Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9164/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin İddiaçı aid olan hissədə ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa edilməsi və 30 mart 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin Şimal Gömrük mühafizə dəstəsinə mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. O, 07 may 2010-cu ildə həmin idarənin böyük mühafizəçisi, 03 noyabr 2011-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin mobil gömrük bölməsinin Baş inspektoru vəzifəsinə təyin olunmuşdur. İddiaçı 14 may 2012-ci il tarixdə DGK-nin Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin Baş inspektoru vəzifəsinə təyin edilmişdir. 28 aprel 2014-cü il tarixdə iddiaçı DGK-nin Şimal Ərazi Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. İki ay sonra 30 iyun 2014-cü il tarixdə DGK-nin əməliyyat-axtarış şöbəsinin Böyük inspektoru vəzifəsnə, 05 iyul 2016-cı il tarixdə DGK-nin Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 27 noyabr 2017-ci il tarixdə DGK-nin Balakən Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin şöbə rəisi vəzifəsinə təyin edilmişdir. 25 avqust 2018-ci il tarixdə R. Fətullayev DGK-nin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. O, Dövlət Gömrük Komitəsində işlədiyi on dörd il ərzində bir sıra mükafatlara, fərmanlara, medallara, təşəkkürlərə və vaxtından əvvəl xüsusi rütbənin verilməsi kimi təltiflərə layiq görülmüşdür. Belə ki, İddiaçı xx.xx.2011-ci il tarixdə təşəkkür elan edilmiş, xx.xx.2013-cü il tarixdə pul mükafatı ilə mükafatlandırılmış, xx.xx.2015-ci il tarixdə vaxtından əvvəl növbəti xüsusi rütbə verilmiş, xx.xx.2016-cı ıl tarixdə təşəkkür elan edilmiş, xx.xx.2017-ci il tarixdə Dövlət Gömrük Komitəsinin fəxri fərmanı, Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanın fəxri fərmanı mükafatı ilə təltif olunmuşdur. Eyni zamanda ona xx.xx.2018 və xx.xx.2020-ci il tarixlərdə növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi mükafatı ilə, xx.xx.2021-ci il tarixdə “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif edilmişdir. İddiaçıya eyni zamanda 26 yanvar 2022-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik (1992-2022)" yubileyi medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə İddiaçı Gömrük Orqanlarında Xidmətkeçmə haqqında Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsindən azad edilmişdir. Həmin əmrdə onun işdən azad edilməsini onunla əlaqələndirilmişdir ki, R. Fətullayev rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə nəzarət tələb olunan şəkildə həyata keçirməmiş, məxfi kargüzarlı işini qanunamüvafiq qaydada təşkil etməmiş, bu səbəbdən əməliyyat-axtarış fəaliyyəti nəticəsində aşkar edilən hüquqpozma faktlarının göstəriciləri qənaətbəxş olmamış, xidməti araşdırmaların nəticələrinə təsir göstərməyə cəhd etmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrini qanunsuz və əsassız hesab edilməli və həmin əmr İddiaçı münasibətdə ləğv edilməldir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinə baxdıqda qanunların pozulduğunu və İddiaçı qarşı qərəzli bir münasibərin ortaya çıxdığı aydın olunur. Belə ki, iddiaçının işdən çıxarılması üçün verilmiş əmrdə yalnız ümumi sözlər sadalanır. Bildirilir ki, rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmişdir. Onun işinin yarıtmaz şəkildə təşkil etməsinə dair hər hansı bir fakt sadalanmır. Sadəcə ümumi sözlər qeyd olunmuşdur. Yuxarıda iddiaçının gömrük orqanlarında xidmətə başladığı dövrdən-14 il ərzində ən kiçik vəzifədən və rütbədən yüksəldiyinin şahidi olunur. 2018-ci ildən o, idarə rəisi vəzifəsinə təyin edilir. Bu müddət ərzində göstərdiyi xidmətlərə, gördüyü işlərə görə dəfələrlə təltif və medallar alır. Amma son bir yoxlama ilə onun işinin yarıtmadığı ortaya çıxmasının göstərilməsi inzibati orqan tərəfindən qərəzli bir yanaşmadır və inzibati icraat haqqında qanunun pozulmasıdır. İddiaçının işdən xaric edilməsi ilə bağlı gətirilən ikinci bir əsas isə qeyd edildiyi kimi «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməməsi göstərilirb. Lakin iddiaçının rəhbərlik etdiyi idarədə hansı bir vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyi göstərilmir. Yenə də yuxarıda qeyd edildiyi kimi beş il ərzində idarə rəisi olduğu zaman həmişə orden, medal, vaxtından əvvəl rütbə alan iddiaçını heç bir əsas gətirmədən öz işinin öhdəsindən gələ bilmədiyi vurğulanır. Dövlət Gömrük Komitəsinin sədrinin 1000/213ş nömrəli əmrində göstərilən digər əsaslar da heç bir fakta söykənmədən qərəzli bir münasibət göstərməklə, heç bir qanuna və fakta əsaslanmadan gömrük orqanlarında xidmətdən xaric edilmişdir. Bilindiyi kimi iddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə «Gömrük orqanlarında Xidmətkeçmə haqqında» Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq gömrük orqanlarından xaric edilib. “Gömrük orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar intizam və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində inztizam tənbehlərindən biri tətbiq oluna bilər. Qeyd edilən qanunvericlik aktları İddiaçı 69-cu maddəsinə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin verilməsi üçün əsas olan halların olmadığını göstərir. Bu Əsasnamənin 69-cu bəndində nəzərdə tutulmuş intizam tənbehləri gömrük orqanlarının vəzifəli şəxsi barədə yalnız üç halda verə bilərlər. Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 16-cı maddəsinində nəzərdə tutulmuş qadağanedici normaları pozduqda. Həmin Əsasnamənin 44-cü bəndində nəzərdə tutulmuş halda vəzifəli şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirmədikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə görə. Amma yuxarıda göstərilən qadağanedici, öhdəlik qoyucu normaların heç biri pozulmamışdır. Bu halda nəinki Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 69-cu bəndinin 7-ci hissəsini, ümumiyyətlə heç bir ilintizam tənbeh təbirləri tətbiq edilə bilməz. Bütün yuxarıda qeyd edilən qanunvericlik aktları İddiaçı 69-cu maddəsinə nəzərdə tutulan inzibati tənbeh tədbirlərinin verilməsi üçün əsas olan halların olmadığını göstərir. Ona görə də Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri İddiaçı münasibətdə ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə bərpa edilməli və 30 mart 2023-cü il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhməmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirmişdir ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 6 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunun və 34/150/U 0398 nömrəli təqdim aktının araşdırılması nəticəsində aşağıdakılar müəyyən edilmişdir. 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raporta qoşma edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 fevral 2023-cü il tarixli 1000/047 nömrəli sərəncamının icrasına dair arayışda idarə tərəfindən əməliyyat-axtarış fəaliyyəti həyata keçirilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada faktiki məlumatların əldə edilməsinin, toplanılmasının, sistemləşdirilməsinin və təhlilinin, əməliyyat-axtarış tədbirlərinin nəticələrinin yoxlanılmasının və qiymətləndirilməsinin, habelə onların əsasında əməliyyat bölmələrinin əməkdaşları tərəfindən müvafiq qərar qəbul edilməsinin qanunamüvafiq qaydada həyata keçirilmədiyi, əməkdaşların fəaliyyətsizliyi ilə bağlı tədbir görülməsi məqsədilə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi tərəfindən yuxarı rəhbərlik qarşısında məsələ qaldırıldığı, əməliyyat şəraitinin düzgün təhlil edilmədiyi, təhdidlərin müəyyən olunmadığı, fərdi və əməliyyat məlumatlarının əldə olunmadığı, yeni qaçaqmalçılıq kanallarının aşkar edilməsi istiqamətində iş aparılmadığı, əməliyyat sənədləri hazırlanarkən “Azərbaycan Respublikası gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyətinin təşkili haqqında orqanlarının əməliyyat-axtarış fəaliyyətinin təşkili haqqında Təlimatın “Azərbaycan Respublikası gömrük orqanları ilə məxfi əməkdaşlıq edən şəxslərlə işin təşkili haqqında Təlimatın və “Azərbaycan Respublikası gömrük orqanlarında əməliyyat-qeydiyyat işlərinin başlaması, aparılması, qeydiyyatı və arxivdə saxlanılması Qaydaları”nın tələblərinin pozulduğu, “Mobil telefonların və onların aksesuarlarının qaçaqmalçılığı ilə mübarizə”yə dair 2010-cu ildə başlanılmış 00200/10/15 nömrəli liter işində “Azərbaycan Respublikası gömrük orqanlarında əməliyyat-qeydiyyat işlərinin başlanması, aparılması, qeydiyyatı və arxivdə saxlanılması Qaydalarının tələbləri pozularaq qeyd olunan liter işinin 2 hissəyə ayrıldığı, yeni daxili siyahılar əlavə edildiyi, həmin liter işində ikinci cildin açılması barədə qərarın düzgün tərtib olunmayaraq daxili siyahıda vərəqlərin sayı barədə məlumatların düzgün göstərilmədiyi, qeyd olunan liter işinə əlavə olunmuş ilkin əməliyyat yoxlama işləri ilə bağlı ümumiləşdirilmiş arayışların ətraflı yazılmadığı, işin nəticələri barədə faktların tam şəkildə göstərilmədiyi, “Qaçaqmalçılıq və qanunsuz mal dövriyyəsinə dair” 2010-cu ildə başlanılmış 00900/10/01 nömrəli liter işinə qaçaqmalçılıq faktlarının sistemləşdirilməsi, gələcəkdə bu istiqamətdə baş verə biləcək təhdidlərin vaxtında qarşısının alınması və preventiv tədbirlərin həyata keçirilməsi üzrə məlumatların əlavə edilmədiyi, “Aksizsiz, tütün məhsullarının və spirtli içkilərin qaçaqmalçığı ilə mübarizə”yə dair 2011-ci ildə başlanılmış 00200/11/20 nömrəli liter işində “Azərbaycan Respublikası gömrük orqanlarında əməliyyat-qeydiyyat işlərinin başlanması, aparılması, qeydiyyatı və arxivdə saxlanılması Qaydalarının tələbləri pozularaq qeyd olunan liter işinin 2 hissəyə ayrıldığı, yeni daxili siyahı əlavə edildiyi, həmin liter işinidə ikinci cildin açılması barədə qərarın düzgün tərtib olunmayaraq daxili siyahıda vərəqlərin sayı barədə məlumatların düzgün göstərilmədiyi, aksiz markasız spirtli içkilər və tütün məmulatlarının qaçaqmalçılığı və son illərdə bu istiqamətdə aşkar edilən cinayət və irıkibati xarakterli hüquqpozma faktları barədə məlumatların sistemləşdirilməsi üzrə arayışların liter işinə əlavə edilmədiyi, əməliyyat əlaqəsində olan etibarlı şəxslərlə əlaqələrin və görüşlərin uzun müddət aparılmadığı, həmçinin etibarlı əlaqələr qurulmuş bəzi şəxslərdən məlumat alınmasına, onlarla görüş keçirilməsinə dair arayışların olmadığı, 2020-2023-cü illər ərzində əməliyyat mənbələri ilə keçirilmiş görüşlərlə bağlı hazırlanmış arayışların məzmununun, arayışlarda qeyd olunan görüş yerlərinin, verilən məlumatların əksər hallarda eynilik təşkil etdiyi, tərtib olunmuş məlumat arayışlarının tədbirlər hissəsində daxil olan məlumatlarla bağlı görüləcək tədbirlərin konkret qeyd olunmadığı, görüləcək tədbirlərin bəzilərinin əldə olunmuş məlumatla heç bir əlaqəsinin olmadığı, məlumat arayışları ilə bağlı İdarə rəisi tərəfindən düzgün istiqamətləndirici dərkənarlar yazılmadığı, Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkilləri, gömrük xidməti mayoru X26, gömrük xidməti polkovnik-leytenantı X20 və gömrük xidməti leytenantı X9 etibarlı şəxslərlə keçirdikləri görüşlər haqqında tərtib etdikləri arayışların tədbir hissəsində görüləcək tədbirlər əvəzinə “Azərbaycan Respublikası gömrük orqanları ilə məxfi əməkdaşlıq edən şəxslərlə işin təşkili haqqında” Təlimatın tələbləri pozularaq tapşırıqlar yazıldığı, əməliyyat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X27 2 əməliyyat mənbəsi ilə heç bir halda görüş keçirmədiyi, onlardan məlumat əldə edilməsi barədə arayışlar yazmadığı, digər əməliyyat mənbələri ilə uzun müddət görüş keçirmədiyi, onlardan əməliyyat məlumatı əldə etmədiyi, Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti polkovnik-leytemantı X20 əlaqəsində olan əməliyyat mənbələri ilə mütəmadi görüşlər keçirmədiyi, əməliyyat məlumatlarının əldə edilməsi barədə arayışlar yazmadığı, Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti leytenantı X9 “Azərbaycan RespuUikası gömrük orqanları ilə məxfi əməkdaşlıq edən şəxslərlə işin təşkili haqqında” Təlimatın tələblərini pozaraq 03 oktyabr 2022-ci il tarixdə əlaqə yaratdığı 2 əməlliyyat mənbəsi ilə 22 avqust 2022-ci il tarixdə və 24 avqust 2022-ci il tarixdə görüşlər keçirilməsi barədə tərtib etdiyi arayışları qeydiyyata alaraq etibarlı şəxslərin qovluğuna əlavə etdiyi, əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X26 ilkin əməliyyat yoxlam işinin ümumiləşdirilmiş arayışını liter işinə əlavə etməli olduğu halda həmin arayışı aidiyyəti olmayan etibarlı əlaqə yaratdığı şəxsin qovluğuna əlavə etdiyi, Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X31 etibarlı əlaqələr qurduğı 3 əməliyyat mənbəsi ilə heç bir halda görüş keçirmədiyi, onlardan məlumat əldə edilməsi barədə arayışlar yazmadığı, tərtib etdiyi digər əməliyyat arayışlarında daxil olan məlumatlarla bağlı tədbirlər hissəsinin olmadığı, Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı X10 10 may 2021-ci il tarixdə etibarlı əlaqə qurduğu şəxslə heç bir halda görüş keçirmədiyi, etibarlı şəxsdən məlumat əldə etməsi barədə arayışlar yazmadığı, Əməliyyat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı X15 “Azərbaycan Respublikası gömrük orqanları ilə məxvi əməkdaşlıq edən şəxslərlə işin təşkili haqqında Təlimatın tələblərini pozaraq 09 iyul 2021-ci il tarixdə etibarlı əlaqə yaratdığı şəxslə 14 iyun 2021-ci il tarixdə görüş keçirməsi barədə yazdığı arayışı qeydiyyata alaraq etibarlı şəxsin qovluğuna əlavə etdiyi, Əməliyyat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı X11 07 iyul 2021-ci il tarixdə etibarlı əlaqə qurduğu şəxslə heç bir halda görüş keçirmədiyi, etibarlı şəxsdən məlumat əldə etməsi barədə arayış yazmadığı, əlaqəsində olan digər əməliyyat mənbələri ilə mütjəmadi görüşlər keçirmədiyi, əməliyyat məlumatlarının əldə edilməsi barədə arayışlar yazmadığı, Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin rəisi müavini, gömrük xidməti mayoru X21, şöbənin baş əməliyyat müvəkkilləri, gömrük xidməti polkovnik-leytenantı X20, gömrük xidmət mayoru X26, gömrük xidməti leytenantı X9, şöbənin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı X16 2020-2023-cü ilin cari dövrü ərzində əməliyyat fəaliyyətləri qeyri-qənaətbəxş olduğundan onlar tərəfindən əldə edilmiş məlumatlar əsasında cinayət xarakterli hüquqpozma faktları aşkar edilmədiyi, Qərb Ərazi Baş Gömrük idarəsi tərəfindən 2020-ci il ərzində 1687 inzibati xarakterli, 103 cinayət xarakterli hüquqpozma faktı aşkar edildiyi, 230874,08 manat cərimə tətbiq edildiyi, 4 fakt üzrə tətbiq edilmiş 34249,50 manat məbləğində cərimənin ödənilmədiyi, 2021-ci il ərzində 1780 inzibati xarakterli, 67 cinayət xarakterli hüquqpozma faktı aşkar edildiyi, 669511,79 manat cərimə tətbiq edildiyi, 3 fakt üzrə tətbiq edililmiş 23302,60 manat məbləğində cərimənin ödənilmədiyi, 2022-ci il 4955 inzibati xarakterli hüquqpozma faktı, 65 cinayət xarakterli fakt aşkar edildiyi, 524136,81 manat cərimə tətbiq edldiyi, 22 fakt üzrə tətbiq idilmiş 140548,40 manat məbləğində cərimənin ödənilmədiyi, Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin sabiq böyük təhqiqatçısı, hazırda Şimal Ərazi Baş Gömrük idarəsi Əməliyyat və təhqiqat şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyən, gömrük xidməti mayoru X4 tərifindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə icraatı aparılan 11000-0002/20 nömrəli inzibati xəta haqqında iş üzrə nəqliyyat vasitəsinin saxlancda olma müddətinin 10 noyabr 2019-cu il tarixdə bitməsinə baxmayaraq pozuntu faktının 1 ay 22 gün sonra, yəni 01 yanvar 2022-ci il tarixdə aşkar edildiyi, Əlifxan Yusifov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı aparılan 11000-1743/21 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 08 dekabr 2021-ci il tarixli “İşə baxılmanın yeri və vaxtı haqqında" Qərardadda işə 18 dekabr 2021-ci il tarixdə baxılacağı qeyd olunaraq bu barədə 08 dekabr 2021-ci il tarixli 1600- 013/0xx-xx/005983 nömrəl məktubla vətəndaşa məlumat verildiyi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbi pozularaq işə 22 dekabr 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqatçısı, gömrük xidməti mayoru X12 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı aparılan 110001071/20 nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 17 oktyabr 2019-cu il tarixli 295 saylı sərəncamının 1 nömrəli əıavəsinin tələbi pozularaq vətəndaş X5 xarici valyuta vəsaitlərini ilə bağlı bildiriş və xəbərdarlıq göndərilmədiyi, şöbənin təhqiqatçısı, gömrük xidməti kapitanı X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə icraatı aparılan 11000-1340/20 nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinin tələbi pozularaq 19 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixdən 11 gün sonra vəzifəli şəxsə göndərildiyi, şöbənin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X32 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə icraatı aparılan 11000- 0498/21 nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələbi pozularaq **********7838 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən bəyan edilməyən ehtiyat hissələrinin aşkar edilməsi barədə akt tərtib edildiyi, şöbənin təhqiqatçısı, gömrük xidməti kapitanı X28 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı aparılan 11000-04749/22 nömrəli inzibati xəta haqqında iş üzrərə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 117.2-ci maddəsinin tələbi pozularaq 28 dekabr 2022-ci il tarixdə qəbul edilmiş “İnzibati icraata xitam vermə haqqında” Qərarın surətinin barəsirdə qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsinə təqdim edilmədiyi, həmçinin hüquqi şəxsin ünvanına göndərilmədiyi göstərilmişdir. Həmçinin arayışda Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsində olan digər çatışmazlıqlar və problemlər barədə də məlumat verilmişdir. Belə ki, arayışda Baş İdarənin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsi rəisinin müavini, gömrük xidməti mayoru X21 yoxlama dövründə iş yerində olmadığı, İdarədəki bəzi xidməti nəqliyyat vasitələrinin nasaz vəziyyətdə olduğu, xüsusi rabitə vasitələrinin olmadığı, kompüter dəstlərinin məhdud olduğu, sənədlərin məhv edilməsi üçün şrederin olmadığı, Baş İdarənin inzibati binasının birinci mərtəbəsində yerləşən Təhqiqat şöbəsini otağına daxil olmaq istəyən şəxslərin Əməliyyat şöbəsinin xidməti otağından keçməli olduğu, Baş İdarənin Əməliyyat və təhqiqat idarəsinə təhkim olunmuş nasaz xidməti nəqliyyat vasitələrinə aid yanacaq kartlarının xidməti zərurətlə əlaqədar digər nəqliyyat vasitələrində istifadə edilməsinin mümkün olmadığı, müqavilə əsasında xidmət aparan kinoloqların maddi təminatının qənaəbəxş olmadığı, əməkdaşların xidməti geyim forması ilə tam şəkildə təmin olunmadıqları və istifadələrində olan xidməti silahların müddətsiz təhvil verildiyi göstərilmişdir. Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatında sonuncunun 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportuna əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 fevral 2023-cü il iİ tarixli 1000/047 nömrəli Sərəncamının icrasına dair arayışda qeyd olunan nöqsan və çatışmazlıqlar sadalanmış, aşkar edilmiş nöqsan və çatışmazlıqların əsas səbəbi kimi İdarənin rəisi İddiaçı barəsində tətbiq edilmiş intizam tənbehlərindən düzgün nəticə çıxarmayaraq xidməti vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyini əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə nəzarəti tələb olunan şəkildə təşkil etmədiyinin olduğu göstərilmiş və sonuncunun tutduğu vəzifəyə layiq olmadığı barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı xidməti araşdırma zamanı verdiyi izahatda “Mobil telefonların və onların aksesuarlarının qaçaqmalçılığı ilə mübarizə”yə dair 2010-cu ildə başlanılmış 00200/10/15 saylı liter işinin 250 səhifədən ibarət olduğunu, vərəqlərinin korlanaması məqsədilə həmin liter işinin 2 hissəyə ayrıldığını, liter işinə aid o heç birinin itmədiyini, zədələnmədiyini və korlanmadığını, ümumiləşdirilmiş arayışlarının onun tələbinə əsasən qısa və konkret faktlara əsaslanaraq yazıldığını, liter işinə adətən realizə olunmuş işlərə dair sənədlər əlavə olunduğunu, bu səbəbdən qaçaqmalçılıq faktlarının sistemləşdirilməsi, gələcəkdə bu istiqamətdə baş verə biləcək təhdidlərin vaxtında qarşısının alınması və preventiv tədbirlərin həyata keçirilməsi üzrə məlumatlara dair sənədlərin “Qaçaqmalçılıq və qanunsuz mal dövriyyəsinə dair” 2010-cu ildə başlanılmış 0900/10/01 saylı liter işinə əlavə edilmədiyini, 2023-cü ilin yanvar ayında Komitənin Əməliyyat-İstintaq Baş İdarəsidən yeni qovluqlar verilərək köhnə qovluqların ləğv edilməsi tələb edildiyi üçün “Aksizsiz tütün məhsullarının və spirtli içkilərin qaçaqmalçığı ilə mübarizə "yə dair 2011-ci ildə başlanılmış 00200/11/20 saylı liter işinin 2 hissəyə ayrıldığını, qeyd olunar istiqamət üzrə 2017-ci ildən sonra daxil olmuş məlumatlara dair sənədlərin etibarlı şəxslərin qovluğunda saxlanıldığı üçün həmin liter işinə əlavə edilmədiyini, 2020-2023-cü illər ərzində “Covid-19” pandemiyası ilə əlaqədar ölkənin quru sərhədlərinin bağlı olduğu, etibarlı əlaqəyə cəlb edilən şəxslə dövlət sərhədindən istifadə edə bilmədikləri üçün fərdi təsərrüfat fəaliyyəti ilə məşğul olduqları səbəbindən həmin dövr ərzində əməliyyat əlaqəsində olan əməliyyat mənbələri ilə davamlı əlaqələrin olmadığını, əməliyyat işçiləri tərəfindən etibarlı şəxslərlə əlaqələrin və görüşlərin uzun müddət aparılmadığını, həmçinin etibarlı əlaqələr qurulmuş bəzi şəxslərdən məlumat alınmadığını, onlarla görüşün keçirilməsinə dair arayışların olmadğını, “Covid-19” pandemiyası ilə əlaqədar etibarlı şəxslərlə görüş zamanı gömrük sərhədində keçmədiklərini bildirdiklərinə görə həmin şəxslərə bir qayda olaraq gömrük qaçaqmalçılığı ilə bağlı hər hansı məlumat əldə etdikdə dərhal məlumat vermələrinə dair tapşırıq verildiyini, Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkilləri X26, X20 və X9 etibarlı şəxslərlə keçirdikləri görüş haqqında tərtib etdikləri arayışların tədbir hissəsində görüləcək tədbirlər əvəzinə tapşırıqlar yazılmasının mexaniki səhv olduğunu və yoxlama aparılarkən həmin səhvlərin aradan qaldırıldığını, şəxslərlə aparılmış söhbətlər barədə arayışlar yazıldıqdan sonra etibarlı şəxs kimi əlaqəyə cəlb edilmələri qərara alındığı üçün Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti leytenant X14 və Əməliyyat şöbəsinin əməliyyat müvəkkili, gömrük xidməti baş leytenantı X1 görüş haqqında yazdıqları arayışların etibarlı əlaqənin yaradılması tarixlərindən əvvəlki tarixlərdə olduğunu, Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X26 ilkin əməliyyat yoxlama işinin ümumu işdirilmiş arayışını səhvən digər etibarlı şəxsin qovluğuna qoyduğunu, yoxlama zamanı həmin nöqsanın aradan qaldırıldığını, Əməliyyat şöbəsinin baş əməliyyat müəkkili, gömrük xidməti mayoru X38 tərəfindən keçirilən görüşlər zamanı nəticənin olmayacağı məlum olduğu üçün tərtib edilmiş arayışlarda nəticə hissəsinin olmadığını, İdarənin ştatında olan əməliyyat müvəkkillərinin sayının azlığı səbəbindən Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan sərhəd buraxılış məntəqələrinin tam nəzarətə götürülə bilmədiyini, bu halı yoxlama həyata keçirən şəxslərin İdarənin fəaliyyətinin yoxlanılması zamanı əməliyyat şəraitinin düzgün təhlil edilmədiyi, təhdidlərin müəyyən olunmadığı, fərd və əməliyyat məlumatlarının əldə olunmadığı, analitik işin aparılmadığı və yeni qaçaqmalçılıq kanallarının aşkar edilməsi istiqamətində iş aparılmadığı qənaətinə gəlmələrinə səbəb olduğunu bildirmişdir. İddiaçı izahatında Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarından X21, X9, X15 2020-2023-cü ilin cari dövrü ərzində əldə etdikləri məlumat əsasında inzibati xarakterli hüquqpozma faktları aşkar edildiyini, həmçinin Emil Kərimoyun və Anar Rüstəmovun əldə etdiyi məlumatlar əsasında cinayət və inzibati xarakterli hüquqpozma faktları aşkar edildiyinə görə onların fəaliyyətsizliyi ilə bağlı tədbir görülməsi məsələsi ilə yuxarı rəhbərlik qarşısında məsələ qaldırılmadığını qeyd edərək, rəisi olduğu idarənin Təhqiqat şöbəsinin sabiq böyük təhqiqatçısı, hazırda Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyən, gömrük xidmət mayoru X4 tərəfindən Azərbaycan Respublikasının İnzibat Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə icraatı aparılan 11000-002/20 nömrəli inzibati xəta haqqında iş üzrə nəqliyyat vasitəsinin saxlancda olma müddətinin bitməsi barədə raportun rəhbərlik etdiyi İdarənin əməkdaşları tərəfindən deyil, nəqliyyat vasitəsinin gömrük sərhədini keçdiyi postun əməkdaşları tərəfindən yazıldığını, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatı aparılan 11000-1071/20 nömrəli inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 17 oktyabr 2019-cu il tarixli 295 nömrəli sərəncamının 1 nömrəli əlavəsinin tələbinə əsasən vətəndaş X7 xarici valyuta vəsaitlərinin qaytarılmaması ilə bağlı bildiriş və xəbərdarlığın malların rəsmiləşdirilməsinin həyata keçirildiyi gömrük postu tərəfindən göndərilməli olduğunu, təhqiqat sahəsində aşkar edilən digər nöqsanlarla bağlı məlumatlı olmadığını, həmin halların işlərin icraçısı olan təhqiqatçılardan izahat alınaraq araşdırılmasının məqsədəmüvafiq olacağını düşündüyünü, Əməliyyat-İstintaq Baş İdarəsinin hazırda xidməti vəzifədən müvəqqəti kənarlaşdırılan rəisi Məsum Rəsulovun ona Elşən Eyyubovun işə gəlməməsi hallarına qarışmamağı barədə göstəriş verdiyini, X30-İstintaq Baş İdarəsi rəisinin xidməti tapşırığını icra etdiyini düşündüyünü, bu səbəbdən onun işə gəlmədiyi hallar barədə raportla rəhbərliyə müraciət etmədiyini, Məsum Rəsulov vəzifəsindən müvəqqəti kənarlaşdırıldıqdan sonra bu barədə Qərb Ərazi Baş Gömrük İdarəsinin sabiq rəisi Telman Mehdiyevə şifahi məlumat verdiyini, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, yoxlama dövründə aşkar edilmiş nöqsanların böyük əksəriyyətinin yerində aradan qaldırıldığını, hazırkı vəzifədə işlədiyi dövrdə inzibati və cinayət xarakterli hüquqpozma faktı törətmiş şəxslərin məsuliyyətdən yayınma hallarının baş vermədiyini, əməliyyat şəraitini maksimum şəkildə nəzarətdə saxlamağa çalışdığını və əməliyyat sahəsində fəaliyyət göstərən əməkdaşların sayının azlığı barədə Əməliyyat-İstintaq Baş İdarəsinin rəhbərliyinə dəfələrlə məlumat verdiyini bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X36 xidməti araşdırma zamam verdiyi izahatda etibarlı şəxslərlə keçirdiyi görüş haqqında arayışların tədbir hissəsində görüləcək tədbirlər əvəzinə tapşırıqlar yazılmasının mexaniki səhv oduğunu və yoxlama zamanı aradan qaldırıldığını, realizə olunmuş işlə eyni xətt üzrə təhkim olundugu ərazidə liter işinin olmaması səbəbindən ilkin əməliyyat-yoxlama işinin ümumiləşdirilmiş arayışını liter işinə deyil, elibarlı əlaqə yaradılmış şəxsin qovluğuna əlavə etdiyini, 2022-ci ildə əldə etdiyi məlumat əsasında dərman preparatlarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi üzrə cinayət xarakterli fakt aşkar edildiyini, iş üzrə əməliyyat-qeydiyyat işi açılaraq toplanmış sənədlərin Əməliyyat-İstintaq Baş İdarəsinin Məxfi kargüzarlıq bölməsinə təhvil verildiyini bildirmədir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti polkovnik-leytenantı X33 xidməti araşdırma zamanı verdiyi izahatda etibarlı şəxslərlə keçirdiyi görüş haqqında arayayışların tədbir hissəsində görüləcək tədbir əvəzinə tapşırıqlar yazmadığını, yoxlama zamanı ona tədbirin məzmununun qısa yazılmasının nöqsan tutulduğunu, “Covid-19” pandemiyası ilə əlaqədar ölkənin quru sərhədlərinin bağlı olduğuna və etibarlı əlaqəyə cəlb edilən şəxslər dövlət sərhəddindən istifadə edə bilmədiklərinə görə onlarla keçirilən görüşlərin və tərtib edilmiş arayışların sayında azalma baş verdiyini, hazırda yeni əməliyyat mənbələri ilə əlaqə yaratdığını, 2020-2023-cü illər ərzində əldə etdiyi məlumatlar əsasında 7 inzibati, 2 cinayət xarakterli hüquqpozma faktı aşkar edildiyini, iş üzrə əməliyyat-qeydiyyat işləri açılaraq toplanmış sənədlərin Əməliyyat-İstintaq Baş İdarəsinin Məxfi kargüzarlıq bölməsinə təhvil verildiyini qeyd edərək yoxlama zamanı tutulan nöqsanları aradan qaldırdığını bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti leytenantı X22 xidməti araşdırma zamanı verdiyi izahatda tərtib etdiyi arayışların tədbir hissəsində görüləcək tədbir əvəzinə tapşırıqlar yazmağının təcrübəsizlik səbəbindən baş vermiş mexaniki səhv olduğunu və yoxlama müddətində aradan qaldırıldığını, aparılmış söhbətlər barədə arayışlar yazdıqdan sonra şəxslərin etibarlı əlaqəyə cəlb edilməsini qərara aldığına görə tarixlərə uyğunsuzluq ortaya çıxdığını, təqribən il yarım müddət ərzində əməliyyat sahəsində fəaliyyət göstərdiyini, bu sahə ilə bağlı təlimlərdə olmadığına baxmayaraq, uğur qazanmaq üçün əlindən gələni etdiyini, 09 mart 2023-cü il tarixdə əldə etdiyi məlumat əsasında 3000 ədəd siqaretin gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısının alındığını bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X37, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X38, həmin şöbənin böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı X17, şöbənin əməliyyat müvəkkilləri, gömrük xidməti baş leytenantı X23 və gömrük xidməti baş leytenantı X18 xidməti araşdırma zamanı verdikləri izahatda “Covid-19" pandemiyası ilə əlaqədar ölkənin quru sərhədlərinin bağlı olduğuna və etibarlı əlaqəyə cəlb edilən şəxslər dövlət sərhədindən istifadə edə bilmədiklərinə görə əməliyyat mənbəsi kimi cəlb etdiklər şəxslərlə görüş keçirə bilmədiklərini, eyni səbəbdən digər əməliyyat mənbələri ilə keçirilən görüşlərin və əldə edilən məlumatlar barədə yazılan arayışların sayında azalma olduğunu, arayışda qeyd edilən digər nöqsanların yerində aradan qaldırıldığını bildirmişlər. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsi rəisinin müavini, gömrük xidməti mayoru X34 xidməti araşdırma zamanı verdiyi izahatda gömrük orqanlarında xidmət etdiyi 18 il ərzində barəsində intizam tənbehi tətbiq edilmədiyini, qüsursuz xidmətinə görə barəsində iki dəfə həvəsləndirmə tədbiri tətbiq edildiyini, yoxlama aparılan günlərdə xidməti fəaliyyəti ilə əlaqədar ərazidə olduğı, “Covid-19” pandemiyası ilə əlaqədar quru sərhədləri bağlı olduğu üçün rəis müavini olduğu şöbənin əməkdaşlarının etibarlı şəxslərlə keçirdiyi görüşlərin və həmin şəxslərdən məlumat əldə edilməsi barədə arayışların sayında azalma olduğunu və heç vaxt üzrsüz səbəbdən işdən yayınma hallarına yol vermədiyini bildirmişdir. Araşdırma zamanı Elşən Eyyubovun işə gəlmədiyi barədə arayışda və İddiaçı izahatında göstərilənlərin doğruluğu öz təsdiqini tapmamışdır. Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, gömrük xidməti mayoru X4 xidməti araşdırma zamanı verdiyi izahatda Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı işlədiyi dövrdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə icraatını apardığı 11000-0002/20 nömrəli inzibati xəta haqqında iş üzrə nəqliyyat vasitəsinin saxlancda olma müddətinin bitməsi barədə raportun onun tərəfindən deyil, nəqliyyat vasitəsinin gömrük sərhədini keçdiyi postun əməkdaşları tərəfiindən vaxtında yazılmalı olduğunu, icraatında olan 11000-1743/21 nömrəli inzibati xəta haqqınla iş üzrə “işə baxılmanın yeri və vaxtı haqqında” Qərardadda isə texniki səhvə yol verərək işə qeyri-iş günündə, yəni 18 dekabr 2021-ci il tarixdə baxılacağını qeyd etdiyini, sonradan işə 22 dekabr 2021-ci il tarixdə, yəni iş günündə baxıldığını bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X13 xidməti araşdırma zamanı verdiyi izahatda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 17 noyabr 2019-cu il tarixli 95 nömrəli sərəncamına 1 nömrəli əlavənin tələbinə əsasən xarici valyuta vəsaitlərinin qaytarıİmaması ilə bağlı bildiriş və xəbərdarlığın müvafiq gömrük prosedurunun həyata keçirildiyi və xarici valyuta vəsaitlərinin qaytarılmadığının aşkar edildiyi gömrük orqanı tərəfindən həyata keçirilməli olduğunu, hazırkı iş üzrə Qərb Ərazi Baş Gömrük idarəsinin “Yevlax gömrük postunun rəisi Nazim İsayevin 01 aprel 2020-ci il tarixli 34/021 003764 nömrəli raportunda vətəndaş X3 ünvanına 03 mart 2020-ci il tarixli 16CQ-C 21/0xxxx/001196 nömrəli bildirişin göndərildiyinin göstərildiyini qeyd edərək iş üzrə vətəndaş Təyyar Hidayətova xəbərdarlıq göndərilib-göndərilmədiyi barədə məlumatının olmadığını bildirmiş, 03 mart 2020-ci il tarixli 1600-021/0xx-xx/001196 nömrəli bildirişin surətini araşdırmaya təqdim etmişdir. Qərb Ərazi Baş Gömrük idarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X28 xidməti araşdırma zamanı verdiyi izahatda Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə icraatını apardığı 11000-04749/22 nömrəli inzibati xəta haqqında iş üzrə 28 dekabr 2022-ci il tarixdə “İnzibati icraata xitam vermə haqqında” Qərar qəbul edildikdən sonra hüquqi şəxsin nümayəndəsinin “Tovuz” gömrük postuna gələrək qərarla tanış olduğunu, lakin iş sayının çoxluğu səbəbindən hüquqi şəxsin nümayəndəsinə həmin qərarı imzalatmağı unutduğunu bildiımişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X6 xidməti araşdırma zamanı verdiyi izahatda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə icraatını apardığı 11000-1340/20 nömrəli inzibati xəta haqqında iş üzrə 19 sentyabr 2020-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokolu hansı səbəbdən tərtib edildiyi tarixdən 11 gün sonra baxılması üçün vəzifəli şəxsə göndərildiyini xatırlamadıığını, bu halın icraatında olan işlərin sayının çox olması səbəbindən baş verdiyini düşündüyünü bildirmişdir. Qnrb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X32 xidməti araşdırma zamanı verdiyi izahatda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci macdəsi ilə icraatını apardığı 11000-0498/21 nömrəli iş üzrə toplanmış materialda 01211C00097838 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunmuş mallara keçirilmiş gömrük yoxlamasının nəticəsinin yoxlamanı həyata keçirən əməkdaş tərəfindən protokol əvəzinə aktla rəsmiləşdirildiyini, materialı icraatına qəbul edərkən iş sayının çoxluğu səbəbindən bu hala diqqət yetirmədiyini bildirmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, Gömrük xidməti polkovniki İddiaçı izahat verdikdən sonra Daxili Təhlükəsizlik İdarəsi Xidmət araşdırmalar şöbəsinin rəisi, gömrük xidməti polkovniki X24 ilə mobil elefonla “Whatsapp" mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq barəsində “gömrük orqanlarından xaric etmə" növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirlə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşmaqla gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirmiş, bununla da xidməti araşdırmaya təsir göstərməyə cəhd etmişdir. Bu barədə 27 mart 2023-cü il tarixli 34/190/012647 nömrəli raportla Komitə sədrinə məruzə olunmşdur. 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raporta əlavə edilmiş arayışda və 06 mart 2023-cü il tarixli 34/150/010398 nömrəli təqdimatda qaldırılan məsələ 28 mart 2023-cü il tarixdə Əməliyyatistintaq Baş İdarəsində məsul vəzifəli şəxslərin iştirakı ilə müzakirə edilmiş və iclas protokollaşdırılmışdır. Müəyyən edilmişdir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı rəhbərlik etdiyi idarədə işi yarıtmaz şəkildə təşkil etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifəsinin öhdəsindən layiqincə gələ bilməmiş, tabeliyindəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə nəzarəti tələb olunan şəkildə həyata keçirməmiş, aparılan araşdırma zamanı izahat verdikdən sonra barəsində “gömrük orqanlarından xaric etmə” növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirdə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşacağını və gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirməklə xidməti araşdımanın nəticəsinə təsir göstərməyə cəhd etmiş, Əməliyyat şöbəsinin rəisi, gömrük xidməti kapitanı X37 şöbə əməkdaşlarının fəaliyyətinə nəzarəti zəif təşkil etmiş, əməliyyat-axtarış fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları dərindən mənimsəməmiş, həyata keçirdiyi əməliyyat işləri üzrə etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə etdiyi məlumatlar haqqında arayışlar yazmamış, Əməliyya şöbəsinin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X36 etibarlı şəxslərlə keçirdiyi görüş haqqında tərtib etdiyi arayışların tədbir hissəsində görülməli olan tədbirlər yerinə tapşırıqlar yazmış, ilkin əməliyyat-yoxlama işinin ümumiləşdirilmiş arayışını liter işinə deyil, etibarlı şəxsin qovluğuna əlavə etmiş, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti polkovnik-leytenantı X33 etibarlı şəxslərlə keçirdiyi görüşlər haqqında arayışların hər bir hissəsinin məzmununu əhatəli şəkildə yazmamış, etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə edilmiş məlumatlar barədə arayışlar yazmamış, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti leytenantı X22 tərtib etdiyi arayışların tədbir hissəsində görülməli olan tədbirlər yerinə tapşırıqlar yazılmış, etibarlı şəxslərlə əlaqə yaratmamışdan öncə həmin şəxslərlə görüş keçirdiyi brədə arayışlar tərtib etmiş, Əməliyyat şöbəsi rəisinin müavini, gömrük xidməti mayor X34, şöbənin baş əməliyyat müvəkkili, gömrük xidməti mayoru X38, böyük əməliyyat müvəkkili, gömrük xidməti kapitanı X17, şöbənin əməliyyat müvəkkilləri, gömrük xidməti baş leytenantı X25 və gömrük xidməti baş leytenantı X19 etibarlı şəxs kimi cəlb edilən şəxslərlə mütəmadi görüşlər keçirməmiş, əldə etdikləri məlumatlar barədi arayışlar yazmamış, Əməliyyat və təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı X29 bəzi hallarda tabelliyindəki əməkdaşların icraatlarındakı işlər üzrə prosessual hərəkətləri vaxtında həyata keçirilməsinə nəzarət etməmiş, böyük təhqiqatçı, gömrük xidməti kapitanı X32 icraatını apardığı 11000-0498/21 nömrəli inzibati xəta haqqında iş üzrə maddi sübutu protokol əsasında götürməmiş, şöbənin təhqiqatçıları, gömrük xidməti kapitanı X28 icraatında olan 11000-04 f49/22 nömrəli inzibati xəta haqqında iş üzrə qəbul edilən qərarın surətini şəxsin ünvanına göndərməmiş, gömrük xidməti kapitanı X6 icraatını apardığı 11000-1340/20 nömrəli inzibati xəta haqqında iş üzrə protokolu tərtib etdikdən 11 gün sonra baxılması üçün vəzifəli şəxsə göndərmiş, Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, vəzifəsində Gömrük xidməti mayoru X4 Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı vəzifəsində şlədiyi dövrdə icraatını apardığı 11000-1743/21 nömrəli inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsə işə baxılmanın vaxtı və yeri haqqında düzgün məlumat verməmiş, bununla da həmin əməkdaşlar xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozmuşlar. Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 73-cü maddələri ilə göstərilmişdir ki, intizam tənbehi, intizam xətası törətmiş gömrük orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X2 yoİ verdiyi intizam xətasından 2 ildən artıq vaxt keçmişdir. Xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalsının tələblərini pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 08 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmri ilə Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı töhmət, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlar rəhbər tutularaq xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrükl İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Qeyd olunanlara əlavə olaraq Komitə işin halları ilə bağlı aşağıda göstərilənləri diqqətə çatdırmağı zəruri bilir. Belə ki, ilk əvvəl Dövlət Gömrük Komitəsi hesab edir ki, sabiq əməkdaşın iddia ərizəsində göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşıyır. Cavabdeh istinad edilən Əsasnamənin 69-cu və 44-cü maddəsinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili N. Abdullayev məhkəməyə cavabdehin iddiaya dair etirazına mülahizə təqdim etmişdir. Mülahizədə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri iddiaçıya münasibətdə qanunsuz olaraq qəbul edilmiş və ləğv edilməlidir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmri ilə «Gömrük orqanlarında xidmətkeçmə haqqında» Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq gömrük orqanlarından xaric edilib. Həmin Əsasnamənin 69-cu maddəsinə görə isə gömrük orqanlarının vəzifəli şəxsləri bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda onun barəsində Əsasnamənin 69-cu maddəsində göstərilən intizam tənbehlərindən biri tətbiq oluna bilər. Cavabdeh tərəfindən verilən iddia ərizəsinə etirazda ümumi səbəblər, şablon sözlər qeyd edilmişdir. Ümumi sözlər aşağıdakılar hesab edə bilərik: iddiaçı işini yarıtmaz şəkildə təşkil edib, əməliyyat-axtarış tədbirlərini yarıtmaz şəkildə təşkil edib, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə tədbirlərin öhdəsindən gələ bilməyib, tabelliyindəki əməkdaşların xidməti vəzifələrinin yerinə yetirilməsinə nəzarəti tələb olunan şəkildə həyata keçirə bilməyib, əməliyyat şöbəsinin rəisi gömrük xidməti kapitanı Elnur Səfərov şöbə əməkdaşların fəaliyyətinə nəzarəti zəif təşkil edib, əməliyyat-axtarış fəaliyyətini tənzimləyən normativ -hüquqi aktları dərindən mənimsəməyib. Etirazda İddiaçı tərəfindən iddia edilən konkret nöqsanlar: 1. Həyata keçirdiyi əməliyyat işləri üzrə etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməyib. Burda cavabdeh orqan ilk öncə mütəmadi görüşlərin hansı zaman aralığında keçirməli olduğunu göstərməli, iddiaçının isə buna niyə həmin müddət ərzində əməl etmədiyini aydınlaşdırmalı idi. 2. Əldə etdiyi məlumatlar haqqında arayışlar yazmayıb. Olmayan bir məlumat barəsində bir arayış yazmaq tamamilə əsassızdır və mənasızdır. Məlumat və arayış demək olar ki sinonim anlayışdır. Məlumatlar rəsmi sənəd kimi arayışda əks edilir. Əgər arayış yoxdursa, məlumat da yoxdur. Yaxud da əksinə. 3. Əməliyyat şöbəsinin baş əməliyyat müvəkkili Emil Kərimovun etibarlı şəxslərlə keçirdiyi görüş haqqında tərtib etdiyi arayışların tədbir hissəsində görülməli olan tədbirlər yerinə tapşırıqlar yazıb. Bir işçinin texniki olaraq səhvə yol verməsi, onun rəisinin (müdirinin) buna hər hansı bir qnaun pozuntusu hesab etmək gülünc bir iddiadır. 4. İlkin əməliyyatyoxlama işinin ümumiləşdirilmiş arayışını liter işinə deyil, etibarlı şəxsin qovluğuna əlavə edib. Burda bir işçinin məlumatı qovluğa deyil, başqa bir qovluğa qoyması texniki səhv ola bilər, işçilərin məsuliyyətsizliyi də hesab oluna bilər. Bunu hər hansı qanunun, normativ hüquqi aktın pozuntusu kimi qələmə vermək heç bir normal məntiqə sığmır. 5. Şöbənin baş əməliyyat müvəkkili Anar Rüstəmovun etibarlı şəxslər ilə keçirdiyi görüşlər haqqında arayışların tədbir hissəsinin məzmununu əhatəli şəkildə yazmayıb, etibarlı şəxs kimi cəlb etdiyi şəxslərlə mütəmadi görüşlər keçirməyib, əldə etdiyi məlumatlar barədə arayışlar yazmayıb. Əhatəli şəkildə yazmayıb, mütəmadi görüşlər keçirməyib kimi ifadələr daha çox subyektiv bir fikirdir. Əhatəli yazmaq dedikdə əməliyyat müvəkkili 12 səhifə arayış yazmalıdır yoxsa bir səhifə. Qanunun ilə arayışın əhatəli yazılmasına dair məsələlər tənzimlənmir. Buna görə də iddiaçıya nöqsan tutmaq, irad bildirmək, onu ən sərt formada cəzalandırmaq qanunçuluq prinsipinin pozulması, işçiyə qarşı qərəzli və qeyri-obyektiv yanaşmadır. 6. Gömrük xidməti mayoru Elşən Əyyubovun, əməliyyat müvəkkili Samir İbadovun, böyük əməliyyat müvəkkili Elşən Məmmədov şöbənin əməliyyat müvəkkilləri Elfaq Fərzəliyev və Qalib Fərzəliyevin etibarlı şəxs kimi cəlb edilən şəxslərlə mütəmadi görüşlər keçirməyib, əldə etdikləri məlumatlar barədə arayışlar yazmayıb. İddiaçıya dair bu iradlar cavabdehin də dediyi kimi 2020-2023-cü illər ərzində olub. Həmin dövrdə bəlli olduğu kimi pandemiyaya görə quru sərhədləri bağlı olub. Etibarlı şəxslərin xaricə getməməsi, gedə bilməməsi, onlardan məlumat almaq imkanınını sıfıra endirib. 7. Əməliyyat və təhqiqat şöbəsinin rəisi Nihad Həsənovun, böyük təhqiqatçı Rahib Babayevin, təhqiqatçılar Etibar Məmmədovun, Mahmud Allahverdiyevin, Əlifxan Yusifovun qəbul etdiyi qərarlarda prosessual pozuntular olub (misal üçün maddi sübutu protokolla götürməyib, qərarın surətin şəxsə göndərməyib, protokolu tərtib etdikdən 11 gün sonra vəzifəli şəxsə göndərib, işə baxılmanın vaxtı və yeri barədə xəbərədar edilməyiblər). Ümumiyyətlə təhqiqatçılar üzərində prosessual nəzarəti həyata keçirən orqanın Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsinin Əməliyyat və təhqiqat Baş İdarəsinin rəisi, yoxsa Prokuror tərəfindən həyata keçirilməsini əvvəlcə aydınlaşdırmaq lazımdır. Gömrük orqanlarında təhqiqatçıların fəaliyyətinə nəzarət Azərbaycan Respublikası Baş Prokurorluğu, Ədliyyə, Gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən həyata keçirilir. Bir sözlə cavabdeh tərəfindən Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 44-cü maddəsinin iddiaçı tərəfindən pozulmasının göstərilməsinə dair heç bir konktret fakt göstərilməyib. Nəinki qanunların pozulmasını göstəriblər, eyni zamanda qanunların pozmamasını qanunların pozması kimi göstəriblər. Əgər iddiaçı təhqiqatçıların prosessual hərəkətlərinə və prosessual qanunların qəbul edilməsinə qarışsa idi, bu zaman o, həqiqətən də Əsasnamənin 44-cü maddəsinin pozulmasını iddia edə bilərdilər. Eyni zamanda iddia ərizəsində iddiaçının 2010-cu ildən gömrük orqanlarına xidmətə düzəldiyini, onun savadı, bacarığı və qabiliyyəti sahəsində yüksək rəis vəzifəsinə qədər yüksəlməsini bir kənara qoyub ümumi sözlərlə, heç bir fakta əsaslanmadan ən sərt formada intizam tədbiri verilməsi qanunsuzdur, əsassızdır və qərəzlidir. Bundan başqa AR DGK-nin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli Əmrin qərəzli olmasını göstərən digər fakt isə 2022-ci ilin dekabr ayının 27-də AR DGK Əməliyyat və İstintaq Baş idarəsi tərəfindən AR Prezidentinin 179 saylı fərmanının icrası ilə əlaqədar Qərb Ərazi Baş gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsində yoxlamanın həyata keçirilməsinə, həyata keçirilən yoxlama nəticəsində iddiaçının rəhbərlik etdiyi idarədə heç bir nöqsan və qüsur aşkar edilməməsinə baxmayaraq, iki ay keçməmiş yeni bir yoxlamanın təşkil edilməsi və əsassız iddialarla onun vəzifə funksiyalarına aid olmayan hallara görə günahlandırılmasıdır. Bütün yuxarıda qeyd edilənlərə əsaslanaraq nümayəndə bildirir ki, cavabdehin təqdim etdiyi etirazda göstərilən hallar, əmrin qanunsuzluğunu və əsassızlığını bir daha sübut edir. Cavabdeh inzibati orqanın iddiaçı tərəfin iddiaya etiraza dair mülahizəsi ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı münasibətdə bildirilmişdir ki, əvvəla mübahisələndirilən əmrin maddi-hüquqi baxımından qanuniliyi ilə bağlı məhkəmə təftişinin aparılması ilə bağlı onu qeyd etmək zəruridir ki, Komitənin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Eləcə də Komitənin vəzifəli şəxslərinin əmək münasibətləri Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə ilə tənzimlənir. Gömrük orqanlarında xidmət dövlət qulluğunun xüsusi növüdür və müvafiq Əsasnamənin tələblərinə əsasən gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır, Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, həmin Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X40”nin 3.3.5-ci yarımbəndinin tələblərinə əsasən hər bir gömrük əməkdaşı həmkarları, o cümlədən, birbaşa və bilavasitə rəisləri və ya tabeliyində olan şəxslərlə nəzakətlə davranmalı, onların hüquqlarını, vəzifələrini və istəklərini nəzərə almalı, xeyirxah, diqqətli, səbirli və təmkinli olmalı, daxili intizam qaydalarına ciddi əməl etməlidir. Kodeksin 3.4-cü bəndinə əsasən həmin Kodeksin tələblərini dəqiq bilməli və ona riayət edilməməsinin məsuliyyətini dərk etməlidir. Kodeksin 3.3.6-cı yarımbəndinə əsasən gömrük orqanı əməkdaşı birbaşa və ya bilavasitə rəislərin, yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır, (sabiq əməkdaş izahat verdikdən sonra Daxili Təhlükəsizlik İdarəsi Xidməti araşdırmalar şöbəsinin rəisi, gömrük xidməti polkovniki X24 ilə mobil telefonla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq barəsində ‘‘gömrük orqanlarından xaric etmə” növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirdə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşmaqla gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirmiş, bununla da xidməti araşdırmaya təsir göstərməyə cəhd etmişdir.) Kodeksin 3.6-cı bəndinə əsasən gömrük əməkdaşı özünə, tabeliyində olanlara və həmkarlarına qarşı tələbkar olmalı, bu Kodekslə müəyyən edilmiş qaydaların hər hansı bir əməkdaş tərəfindən pozulması hallan ilə qarşılaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu barədə aidiyyəti üzrə məlumat verməlidir. Komitənin 21 sentyabr 2001-ci il tarixli “080” nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gömrük orqanlarında İntizam Qaydaları”nın İİ hissəsində xidməti intizamla bağlı müddəalar öz əksini tapmışdır. Belə ki, xidməti intizam xidməti intizam qanunvericiliyin tələblərinə ciddi riayət, öz xidməti vəzifəsini yerinə yetirməsi üçün hər bir əməkdaşın şəxsi cavabdehliyi, əməkdaşların gömrük orqanlarında daxili intizam, xüsusi geyim formasının daşınması, xidməti məlumatlarla işləmə qaydalarına ciddi riayət etmələri, xidməti vəzifələrini yerinə yetirərkən nəzakətli davranış, xidməti vəzifənin icrası üçün zəruri olan ixtisas səviyyəsinin və peşəkarlığın artırılması sahəsində hər bir əməkdaşın səyi, tabeçiliyində olan əməkdaşların öz xidməti vəzifələrinin icrası üzərində gömrük orqanı rəisinin daimi nəzarəti, rəislər tərəfindən inandırma və məcburetmə tədbirlərinin düzgün əlaqələndirilməsi və ədalətli tətbiqi hesabına təmin edilir. Qaydaların İİİ hissəsinin 8-ci bəndində qeyd edilir ki, rəis tabeliyində olan əməkdaşlar arasında xidməti intizamın vəziyyətinə görə şəxsən məsuliyyət daşıyır. Qaydaların V hissəsinin 22.1-ci bəndinə əsasən “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 44-cü maddəsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsi xidməti intizamın kobud surətdə pozulmasını səciyyələndirən haldır. Həmin Əsasnamənin 44-cü maddəsində gömrük orqanının vəzifəli şəxsinin borcu kimi sadalanan tələblər arasında mövcud olan tələbləri, yəni gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləməmişdir. Eləcə də sözügedən Qaydaların V hissəsinin 22.5-ci bəndinə əsasən əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən xidməti vəzifələrin yerinə yetirilməməsi də kobud pozuntu hesab edilən haldır ki, sabiq əməkdaş 8 sentyabr 2022-ci il və 2 dekabr 2022-ci ildə intizam məsuliyyətinə cəlb edilmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsinin 1600/011 nömrəli 1 mart 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamə”nin 4.3.5-ci yarımbəndinin tələblərinə əsasən İdarənin rəisi idarə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən gömrük işini nizama salan qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə əməl etmələri üzərinə nəzarəti həyata keçirir. Sadalanan tələblərin pozulması kobud pozuntu hesab edilən hallardır və iddiaçının yuxarıda qeyd olunan tələbləri pozması sübut olunur. Belə ki, sabiq əməkdaş barəsində müvafiq araşdırma materiallarında mövcud olan sübutlar və onun gömrük orqanlarında xidmətinə xitam verilməsinə əsas olmuş əmrdə göstərilənlər qanunvericiliklə müəyyən edilmiş kobud pozuntunu səciyyələndirən hallardır. Əlavə olaraq bildirilir ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış edən sabiq əməkdaş İddiaçı 23 avqust 2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə ölkə ərazisinə gələn nəqliyyat vasitəsinin gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş 800 (səkkiz yüz) ədəd siqaretin aşkar edilməsi faktı barədə müvafiq sənədləşmə aparılmadan həmin malların müvəqqəti saxlanca qəbul edilməsi barədə sözügedən İdarənin əməkdaşı Zamin İbrahimliyə qanunsuz göstəriş vermiş, sonuncu tapşırığı kortəbii icra etmişdir. Bu səbəbdən də xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Komitənin 8 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmri ilə ona töhmət elan edilmişdir. Bu hadisədən nəticə çıxarmayan sabiq əməkdaş xidməti vəzifələrinin icrasına laqeyd yanaşaraq qısa müddət sonra rəhbərlik etdiyi idarədə işi həmin İdarənin Əsasnaməsinə uyğun şəkildə təşkil etməmiş, tabeliyindəki əməkdaşların xidməti vəzifələrini yerinə yetirmələrinə nəzarəti tələb olunan şəkildə həyata keçirməmiş, baş verə biləcək hüquq pozuntusuna səbəb və şərait yaradan hallar üzrə qabaqcadan profilaktik tədbirlər aparmamış, Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyindəki postlarda əməliyyat şəraitini düzgün qiymətləndirməmiş, bununla da həmin əməkdaşlar xidməti intizam qaydalarının tələblərini pozmuşlar. Bu səbəbdən də sabiq əməkdaşa xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Komitənin 2 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, sözügedən əmrlərin sabiq əməkdaş tərəfindən mübahisələndirilməməsi onun barəsində tətbiq edilən intizam tənbehlərinə razılığın iradəsidir. Qaydaların Vİ hissəsinin 44-cü bəndində qeyd edilir ki, intizam məsuliyyətinə cəlb edilməsi barədə qərarla razı olmadığı halda, əməkdaş bu qərardan yuxan gömrük orqanının rəisinə və ya məhkəməyə yazılı şəkildə şikayət edə bilər. Qeyd olunan bu iki inzibati aktda göstərilən əməllər sabiq əməkdaşın xidmətinə xitam verilməsi üçün sonuncu əmrin mövcudluğuna zəmin yaratmışdır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-1-ci maddəsinin tələblərinə əsasən həmin Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi (gömrük orqanlarından xaric etmə) vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Qaydaların V hissəsinin 33-cü bəndinə əsasən intizam tənbehi olan əməkdaş altı ay ərzində təkrar pozuntuya yol verərsə, bu, xidməti intizamın mütəmadi olaraq pozulması hesab olunur. İddiaçının və onun vəkili tərəfindən təqdim edilmiş mülahizədə sabiq əməkdaşın işdən azad olunmasın səbəbinin ümumi səbəblər, şablon ifadələr və konkret əməllərlə göstərildiyi qeyd olunur. Komitə hesab edir ki, istər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda, istərsə də yuxarıda qeyd olunan faktlarda sabiq əməkdaşın xidmətinə xitam verilməsinə əsas olmuş ümumi səbəblər və konkret əməllər sadalanmışdır. Həmçinin mübahisələndirilən inzibati akt formal-hüquqi baxımdan qanunidir, çünki həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Eyni zamanda mübahisəli əmr maddi-hüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən AR Əmək Məcəlləsinin, Əsasnamənin müddəalarının tələbləri gözlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində, iddiaya etiraza dair verilmiş yazılı mülahizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və iddiaçı tərəfin mülahizəsinə dair təqdim edilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunun və 34/150/010398 nömrəli təqdimatının araşdırılmasının nəticəsi haqqında” 30 mart 2023-cü il tarixli, 1000/213Ş nömrəli əmrindən görünür ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilməsi və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir (1-ci bənd). Müvafiq sorğu əsasında cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrinin verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportundan görünür ki, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020-2023-cü ilin cari dövrü ərzində fəaliyyətinin yoxlanılması barədə 20 fevral 2023-cü il tarixli 1000/047 №li sərəncamın icrası ilə əlaqədar həyata keçirilmiş yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə təqdim edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən AR DGK-nin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 34/150/010391 nömrəli təqdimatın mətnindən müəyyən edilir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin fəaliyyətində aşkar edilmiş nöqsan və çatışmazlıqların əsas səbəblərindən birinin idarənin rəisi Fİddiaçı fəaliyyət ərazisində gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların aşkarlanması, onlar üzrə icraatın və təhqiqatının araşdırılması, hüquqpozma törədən şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə xidməti vəzifələrinin öhdəsindən gələ bilməməsi, onun icrasına laqeyd yanaşaraq tabeliyində olan əməkdaşların xidməti fəaliyyətlərini düzgün təşkil və ona nəzarət etməməsi olmuşdur. Təqdimatda həmçinin qeyd edilmişdir ki, xidməti intizam qaydalarını pozduğuna görə İddiaçı dəfələrlə intizam tənbehi verilsə də, o bundan düzgün nəticə çıxarmışdır. Belə ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Dövlət Gömrük Komitəsi üzrə 26 iyul 2017-ci il tarixli, 100/779Ş nömrəli əmrlə İddiaçı sonuncu xəbərdarlıqla töhmət, 08 sentyabr 2022-ci il tarixli 1000/674Ş nömrəli əmrlə töhmət və 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd olunanları və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığını nəzərə alaraq barəsində müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin Daxili Təhlükəsizlik idarəsi Xidməti araşdırmalar şöbəsinin inspektoru tərəfindən 10 mart 2023-cü il tarixdə İddiaçı izahat alınmış, sonuncu, barəsində qeyd olunan nöqsan və pozuntular barədə ətraflı izahat verərək imza etmişdir. -Daxili Təhlükəsizlik İdarəsinin Xidməti araşdırmalar şöbəsinin rəisi, Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Mirşahin Mirişli tərəfindən AR Dövlət Gömrük Komitəsinin sədrinə verilmiş raportda məruzə edilərək bildirilmişdir ki, barəsində xidməti araşdırma aparılan şəxslərdən Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı izahat verdikdən sonra onunla mobil telefonla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq barəsində ‘‘gömrük orqanlarından xaric etmə” növündə intizam tənbehi tətbiq ediləcəyi təqdirdə videoçarxlar hazırlayaraq müxtəlif sosial şəbəkələrdə paylaşmaqla gömrük orqanlarının nüfuzuna xələl gətirəcəyini bildirmiş, bununla da xidməti araşdırmaya təsir göstərməyə cəhd etmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq baş İdarəsində “Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat idarəsinin 2020- 2023-cü illərin cari dövrü ərzində fəaliyyətinin yoxlanılmasının nəticələrinin müzakirəsinə dair” keçirilmiş 28 mart 2023-cü il tarixli iclasın protokolundan görünür ki, İddiaçı çıxış edərək yol verilmiş nöqsanları qismən etiraf edərək bunların səbəblərinin bir sıra çatışmazlıqlarla izah etməyə çalışmış, sistematik olaraq xidməti fəaliyyətində yol verdiyi pozuntulara görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsinin səbəbi barədə suala cavab kimi qeyd olunan intizam tənbehləri ilə əlaqədar olaraq fikrini bildirmiş və əgər tutduğu vəzifədə işi qənaətbəxş hesab olunmadığı halda müvafiq işə keçirilməsi barədə rəhbərlik qarşısında məsələ qaldırılmasını xahiş etmişdir. Yoxlamanın nəticələri haqqında arayış və onun müzakirəsinə həsr olunmuş iclasın keçirilməsinə dair protokol hüquqi qiymət verilməsi üçün X8 İdarəsinə göndərilməsi qərara alınmışdır. -Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini, Baş İdarə rəisinin vəzifəsini müvəqqəti icra edən Orxan Nuriyevin 06 mart 2023-cü il tarixli 34/150/010346 nömrəli raportunun, 06 mart 2023-cü il tarixli 34/150/010398 №li təqdimatının araşdırılmasına dair 29 mart 2023-cü il tarixli arayışda xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməsi təklif edilmişdir. Arayış Komitə sədri tərəfindən təsdiq edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 08 sentyabr 2022-ci il tarixli, 1000/674ş saylı əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduqlarına görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi İddiaçı... “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə “Bəzi gömrük orqanı əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilmələri haqqında” 02 dekabr 2022-ci il tarixli, 1000/959ş saylı əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük rrqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının şəxsi işinin əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı AR Dövlət Gömrük Komitəsi üzrə: -422Ş saylı, xx.xx.2009-cu il tarixli əmrə əsasən gömrük orqanlarında xidmətə qəbul edilmiş, 100/529Ş saylı, xx.xx.2013-cü il tarixli əmr ilə ona həvəsləndirmə tədbiri qaydasında bir aylıq vəzifə maaşı həcmində pul mükafatı, 100/594Ş saylı, xx.xx.2015-ci il tarixli əmr ilə növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 100/126Ş saylı, xx.xx.2016-cı il tarixli əmr ilə təşəkkür elan edilmiş, 100/195Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif edilmiş, 100/779Ş saylı, xx.xx.2017-ci il tarixli əmrə əsasən intizam məsuliyyətinə cəlb edilmiş və xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, 100/910Ş saylı, xx.xx.2017-ci il tarixli əmrlə tətbiq edilmiş intizam tənbehi vaxtından əvvəl götürülmüş, 100/1272Ş saylı, xx.xx.2018-ci il əmrlə Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin vəzifəsinə təyin edilmiş, 100/1545Ş saylı, xx.xx.2018-ci il tarixli həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/102Ş saylı, xx.xx.2019-cu il tarixli əmrlə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmiş, 1000/081Ş nömrəli, xx.xx.2020-ci il tarixli əmrə əsasən həvəsləndirmə tədbiri qaydasında növbəti xüsusi rütbə vaxtından əvvəl verilmiş, 1000/102Ş saylı, xx.xx.2021-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə, xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illik yubileyi medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə mübahisənin mahiyyəti ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun üçün əlverişsiz hüquqi nəticələr yaradan 30 mart 2023-cü il tarixli 1000/213ş nömrəli əmrin ona aid olan hissədə mübahisələndirir, eyni zamanda həmin aktın icrası nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılmasınıəvvəlki vəzifəsinə bərpa edilməsini və xx.xx.2023-cü il tarixdən başlayraq ona ödənilməyən əməkhaqqının ödənilməsini tələb edir. İddiaçı hesab edir ki, mübahisələndirilən əmrin qəbul edilməsi üçün “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə göstərilmiş əsaslar olmamış, əmrdə onun nöqsanları yalnız ümumi sözlərlə sadalanmış, hər hansı fakta istinad olunmamışdır. Halbuki, o, gömrük orqanlarında xidmət etdiyi dövrdə dəfələrlə həvəsləndirmə tədbiri qaydasında təltif edilmiş, lakin sonuncu yoxlama ilə onun fəaliyyəti qərəzli qiymətləndirilmişdir. Məhkəmə gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən: 2.Gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, bu Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.
44. Gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.
69. Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 7-ci maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət;.. 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. 69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.
71. İntizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahat tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.
72. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan gömrük orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizamın pozulduğu məlum olduğu andan 20 gün keçənədək xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə - müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay keçənədək verilə bilər.
74. İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir.
75. Gömrük orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi, əgər altı ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.
76. İntizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdir. Həmin Əsasnamənin 120-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə; Bu maddənin birinci hissəsinin 2-ci, 4-13-cü bəndlərində göstərilən əsaslara görə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.6-cı bəndinə əsasən, müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad etmək Komitə sədrinin səlahiyyətlərindəndir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X40”ndən: 3.1. Gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Xidməti davranış Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 3.3. Gömrük orqanı əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş xidməti davranış prinsiplərinə tam şəkildə əməl etməyə borcludur: 3.3.6. Bu Kodeksin tələblərini dəqiq bilməli və ona riayət edilməməsinin məsuliyyətini dərk etməlidir. 3.5. Özünə, tabeliyində olanlara və həmkarlarına qarşı tələbkar olmalı, bu Kodekslə müəyyən edilmiş qaydaların hər hansı bir əməkdaş tərəfindən pozulması halları ilə qarşılaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli, zərurət yarandıqda bu barədə aidiyyəti üzrə məlumat verməlidir. 12.1. Bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. AR Dövlət Gömrük Komitəsinin xx.xx.2001-ci il tarixli 080 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gömrük orqanlarında İntizam Qaydaları”ndan:
2. Xidməti intizam: qanunvericiliyin tələblərinə ciddi riayət, öz xidməti vəzifəsini yerinə yetirməsi üçün hər bir əməkdaşın şəxsi cavabdehliyi, əməkdaşların gömrük orqanlarında daxili intizam, xüsusi geyim formasının daşınması, xidməti məlumatlarla işləmə qaydalarına ciddi riayət etmələri, xidməti vəzifələrini yerinə yetirərkən nəzakətli davranış, xidməti vəzifənin icrası üçün zəruri olan ixtisas səviyyəsinin və peşəkarlığın artırılması sahəsində hər bir əməkdaşın səyi, tabeçiliyində olan əməkdaşların öz xidməti vəzifələrinin icrası üzərində gömrük orqanı rəisinin daimi nəzarəti, rəislər tərəfindən inandırma və məcburetmə tədbirlərinin düzgün əlaqələndirilməsi və ədalətli tətbiqi hesabına təmin edilir.
8. Rəis tabeliyində olan əməkdaşlar arasında xidməti intizamın vəziyyətinə görə şəxsən məsuliyyət daşıyır.
21. Xidməti intizamın pozulması (intizam xətası)- əməkdaşın təqsiri üzündən xidmətiu vəzifələrinin və ya ona verilmiş tapşırıqların tələb olunan səviyyədə icra olunmaması deməkdir.
22. Xidməti intizamın kobud surətdə pozulmasına aiddir: 1) “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü maddəsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsi; ... 6) Əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən xidməti vəzifələrin yerinə yetirilməməsi;
23. Gömrük orqanının vəzifəli şəxsi xidməti intizamı pozduqda ona “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər: 6) gömrük orqanlarında xidmətinə xitam verilmə.
31. Gömrük orqanlarında xidmətinə xitam verilmə son hədd intizam tənbehidir və xidməti intizam kobud şəkildə və yaxud mütəmadi olaraq pozulduqda, və ya gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verildikdə tətbiq olunur.
33. İntizam tənbehi olan əməkdaş altı ay ərzində təkrar pozuntuya yol verərsə, bu, xidməti intizamın mütəmadi olaraq pozulması hesab olunur.
44. İntizam məsuliyyətinə cəlb edilməsi barədə qərarla razı olmadığı halda, əməkdaş bu qərardan yuxarı gömrük orqanının rəisinə və ya məhkəməyə yazılı şəkildə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsindən:
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Göründüyü kimi “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə gömrük orqanlarında xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “gömrük orqanlarından xaric edilmə” tədbirinin tətbiqini isə müstəsna tədbir kimi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə və ya xidməti vəzifələrin mütəmadi olaraq yerinə yetirilməməsi ilə şərtləndirmişdir. Xidməti vəzifələrin mütəmadi pozulması isə intizam tənbehi olan əməkdaşın altı ay ərzində təkrar pozuntuya yol verməsi sayılır. Hazırkı iş araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçıya bundan əvvəl “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən Komitənin 02 dekabr 2022-ci il tarixli 1000/959Ş nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. İddiaçı həmin əmrdən məlumatlı olmuş, lakin mübahisələndirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 1000/2013Ş saylı inzibati akt intizam tənbehi olan iddiaçının xidməti intizam qaydalarının təkrarən pozulması əsası ilə qəbul edildiyindən, Əsasnamənin 69-1, habelə Qaydaların V hissəsinin 33-cü bəndinə müvafiq olaraq iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi üçün qanuni əsas mövcud olmuşdur. Cavabdeh inzibati orqanın apardığı inzibati icraat üzrə qəbul etdiyi sözgedən əmr “İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi baxımından mütənasib sayılmalıdır. Məhkəmə qeyd edir ki, DGK-nın xx.xx.2023-cü il tarixli, 1000/213Ş saylı inzibati aktı əsasında intizam tənbehi verilməmişdən əvvəl iddiaçının izahatının alındığı, tənbehin xidməti araşdırmanın qurtardığı vaxtdan sonra bir ay keçənədək verildiyi və tənbeh tədbirinin Komitə sədri tərəfindən qəbul edilməklə əmrlə rəsmiləşdirildiyi işin mübahisəsiz halını təşkil edir. Məhkəmə iddiaçı tərəfin dəlillərini əsaslı saymayaraq bildirir ki, iddiaçı xidməti araşdırmanın nəticələri ilə bağlı verdiyi xx.xx.2023-cü il tarixli izahatında göstərilən nöqsanları təkzib etməmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X40”ndən göründüyü kimi, gömrük orqanı əməkdaşının xidməti davranışı qanunla ona verilmiş hüquqların və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət olduğundan həmin Kodeksdə təsbit edilmiş davranış qaydalarına əməl edilməsi, qaydaların pozulmasına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilməklə intizam məsuliyyətinə cəlb edilmək üçün əsas verir. Bu baxmdan, iddiaçının tabeliyində olan əməkdaşlar arasındakı xidməti intizam vəziyyətinə nəzarət etməli olması onun Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi kimi vəzifəsindən irəli gəlirdi. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh AR Dövlət Gömrük Komitəsi mübahisələndirilən xx.xx.2023-cü il tarixli 1000/213Ş nömrəli əmrin iddiaçıya aid hissədə qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Belə olan halda sözügedən inzibati akt qanunazidd sayıla bilməz. Həmçinin iddia “iddiaçının əvvəlki iş yerinə bərpa olunması” və “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbləri hissəsində birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov