Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-916/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X6 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı “cavabdeh tərəfindən 16 aprel 2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınan "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qeydiyyatının ləğv ediməsi və cavabdeh tərəfindən iddiaçıya dəymiş ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində maddi ziyanın (kompensasiyanın) ödənməsinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I.Mübahisənin predmeti
1. İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən 16 aprel 2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınan "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qeydiyyatının ləğv ediməsi və cavabdeh tərəfindən iddiaçıya dəymiş ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində maddi ziyanın (kompensasiya) ödənməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı 16 aprel 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən Səbuhi Hüseynov adlı şəxsdən "BMW-X5" markalı 2003-cü il buraxılışlı, qızılı metalik rəngli ban nömrəsi WBAFA71030LW2083 olan avtomobil almışdır. Avtomobilə Baş X14 İdarəsində (BİYPİ) AD 473380 nömrəli qeydiyyat şəhadətnaməsi və ** LL *** nömrəli dövlət qeydiyyat nişanı verilmişdir. 12 may 2019-cu il tarixli etibarnaməyə əsasən iddiaçı həmin avtomobili müvəqqəti istifadə üçün Laçın rayon sakini X3 etibar etmişdir. Vermiş olduğu etibarnaməyə əsasən Elçin Cəbrayılov 19 may 2019-cu il tarixdə onun mülkiyyətində olan avtomobil ilə Gürcüstan Respublikasının sərhədini keçən zaman Gürcüstan Respublikasının aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən Gürcüstan Respublikasının ərazisində saxlanılaraq həmin nəqliyyat vasitəsinin Albaniyadan oğurlandığı və İnterpol xətti ilə axtarışda olduğu bildirilmiş və avtomobil Gürcüstan Respublikasının Rustavi şəhərindəki cərimə meydançasına yerləşdirilmişdir. Gürcüstan Respublikasının aidiyyəti məhkəmə orqanlarına müraciət etməkdən ötrü zəruri məlumatların əldə edilməsi üçün Baş X14 idarəsinə etdiyi müraciətə verilmiş 16 sentyabr 2019-cu il tarixli -16-80327A-3719 saylı cavab məktubda göstərilmişdir ki, 103812 saylı gömrük vəsiqəsinə əsasən Azərbaycan Respublikasına gətirilmiş və hazırda mübahisə mövzusuna çevrilmiş həmin avtomobil ilk dəfə 13 may 2005-ci il tarixdə ** OD *** dövlət qeydiyyat nişanı ilə Bakı şəhər sakini X7 adına BDYPİ-də qeydiyyata alınmış və avtomobilə AA 703005 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 06 aprel 2012-ci il tarixdə avtomobil Vüqar Əliyevin adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları təhvil verilmiş, alqı-satqı müqavilə əsasında Bakı şəhər sakini X5 adına təkrar dövlət qeydiyyatına alınaraq, avtomobilə ** MM *** dövlət qeydiyyat nişanları təhkim edilərək AB 645759 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 28 iyun 2016-cı il tarixdə avtomobil müvafiq qaydada Ramil Rəşidovun adından qeydiyyatdan çıxarılaraq dövlət qeydiyyat nişanları dəyişdirilmədən alqı-satqı müqaviləsi əsasında Bakı şəhər sakini X1 adına qeydiyyata alınaraq nəqliyyat vasitəsinə AC 644422 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 iyun 2017-ci il tarixdə avtomobil müvafiq qaydada Tural Abbasovun adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanları təhvil verilərək həmin gün də alqı- satqı müqaviləsi əsasında Bakı şəhər sakini X4 adına təkrar dövlət qeydiyyatına alınaraq nəqliyyat vasitəsinə **-LL-*** nömrəli dövlət qeydiyyat nişanı və AC 971349 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd etdiyi avtomobil 13 may 2005-ci il tarixdə Vüqar Əliyevin adına ilkin qeydiyyata alınan zamandan 16 aprel 2019-cu il tarixdə sonuncu dəfə iddiaçının adına qeydiyyata alınanadək "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin axtarışda olması barədə DİN-nin Baş X14 İdarəsinin kompüter axtarış bazasında heç bir məlumat olmamış, BDYPİ tərəfıindən 25 may 2005-ci il tarixli 13482 nömrəli məktubla həmin nəqliyyat vasitəsinin axtarışda olub-olmaması barədə Azərbaycan Respublikasında DİN-nin "İNTERPOL"un Milli Mərkəzi Bürosuna sorğu ilə müraciət olunmuş və 22 iyun 2005-ci il tarixli 20/2784 nömrəli cavab məktubunda "avtomobilin İnterpolun Baş Katibliyinin "ASF" avtomatlaşdırılmış axtarış sistemi bazasında məlumat yoxdur" kimi məlumatlar göstərilmişdir. Hal-hazırda isə "İNTERPOL"un məlumat bazasına əsasən "BMW-X5" markalı, 2003-cü il buraxılış, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin axtarışda olması barədə məlumat əks olunmuşdur. BDYPİ-dən verilmiş cavab məktubunun sonunda qəti olaraq iddiaçıya bildirilmişdir ki, "qeyd olunan avtobomilin 25 noyabr 2018-ci il tarixdə (hadisənin baş vermə tarixi) Albaniyadan oğurlanması və hazırda da axtarışda olması səbəbindən Gürcüstan Respublikasnın ərazisində saxlanılması, "qaçırılmış avtomaşınlar"ın statusdan çıxması, göstərilən avtomobilə dair Gürcüstan Respublikasının aidiyyəti orqanlarının məlumatlandırılması və s. məsələlər DİN "İNTERPOL" MMB- nin səlahiyyətinə aiddir". Verdiyi səmimi və ətraflı məlumatlardan tam aydın görünür ki, iddiaçı "vicdanlı alıcı" olmuş və həmin avtomobil hələ ona qədər də "təmiz" avtomobil kimi dəfələrlə qeydiyyatdan çıxarılıb qeydiyyata salınmışdır. Lakin həmin avtomobilin axtarışda olması barədə BDYPİ-də heç bir məlumat olmamışdır. Əks təqdirdə təbii ki, iddiaçı oğurluq avtomobil almazdır. Hazırda fakt ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan avtomobil onun iradəsindən asılı olmayan səbəblərlə bağlı artıq 3 ilə yaxındır ki, Gürcüstan Respublikasının ərazisində saxlanılır. Xeyli vaxtdır ki, çoxsaylı müraciətlərinə baxmayaraq indiyədək həmin avtomobili Gürcüstan Respublikasından alıb özünə qaytarılması təmin olunmamışdır. Bunula yanaşı avtomabili qaytarmaq üçün 3 dəfə Gürcüstan Respublikasında olmuş, həmin vaxt vəkil xidmətlərindən istifadə edərək Gürcüstan DİN, Prokurorluğuna və Məhkəmə orqanlarına müraciətlər etmişdir. Lakin sonda həmin avtomabilin geri qaytarılması mümkün olmamışdır ki, bunula da mənə ümumilikdə 19.000 min manat avtomabilin dəyəri, 3.000 min manat yol və vəkil xərcləri ümumilikdə 22.000 manat ziyan dəymişdir. İddiaçıya vicdanlı alıcı olduğu üçün ona dəymiş ziyanın dəyəri olaraq 22.000 manat cavabdeh tərəfindən qaytarılmalıdır. Qeyd etdiyi hallarla bağlı ilkin olaraq pretenziya qaydasinda Azərbaycan Respublikası DİN-nin Baş X14 İdərəsinə müraciət olunmuş və 10 (on) gün müddətində dəymiş ziyanın dəyəri olaraq 22.000 manatın qaytarılmasını təmin edilməsi xahiş edilmişdir. Lakin bu günə qədər hər hansı bir cavab alınmamışdır. Qeyd olunanlara əsasən mülkiyyət hüququ ilə iddiçıya məxsus olan "BMW-X5" markalı, 2003-cü il buraxılış, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin axtarışda olması ilə əlaqədar Gürcüstan Respublikasında Rustavi şəhərindəki cərimə meydançasına yerləşdirildiyindən mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsi mümkün deyildir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə bildirməmişdir. Odur ki,məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır.
6. Məhkəmə, məhkəmə iclаsındа iştirаk еdən iddiаçının nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi rədd еdilməlidir.
İş materiallarında olan:
İddiaçı iddia tələbini təsdiq edən dəlil qismində məhkəməyə iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin, AD N 473380 nömrəli texniki pasportun surətlərini, nəqliyyat vasitəsinin foto şəkili, cavabdeh inzibati orqana təqdim edilmiş pretenziyanın surətini təqdim etmişdir. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016-90018-1222 nömrəli cavab məktubuna əsasən, DİN Baş X14 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə “BMW X-5” markalı ban nömrəli: WBAFA71030LW20383 olan nəqliyyat vasitəsinin qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışı təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2023-cü il tarixli, 3-13-25/2-146/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumatlara görə, VİN: WBAFA71030LW20383 olan “BMW” markalı avtomobil Albaniyada oğurlanmış nəqliyyat vasitəsi kimi xx.xx.2018-ci il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası nəticəsində məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 9/1489 nömrəli ekspert rəyinə əsasən, “BMW X5” markalı, 2003-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin orta bazar dəyəri təxminən 18000,0 manat müəyyən olunur. Məhkəmə sorğusu əsasında Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-117190/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, DİN Baş X14 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə “BMW X-5” markalı ban nömrəli: WBAFA71030LW20383 ban nömrəli **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən ünvan 1 ünvanda xx.xx.1961-ci il təvəllüdlü İddiaçı adında qeydiyyatdadır. Əlavə olaraq çıxarış təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı 16 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, "BMW-X5" markalı 2003-cü il buraxılışlı, qızılı metallik rəngli ban nömrəsi WBAFA71030LW2083 olan avtomobil almışdır. 19 may 2019-cu il tarixdə həmin nəqliyyat vasitəsi ilə Gürcüstan Respublikası sərhəddinə daxil olan zaman aidiyyəti qurumlar tərəfindən nəqliyyat vasitəsi İnterpol xətti ilə axtarışda olduğundan saxlanılaraq cərimə meydançasına yerləşdirilmişdir. Hazırda iddiaçı cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi)nəticəsində nəqliyyat vasitəsindən məhrum olunduğundan, həmin avtomobilin onun adına olan qeydiyyatının ləğv edilməsini və 22.000 (iyirmi iki min) manat kompensasiyanın ödənilməsini tələb edir.
İV. Məhkəmənin mövqeyi
7. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən:
- 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
9. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun
- 2.0.2-ci. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. - 90.1. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. - 90.2. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər.
10. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən:
- İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - İİ. mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar: 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; - V. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. -Vİ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. -XV. nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”yə əsasən:
-1.2. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3. nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5. nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texnikiuçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6. nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6. nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “ Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”na əsasən
- 1.1. Bu qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir.[51] -1.2. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır. - 1.3. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X14 idarəsinin qeydiyyat-imtahan hissələrində (bundan sonra "qeydiyyat məntəqələri") müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. - 1.4. Nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir. - 2.1. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs (bundan sonra "ərizəçi") müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış (bundan sonra "arayış") verir. - 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. -2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. -2.10. Ərizəçi, arayış verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra müvafiq arayışı almaq üçün bu qaydalara uyğun olaraq qeydiyyat məntəqəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir. Normaların məzmunundan göründüyü kimi, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi nəqliyyat vasitəsinin cavabdehin qeydiyyat məntəqələrində müayinədən keçməsi haqqında arayış təqdim edildikdən sonra mövcud qanunvericiliyə müvafiq olaraq aparılır. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin axtarışda olması barədə məlumat mövcud olmasına baxmayaraq, nəqliyyat vasitəsi saxlanılmamış, müvafiq yoxlamalar aparılmamış, avtomobilin dövlət qeydiyyatına alınması üçün müayinə arayışı verilmişdir. Lakin məhkəmə hesab edir ki, cavabdehin bu hərəkətləri qanuna zidd olmasına baxmayaraq, iddiaçıya birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli əməl deyildir. Çünki, cavabdehin hərəkətləri ilə vurulmuş zərər arasında birbaşa səbəbli əlaqə yoxdur. Belə ki, sözügedən nəqliyyat vasitəsi gömrük sənədləri əsasında 2005-ci ildən vətəndaşların adlarına dövlət qeydiyyatına alınmış və maneəsiz istifadə olunmuşdur. Bundan başqa hal-hazırda iddiaçının həmin əmlakdan məhrum edilməsinə dair hər hansı bir səlahiyyətli orqanının aktı mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinə qarşı “cavabdeh tərəfindən 16 aprel 2019-cu il tarixdə iddiaçının adına qeydiyyata alınan "BMW-X5" markalı, 2003-cü il buraxılış, qızılı metalik rəngli, ban nömrəsi WBAFA71030LW20383 olan avtomobilin qeydiyyatının ləğv ediməsi və cavabdeh tərəfindən iddiaçıya dəymiş ümumilikdə 22.000 (iyirmi iki min) manat məbləğində maddi ziyanın (kompensasiya) ödənməsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə əmtəə ekspertiza tədqiqatının dəyərinin ödənilməsi vəzifəsi iddiaçının üzərinə qoyulmalıdır. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 68, 69, 85,110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia təmin edilməsin. İş üzrə məhkəmə əmtəə ekspertizasının aparılması üçün 50 manat məbləğində prosessual xərclər iddiaçı tərəfindən SAP(XİİS)hesabı, X2; kod 210005,VÖEN **********Müxbir hesab AZ41NABZ********************, SFİFTBİK CTREAZ22; Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTREA******************** ödənilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа