Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9205/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Lyuba”dan “Nübar”a dəyişdirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya aid vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Lyuba”dan “Nübar"a dəyişdirilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1948-ci ildə anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 1, mənzil 27-də yaşayır. Nikah pozulması haqqında təkrar şəhadətnamənin verilməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, ona məxsus olan nikah, nikah pozulması və digər vətəndaşlıq vəziyyəti akt qeydlərində adı “Lyuba” kimi qeyd edilmişdir. Sənədlər arasında ziddiyyət olduğu üçün nikahın pozulması haqqında təkrar şəhadətnamənin verilməsindən ona imtina edilmişdir. Sadalanan xüsusiyyətlərdən görünür ki, hazırki iş üzrə cavabdeh idarə özünün xx.xx.2022-ci tarixli, 05/Q-1910/15 saylı məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Mübahisənin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan halda, hazırki iş üzrə cavabdehin imtinası ilə bağlı hərəkətləri qanunu və əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz təqdim edilməmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - İddiaçıya məxsus xx.xx.2003-cü il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçının soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. - XVİ-ЖГ № 679225 saylı Sovet Sosialist Pespublikaları İttifaqı Vətəndaşının pasportundan görünür ki, iddiaçının adı Lyuba kimi qeyd edilmişdir. - İddiaçıya məxsus P0787017 saylı pasportundan görünür ki, iddiaçının soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. - Cavabdehndə aparılmış 52 saylı xx.xx.2005-ci il tarixli nikah pozulması haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının adı Lyuba kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 091-41985-1222 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı sovet pasportu Yasamal RPİ-nin X1 kartotekasında aşkar olunmamışdır. Eyni zamanda İddiaçı şəxsiyyət vəsiqəsinin verilmə əsaslarının saxlama müddəti bitdiyindən, qanuna müvafiq qaydada məhv edilmişdir. - Azərbaycan Respublikası “Tərəqqi” medalının İ-265 saylı vəsiqəsindən görünür ki, iddiaçının soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi Döş Nişanının 002235 saylı vəsiqəsindən görünür ki, iddiaçının soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 0510-1910/15 saylı məktubu ilə bildirilmişdir ki, “Sizin nikah pozulması haqqında şəhadətnamənin istənilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş müraciətinizə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş 52 saylı, xx.xx.2005-cı il tarixli nikah pozulması haqqında akt qeydinin qadın bəndində adın “Lyuba” yazılmasına baxmayaraq, Yasamal RPİ tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində ad “Nübar” qeyd edilmişdir.Həmçinin vətəndaşa məxsus olan digər vətəndaşlıq vəziyyəti akt qeydlərində ad "Lyuba” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlar”ının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində adın "Lyuba”dan “Nübar”a dəyişdirilməsi imkanımız xaricindədir. Cavabdeh aidiyyatı üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir.” Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində, habelə bütün digər sənədlərində soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. Lakin, Cavabdeh tərəfindən tərtib edilmiş 52 saylı, xx.xx.2005-cı il tarixli nikah pozulması haqqında akt qeydinin qadın bəndində adı “Lyuba” kimi qeyd edilmişdir. Bu ziddiyyətin aradan aldırılması üçün iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən və digər sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının soyadı “Muxtarova”, adı “Nübar”, atasının adı “Muxtar” kimi qeyd edilmişdir. Buna görə də cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı aid vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Lyuba”dan “Nübar"a dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı aid vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Lyuba”dan “Nübar"a dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-9205/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9205/2022
04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver