Məhkəmə qərarları › İş №2-1(112)-9198/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9198/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9198/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Sosial Xidmətlər Agentliyi) “kirayə müqaviləsinin bağlanılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin 128 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Sosial Xidmətlər Agentliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci qrup gözdən əlildir. ƏƏSMN - nin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə ona Nərimanov rayonunda F.Yusifov küçəsində inşa edilmiş 12 mərtəbəli 132 mənzilli 40A saylı yaşayış evindən 11-ci mərtəbədə yerləşən bir otqalı 128 saylı mənzil verilmişdir. Həmçinin, evin kommunal xərcləri tərəfindən ödənilir. 2016-cı ilin avqust ayından etibarən həmin mənzildə yaşayır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5053/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən mənzilə pasport qeydiyyatına alınmışdır. Hazırda mənzilə DƏDRX çıxarış əldə etmək niyyətindədir, lakin hüquqmüəyyənedici sənəd tələb edilir. İddiaçının mənzilə hüququ ƏƏSMN - nin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə yaranmışdır. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddiası təmin edilməmişdir. Məhkəmə qərarında qeyd edilir ki, DƏDRX haqqında ARQ-nun 8.0.11-ci maddəsinə əsasən tələb olunan sənədlərdən birini təqdim etməlidir. Həmçinin, mənzilin dövlət mənzil fonduna aid olmaqla Bakı şəhər İcra hakimiyyətinin balansında olduğu qeyd edilir. Məhkəmə qeyd edir ki, AR Mənzil Fondunun özəlləşdirilməsi haqqında ARQ-na əsasən yalnız iddiaçı ilə Bakı ŞİH arasında bağlanmış mənzil kirayə müqaviləsi əsasında mənzil özəlləşdirilə bilər. Eyni zamanda, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinə də bu barədə müraciət etmişdir. Lakin, Agentlik tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona mənzilə dair mülkiyyət hüququ verən sənədin verilməsinin qanunvericiliyə uyğun olmadığı qeyd edilmişdir. xx.xx.2024-cü ildə mənzilə dair kirayə müqaviləsinin bağlanması məqsədilə cavabdeh Bakı Şəhər İcra hakimiyyətinə müraciət etmişdir. Lakin, müraciətinə rəsmi cavab verilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 09 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış gözdən əlil şəxslərdən aşağıda adı qeyd olunan imtiyazlı vətəndaşa Bakı şəhəri, Nərimanov rayonunda inşa edilmiş 12 mərtəbəli 132 mənzilli yaşayış evindən mənzil verilmişdir.

26. İddiaçı – İ qrup – 1 otaq – 57.47 kv.m – mərtəbə 11, mənzil 128

5. Məhkəmənin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Nazirliyin sifarişi ilə ünvan 2 ünvanında ünvan 3 olan şəxslər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası inşa edilmişdir. Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin 9 fevral 2016-cı il tarixli 11/7-34 nömrəli əmri ilə İddiaçı həmin binada birotaqlı 128 nömrəli mənzillə təmin edilmişdir. Sorğuda qeyd olunan məsələ ilə əlaqədar bildirilir ki, həmin mənzilin özəlləşdirilməsi məqsədilə mənzilə dair order və ya kirayə müqaviləsinin verilməsi ilə bağlı İddiaçı Agentliyə daxil olmuş 19 iyun 2023-cü il tarixli 3-17-3/1-T- 18029/2023 nömrəli və 18 avqust 2023-cü il tarixli 3-17-3/1-T-22940/2/2023 nömrəli müraciətlərinə Agentliyin müvafiq olaraq 13 iyul 2023-cü il tarixli 3-17-3/2-T-20763/2023 nömrəli və 12 sentyabr 2023-cü il tarixli 3-17-3/2-T-27162/2/2023 nömrəli məktubları ilə rəsmi cavab verilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 379 nömrəli sərəncamının surətinə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 01/80 saylı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli, **********76 saylı razılıq məktublarını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli, 11/30-410 saylı müraciətini nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə məxsus inzibati və yataqxana binaları sökülərək, yerində Cəmiyyətin üzvləri üçün yaşayış binasının tikintisinin layihələndirilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə icazə verilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. Məhkəmənin mövqeyi

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının:

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindənin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. 62.2. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. 93.3. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.

16. İddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür.

17. Məhkəmə iddiaçının yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclər kateqoriyasına aid olduğunu müəyyən etmir.

18. Məhkəmə əlavə olaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normasından göründüyü kimi, yataqxanalardakı yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün verildiyindən iddiaçının müvafiq kateqoriyaya da aid olduğu müəyyən edilmir.

19. Belə ki, cavabdeh inzibati orqan olsa belə, (digər əsaslarla) mülki hüquqi əqdlərin bağlanması ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlmir. Odur ki, binanın balans mənsubiyyəti müəyyən edilən qurum həmin münasibətlərdə (kirayə müqaviləsinin bağlanması) xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak edir.

20. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti müqavilə münasibətlərindən irəli gələn mübahisələrə aid olmaqla inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir. Odur ki, iddiaçı çatmaq istədiyi məqsədə nail olmaq üçün mülki qaydada iddia qaldırmalıdır.

21. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

22. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.

23. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar