Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9180/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 14 saylı vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X1 (Ağdam rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssiz vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ( publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə) qarşı “iddiaçının 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, Əmək pensiyaları haqqında” AR Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən pensiyanın 01.07.2011-ci ildən 02.07.2018-ci il tarixədək yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə) qarşı İddiaçı 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilər kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ( publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyi) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı işi üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 (bir manat doxsan dörd qəpik) manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsi 30.12.2019-cu il tarixli apellyasiya şikayətinə əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4168/2019 saylı işi üzrə qəbul etdiyi 25.11.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı işi üzrə qəbul etdiyi 18 fevral 2020-ci il tarixli qərarına əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 saylı, 25.11.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müafiə Fondunun Nəsimi Rayon Şöbəsi Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı, 18.02.2020-ci il tarixli qərarəndan kassasiya şikayəti verərək, qeyd edilən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1308/2020 saylı işi üzrə qəbul etdiyi 22 iyul 2020-ci il tarixli qərarına əsasən, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-573/2020 saylı, 18.02.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1653/2020 saylı işi üzrə qəbul etdiyi 12.10.2020-ci il tarixli qərardadına əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4168/2019 nömrəli iş üzrə qəbul etdiyi 25 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinə qarşı ona 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” AR Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 27.2-ci maddəsinə əsasən, yəni sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İddiaçı və vəkili X4 Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1653/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadından kassasiya şikayəti təqdim edərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1653/2020 saylı, 12.10.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 454/2021 saylı, 02 mart 2021-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli, 2-1(103)-1653/2020 nömrəli qərardadının ləğv edilməsi və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayət qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1567/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadına əsasən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4168/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Hazırda iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə qarşı “iddiaçının 1949-1988ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” AR Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən pensiyanın 01.07.2011-ci ildən 02.07.2018-ci il tarixədək yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1933-cü il tarixdə Ermənistan SSR Masis rayonunda doğulmuş iddiaçı 2006-cı ildən əvvəl pensiyaçıdır. Onun pensiyasında 1949-1988-ci illərdəki əmək fəaliyyəti 02.07.2018-ci il tarixədək nəzərə alınmamışdır. Belə ki, həmin dövrlərdə Ermənistan SSR-nin Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləmiş, lakin əmək kitabçasını azərbaycanlıların öz ata-baba yurdlarından, torpaqlarından, Azərbaycan Respublikasının tərkibinə aid olduğu tarixi qeydlərlə təsdiq olunan yerlərdən əsassız və qanunsuz olaraq, beynəlxalq hüququn prinsip və qanunlara zidd məcburi çıxarılması zamanı, iddiaçı əmək kitabçasını özü ilə birlikdə gətirə bilməmiş və iş yerində qalmışdır. Ona görə də həmin dövrdəki əmək fəaliyyətini yalnız 2018-ci ildə məhkəməyə müraciət edərək faktın tanınması ilə tanıtdıra bilmişdir. Belə ki, Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)-1874/2019 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin hazıkı iş üzrə olan 11.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)1874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən icra edilsə də, pensiyanın yenidən hesablanması 02.07.2018-ci il tarixdən tətbiq edilmiş və ödənilmişdir. Halbuki, pensiyanın yenidən hesablanması 01.01.2006-cı il tarixdən etibarən tətbiq edilməli idi. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı 1949-cu il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.01.2017-ci il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən, yəni hər il iş stajı üçün 1,94 manat olmaqla pensiyasının 01.07.2011-ci il tarixdən 02.07.2018-ci il tarrixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əvvəl İddiaçı 02.07.2018-ci il tarixli ərizə ilə cavabdehə pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Cavabdehin 12.07.2018-ci il tarixli məktubu ilə İddiaçı yaşa görə əmək pensiyasının yenidənn hesablanması üçün tələb olunan əmək stajının olması barədə qanunvericiliklə müəyyən olunmuş qaydada sənəd təqdim edilə bilmədiyi üçün əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı 1949-cu il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsinə dair ərizə ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə iddiaçının həmin sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)-1874/2019 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)-4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı pensiyasının yenidən hesablanması tələbi ilə cavabdehə növbəti dəfə 08.08.2019-cu il tarixdə müraciət etmişdir. Cavabdehin 15.08.2019-cu il tarixli məktubu ilə iddiaçıya 02.07.2018-ci il tarixli ərizəsi nəzərə alınaraq məhkəmə qərarına əsasən pensiya məbləğinin 02.07.2018-ci il tarixdən 222,16 manat, 01.01.2019-cu il tarixdən 228,82 manat hesablanaraq ödənildiyi bildirilmişdir. Cavabdehin 25.09.2019-cu il tarixli **********3 nömrəli məktubunda da eyni məzmun göstərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli 2-1(81)- 4168/2019 saylı qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli 2- 1(103)- 573/2020 saylı qərarı ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Kollegiyasının 22 iyul 2020-ci il tarixli 2-1(102)-1308/2020 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli 2-1(103)-1653/2020 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 02 mart 2020-ci il tarixli 2- 1 (102)-454/2021 saylı qərarı il iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının qərardadı ləğv edilmiş, iş təkrara baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 07 iyul 2021-ci il tarixli 2-1(103)-1567/2021 saylı qərarı ilə iş təkrar baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilərək, iddiaçının 1949-cu il tarixdən 1988-ci il tarixədək Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” AR Qanunun 01,07.2021-ci il tarixədək qüvvədə olan 26-cı maddəsinə əsasən pensiyasının 01.07.2011-ci il tarixdən 01.07.2018-ci il tarixədək yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının vəkili P.Zalışov məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi A.Ağakişiyeva iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1933-cü il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surəti məhkəmə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh Pensiyaçının uçot vərəqənə əsasən İddiaçı ilkin olaraq 20.12.1988-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəsimi rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli 2(006)-5307/2018 saylı qətnaməsi ilə İddiaçı 1949-cu ildən 1988-ci ilədək Ermənistan SSR Masis rayonunun Zəngilər kəndində yerləşən sovxozda işləməsi faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)-1874/2019 saylı qətnaməsi ilə Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə olan 11.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.06.2019-cu il tarixli 2(102)- 4044/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 31.01.2019-cu il tarixli 2(103)- 1874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır İddiaçının 27.08.2019-cu il tarixdə cavabdeh orqana daxil olmuş ərizəsindən görünür ki, iddiaçı hazırkı tələb ilə cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh iddiaçıya ünvanladığı 25.09.2019-cu il tarixli imtina məktubuna əsasən bilidirilmişdir ki, 02.07.2018-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə daxil olmuş pensiyanın yenidən hesablanması haqqında ərizəsinə və məhkəmə qərarına əsasən pensiyanın məbləği 02.07.2018-ci ildən 222,16 manat, 01.01.2019-cu ildən 228,82 manat hesablanaraq ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 20.12.1988-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçı 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla pensiyanın 01.07.2011-ci ildən 02.07.2018-ci il tarixədək yenidən hesablanması, yaranmış fərqin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci maddəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması - 26.1.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır; 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır; 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından görünür ki, iddiaçıya 20.12.1988-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəsimi rayon məhkəməsinin 11.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktı müəyyən olunmuşdur. Bundan sonra sosial təminatı həyata keçirən cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası 01.01.2019-cu il tarixdən yenidən hesablanaraq ödənilmişdir. İşin faktiki hallarına əsasən, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş pensiya məbləğinin yenidən hesablanması, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə əsasən, onun 39 il işləməsi faktının müəyyən olduğu tarixdən, yəni 2018-ci ilin oktyabr ayının 11-dən əvvəlki 3 il üçün, yəni 2015-ci ilin oktyabr ayından pensiya məbləğini yenidən hesablanması və yaranmış fərqi almaq hüququ mövcuddur. Məhkəmə iddiaçının, 1949-cu ildən 1988-ci ilədək sovxozda işləməsi faktını nəzərə almaqla, əmək pensiyasının yenidən hesablanması tələbində haqlı hesab etsə də, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan 26.3-1-ci maddəsinə əsasən 01.07.2011-ci ildən 02.07.2018-ci il tarixədək yenidən hesablanması hissəsində tələbi haqlı hesab etmir. Belə ki, iddiaçının 1949-1988ci illərdə Ermənistan SSR Masis rayonun Zəngilan kənd sovxozunda işlədiyi 39 il əmək stajı Nəsimi rayon məhkəməsinin 11.10.2018-ci il tarixli qətnaməsi ilə fakt olaraq müəyyən edilmişdir. Buna görə də, iddiaçının əmək pensiyası məhz həmin zaman (2018-ci il oktyabr ayı) qüvvədə olan qanun normaları tətbiq edilməklə yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya 11.10.2015-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ( publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə) həvalə edilməli, iddia tələbi qalan hissədə (01.07.2011-ci ildən 11.10.2015-ci ilədək olan müddət üçün) rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 1949-1988-ci illərdə Ermənistan SSR Masis rayonunun Zəngilan kənd sovxozunda işlədiyi dövr üzrə 39 il iş stajı nəzərə alınmaqla 11.10.2015-ci il tarixdən əmək pensiyasının yenidən hesablanması, yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ( publik hüquqi şəxsinin Nəsimi rayon Xidmət nümayəndəliyinə) həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-9180/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9180/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver