Məhkəmə qərarları › İş №2-1(112)-9209/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9209/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9209/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “VMN” Vəkil Bürosunda vəkil işləyir) iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə və qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən, əlamətləri inşaat pasportunda və layihə sənədlərində göstərilən qeyri - yaşayış binası və bu binanın yerləşdiyi 4.9025 kvadrat metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Belə ki, sözügedən torpaq sahəsi Dövlət Neft Şirkətinin 21.11.2011-ci il tarixli, 22/MQ-1167 nömrəli razılıq məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01.02.2011-ci il tarixli, 579 nömrəli sərəncamı əsasında "xxxx" MMC-yə ayrılmışdır.Sonradan həmin torpaq "xxxx" MMC-nin, daha sonra isə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərkən müraciət məktubu ilə birlikdə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Baş Memarı tərəfindən 05.03.2014-cü il tarixdə təsdiq edilmiş 12844 nömrəli daşınmaz əmlakın inşaat pasportu, habelə 29.12.2015-cı il tarixli, 18/04-532 nömrəli məktubla razılaşdırılmış “Sinkləşdirmə zavodu ofis binasının eskiz layihəsi” təqdim edilmişdir. İnşaat pasportu Bakı şəhər İcra Hakimiyyəti Başçısının 256 nömrəli sərəncamından çıxarışdan, Memarlıq-planlaşdırma göstərişlərindən, situasiya cizgisindən, mühəndis xətlərinə dair texniki göstərişlərdən, mühəndis xətlərinin cizgisindən, topogeodeziya hissəsindən - ayrıc aktından və digər sənədlərdən və razılaşmalardan ibarət olmuşdur. Bina inşa edildiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə həmin sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsas sayılırdı. İddiaçının mülkiyyət hüququ qeyri yaşayış obyekti ilə yanaşı, yerləşdiyi torpaq sahəsi üzərində də qeydiyyata alınmalıdır. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********08 nömrəli, 04.08.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Rəsul oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin ediməsini xahiş etmidir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin çıxışını dinləyərək, təqdim edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş materiallarında olan: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********07 nömrəli, 04.08.2021-ci il tarixli məktuba əsasən iddiaçının qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması, "xxxx" MMC-nin təsis sənədlərinin müraciətə əlavə edilməməsi əsası ilə təmin edilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 01.02.2011-ci il tarixli, 579 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində texniki xidmət sahələrinin layihələndirilməsi üçün 4,0 ha torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinin 21.11.2011-ci il tarixli, 22/MQ-1167 nömrəli razılıq məktubu ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 17.10.2013-cü il tarixli, 419 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində ayrılmış torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 01.12.2011-ci il tarixli, 579 nömrəli sərəncamı "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18.11.2013-cü il tarixli, 463 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 17.10.2013-cü il tarixli, 419 nömrəli sərəncamında 4.0 ha ifadəsinin 4.9025 ha kimi oxunması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 10.04.2014-cü il tarixli, 149 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 17.10.2013-cü il tarixli, 419 nömrəli və 18.11.2013-cü il tarixli, 463 nömrəli sərəncamları ləğv olunaraq aparılan sənədləşdirmə işləri "xxxx" MMC-yə aid edilmiş və torpaq sahəsinin ölçüsü dəqiqləşdirilərək 4,9025 ha müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən təsdiq edilmiş “Torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair” 12844 nömrəli, 05.03.2014-cü il tarixli inşaat pasportuna əsasən "xxxx" MMC-nin sifarişi ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində inşa edilmiş texniki xidmət sahələrinin inşaat pasportu hazırlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-532 nömrəli, 29.12.2015-ci il tarixli məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17.10.2013-cü il tarixli, 419 nömrəli, 18.11.2013-cü il tarixli, 463 nömrəli sərəncamları, 12844 nömrəli inşaat pasportu əsasında Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimalqərb hissəsində texniki xidmət sahələri üçün ayrılmış torpaq sahəsində tikintisi nəzərdə tutulan ofis binasının təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həllinə və işçi layihəsinin memarlıq hissəsinə baxılaraq (ofis binası: 2 mərtəbəli, -3.00 m səviyyəsində zirzəmi mərtəbəsi, "xxxx" MMC-nin işi) razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 12.07.2021-ci il tarixli, 169 nömrəli sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində texniki xidmət sahələrinin layihələndirilməsi məqsədilə 4.9025 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 01.12.2011-ci il tarixli, 579 nömrəli və 10.04.2014-cü il tarixli, 149 saylı sərəncamlarının və həmin sərəncamlara əsasən aparılmış müvafiq sənədləşmə işlərinin İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq verdiyi 22.09.2021-ci il tarixli məktuba əsasən Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsi qeydiyyatdan keçməmişdir. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Dövlət Aerogeodeziya Müəssisəsinin 26.12.2013-cü il tarixli, 48- 584/1 nömrəli məktubu və məktuba əlavə edlmiş topo-geodeziya işlərinə dair materallar, memarlıq-planlaşdırma göstərişləri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 05.12.2013-cü il tarixli məktubu və rəyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 31.01.2014-cü il tarixli məktubu və məktuba əlavə edilmiş rəyi, ”Bakıelektrikşəbəkə” ASC-nin 13.01.2014-cü il tarixli məktubu və rəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 13.11.2013-cü il tarixli məktubu, ”Azərsu” ASC-nin 13.02.2014-cü il tarixli məktubu, ”Bakıelektrikşəbəkə” ASC-nin 28.11.2013-cü il tarixli məktubu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin 29.12.2013-cü il tarixli məktubu və məktuba əlavə edilmiş texniki şərt, ”Azəristiliktəchizat” ASC-nin istilik təchizatı üçün texniki şərti təqdim edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, 2011-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində texniki xidmət sahələrinin layihələndirilməsi üçün 4,0 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmiş, 2013-cü ildə həmin torpaq sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş və torpaq sahəsinin ölçüsünün 4.9025 ha olması qərara alınmışdır, 2014-cü ildə isə torpaq sahəsinin ayırlmasına dair əvvəlki sərəncamların ləğv edilərək aparılmış sənədləşdirmə işlərinin "xxxx" MMC-yə aid edilməsi və torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilərək 4,9025 ha olması barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sərəncam verilmişdir. Qeyd edilən torpaq sahəsində inşa edilən tikililər ilə bağlı inşaat pasportu tərtib edilmiş, həmin inşaat pasportu əsasında tikintisi nəzərdə tutulan ofis binasının təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həllinə və işçi layihəsinin memarlıq hissəsinə baxılaraq razılaşdırılmışdır, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 12.07.2021-ci il tarixli, 169 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində texniki xidmət sahələrinin layihələndirilməsi məqsədilə 4.9025 ha torpaq sahəsinin "xxxx" MMC-yə ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 01.12.2011-ci il tarixli, 579 nömrəli və 10.04.2014-cü il tarixli, 149 nömrəli sərəncamlarının və həmin sərəncamlara əsasən aparılmış müvafiq sənədləşmə işlərinin İddiaçı MMC-nin adına rəsmiləşdirilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən, əlamətləri inşaat pasportunda və layihə sənədlərində göstərilən qeyri - yaşayış binası və bu binanın yerləşdiyi 4.9025 kvadratmetr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə cavabdehə müraciət etsə də cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir; Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndiskommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi əmlak kompleksində inşa etdiyi tikili məlumatlandırma icraatının aid olduğu tikilidir, həmin tikilinin inşaat pasportu əsasında tikintisi nəzərdə tutulan ofis binasının təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz həllinə və işçi layihəsinin memarlıq hissəsinə baxılaraq razılaşdırılmışdır, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı mövcuddur, beləliklə iddiaçının tikilini inşa etdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, fiziki və ya hüquqi şəxs və ya dövlət orqanı tərəfindən həmin tikilinin qanuniliyi mübahisələndirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin üzərində istifadə, icarə və ya mülkiyyət hüququnun başqa bir şəxsin adına qeydə alınması barədə məlumat və sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdehin torpaq sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsində olan torpaq sahəsi olması barədə bildirdikləri cavabdehin özünün məhkəməyə ünvanladığı məktubla təkzib edilir, belə ki, cavabdeh 22.09.2021-ci il tarixli məktubunda məhkəməyə bildirmişdir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən torpaq sahəsi qeydiyyatdan keçməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Lakin qeyd edilən halların mövcud olması məhkəmə icraatı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Həmin Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən, əlamətləri inşaat pasportunda və layihə sənədlərində göstərilən qeyri - yaşayış binası və bu binanın yerləşdiyi 4.9025 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən, əlamətləri inşaat pasportunda və layihə sənədlərində göstərilən qeyri - yaşayış binası və bu binanın yerləşdiyi 4.9025 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar