Məhkəmə qərarları › İş №2-1(112)-9163/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9163/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9163/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər X3 Xidmətinə qarşı “əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər X3 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə xidmətində “Svetlomor-2” qəza-xilasetmə gəmisində aşbaz vəzifəsində işləmişdir. Eyni zamanda həmin müəssisədə digər əmək fəaliyyəti ilə də uzun müddət məşğul olmuşdur. İşlədiyi müddətdə atası Nəcəfqulu Rzaqulu oğlunun X1 iştirakçısı olması barədə cavabdeh təşkilata müvafiq arayış təqdim etmişdir. Lakin buna baxmayaraq X2 iştirakçılarının və əlillərinin övladlarına dövlət tərəfindən verilən imtiyazı cavabdeh iddiaçıya şamil etməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsi tərəfindən verilmiş 115 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, atası1922-ci il təvəllüdlü, kapitan Nəcəfqulu Rzaqulu oğlu 1941-ci ildən 1945-ci ilədək X2ndə iştirak etmişdir. Onun övladı kimi iddiaçıya qanunla nəzərdə tutulmuş imtiyazlar şamil edilməli olduğu halda, ona münasibətdə şamil olunmamışdır. Ona görə də hesab edir ki, onun hüquqları pozulmuşdur və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq pozulmuş hüququmun bərpası niyyəti ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2171/2022 saylı 15 mart 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə-xilasetmə Xidmətinə qarşı cavabdehdən xx.xx.1994-cü il tarixdən xx.xx.2012-ci il tarixə kimi ondan gəlir vergisi kimi tutulmuş pulun ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. Qərar hüquqi qüvvəsini almışdır. Göründüyü kimi, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin - əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılmasına yönəldilmiş ki, bununla baglı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi təmin edilməmiş və bununla bağlı hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2171/2022 saylı 15 mart 2022-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar