Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9205/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1983-xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmuşdur (3 il 15 gün). İddiaçı xx.xx.1986-xx.xx.1991-ci illərdə X1 “Hidromeliorasiya” fakültəsinin əyani təhsil almışdır (4 il 11 ay 27 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1982-xx.xx.1983, xx.xx.1986-xx.xx.1986-cı illərdə X2 Kombinatında Yükləmə boşaltma işləri üzrə malyükləyən vəzifəsində işləmişdir (5 ay 1 gün); xx.xx.1987-xx.xx.1989-cu illərdə Nəsimi RDİŞ İKM-də mühafizəçi işləmişdir (1 il 6 ay 8 gün); xx.xx.1990-xx.xx.1991-ci illərdə Bakı metropoliteni Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işləmişdir (1 il 6 ay 10 gün); xx.xx.1991-xx.xx.1992-ci illərdə dəniz estakadaları şöbəsində mühəndislayihələndirmə işləmişdir (6 ay 5 gün); xx.xx.1992-xx.xx.1993-cü illərdə “Dənizneftsosial” Trestinin 1 №-li TQİ-də inşaat çilingəri, xx.xx.1993-xx.xx.2003-cü illərdə həmin idarədə baş mexanik işləmişdir (10 il 11 ay 26 gün); xx.xx.2003-xx.xx.2006-cı illərdə “Bulla-Dəniz” NQÇİ-də NÖC və Avtomatika sexində xidmət rəisi vəzifəsində işləmişdir (xx.xx.2006-cı il tarixədək. 2 il 7 ay 11 gün, cəmi 25 il 7 ay 13 gün). xx.xx.2006-xx.xx.2007-ci illərdə N.Nərimanov adına NQÇİ-də İstehsalata Xidməti bazasında mühəndis, xx.xx.2007-xx.xx.2009-cu illərdə həmin bazada böyük iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2009-xx.xx.2011-ci illərdə həmin idarədə X3 Təmiri sexində böyük iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2011-xx.xx.2025-ci illərdə həmin idarədə Dəniz Neft-Mədən Hidrotexniki qurğular sahəsində böyük iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz “SOCAR” “Azneft” İB N.Nərimanov adına Neft və Qazçıxarma idarəsinin sizə dair xx.xx.2025-ci il tarixli 10 nömrəli arayışında xx.xx.2011-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində Dəniz neft mədən hidrotexniki qurğular sahəsində böyük iş icraçısı və xx.xx.2017-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifələrində işlədiyiniz qeyd olunub. Göründüyü kimi işlədiyiniz Dəniz neft mədən hidrotexniki qurğular sahəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil, həmçinin işlədiyiniz böyük iş icraçısı və iş icraçısı vəzifələri sözügedən Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 4 ay 13 gün (xx.xx.2007-xx.xx.2011-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 18 fevral 2025-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olduğu 18 fevral 2025-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla olmaqla 42 il 00 ay 15 gün (25 ildən artıq) təşkil etmiş və həmin staj illərinin 17 il 04 ay 22 gün (12 il 06 aydan artıq) müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışmışdır. Bununla da qanunvericiliyin tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 18 fevral 2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin emtəkdən xx.xx.2025-ci il tarixli məktubla imitna etmiş, iddiaçı xx.xx.2025-ci tarixdə iddia verərək iddia müddətinə riayət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçalarının təsdiq olunmuş surəti və əsli ilə müəyyən edilir ki, iddiaçının təhsil illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. İddiaçı cavabdeh təşkilata ərizə ilə ilk dəfə müraciət edərkən iş yerindən güzəştli arayış təqdim etsə də, cavabdeh iddiaçının işlədiyi Dəniz neft mədən hidrotexniki qurğular sahəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmadığını, həmçinin işlədiyi böyük iş icraçısı və iş icraçısı vəzifələrinin sözügedən Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmadığını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və hazırda da eyni əsasa istinad edərək iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş “SOCAR” “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin xx.xx.2025-ci il tarixli 11 №-li “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) İstehsalata Xidmət bazasında və Quyuların əsaslı və yeraltı təmiri sahəsində 13-cü dərəcəli böyük iş icraçısı vəzifəsində işləyib. xx.xx.2007-ci il il tarixindən xx.xx.2009, əmr 305/k xx.xx.2007-ci il xx.xx.2009-cu il tarixdən xx.xx.2011-cü il tarixləri arasındakı dövr ərzində işləmişdir, əmr 6/k xx.xx.2009-cu il İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 03 il 04 ay 14 gün təşkil edir. Vışka inşaası və quraşdırılması üzrə plan tapşırıqlarının yerinə vışkaquraşdırma briqadalarının ahəngdar işini təmin edir. Avadanlıqların istismarını və onların təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. Avadanlıqların quraşdırılması üzrə layihə və texniki şərtlərə riayət olunmasına həyata keçirmək. İstehsalın təşkilinin, onun texnologiyasının təkmilləşdirilməsi, tikinti-quraşdırma işlərinin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, buruqların tikilmə müddətlərinin azaldılması və keyfiyyətinin yüksəldilməsi, materialların qənaətlə işlədilməsi üzrə tədbirləri həyata keçirir. Əməyin qabaqcıl metod və üsullarını, iş yerlərinin attestasiyası və təkmilləşdirilməsini, əməyin elmi təşkilinin perspektiv metodlarını tətbiq edir.Vışka inşaası üzrə istehsal planlarının yerinə yetirilməsini təmin edən təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasında və tətbiqini yerinə yetirməkdən yetirməkdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 199 nömrəli “Güzəştli şərtlərlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricələrin Siyahısı” nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavə Qərarı ilə təstiq edilmiş Siyahısına 10 bəndində / 2b yarımbəndində (qülləquraşdırma işlərində iş icraçıları) uyğundur. “SOCAR” “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin xx.xx.2025-ci il tarixli 10 №-li “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Dəniz neft mədən hidrotexniki qurğular sahəsində 13-cü dərəcəli böyük iş icraçısı vəzifəsində işləyib. xx.xx.2011-cu il tarixdən halhazıra kimi xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində işləmişdir, əmr 34/k xx.xx.2011ci il. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 14 il 00 ay 08 gün təşkil edir. Müəyyən edilmiş vaxt ərzində neft-mədən hidrotexniki qurğularının cari və əsaslı təmiri və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir. Tikinti quraşdırma və əsaslı təmir işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir. Neftmədən hidrotexniki qurğularının əsaslı təmiri üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir. Ustalar üçün neft-mədən hidrotexniki qurğularının əsaslı təmir və tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir. Dərin dəniz özüllərində (DDÖ-lərin) və estakadada texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir. Ağırlığın qaldırılması normalarına, iş yerlərində keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət etməkdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 29 bəndində /b yarımbəndində (iş icraçıları) vəzifəsinə uyğundur. Məhkəmə sorğusuna “SOCAR” “Azneft” İb-nin 14 may 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Dəniz neft mədən hidrotexniki qurğular sahəsində xx.xx.2011-cü il tarixdən xx.xx.2017-ci ilə kimi “böyük iş icraçısı” xx.xx.2017-ci ildən bu günə kimi (xx.xx.2025-ci il) iş icraçısı vəzifəsində işləyir. İddiaçı vəzifə təlimatına uyğun olaraq yerinə yetirdiyi iş aşağıdakı kimidir: Müəyyən edilmiş vaxt ərzində neft-mədən hidrotexniki qurğularının cari və əsaslı təmiri və tikinti quraşdırma işlərinin cəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir. Tikinti quraşdırma və əsaslı təmir işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir. Neftmədən hidrotexniki qurğularının əsaslı təmiri üçün texniki sənədləşmənin əldə edilməsini təmin edir. Ustalar üçün neft-mədən hidrotexniki qurğularının əsaslı təmir və tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir. Stasionar dəniz özüllərində (SDÖ-lərin) və estakadada texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, özül üçün çuxur və xəndəklərin divarını bərkitmə materialları, maili dirəklər və konduktorlar və s. qurğular), tikinti maşınlarından, energetik qurğulardan, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir. İddiaçı “N.Nərimanov” adına Neft və Qazçıxarma İdarəsinin Dəniz neft mədən hidrotexniki qurğular sahəsində işlədiyi böyük iş icraçısı və iş icraçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29 bəndin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” b yarımbəndində iş icraçıları vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Güzəştli stajı: 14 il 03 ay 03 gündür. İddiaçı N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin İstehsalata xidmət bazasında xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu ilə kimi və xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixinə kimi Quyuların əsaslı və yeraltı təmiri sexində Böyük iş icraçısı vəzifəsində işləmişdir. İddiaçı vəzifə təlimatına uyğun olaraq yerinə yetirdiyi işlər aşağıdakı kimidir: Vışka inşaası və quraşdırılması üzrə plan tapşırıqlarının yerinə yetirilməsini və vışkaquraşdırma briqadalarının ahəngdar işini təmin edir. Avadanlıqların düzgün texniki istismarını və onların təmir qrafiklərinin yerinə yetirilməsini təmin edir. Avadanlıqların quraşdırılması üzrə layihə və texniki şərtlərə riayət olunmasına texniki nəzarəti həyata keçirmək. İstehsalın təşkilinin, onun texnologiyasının təkmilləşdirilməsi, tikinti-quraşdırma işlərinin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, buruqların tikilmə müddətlərinin azaldılması və keyfiyyətinin yüksəldilməsi, materialların qənaətlə işlədilməsi üzrə tədbirləri həyata keçirməkdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlər yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricələrin Siyahısı” nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş, Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10 bəndin b yarımbəndinin qüllə quraşdırma işlərinin iş icraçıları vəzifəsinin xüsusiyyətləri ilə eynidir.Güzəştli stajı: 03 il 04 ay 14 gündür. İddiaçı ümumi əmək stajı 37 il 1 ay, Güzəştli əmək stajı 17 il 07 ay 17 gün təşkil edir. Göründüyü kimi iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Cavabdeh formal mülahizələrə əsasən və heç bir əsaslandırma etmədən öz mülahizəsinə əsasən böyük iş icraçısı və iş icraçısı vəzifələrinin vəzifələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmadığını, həmçinin işlədiyi böyük iş icraçısı və iş icraçısı vəzifələrinin sözügedən Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində nəzərdə tutulmadığını bildirir. Məhkəmə qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 162/2023 nömrəli, 2-1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)-88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)-2532/2023 nömrəli qərarları). Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 18 fevral 2025-ci il tarixdən təyin olunması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-9205/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9205/2025
05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver