Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-92/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X7) qarşı “hüququn məxsus olması arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Bağlar İdarəsi ilə xx.xx.1982-ci il tarixli, 17773 saylı müqavilə ilə sahəsi 0,25 ha olan, 682 saylı bağ sahəsinin vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı yeganə vərəsə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, bağ massivində yerləşən bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə məhrum nənəsi X10 arasında bağlanılmış 17773 nömrəli, xx.xx.1982-ci il tarixli Müqavilə əsasında sahəsi 0.25 ha olan 682 saylı bağ sahəsi ona verilmişdir. Əvvəllər həmin torpaq sahəsində qohumları tərəfindən əkin işləri aparılmışdır. 1999-cu ildə nənəsinin vəfatından sonra anası Gövhər İbrahimova, onda sonra isə iddiaçı yeganə vərəsə olmuşdur. Həmin bağ sahəsi ilə bağlı torpaq vergisini də Türkan Bələdiyyəsinə ödənilmişdir. Tərəfindən mərhum nənəsi X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 43 saylı notariat kontoruna müraciət olunmuş və müvafiq olaraq vərəsəlik işi açılmışdır. (Vərəsəlik Şəhadətnaməsi № 077) Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 732 saylı, 03 avqust 2018ci il tarixli məktubla Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 2500.00 kv.m olan torpaq sahəsinə çıxarış verilməsi barədə də məktub təqdim edilmişdir. Həmin müraciətə cavab olaraq xx.xx.2020-ci il tarixli **********41 saylı məktubla və mərkəzçəkmə və hasarlama aparılmayan bağ sahəsinin bir hissəsinin digər fiziki şəxs tərəfindən istifadə edilməsini və sözügedən ünvanla bağlı Xəzər rayon Məhkəməsində mülki iş icraatda olması və yekun qətnamə cavabdehə daxil olmamasını əsas gətirərək ərizənin icrasının tərəflərindən mümkün olmamasını qeyd etmişlər. Həmçinin həmin məktubda göstərilmişdir ki, torpaq sahəsinin hasarlanması zəruridir. Bir daha təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 26 fevral 2021-ci il tarixli məktubla müraciət edərək bildirilmişdir ki, əvvəlki müraciətlərə verilmiş imtina məktublarını əsassız və qanuna zidd hesab edirik və məktubda qeyd edilən Xəzər rayon məhkəməsinin qətnaməsini də müraciətə əlavə edərək bildiririlmişdir ki, predmet üzrə qətnamə qəbul edilməmiş və qətnamənin mahiyyətindən o məlum olur ki, ilkin olaraq torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edəın sənəd bilavasitə çıxarış əldə edilməlidir və bundan sonra hazırkı iddianın predmeti ilə məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən yuxarıda qeyd edilən əsaslara əsasən yeganə vərəsə kimi və vərəsəlik şəhadətnaməsinə istinad edərək qeyd edilən torpaq sahəsinin idiaçının adına dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi xahiş edilmişdir. Qeyd edilən müraciətə xx.xx.2021-ci il tarixli, **********96 saylı məktubla 1 saylı Ərazi İdarəsi müraciətə eyni əsaslarla imtina edilmişdir. İmtina formal əsaslara söykəndiyindən əsassızdır. Belə ki, iddiaçıya torpaq sahəsi tam qanuni əsaslarla ayrılmışdır. Cavabdeh inzibati orqana surət kimi təqdim edilmiş sənədlərin əsli iddiaçıda vardır. Cavabdeh inzibati orqanın inzibati icraat üzrə inzibati araşdırma aparmaq öhdəliyi nəzərdə tutulsa da, cavabdeh inzibati orqan olaraq tərəfindən hər hansı araşdırma aparılmamış, habelə torpaq sahəsinə baxış keçirilməsi üçün zəruri tədbirlər görülməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6815/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Bağlar İdarəsi ilə xx.xx.1982-ci il tarixli, 17773 saylı müqavilə ilə sahəsi 0.25 ha olan, 682 saylı bağ sahəsinin mərhum X8 məxsus olması haqqında arayışın və həmin arayış əsasında vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı mərhumun yeganə vərəsəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6815/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Bağlar İdarəsi ilə xx.xx.1982-ci il tarixli, 17773 saylı müqavilə ilə sahəsi 0.25 ha olan, 682 saylı bağ sahəsinin mərhum X8 məxsus olması haqqında arayışın və plan-ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6815/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 17773 saylı müqaviləyə əsasən 25 sot torpaq sahəsindən keçən avtomobil yolunu çıxmaqla yerdə qalan torpaq sahəsinə mülkiyyət hüququnun X8 məxsus olması barədə arayışın verilməsinin cavabdehə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, bağ sahəsinin İddiaçı adına daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün **********32 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubunda da göstərildiyi kimi mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsinin ərazisində sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur. Xəzər Rayon Məhkəməsinin 2(003)-2245/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma barədə iddia tələbi təmin edilməmişdir. Həmçinin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən, bağ sahəsinin ərazisinin çox hissəsi digər fiziki şəxslər tərəfindən mişar və but daşları ilə ayrılaraq istifadə olunur, İddiaçı tərəfindən qeyd olunmuşdur ki, digər fiziki şəxslər ona bağın ərazisini hasarlamağa imkan vermir və qeyd olunan faktla bağlı tərəfindən məhkəməyə müraciət olunacaqdır. Beləliklə, iş üzrə qeyd olunan faktiki hallardan da göründüyü kimi, bağ sahəsinin ərazisi mübahisəlidir. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********96 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi və vəkili X12 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 43 Saylı Notariat Kontorunun № 077 Şəhadətnaməsi əsasında xx.xx.2015-ci il tarixli 732 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi İdarəsinə müraciət edərək bildirmişdir ki, yazaraq bildiririk ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı ş. 43 saylı notariat kontoruna İddiaçı tərəıfindən müraciət olunmuşdur. X10mın vəfatı ilə əlaqədar vərəsələrin ərizəsi əsasinda vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Xəzər rayonu Türkan qəsəbəsində yerləşən 2500,00 kv.m olan çıxarış verməyinizi xahiş edirik. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, **********34 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X10 arasında bağlanmış Bağ sahəsi və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 17773 nömrəli, 10 aprel 1970-ci il tarixli Müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1969-cu il tarixli 7 nömrəli protokolu sıra №- 67, Türkan qəsəbəsi, 0.25 hektar torpaq sahəsi 754 nömrəli bağ sahəsi X5 icarəsinə verilmişdir. -X5 X9 ünvanladığı xx.xx.1982-ci il tarixli ərizəsində icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. -Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X10 arasında bağlanmış Bağ sahəsi və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 17773 nömrəli, 30 noyabr 1982-ci il tarixli Müqavilədən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1969cu il tarixli 7 nömrəli protokolu sıra №- 67, Türkan qəsəbəsi, 0.25 hektar torpaq sahəsi 682 nömrəli bağ sahəsi X5 icarəsinə verilmişdir. -Bağ sahəsinin yerləşmə planından görünür ki, 754/682 nömrəli bağ sahəsinin uzunluğu 100,0 m eni 25,0 m, diametri 103,02 m, 3 tərəfi qonşu bağ sahələri (753/681; 755/683; 684/621, bir tərəfi yoldur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, **********70 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 682 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2019-cu il tarixli müayinə aktından görünür ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,25 ha., faktiki 0,25 ha. Bağ sahəsinin sərhədləri şərtidir. Bağ sahəsinin ərazisi mübahisəlidir. Belə ki, bağ sahəsinin ərazisinin çox hissəsi digər fiziki şəxslər tərəfindən mişar və but daşları ilə ayrılaraq istifadə olunur. Həmçinin bağ sahəsinin ərazisində sxematik xəritədə əks olunmayan torpaq yol keçir. Vətəndaş bildirdi ki, digər fiziki şəxslər ona bağın ərazisini hasarlamağa imkan vermirlər. Məsələ ilə bağlı vətəndaş məhkəməyə müraciət edəcəyini bildirdi. Bağ sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixdə ********** saylı ərizə ilə Polis idarəsindən müraciət daxil olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəsisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilmişdir. Müayinə zamanı məlum olmuşdur ki, iddia olunan bağ sahəsi keçmiş X6 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən “682” saylı bağın ərazisinə uyğundur. Göstərilən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi “682” saylı bağ sahəsinin faktiki ölçüləri 100x25 metr, sahəsi 2500,0 kv.m. təşkil edir. Vahid elektron kadastr bazasında qeydiyyatdan keçmiş hər hansı sahə ilə üst-üstə düşmə halı mövcud deyildir. “682” saylı bağ sahəsinin 1828,0 kv.m. hissəsi digər şəxslər tərəfindən mişar daşı və but daşları ilə ayrılmış ümumi ərazi daxilindədir. Yerdə qalan 672,0 kv.m. sahə isə həmin əraziyə bitişik boş sahədə yerləşir və içərisindən sxematik xəritədə əks olunmayan torpaq yol keçməkdədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********71 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, bildiririk ki, öncəki müraciətlər zamanı 682 saylı bağ sahəsinin naturada yerləşməli olduğu sahənin mərz nöqtələrinin müəyyən olunmasına baxmayaraq mövcud vəziyyətdə sahə şərti olaraq göstərilir. Həmin sahə faktiki olaraq digər fiziki şəxslərin hasarladığı sahələr və torpaq yol ilə üst-üstə düşür. Şərti olaraq göstərilən 2500,0 kv.m bağ sahəsinin yerləşmə (x,y) koordinatlari əlavə olunur:
1. X - 436006.1900, Y- 4467502.6700
2. X - 436104.7237, Y- 4467519.7319
3. X - 436100.4582, Y- 4467544.3653
4. X - 436001.9245, Y- 4467527.3034 Göstərilən şərti torpaq sahəsi faktiki olaraq 2500 kv.m (100.0m x 25.0m) təşkil edir. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Sözügedən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən dövlət qeydiyyatına alınmadığı üçün əlavə məlumatların verilməsi mümkün olmamışdır. Torpaq sahəsinə texniki baxış zamanı verilmiş şifahi məlumata əsasən bağ sahəsinin 1828.0 kv.m hissəsi X7 tərəfindən mişar və but daşları ilə hasarlanmış ümumi ərazi daxiliə düşür. Sahədə natamam həyət tikilisinin bir hissəsi yerləşir. Bağ sahəsinin qalan 672.0 kv.m hissəsindən sxematik xəritədə əks olunmayan torpaq yol keçir və qalan torpaq sahəsi isə şərti olaraq özünü təqdim edən X11 iddia edir (sahədə sanitar qovşağının bir hissəsi yerləşir). Texniki baxış zamanı X1 nümayəndəsi tərəfindən 730 saylı bağa dair 17544 saylı müqavilənin sürəti təqdim olunsa da (0.25 ha), lakin təqdim edilmiş müqavilənin sözügedən mübahisəli əraziyə aidiyyəti yoxdur. X11 tərəfindən iddia edilən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində müqavilə əsasında ayrılmış 754 saylı bağ sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubunda bildirilmişdir ki, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 682 saylı bağ sahəsinin qonşu nömrələri **********08 reyestr nömrəli 683a saylı, **********27 reyestr nömrəli 620a saylı bağlardır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubu ilə göndərilmiş ortofotonun surətindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin qonşuğunda 683a, 620a, 621a və 743 saylı bağ sahələrinin yerləşdiyi görünür. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********59 nömrəli və xx.xx.2024-cü il tarixli, **********67 nömrəli məktublarında bildirilmişdir ki, müaciətdə qeyd olunan yol sxematik xəritədə əks olunmadığından və faktiki həmin torpaq yolun dəqiq sərhədləri olmadığından sahəsini dəqiq hesablamaq mümkün olmamışdır. Bu səbəbdən sualların cavablandırılması tərəfimizdən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********41 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 682 saylı bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ********** nömrəli ərizənizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsinin ərazisidə sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur. Həmçinin bildiririk ki, sözügedən ünvanla bağlı ünvan 4uni qüvvəyə minmiş yekun məhkəmə qərarı idarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağlar massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 682 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsini mübahisələndirir. İddiaçı sözügedən bağ torpaq sahəsinin mərhum nənəsi X8 bağlar idarəsi ilə bağlanmış 30 noyabr 1982-ci il tarixli, 17773 nömrəli icarə müqaviləsinə əsasən sonuncunun istifadəsinə verildiyini, X10 vəfat etdikdən sonra vərəsəlik işinin açıldığını və onun vərəsəsi olaraq həmin bağ sahəsinə rəsmiləşdirmənin aparılması üçün cavabdehə müraciət etdiyini bildirir. Cavabdeh orqanın müraciətin təminindən imtinasının əsasları aşağıdakılardan ibarət olmuşdur: -Mərzçəkmə və hasarlanma aparılmayan bağ sahəsinin çox hissəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir. -Bağ sahəsinin ərazisidə sxematik xəritədə öz əksini tapmayan yol mövcuddur. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, qeyd edilən imtina dəlilləri iddia olunan bağ sahəsinə hüququnun qeydiyyatından imtinaya əsas vermir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Sadalanan normalardan müəyyən olunur ki, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən vərəsənin müraciəti əsasında əmlak üzərində hüquq sahibi olan şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət etmədən öldüyü halda verilir. Dolayısı ilə müvafiq arayışın verilməsi üçün ilk növbədə vəfat etmiş şəxsin müvafiq əşya üzərində qanun, müqavilə və s. əsasında əmələ gəlmiş əmlak hüquqları (mülkiyyət, sahiblik, istifadə, məhdud əşya hüquqları və s.) mövcud olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İşin hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı Tresti ilə X10 arasında bağlanmış 17773 nömrəli, 10 aprel 1970-ci il tarixli müqaviləyə əsasən Türkan qəsəbəsi, 0.25 hektar torpaq sahəsi 754 nömrəli bağ sahəsi X5 icarəsinə verilmiş, daha sonra X5 ərizəsi əsasında həmin torpaq sahəsinə icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı 17773 nömrəli, 30 noyabr 1982-ci il tarixli müqavilə bağlanılmışdır. İlkin müqavilədə bağ sahəsinin nömrəsi 754, sonrakı müqavilədə bağ sahəsinin nömrəsi 682 kimi qeydiyyata alınmışdır. Sözügedən hər iki icarə müqaviləsinin nüsxəsi cavabdehin arxivində saxlanılır və həmin müqavilələrdə tərəflərin-bağlar idarəsinin direktorunun imzası və icarəçinin imzasının olduğu görünür. Bundan əlavə arxiv qovluğunda sözügedən müqaviləyə əlavə olunan digər sənədlər- X10 tərəfindən bağ sahəsinə dair müqavilənin müddətinin uzadılması ilə bağlı xx.xx.1982-ci il tarixli bağlar idarəsi rəhbərliyinə ünvanladığı müraciət ərizəsi, müqavilə ilə icarəyə verilmiş bağ sahəsinin inventarlaşdırma aktı, bağ sahəsinin yerləşmə sxemi (plan) kimi sənədlər mövcuddur. Bağ sahəsinin yerləşmə sxemində bağın nömrəsi 754/682, uzunluğu 100, eni 25 m olmaqla ümumilikdə 2500 kv.m olaraq X5 istifadəsinə verildiyi müəyyən olunur. Bundan əlavə bağ sahəsinin faktiki yerləşmə vəziyyətinə gəlincə arxiv sənədlərində bağ sahəsinin yerləşmə planında 3 tərəfdən ən yaxın məsafədə qonşu 753/681; 755/683; 684/621 nömrəli bağlar olduğu, bir tərəfinin isə yol olduğu, Türkan Bağ massivinə dair bağların sxematik xəritəsində 682 nömrəli bağ sahəsinin olduğu, onunla paralel sırada 620, 621, 623... və 743, 744, 745.. bağ sahələrinin yerləşdiyi əks olunmuşdur. Eyni zamanda məhkəməyə təqdim edilmiş naturada göstərilən bağ sahəsinin ortofoto görüntüsündə iddiaçı tərəfindən 682 nömrəli bağ sahəsi kimi iddia olunan bağ sahəsinin qonşuluğunda 620a, 621a, 683a və 743 nömrəli bağ sahələrinin olduğu müşahidə olunur. Başqa sözlə, faktiki bağ sahəsinin qonşu bağ nömrələrinə nisbətdə bağların yerləşmə ardıcıllığına uyğun gəldiyi müəyyən olunur. Cavabdeh özü də məhkəmə sorğusuna cavab olaraq iddia olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə və arxiv cizgisinə əsasən 682 saylı bağın ərazisinə uyğun gəldiyini qeyd etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, cavabdehin mütəxəsissləri tərəfindən keçirilən yerli müayinə zamanı iddia olunan bağ sahəsinin yerləşmə koordinatları müəyyən olunmuş, faktiki ölçüsünün 100x25 metr olmaqla 2500 kv.m olduğu öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən olunur ki, həmin bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və yaxud hər hansı şəxsin adına qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin müəyyən olunmuşdur ki, sözügedən bağ sahəsi digər şəxslərin faktiki istifadəsindədir. Belə ki, cavabdehin mütəxəssisləri tərəfindən yerli müayinə zamanı 2500 kv.m torpaq sahəsinin 1828.0 kv.m hissəsi X7 tərəfindən mişar və but daşları ilə hasarlandığı, həmin hissədə natamam həyət tikilisinin bir hissəsinin yerləşdiyi, bağ sahəsinin qalan hissəsinə X11 adlanan şəxsin iddia etdiyi, həmin sahədə isə sanitar qovşağının bir hissəsinin yerləşdiyi aşkar olunmuşdur. Qeyd edilməlidir ki, cavabdehin də bildirdiyi kimi iddia olunan torpaq sahəsi 682 nömrəli bağ sahəsinin ərazisinə uyğundur. Hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X7 istifadə etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində məhkəməyə 730 nömrəli bağ sahəsinə dair 17544 nömrəli xx.xx.1981-ci il tarixli S.H.Abasağayevanın adına bağlanmış bağın icarəyə verilməsinə dair müqaviləni təqdim etmişdir. Təqdim edilmiş müqavilə ilə icarəyə verilmiş 730 nömrəli bağ sahəsinin X3 aid olduğu müəyyən olunmadığı kimi, eyni zamanda sxematik xəritə ilə bağların yerləşmə ardıcıllığı ilə naturada göstərilən mübahisəli sahənin 730 nömrəli sahəyə uyğun gəldiyi də müəyyən olunmur. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə nəticəsində də 730 saylı bağa dair 17544 saylı müqavilənin sözügedən mübahisəli əraziyə aidiyyəti olmadığı bilavasitə qeyd edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-2245/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən vərəsəlik qaydasında ona məxsus sahəsi 0.25 ha olan 682 saylı bağ sahəsindən cavabdeh X1 çıxarılaraq həmin torpaq sahəsinin ona geri qaytarılması həmin torpaq sahəsindən hər hansı formada istifadənin cavabdeh X3 qadağan olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin adıçəkilən qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “(...) sözügedən sahəyə dair İddiaçı ilə icarə müqaviləsi bağlanılmamış, icarə müqaviləsi bağlanılmış şəxs isə 1999-cu ildə ölmüşdür. İddiaçı yalnız bağ sahəsinin ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırkı tələb ilə iddia irəli edə bilərdi.” Beləliklə, müəyyən olunur ki, iddiaçının iddia etdiyi 682 nömrəli bağ sahəsindən faktiki istifadəyə X7 tərəfindən mane yaradılmış, lakin iddiaçının 682 nömrəli bağ sahəsinə dair hüququnu təsdiq edən sənəd-mərhum X5 vərəsəsi olaraq həmin bağ sahəsinə dair vərəsəlik şəhadətnaməsi, mülkiyyət hüququnun qeydiyyatına dair reyestrdən çıxarış təqdim edilmədiyindən həmin bağ sahəsindən çıxarılma ilə bağlı iddia tələbi subyektiv hüququnun olmaması əsası ilə təmin edilməmişdir. Başqa sözlə, qətnamə ilə iddia olunan torpaq sahəsinə X1 hüququnun mövcud olduğu əsası ilə deyil, həmin sahəyə dair İddiaçı hüququnu bilavasitə təsdiq edən sənədin olmaması əsası ilə qiymətləndirmə aparılaraq iddia tələbi təmin edilməmişdir. 682 nömrəli bağ sahəsinə dair hüququnun X8 məxsus olması barədə arayışın verilməsi ilə bağlı hazırkı iddia icraatında isə naturada göstərilən bağ sahəsinin X5 olduğu müəyyən olunmaqla yanaşı X1 həmin torpaqla bağlı hüquqmüəyyənedici sənədinin olmadığı və ya istinad etdiyi icarə müqaviləsinin həmin sahəyə aid olmadığı təsdiq olunur. Bundan əlavə iddia olunan 0.25 ha torpaq sahəsinin bir hissəsindən istifadə edən X11 adlı şəxsin (mütəxəsəsis baxışı zamanı özünün təqdim edən şəxs) də iddia olunan sahə ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədə sahib olmadığı müəyyən olunmuşdur. Beləliklə, Türkan bağ masivində 682 nömrəli bağ sahəsinə dair mərhum X5 adına icarə müqaviləsinin mövcud olduğu, İddiaçı sonuncunun vərəsəsi kimi tanındığı, həmin torpaq sahəsinin naturada yerləşdiyi vəziyyətinin sxematik xəritədə bağların yerləşmə ardıcılığına uyğun olduğu, sahənin bilavasitə 682 nömrəli bağ sahəsi olduğu, həmin torpaq sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınmadığı halda cavabdehin yalnız bağ sahəsinin digər fiziki şəxslərin faktiki istifadə etmələrinə istinad edib bağ sahəsinin qeydiyyatının aparılmasından imtinası qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, hüquqmüəyyənedici sənədi olmadan digər şəxslər tərəfindən bağ torpaq sahəsindən faktiki istifadə torpaq sahəsinə üçüncü şəxslərin bilavasitə hüququnu yaratmır və yaxud iddiaçının bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatına dair tələb etmə hüququnu aradan qaldırmır. Nəzərə alınsa ki, iddiaçının iddia etdiyi bağ sahəsi digər şəxslər tərəfindən istifadə edilir, həmin bağ sahəsinə mülkiyyət hüququnun üçüncü şəxslərdən müdafiəsi üçün torpaq sahəsinin hüquqi qeydiyyatı tələb olunur ki, bu halda iddiaçı vərəsə kimi yuxarıda qeyd edilən hüquqi sənədlərə əsasən bağ sahəsinə mərhumun hüququnun müəyyən edilərək bu barədə arayışın cavabdehdən verilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********35 nömrəli məktubu ilə göndərilmiş ərazinin ortofoto görüntüsündə iddia olunan 682 nömrəli bağ sahəsinin daxilində əsas yola birləşən qonşu sahələrə gedən torpaq yolun keçdiyi müşahidə olunur. Məhkəmə qeyd edir ki, bağ sahəsinin ərazisində sxematik xəritədə öz əksini tapmayan yolun mövcud olması hüququn qeydiyyatına mane deyildir. Nəzərə alınmalıdır ki, bağların sxematik xəritəsinin tərtib edildiyi vaxtdan hazırkı tarixədək keçən müddət ərzində faktiki istifadə nəticəsində həmin ərazinin torpaq örtüyündə müəyyən dəyişikliyin olması, yeni məhlədaxili (və ya bağlararası) yolun salınması mümkündür. Beləliklə, məhkəmə hazırkı halda həmin sahədən torpaq yolun keçdiyini və həmin yolun əsas yoldan bağlararası əraziyə uzanan, qonşu sahələrə gedən ümumi istifadədə olan torpaq yolu olduğunu nəzərə alaraq hesab edir ki, iddia olunan 682 nömrəli bağ sahəsinin daxilindən keçən faktiki torpaq yolun sahəsi ölçülərək ümumi sahədən çıxılmaqla qalan hissəyə (hissələrə) dair mərhum X5 adına mülkiyyət hüququnun məxsusluğuna dair arayış verilməlidir. “Torpaq islahatı haqqında” Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 682 nömrəli 0,25 ha ölçüdə bağ torpaq sahəsindən keçən faktiki torpaq yolu çıxılmaqla yerdə qalan torpaq sahəsinə mülkiyyət hüququnun X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 682 nömrəli 0,25 ha ölçüdə bağ torpaq sahəsindən keçən faktiki torpaq yolu çıxılmaqla yerdə qalan bağ torpaq sahəsinə mülkiyyət hüququnun X8 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova