Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9209/2024 04.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “pulun ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 4554 (dörd min beş yüz əlli dörd) manat məbləğində pulun İddiaçı1 ve İddiaçı2 ödənilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Quliyev Nəcəf Talıb oğluna, İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Quliyev Nəcəf Talıb oğlundan, İddiaçı1 və İddiaçı2 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 12.654,04 manat məbləğində əsas borcun, 6.501,92 manat məbləğində faiz borcunun, 509,34 manat məbləğində cərimə borcunun, cəmi 19.665,3 manat borcun və 150 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdilər. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 3397/2023 saylı, xx.xx.2023-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 12.654 (on iki min altı yüz əlli dörd) manat, 04 (dörd) qəpik, faiz borcu üzrə 6.307 (altı min üç yüz yeddi) manat, 89 (səksən doqquz) qəpik, cərimə borcu üzrə 509 (beş yüz doqquz) manat, 34 (otuz dörd) qəpik, cəmi 19.471 (on doqquz min dörd yüz yetmiş bir) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində put Quliyev Nəcəf Talıb oğlundan, Aşurova-Zülfiet Taştemirovnadan və İddiaçı2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146 (bir yüz qırx altı) manat məbləğində pul Quliyev Nəcəf Talıb oğlundan, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 145 (bir yüz qırx beş) manat məbləğində pul Quliyev Nəcəf Talıb oğlundan, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Kredit borcunun silinməsinə hesabladığı 800 manat, zaminlərin pensiya və əməkhaqqı kartlarından iddia etdiyi tutulmalar - xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixədək Bakı Kommersiya Məhkəməsi tərəfindən araşdırılma aparılan zaman müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli digər hesabdan çıxarışdan görünür ki, ekspertın cəmi, 3009,34 manat məbləğində ödənişlər cavabdeh Quliyev Nəcəf Talıb oğlunun vergi borcuna silinmişdir. (AR Vergilər Nazirliyinin Milli Gəlirlərinin hesabına ödənmişdir). İddiaçılar Quliyev Nəcəf Talıb oğlu ilə "Bank of X12 Cəmiyyəti arasında bağlanan kredit müqaviləsinə zamin durmuşlar və İddiaçı1 pensiyasından, İddiaçı2 isə əmək haqqısından pul tutulmuşdur. Bakı Kommersiya Məhkəməsində iştirak edən zaman məlum olmuşdur ki, İddiaçı1 pensiyasından, İddiaçı2 isə əmək haqqısından pul banka ödənilməli olduğu halda, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlərinin hesabına ödənilmişdir. Biz bankla Quliyev Nəcəf Talıb oğlu arasında bağlanan kredit müqaviləsinə zamin durduqları halda, qanunsuz və əsassız olaraq onun vergi borcuna yönəlmişdir. Ümumilikdə pensiya və əmək haqqından 4554 (dörd min beş yüz əlli dörd) manat pul tutulmuşdur. İddiaçılar 4554 (dörd min beş yüz əlli dörd) manat məbləğində pulun geri qaytarılması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 və Uçotun Təşkili Baş İdarəsinə müraciət etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavab məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli **********000900 nömrəli məktubla bildirilmişdir ki, müraciətiniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarına uyğun olaraq həyata keçirildikdə yenidən baxılacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi biz bankla Quliyev Nəcəf Talıb oğlu arasında bağlanan kredit müqaviləsinə zamin durduqları halda, qanunsuz və əsassız olaraq onun vergi borcuna yönəlmişdir. Lakin cavabdeh tərəfindən verilən imtina məktubunda isə artıq ödənilmiş vergidən söhbət gedir. Ona görə də iddiaçıların əmək haqqından və pensiyadan tutulmuş 4554 (dörd min beş yüz əlli dörd) manat məbləğində pul onlara geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya yazılı münasibətində bildirilmişdir ki, iddiaçılar X1 və İddiaçı2 Eldar oğlu cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı Dzibati Məhkəməsinə müraciət edərək, 4554 (dörd min beş yüz əlli dörd) manat məbləğində ödənişin X4 və İddiaçı2 Eldar oğluna ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh aşağıda qeyd edilən hallara əsasən iddianın mümkünlük barədə tələblərə cavab vermədiyini hesab edir: İddia ərizəsində qeyd edilir ki, X8 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan xx.xx.2019-cu il tarixli, MK/64582/71/10 saylı kredit və zaminlik müqaviləsinə əsasən X1 və İddiaçı2 Eldar oğlu isə borcalan X7 zamin durmuşdurlar. X5 və İddiaçı2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X8 arasında bağlanan kredit müqaviləsinə zamin durduqları halda, ümumilikdə X2 pensiyasından, İddiaçı2 isə əmək haqqısından 4554 (dörd min beş yüz əlli dörd) manat pul məbləği X6 vergi borcuna yönəlmişdir. Bu dəlillərə münasibətdə qeyd edirik ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 11-ci maddəsinə əsasən vergi dedikdə, dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. 16.1.1-ci maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəməkdir. Vergi Məcəlləsinin 65.2.1. vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir; Vergi Məcəlləsinin 75.0.2. vergi ödəyiciləri ilə münasibətdə bankların və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarının, habelə elektron pul təşkilatlarının vəzifələrindən biri hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin öz milli və ya xarici valyutada cari və ya digər hesablarından vergilərin ödənilməsi haqqında ödəmə tapşırıqlarını icra etməkdir; Həmçinin, Vergi Məcəlləsinin 85.1.9-cu maddəsinə əsasən vergi ödəyicisinin vergi borcunun kredit müqaviləsinə əsasən zamin zaminlik qaydasında yönəldilməsi sadəcə 300 000 manat məbləğin yuxarı həddindən çox olduqda bank zəmanəti, zaminlik müqaviləsi və girov müqaviləsi tələb olunur. Yuxarıda qeyd edilənlərə əsasən, vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitinin Özgəninkiləşdirilməsi şəklində, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Qanunla müəyyən edilmiş vergiləri ödəmək hər bir vergi ödəyicisinin birbaşa vəzifəsidir, vergi ödəyicisi tərəfindən vergi borcu ödənilmədiyi təqdirdə vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş müvafiq tədbirlər görülür. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Belə ki, Məhkəmə tərəfindən iddiya cavab verməli olmayan cavabdeh barəsində iddianın təmin edilməsi son nəticədə cavabdeh tərəfindən icrası mümkün olmayan məhkəmə qərarının qəbul olunması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-3397/2023 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 12.654 manat, 04 (dörd) qəpik, faiz borcu üzrə 6.307 manat, 89 qəpik, cərimə borcu üzrə 509 manat, 34 qəpik, cəmi 19.471 manat, 27 qəpik məbləğində pulun Quliyev Nəcəf Talıb oğlundan, İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin iş üzrə müəyyən olunmuşdur ki, borclu Quliyev Nəcəf Talıb oğlunun xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli vergi sərəncamlarına əsasən 3851,48 manat (alınmalı) və 4044,5 (dondurulmalı) vergi borcu mövcud olmuş, eyni zamanda kredit borcuna görə hesablanmış məbləğ zaminlərin (İddiaçı1 və İddiaçı2) pensiya və əməkhaqqı kartlarından xx.xx.2023-cü il tarixdən-xx.xx.2023-cü il tarixədək cəmi, 3009,34 manat məbləğində tutularaq borclu Quliyev Nəcəf Talıb oğlunun vergi borcuna silinmişdir. Hazırkı iş üzrə iddiaçılar zaminlik və kredit müqaviləsi üzrə borclu Quliyev Nəcəf Talıb oğlunun kredit borcu üzrə bank qarşısında öhdəlik götürdüklərini, lakin həmin borcun ödənilməsi üçün onların əmək haqqı və pensiyalarından bank tərəfindən tutulmuş ödənişlərin vergi borcuna silindiyini əsas gətirərək həmin məbləğin vergi orqanı tərəfindən geri qaytarılmasını mübahisələndirirlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Mülki Məcəllənin: -964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. -964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. -965.1. Hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın. -965.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmayıbsa, hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaiti aşağıdakı ardıcıllıqla silinir: 965.2.1. birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması haqqında tələblərin yerinə yetirilməsi üçün hesabdan pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.2. ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan ödəniş sərəncamları və yaxud bu tələblərlə bağlı icra sənədləri əsasında verilən ödəniş sərəncamları üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir; 965.2.3. üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişləri nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.4. dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir; 965.2.5. beşinci növbədə başqa pul tələblərinin yerinə yetirilməsini nəzərdə tutan icra sənədi əsasında verilən ödəniş sərəncamı üzrə hesabdan silmə həyata keçirilir; 965.2.6. altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sərəncamları üzrə hesabdan silmə həyata keçirilir. Göründüyü kimi iddiaçıların hazırkı halda cavabdeh vergi orqanından tələb etdikləri pul vəsaiti onların zaminlik və kredit müqaviləsinə uyğun olaraq borclu Quliyev Nəcəf Talıb oğlunun hesabı üzrə kredit borcuna silinərkən bank hesabından pul vəsaitinin silinmə ardıcıllığına uyğun olaraq dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsinə deyil, həmin vaxt Quliyev Nəcəf Talıb oğlunun xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli vergi sərəncamlarına əsasən alınmalı vergi borcunun ödənilməsinə yönəlmiş və qanunla üçüncü növbədə -dövlət büdcəsinə olan vergi borcunun (xx.xx.2023cü il tarixdən-xx.xx.2023-cü il tarixədək cəmi, 3009,34 manat) ödənilməsinə silinmişdir. Dolayısı ilə hazırkı iş üzrə vergi orqanı tərəfindən iddiaçılara münasibətdə hər hansı vergitutma əməliyyatı həyata keçirilməmiş, inzibati orqan tərəfindən iddiaçılardan tutulmuş vəsaitin vergi orqanının bilavasitə inzibati aktı, hərəkəti ilə bank hesabından silinməsi baş verməmişdir. Bank hesabından silinmə əməliyyatı heç bir halda vergi orqanının verginin tutulmasına dair aktiv hərəkəti kimi qiymətləndirilə bilməz və nəticə etibarı ilə vergi orqanının etmədiyi vergitutma əməliyyatına görə məsuliyyəti, o cümlədən büdcəyə ödənilmiş verginin geri qaytarılması öhdəliyi müəyyən edilə bilməz. Sözügedən bank əməliyyatı üzrə hüquq münasibətləri bilavasitə iddiaçılar ilə bank arasında yaranmış, iddiaçılar əsassız tutulduğunu iddia etdikləri pul vəsaiti ilə bağlı banka qarşı və yaxud borclu Quliyev Nəcəf Talıb oğluna qarşı reqress qaydada müvafiq tələblə çıxış etmək imkanı olduğu halda inzibati orqana qarşı inzibati məhkəmə icraatında hazırkı iddianı qaldırmışlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçıların tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıların hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9209/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9209/2024
04.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver