Məhkəmə qərarları › İş №2-1(112)-921/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-921/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-921/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra Xüsusi Şərtlərlə Təyinat İdarəsi) qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Gürcüstan SSR-nin Marneuli rayonunda doğulmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Gürcüstan SSR-nin Marneuli rayonunun “Muban” xüsusi sovxozunun təmir emalatxanasında çilingər vəzifəsində işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə qədər Azərbaycan SSR Politexnik İnstitutunda təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər SKB “Azərelektroterm”də mühəndis, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə mühəndis-texnoloq, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər “Azərməişəttexnikitəmir” Respublikası İstehsalat Kommersiya Birliyində usta, baş mexanik vəzifələrində, xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə qədər "xxxx" Dövlət Şirkətində baş mexanik, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər "xxxx" ASC-də mexanika bölməsində bölmə rəisi, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər mexanika şöbəsinin rəisi, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə qədər "xxxx" ASC-də mexaniki təmir sexinin rəisi, xx.xx.2007-ci il tarixli xx.xx.2008-ci ilə qədər baş mühəndisin müavini, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə qədər baş mexanik, xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilə qədər baş mexanikin müavini, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər "xxxx" MMC-də baş mexanikin müavini, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilə qədər mexaniki emal sahəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2016-cı ildən hazırkı vaxta qədər isə "xxxx" MMC-də mexaniki emal sexinin rəisi vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə qədər 39 il 3 ay 06 gün ümumi iş stajı, 16 il 4 ay 25 gün zərərli iş stajını toplamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. Nəhayət iddiaçı ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin xx.xx.2019-cu il tarixli **********4 №-li cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin(bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, hazırlıq icraatına başlanılmış, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaya dair 03 mart 2020-ci il tarixli, **********1 nömrəli etirazında bildirilmişdir ki, iddiaçının tələbi qanunamüvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, iddiaçının İdarəyə təqdim etdiyi 09 avqust 1977-ci il tarixli 3T-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Sumqayıt İstehsalat sahəsində bölmə rəisi, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğunluq təşkil etmir. İddiaçı cavabdehin etirazına dair yazılı münasibətində bildirilmişdir ki, cavabdehin etiraz məktubu “”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tətbiqi ilə bağlı DSMF-nin 08 noyabr 2007-ci il tarixli xx/xx-3402 saylı təlimatlı məktubunun 2,5,6-cı bəndlərinin tələblərinə ziddir. Belə ki, həmin bəndlərdə siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrindən asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malik olduqları göstərilmişdir. Eyni zamanda, həmin bəndlərdə göstərilən şərtlərin kimlərə şamil edilməsi nümunələrlə aydın şəkildə izah edilmişdir. Həmin məktubun ikinci bəndində Qanunun 9.1, 9.8-ci maddələrindəki şərtlər üzrə tam iş günü ərzində işini yerinə yetirən işçilərin güzəştli şərtlərlə pensiya hüququnu qazandığı bildirilir. İşlədiyi müəssisələr onun bilavasitə istehsalatda çalışdığını və həmin sahələrin qanunla güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun verməsi barədə arayışlar təqdim edilmişdir. Həmin arayışlar iddia ərizəsinə əlavə edilmişdir. Poladtökmə müəssisələrində işləyərkən struktur dəyişikliyi ilə əlaqədar sexlərin, bölmələrin, vəzifələrin adları dəyişilsə də, onun əvvəl işlədiyi həmin müəssisələr bilavasitə istehsalatla bağlı olub. Sonda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanları təsdiq edərək, cavabdehin etirazına dair yazılı münasibətində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi imtina məktubunda göstərilən halları müdafiə etdi və iddiaya dair etirazda qeyd edilənləri təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı-Binəqədi RPİ tərəfindən xx.xx.2010-cu ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır; - iddiaçıya məxsus ЗT-İ seriyalı, ******* saylı əmək kitabçasının Azərbaycan dilinə tərcümə edilməklə notarila qaydada təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 69 saylı xx.xx.1977-ci il tarixli əmrə əsasən xx.xx.1977-ci il tarixdən Gürcüstan SSR Marneuli rayonunun “Muqan” xüsusi sovxozunun təmir emalatxanasına çilingər qəbul edilmiş, 203 saylı xx.xx.1978-ci il tarixli əmrlə həmin tarixdən işdən azad edilmiş, 112-yп saylı xx.xx.1978ci il tarixli əmrə əsasən xx.xx.1978-ci il tarixdən Ç.İldırım adına AzPİ Mexanika fakültəsinin gündüz şöbəsinə qəbul edilmiş, 101-yп nömrəli xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdə həmin şöbəni bitirmiş, 150-k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1983-cü il tarixdən SKB “Azərelektroterm”ə Ko-8 mühəndis vəzifəsinə qəbul edilmiş, 150-k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1984-cü il tarixdən 3-cü dərəcəli mühəndis texnoloq vəzifəsinə keçirilmiş, 173-k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən xx.xx.1986-cı il tarixdən KO-5-ə 3-cü dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilmiş (qeyd yararsız hesab edilmişdir), 67-k saylı xx.xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci ildən öz xahişi ilə işdən azad edilmiş, 127/ok saylı xx.xx.1988-ci il tarixli əmrlə həmin tarixdən Bakı şəhəri SBT zavodunun 1 saylı sexinə usta vəzifəsinə qəbul edilmiş, 89/ok saylı xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən sifarişlərin qəbulu şöbəsinə usta keçirilmiş, 89/ok saylı xx.xx.1990-cı il tarixli əmrlə xx.xx.1990-cı il tarixdən LPTO baş mexanika şöbəsinin baş mexaniki keçirilmiş, 4/ok saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad edilmiş, K-11 saylı xx.xx.1994-cü il tarixli əmrlə həmin tarixdən Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinə baş mexanik vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 405 nömrəli sərəncamına əsasən şirkətin ləgvi ilə baglı xx.xx.2000-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 3-k saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən "xxxx" ASC-nin “Sumqayıt Alüminium” İsatehsalat Sahəsinin mexanika bölməsinə müddətli əmək müqaviləsi bağlamaqla bölmə rəisi vəzifəsinə qəbul edilmiş, 198-k saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən bölmə rəisi vəzifəsində müddətsiz əmək müqaviləsi bağlanmış, 6-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən xx.xx.2001-ci il tarixdən müqaviləsinə xitam verilmiş, 7-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən həmin tarixdən "xxxx" ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində mexanika bölməsinə müddətli əmək müqaviləsi bağlamaqla rəis vəzifəsinə qəbul edilmiş, 35-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən müddətsiz əmək müqaviləsi bağlanmış, xx.xx.2002-ci il tarixli 3k saylı əmrlə həmin tarixdən yeni ştat cədvəlindəki dəyişiklikləri nəzərə alaraq bağlanmış əmək müqaviləsi ilə mexanika bölməsinin rəisi vəzifəsində fəaliyyətinin davam etdirilməsi əmr edilmiş, 148 saylı əmrə əsasən xx.xx.2006-cı il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 06/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən həmin tarixdən "xxxx" ASC-də 4 saylı mexaniki təmir sexinə rəis təyin edilmiş, 72/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən həmin tarixdən baş mühəndisin müavini vəzifəsinə keçirilmiş, 66/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən həmin tarixdən baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli 53/k saylı əmrə əsasən həmin tarixdən baş mexanikin müavini vəzifəsinə keçirilmiş, 249/66k saylı əmrə əsasən xx.xx.2014-cü il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2014-cü il tarixdən baş mexanik şöbəsinə baş mexanikin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdən mexaniklər xidmətinə mexaniki emal sahəsinin rəisi vəzifəsinə keçirilmiş, 169/k saylı xx.xx.2016-cı il tarixli əmrə əsasən həmin tarixdən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-yə mexaniki emal sexinin rəisi vəzifəsinə qəbul edilmişdir; - “X5” ASC tərəfindən verilmiş KŞ-102 saylı xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2005-ci il tarixində "xxxx" zavodunun 4-saylı Mexaniki təmir sahəsinə rəis vəzifəsinə qəbul edilmişdir (xx.xx.2005-ci il tarixli 06/k №-li Əmr). xx.xx.2007-ci il tarixindən baş mühəndisin müavini vəzifəsinə keçirilmişdir (xx.xx.2007-ci il tarixli 72/k №-li Əmr). xx.xx.2008-ci il tarixində baş mexanik vəzifəsinə keçirilmişdir (xx.xx.2008-ci il tarixli 66/k №-li Əmr). xx.xx.2011-ci il tarixində həmin şöbədə baş mexanikin müavini keçirilmişdir (xx.xx.2011-ci il tarixli 53/k №-li Əmr). xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2014-cü il tarixli 249/66 K №-li Əmr). İddiaçı Mexaniki təmir sexinin rəisi, baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini kimi bütün iş vaxtını zərərli iş şəraitində keçirmişdir. Göstərilən bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'' nın 11-ci Metal emalı bölməsinin 11.1. Tökmə istehsalı yarımbölməsində qeyd edilən sex rəisləri, sex mexanikləri və böyük mexaniklər vəzifələrə aiddir. xx.xx.1999-cu il tarixində "Bakı Poladtökmə” zavodu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 232 saylı sərəncamına əsasən, “Bakı Poladtökmə" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. "xxxx" ASC-nin Səhmdarlarının xx.xx.2013-cü il tarixli X4 əsasən xx.xx.2013-cü il tarixindən "Bakı Poladtökmə” ASC-nin adı dəyişdirilərək “X5” ASC adlandırılmışdır; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 02 saylı arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən "xxxx" ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifə) güzəştli şərtlərlə işləmişdir: xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək 2 nömrəli müvafiq siyahının 14-cü bölməsinin 14b yarımbölməsi, metal emalı, 2150100b-24097 sahə (bölmə) rəisləri; xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 2 nömrəli müvafiq siyahının 14-cü bölməsinin 14b yarımbölməsi, metal emalı, 2150100b – 24125 sex (şöbə) rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya sahəsi üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı 2 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. İddiaçı "xxxx" ASC-nin “Sumqayıt Alüminium” İS-də aşağıda göstərilən tarixlərdə ödənişsiz məzuniyyətlərdə olmuşdur: xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək; - “X6” MMC tərəfindən verilmiş 32/L saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından müəyyən edilir ki, İddiaçı 01 may 2014-cü il tarixdən 02 sentyabr 2014-cü il tarixədək Baş Mexanik şöbəsində baş mexanikin müavini vəzifəsində, 02 sentyabr 2014-cü il tarixdən 09 sentyabr 2016-cı il tarixədək Mexaniklər xidmətində mexaniki emal sahəsinin rəisi vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (b) yarımbəndində sex rəisləri, onların müavinləri və sahə mexanikləri kimi öz əksini tapmışdır; - “X6” MMC tərəfindən verilmiş 8/L saylı xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, İddiaçı 09 sentyabr 2016-ci il tarixdən hal-hazıra kimi Mexaniki xidmətdə isti və zərərli iş şəraitində Mexaniki emal sexinin rəisi vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 11.3 (b) Termiki emal bəndində sex rəisləri kimi öz əksini tapmışdır; - Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********4 nömrəli cavab məktubundan müəyyən olunur ki, ərizəyə və ona əlavə olunmuş sənədlərə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”ının metal emalı hissəsinin (11) tökmə istehsalı bəndində (11.1) rəhbərlər və mütəxəssislər “b” təsnifatında sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri, növbə rəisləri, sahə rəisləri, sahə mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Təqdim edilmiş 9 avqust 1977-ci il tarixli 3T-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Sumqayıt İstehsalat sahəsində bölmə rəisi, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də və “X5” ASC-də baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, xx.xx.2017-ci ildə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu tərəfindən yuxarıda göstərilmiş əsaslara görə ona imtina edilmişdir. Göründüyü kimi pensiya təyinatı orqanı iddiaçıya 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizəsini təmin etməyərkən iki halı, yəni iddiaçının "xxxx" ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək güzəştli peşələrdə işlədiyi dövrü və xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də və “X5” ASCdə işlədiyi dövrü mübahisələndirmişdir. Məhkəmə, hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının "xxxx" ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək güzəştli peşələrdə işlədiyi dövrünAzərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın təsir dairəsinə düşməsini, xx.xx.2007xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də və “X5” ASC-də, 01 may 2014-cü il tarixdən isə hal-hazıradək “X6” MMC-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda göstərilən zərərli işlərdə işləməklə 12 il 06 aydan artıq güzəştli iş stajının, ümumilikdə isə 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, xx.xx.2017-ci ildə iddiaçının 57 yaşının tamam olmasını nəzərə almadan, onun ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının "xxxx" ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində işlədiyi müvafiq güzəştli peşələr işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 14-cü bölməsinin “b” yarımbölməsinin 2150100b-24097 kodlu “metal emalı” sahəsində sahə rəisləri vəzifəsi, habelə 2150100b-24125 kodlu “metal emalı” sahəsində sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri vəzifələrinə uyğun hesab edilir. Digər tərəfdən iddiaçının xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində müvafiq ardıcıllıqla "xxxx" ASC-də və “X5” ASC-də işlədiyi vəzifələr işə əlavə edilmiş arxiv arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'' nın 11-ci “Metal emalı” bölməsinin 11.1.-ci, yəni “tökmə istehsalı” yarımbölməsində qeyd edilən “sex rəisləri, sex mexanikləri və böyük mexaniklər” vəzifələrinə uyğunlaşdırıldığı halda cavabdeh tərəfin yenidən bu halın mübahisələndirməsi məsələnin iddiaçının xeyrinə həllindən formal əsaslarla imtina edilməsi kimi qiymətləndirilir. Göstərilənlərdən başqa məhkəmə iddiaçı tərəfin cavadehin etirazına dair yazılı münasibətində göstərilmiş halları əsaslı hesab edərək qeyd edir ki, DSMF tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası İdarəsinin, bütün rayon və şəhər şöbələrinin rəhbərlərinə ünvanlanmış xx/xx-3402 saylı 08 noyabr 2007-ci il tarixli «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın tətbiqi ilə bağlı təlimat məktubunun 5-ci bəndində də göstərilmişdir ki, siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. İşdə olan KŞ-102 saylı xx.xx.2019-cu il tarixli arayışdan və iddiaçıya məxsus əmək kitabçasından onun cavabdeh tərəfindən mübahisələndirilmiş xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də və “X5” ASC-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'' nın 11-ci Metal emalı bölməsinin 11.1.-ci, yəni “tökmə istehsalı” yarımbölməsində göstərilmiş vəzifələrdə çalışması açıq-aşkar şəkildə göründüyündən göstərilən əsasla cavabdehin imtinası iddiaçının sosial təminat hüquqlarını tam şəkildə həyata keçirməsini əsassız olaraq məhdudlaşdırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, cavabdehin dəlillərini həm də ona görə əsaslı hesab etmir ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki,İddiaçı pensiya təyin edilməsi üçün hüququ xx.xx.2017-ci il tarixdə yarandığından mövcud mübahisə üzrə həmin vaxtı qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları tətbiq edilməlidir. 2017-ci il iyul ayının 1-dək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi qanunverici orqan 57 yaşı 2017-ci il iyul ayının 1-dək tamam olmuş, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 12 il 06 aydan artıq güzəştli iş stajı, ümumilikdə isə 25 ildən artıq ümumi iş stajı olan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını müəyyən edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Məhkəmə qeyd edir ki, pensiyaçılara əmək pensiyasının təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar