Məhkəmə qərarları › İş №2-1(112)-9152/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9152/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9152/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2793/2571 saylı (köhnə nömrələmə ilə 2793, yeni nömrələmə ilə 2571) bağ sahəsinə dair hüququn mərhum atası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,25 sot torpaq sahəsindən ibarət bağ sahəsi 1960-cı illərdə mərhum atası X8 tərəfindən sənədləndirilmişdir. Sözügedən bağ ulu babası X10 tərəfindən 1898-ci ildə Mirdaməd Mirzeynal oğlundan alınıb (nəvələr bunu təsdiq edə bilər). 1918-ci ildə Bakıda baş verən erməni müsəlman müharibəsində bağda olan torpağın altında yeləşən qədimi ev nənələrinin yeganə sığınacaq yeri olub, evin əsas divarları qalmaqdadır. Buna görə bağ nəsillərinə əzizdir. 1920-ci ildə Sovet dövləti qurulduqda şəxsi mülklər dövlətin istifadəsinə keçdiyi üçün bağları da, ailələrindən alınmışdır. Lakin, buna baxmayaraq həmin torpaqlar yerli sakinlərin üzümlük bağları olduğu üçün, sakinlər öz üzümlüklərinə qulluq etməyə davam edib. Hal-hazırda bağlarında 1898-ci illərə məxsus meyvələr var. 1960-cı illərdə torpaqlar yenidən dövlət tərəfindən əhaliyə qaytarıldıqda babası X6 yeganə mirası X9 övladı atası X8 tərəfindən sənədləşdirilir. Lakin, sənədlər babasında olduğundan, 1975-ci ildə o, rəhmətə gedəndən sonra sənədləri tapmaq mümkün olmamışdır. Qeyd edir ki, 1920-ci ildə bağ dövlət tərəfindən alınsa da, babası bağda yerləşən üzümlüklərə qulluq etməyə davam edib, 1966- cı ildən ailələri bağda yaşayıb, yeni üzümlüklər salıb. 1994-cü ildə böyük əziyyətlərlə qədimi kümbəzli tağ evin yerləşdiyi sahə anası tərəfindən sənədləşdirilir. Digər torpaqların sənədləri sahibinin yəni, ailə üzvlərinin adına olduğu üçün yenidən sənədləşdirə bilməmişlər. Beləliklə, bu bağda ailələri tərəfindən salınmış üzümlüklər 125 ildir istifadələrindədir və 2000-ci illərin əvvəlində Ləhiş bağlarının qumunun oğurluqla satıldığı zaman onlar öz bağlarını böyük çətinliklərlə qoruyub saxlamışlar. Anası 2012-ci ildə vəfat etmişdir. Həmin bağ sahəsi bu günki günə kimi onun və bacılarının istifadəsindədir. Dəfələrlə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mərhum atası X5 aid bağ sahəsinə dair mərhum atasının adına hüquq müəyyən edən sənədin verilməsi barədə müraciət etsə də, mərhumun adına torpağın ayrılmadığı bildirilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakların Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixli 3-21- 330/2-P-0030-8/2023 **********53 saylı bildiriş məktubu ilə onun ərizəsinə imtina verilmişdir. İnzibati orqan imtinanı onunla əsaslandırmışdır ki, atasının adına torpaq sahəsi ayrılmamışdır. Lakin, onların araşdırmalarına görə Dövlət arxivində torpaqların kimə məxsus olması haqqında ilkin müqavilələrin siyahısı olan kitabça mövcuddur, həmin siyahıya əsasən bağın atasına məxsus olduğu, anası tərəfindən sənədləşdirilən bağın isə babası Paşayev Hacıbabaya məxsus olduğu qeyd edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı müvafiq iddia tələbi ilə bağlı deyil, mərhum X4 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2793 saylı bağ sahəsi barədə arxiv məlumatı və sənəd surətinin verilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraicət etmişdir. Bununla əlaqədar olaraq bildirirlir ki, mərhum X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2793 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.25 ha olan 2793/2571 (köhnə nömrələmə ilə 2793, yeni nömrələmə ilə 2571) saylı bağ sahəsi onun mərhum atası X2 adına sənədləşdirilmişdir. O, hazırda atasının vərəsəsi kimi sözügedən bağ sahəsinə dair hüququn ölmüş şəxsə, atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı tərəfindən sözügedən bağ sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-P-0030-8/2023 **********53 nömrəli məktubla bildirilmişdir ki, mərhum X2 adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 2793 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2793/2571 saylı bağ sahəsinə dair sənədlərin surətlərinin təqdim edilməsi barədə” sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********80 3-21-3-30/2-19980/2023 nömrəli məktubla cavabdeh verilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2571 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə 2571 saylı bağ sahəsinin X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınması müəyyən olunmuş və həmin sənədlərdə iddiaçının mərhum atası X2 adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdehin səlahiyyətli nümayəndəsi tərəfindən 13 sentyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə iclasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2571 saylı bağ sahəsinə dair arxiv qovluğunun 22 (iyimi iki) vərəqdən ibarət olan əsli məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən arxiv qovluğundaki sənədlərin əslinə tərəflərin iştirakları ilə baxış keçirilərək təqdim edilmiş sənədlərdə iddiaçının mərhum atası X2 adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmənin “”Ləhiş bağ massivində köhnə nömrələrlə qeyd edilmiş bağların kimlərə məxsus olması barədə qeydiyyat kitabı və ya jurnalın”nın təqdim edilməsi barədə” sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il traixli 3-21-3-30/2-36081/2023 **********81 nömrəli məktubla bildirilmişdir ki, sorğuda bəhs edilən bağ sahələrinin nömrələri qeyd edilmədiyi üçün araşdırılma aparmaq mümkün olmamışdır. Əlavə olaraq məhkəməyə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2571 saylı bağ sahəsinə dair arxiv qovluğu təqdim edilmişdir. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının tələbi mövcud vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2793/2571 saylı (köhnə nömrələmə ilə 2793, yeni nömrələmə ilə 2571) bağ sahəsinə dair hüququn mərhum atası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi olduğundan və məhkəmə araşdırması zamanı “2571” saylı bağ sahəsinin hazırda digər fiziki şəxs X1 xüsusi mülkiyyətində olması müəyyən edildiyindən, eləcə də, nə köhnə nömrə olan “2793”, nə də ki, yeni nömrə olan “2571” nömrəsi ilə iddiaçının mərhum atası X3 adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Bununla bağlı iddiaçının özü tərəfindən də, hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi bağ sahəsi hazırda digər fiziki şəxsin mülkiyyətində olduğundan, eləcə də, məhkəmə araşdırması zamanı həmin bağ sahəsinə dair iddiaçının mərhum atasının adına hər hansı bir hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən onun iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar