibarət 9 mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil İstismar hissəsinin, aspirantların yaşadığı 1 girişli, 119 mənzildən ibarət, 9 mərtəbəli yataqxana binası isə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır. Həmin ünvanda 5 girişli, 16 mərtəbəli çoxmənzilli yaşayış binası "xxxx" Mənzil Tikinti Kooperativinə məxsusdur. Qeyd edilən binalar Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin struktur təşkilatlarının balansında yoxdur. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 018-22765-1222 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, ünvan 8 ünvanında xx.xx.1967-ci il təvəllüdlü Qənimətov Naməddin Xanbala oğlunun yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. İşdə olan 3-cü şəxsə məxsus əmək kitabçasının surətindən görünür ki, Qənimətov Naməddin Xanbala oğlu xx.xx.1991-ci il tarixdən Azərbaycan SSR X8 İnstitutunda əmək fəaliyyəinə başlamış, xx.xx.2012-ci il tarixdə öz təşəbbüsü ilə Azərbaycan Respublikası Milli X4 İnstitutundakı əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Oktyabr rayon X28 İcraiyyə Komitəsinin xx.xx.1991-ci iltarixli, 15/2 nömrəli qərarından görünür ki, N.Qənimətov bir nəfər ailə tərkibi ilə (özü) Şərif-zadə küçəsindəki, “Aspirantlar” yataqxanasına məxsus 72 nömrəli evin, birçarpayılıq yaşayış sahəsi olan mənzilində yaşayır. N.X.Qənimətov gənc mütəxəssis kimi güzəştlərdən istifadə etmək hüuquna malikdir. Hal-hazırda N.X.Qənimətov bir nəfər ailə tərkibi ilə mənzil növbəsinə dayanmaq üçün müraicət etmişdir. İcrakomun xx.xx.1991-ci il tarixli, 13 nömrəli protokolu ilə N.X.Qənimətovu mənzil növbəsinə götürülməsi təklif edilmişdir. Rayon Xalq Depuratları Soveti İcraiyyə Komitəsi tərəfindən N.X.Qənimətovun bir nəfər ailə tərkibi ilə (özünün) mənzil növbəsinə götürülməsi və gənc mütəxəssislər siyahısına salınması qərara alınmışdır. İşdə olan İddiaçı Azad Həmkarlar İttifaqı Mənzil Məişət Komissiyasının 19 iyun 2002-ci il tarixli iclasının 4 nömrəli protokolundan görünür ki, Kibernetika İnstitutunun əməkdaşları Qənimətov Naməddin Xanbala oğlu və qeyrilərinin Milli Elmlər Akademiyasının yataqxanasında daimi qeydiyyata götürülməsi barədə ərizələri müzakirə olunmuş, onların işlədiyi İnstitutların rəhbərliyi hər biri haqqında müsbət təqdimat göndərmişdir. Eyni zamanda qeydiyyata düşmək üçün yeni müraciət edənlər də, vardır ki, onların da bütün sənədləri qaydasındadır. Adları yuxarıda göstərilən əməkdaşların AMEA 2 nömrəli yataqxanasına qeydiyyata götürülməsi Yasamal rayon Polis Şöbəsindən xahiş edilmiş və protokoldan çıxarış həmin idarəyə göndərilmişdir. İşdə olan İddiaçı Azad Həmkarlar İttifaqı tərəfindən verilmiş 45 nömrəli, 16 sentyabr 2002-ci il tarixli, “İddiaçı Azad Həmkarlar İttifaqı, Yataqxana və mənzil komissiyasının 19 iyun 2002-ci il tarixli iclas protokolun”dan çıxarışdan görünür ki, Azərbaycan Milli Elmlər X1 “Kibernetika” XKB mühəndis konstruktoru Qənimətov Naməddin Xanbala oğlunun 4 nəfər ailə tərkibi ilə İddiaçı 2 nömrəli yataqxanasında daimi qeydiyyata götürülmüşdür. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2429/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X23, X11, X18, Qənimətov Naməddin Xanbala oğlu cavabdeh İddiaçına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara başqa yaşayış sahəsi verilmədən onların məskunlaşdıqları yaşayış sahəsindən çıxarılmaları tələbindən ibarət mənzil hüquqlarının pozulması təhlükəsini yaradan hərəkətlərinə son qoyulması və iddiaçıların "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında AMEA-nın aspirantlar yataqxanasında məskunlaşmış sakinlər üçün tikilən yeni binalarda yaşayış sahəsi ilə təmin olunmalarının AMEA-dan tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmənin sözügedən qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı tərəfindən onların Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 12 ünvanında AMEA-nın aspirantlar yataqxanasında uzun müddət məskunlaşdıqları yaşayış sahəsindən çıxarılmaları tələbindən ibarət mənzil hüquqlarının pozulması təhlükəsini yaradan hərəkətlərinə son qoyulması barədə tələb irəli sürsələr də, cavabdeh tərəfindən həmin hərəkətlərin törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Belə sübutlar işin məhkəmə baxışında da, təqdim olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndələri öz izahatlarında iddiaçıların yaşadıqları mənzillərdən çıxarılması ilə bağlı onlara qarşı hər hansı tələbin irəli sürülmədiyini, yataqxana söküləcəyi təqdirdə isə iddiaçılaırn yaşadıqları mənzillərdən digər yaşayış sahəsi verilib-verilmədən çıxarılması məsələsinin qanunvericiliyin tələbinə uyğun həll ediləcəyini bildirmişlər. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-812/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçılar X23, X11, X18, Qənimətov Naməddin Xanbala oğlu və 3-cü şəxs X19 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2429/2018 saylı mülki iş üzrə qəbul etdiyi 19 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 4038/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçılar X23, X11, X18, Qənimətov Naməddin Xanbala oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianının mümükünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-nin 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümükünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümükünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s,) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli, 091-22994-1222 nömrəli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianının mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, işin hallarından müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən yataqxana binası iddiaçı Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının balansındadır. İddiaçı sözügedən yataqxana binasının aspirantların binası olduğunu, həmin binanın 42 nömrəli mənzilində qeydiyyatda olan Qənimətov Naməddin Xanbala oğlunun hazırda AMEA-da işləmədiyi, təhsil almadığı, sözügedən mənzildə faktiki yaşamadığını əsas gətirərək sonuncunun həmin ünvandan qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin hallarından görünür ki, İddiaçı Azad Həmkarlar İttifaqının xx.xx.2002-ci il tarixli 45 nömrəli orderinə əsasən ünvan 9 ünvanında yerləşən 42 nömrəli mənzil bir nəfər ailə tərkibində üçüncü şəxs Qənimətov Naməddin Xanbala oğlunun istifadəsinə verilmişdir. İddiaçı Azad Həmkarlar İttifaqı Yataqxana və mənzil komissiyasının xx.xx.2002-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən Azərbaycan Milli Elmlər X1 “Kibernetika” XKB mühəndis konstruktoru Qənimətov Naməddin Xanbala oğlu AMEA-nın Şərifzadə küçəsi 12, 2 №-li yataqxanasına daimi qeydiyyata götürülmüşdür. Qənimətov Naməddin Xanbala oğlu 2005-ci il tarixdən ünvan 10 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmış və qeydiyyata alınma üçün 45 nömrəli order və xx.xx.2002-ci il tarixli protokol əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, sözü gedən mənzilin üçüncü şəxsin istifadəsinə verilərkən qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979—X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin: -106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər. -107-ci maddəsinə görə yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. -108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. -105-ci maddəsinə görə aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Azərbaycan SSR Nazirlər Sovetinin 29 avqust 1980-ci il tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yataqxanalar haqqında nümunəvi əsasnamə”nin -2-ci bəndinə görə yataqxanada fəhlələrə, qulluqçulara, tələblərə və şagirdlərə yaşayış sahsi yataqxananın tabe olduğu müəssisənin müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Yaşayış sahəsi verilməsi haqqında qərara əsasən müdriyyət yataqxanada yaşayış sahəsinin tutulmasına dair müəyyən edilmiş formada order verir. -16-cı bəndinə görə yataqxanalarda yaşayan şəxslər Azərbaycan SSR Mənzil Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulan hallarda və qaydada yataqxanadan çıxarılmalıdırlar. Beləliklə, hüquq münasibətlərini tənzimləyən dövrün qanunvericiliyin tələblərindən görünür ki, yataqxanada mənzil sahəsi vətəndaşların istifadəsinə iş və ya təhsil dövründə, müvafiq müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı əsasında verilməklə eyni zamanda həmin mənzili tutmaq üçün müdiriyyət tərəfindən order təqdim edilir. Əmək müqaviləsi əsasında işləmiş, eləcə də təhsil almış və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan çıxarılmalıdırlar. Qanunvericilik eyni zamanda digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməyən şəxslərin dairəsini də müəyyən etmişdir. Cavabdehin istinad etdiyi hazırkı halda üçüncü şəxsin AMEA-nın əməkdaşı olmaması və ya təhsil almaması dəlili və yaxud hazırkı halda həmin mənzildə faktiki yaşamaması üçüncü şəxsin həmin mənzildən pasport qeydiyyatından çıxarmağa bilavasitə əsas vermir. Qeyd edildiyi kimi üçüncü şəxs sözügedən aspirantlar yataqxanasının mənzilini işlədiyi və təhsil aldığı dövrdə müdriyyət və həmkarlar ittifaqının birgə qərarı ilə əldə etmiş, müdriyyətin verdiyi order əsasında həmin mənzilə köçmüş, qeyd edilən order və qərar əsasında həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırkı halda adı çəkilən order, orderin verilməsinə əsas olmuş müdriyyət və həmkarlar ittifaqı komitəsinin qərarı mübahisələndirilməmişdir. Qeyd edilən sənədlərlə üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadəsinə verilmiş mənzilə dair istifadə hüququnun mövcud olub-olmaması yaxud hüququn itirilib-itirilməməsi mülki hüququn predmeti olmaqla cavabdeh inzibati orqanın inzibati icraatı zamanı yoxlayıb qiymətləndirəcəyi məsələ deyildir. Təsadüfi deyildir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana qeydiyyatdan çıxarılmaya əsas olan halları müəyyənləşdirmək deyil, yalnız artıq hüquqi mübahisə doğurmayan faktlar əsasında (əmlaka dair hüquqla bağlı-yaşayış sahəsindən çıxarma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi) qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Cavabdeh inzibati orqanın hərəkət və ya hərəkətsizliyinin qanuniliyini yoxlayan inzibati məhkəmə isə inzibati məhkəmə icraatında üçüncü şəxsin mənzil ilə bağlı istifadə hüququna dair və yaxud üçüncü şəxsin həmin mənzildən çıxarılma ilə bağlı qətnamə qəbul etməyə səlahiyyətli məhkəmə deyildir. Məhkəmə hazırkı iş üzrə iddiaçının balansında olan yataqxana mənzilinə dair üçüncü şəxsin Mənzil Məcəlləsinin tələbləri əsasında istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X6 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X17 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva