Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9171/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «iddiaçıya müstəsna olaraq elmi dərəcə verilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına və Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı «iddiaçıya müstəsna olaraq elmi dərəcə verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009cu il tarixli 156 nömrəli Fərmanını əsas götürərək Azərbaycan Respublikası Nazirlər Kabineti ölkədə doktoranturaların yaradılması və elmi dərəcələrin verilməsi qaydalarını müəyyən etmiş və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermişdir. Sonradan Azərbaycan Respublikası Prezidenti qeyd edilən Fərmanda dəyişiyliklər etmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti də bu sahədə müvafiq dəyişikliklər etməli olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəıli qərarında qeyd olunur ki, (1.7) Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi təhsil müddəti 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaalaarı üzrə təhsil müddəti uzadıla bilər. Hansı sənbəbdən burada yalnız “Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər» müddəası qəbul olunub məlum deyil. Həmin müddəa neqativ halların qarşısını almağa yönəlsə də, bu heç də o demək deyil ki, müstəsna olaraq qısa müddətdə elmi dərəcə almağa layiq olan insanlar öz hüquqlarından məhrum olmalıdırlar. O (iddiaçı), 30 ildən çox müddət Azərbaycanda yaşamamışdır. 2016-cı ilin oktyabr ayından vətənə qayıtmışdır. Hazırda o, elm sahəsində öz işin qurarkən müxtəlif manelərlə raslaşır və bu zaman həlledici hal olaraq onun elmi dərəcəsinin olmaması əsas tutulur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona müstəsna olaraq dərhal riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi verilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının məhkəməyə ünvanlanmış 25 avqust 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 1.4cü bəndinin tələbinə əsasən elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Elmi dərəcələrin verilməsi ilə bağlı qüvvədə olan qanunvericiliklə elmlər doktoru elmi dərəcəsinin müstəsna qaydada verilməsi nəzərdə tutulmamışdır. İPMin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı iddia ərizəsində hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmadığından İPM-in 35.3-cü maddəsi nəzərə alınaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi vəə iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2003-cü il tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Həmin Əsasnamənin 2.0.1-ci bəndinə görə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının vəzifələrinə daxildir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə»nin 1.1ci bəndinə görə bu Əsasnamə «Elm haqqında» və «Təhsil haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, elmi dərəcələr verilməsi qaydasını və şərtlərini müəyyən edir. Həmin Əsasnamənin 1.3-cü bəndinə görə fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş «Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və «Təhsil haqqında» və «Elm haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq doktoranturaların yaradılmasına qoyulan tələbləri və doktoranturaya vahid qəbul qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində – adyunktura) yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Həmin Qaydaların 1.3-cü bəndinə görə doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə görə doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Həmin Qaydaların 1.5-ci bəndinə görə doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar elmi kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Həmin Qaydaların 1.7-ci bəndinə görə fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydaasında baxılır. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 30.2-ci maddəsinə görə mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, mövcud qanunvericilik normaları yüksəkixtisaslı elmi və elmipedaqoji kadrlara elmi dərəcə və elmi adların verilməsi səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına aid edir və həmin elmi dərəcə və adların müvafiq vəsatətlər əsasında verilməsini nəzərdə tutur, eləcə də fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrin verilməsinin yalnız müvafiq proqramlar üzrə doktorantura yolu ilə həyata keçirilməsini müəyyən etmişdir. Həmin proqramlar üzrə doktorantura isə, təhsilalma formasından (əyani, qiyabi) asılı olaraq 4 – 5 il müddətdində həyata keçirilir və təhsilalma müddətinin müstəsna hallara uzadılması mümkündür. Hazırkı işin hallarına görə İddiaçı ona “elmlər doktoru” elmi dərəcəsinin müstəsna hal kimi dərhal verilməsini tələb edir ki, bu hal da qanunvericiliklə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, belə öhdəliyinin elmi dərəcələr və elmi adlar verilməsini həyata keçirən orqan kimi hazırkı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyulması yolverilən deyil. İddia cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasın münasibətdə mümkünsüzdür. İddia üzrə ikinci cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetin gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçının tələbi həmin cavabdehə qarşı yönəlməmişdir, hazırkı işin haları İPM-in 30-cu maddəsinin tələbləri üzrə cavabdehlərə münasibətdə “prosessual həmiştirakçılıq”la uzlaşmır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ikinci cavabdeh kimi işdə iştirakı formal xarakter daşıyır. İddia cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə münasibətdə də mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmənin qənaətinə görə hazırkı iddia mümkün sayıla bilməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-9171/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9171/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver