Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9210/2021 15.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “qeyri-yaşayış və torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında ünvan: (ünvan 1 baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ”Gülab” məhdud məsuliyyətli cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən, əlamətləri İnşaat Pasportunda və layihə sənədlərində göstərilən qeyri-yaşayış binası və bu binanın yerləşdiyi 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********09 nömrəli, xx.xx.2021-ci il tarixli Bildiriş göndərilmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, qeyri yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan ünvanda elektron kadastr baza məlumatlarına əsasən Səhiyyə Nazirliyinin balansında olan bina olmuş və sonradan sökülmüşdür. Həmçinin, torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər fiziki şəxsin adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Cavabdeh inzibati orqanın imtinası qanunsuzdur. Belə ki, sözügedən torpaq sahəsi Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 01-04/159 saylı razılıq məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 267 №-li Sərəncamı əsasında "xxxx" MMC-yə ayrılmış və həmin sərəncam ilə Nəsimi rayonu, R.Behbudov küçəsindəki 386 saylı məhəllədə mövcud qeyri-yaşayış binasının sökülərək, yerləşdiyi 356,3 kv.m sahəyə bitişik 3743,7 kv.m torpaq sahəsi, icarə əsasında 4100 kv.m sahədə ofis binasının tikintisinin layihələşdirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 264 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə Nəsimi rayonu, R.Behbudov küçəsi 386cı məhəllədə ofis binasının tikintisinin layihələndirilməsinə dair verilmiş BŞİHB-nın xx.xx.2005-ci il tarixli, 267 №-li sərəncamının 36-cı bəndi və tərtib edilmiş 12019 saylı inşaat pasportu İddiaçı MMC-nin adına keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 230 nömrəli Sərəncamı ilə Nərimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə İddiaçı MMC- tərəfindən tikintisi nəzərdə tutulan ofis binasının tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 335 nömrəli Sərəncamı ilə R.Behbudov küçəsi, 386-cı məhəllədə İddiaçı MMC-yə ofis binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsi həmin MMC-nin icarə əsasında istifadəsinə verilmiş və ölçüləri dəyişdirilərək 0.30 ha müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana müraciət edilərkən müraciət məktubu ilə birlikdə Bakı şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Baş Memarı tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 12019 nömrəli daşınmaz əmlakın inşaat pasportu, habelə, xx.xx.2015-cı il tarixli, 18/04-532 nömrəli məktubla razılaşdırılmış “Bakı şəhəri, R.Behbudov prospektində İ.H.O MMC-yə məxsus tikiləcək X4 Eskiz Layihəsi”, və BŞİHB- nın Sərəncamları təqdim edilmişdir. İnşaat pasportu Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 267 nömrəli sərəncamından çıxarış, Memarlıq-planlaşdırma göstərişləri, Situasiya cizgisi, Mühəndisi xətlərə dair texniki göstərişlər, Mühəndisi xətlərin cizgisi, Topogeodeziya hissəsi-Ayrıc aktı, Küləyin il üzrə təkrarlanması cizgisi və cədvəli, həmçinin razılaşdırmalar və texniki şərtlərdən və tikintinin icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsindən ibarət olmuşdur. Bina inşa edildiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə görə həmin sənədlər daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsas sayılırdı. İddiaçının mülkiyyət hüququ qeyri yaşayış obyekti ilə yanaşı, yerləşdiyi torpaq sahəsi üzərində də qeydiyyata alınmalıdır. Sonda cavabdeh iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin iddiaya dair xx.xx.2021-ci il tarixli, **********51 nömrəli etirazında bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan ünvanda elektron kadastr baza məlumatlarına əsasən Səhiyyə Nazirliyinin balansında olan bina olmuş və sonradan sökülmüşdür. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə “İHO” adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Qeyd olunanlarla yanaşı İddiaçı MMC-nin təsis sənədləri müraciətə əlavə edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********09 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan: - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********09 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan ünvanda elektron kadastr baza məlumatlarına əsasən Səhiyyə Nazirliyinin balansında olan bina olmuş və sonradan sökülmüşdür. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər fiziki şəxsin adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Qeyd olunanlarla yanaşı İddiaçı MMC-nin təsis sənədləri müraciətinizə əlavə edilməmişdir”. - İddiaçı MMC-nin Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə təsdiq edilmişdir. - Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ********** saylı kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMC xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 12019 saylı İnşaat Pasportundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 12..10.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0.4086 ha torpaq sahəsi ofis binasının tikintisi üçün "xxxx" MMC-yə ayrılmışdır. - Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş “Sənaye muəsstsəiən, kommunal, hidro texniki və digər qurğuların tikintisi üçün torpaq sahəsi seçilməsinə və ayrılmasına verilən” xx.xx.2006-cı il tarixli 04-30/86-25 №-li rəydən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə yerləşən torpaq sahəsi ofis binasının layihələndirilməsi və tikintisi üçün yararlıdır. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2005-ci il tarixli 541 məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ünvan 4 ünvanda çoxmərtəbəli ofis binasının layihələndirilməsi məqsədilə "xxxx" MMC-yə təqdim olunmuş sxem əsasında torpaq sahəsinin ayrılmasına aşağıda qeyd olunan şərtlər daxilində etirazı olmadığını bildirir: ayrılması nəzərdə tutulmuş ərazidə layihələndirmə zamam ətrafda olan kommunikasiya xəttlərinin mühafizə zonası tələblərinə ciddi riayət edilməsi; - tikinti işlərinin yalnız mövcud qeyri-yaşayış binasının yerləşdiyi ərazinin hüdudlan daxilində aparılması; tikinti tullantılarının və artıq qruntun əvvəlcədən razılaşdırılmış ərazilərə daşınması; tikinti ətrafında olan yaşıllıqların ciddi mühafizə olunması; layihələndirmə mərhələsində ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərinin nəzərdə tutulması; tikinti islərinə başlamazdan əvvəl qeyd olunan tələblər öz əksini tapmaqla tikintinin layihə sənədlərinin (ərazidə aparılmış mühəndisi-geoloji işlərin hesabatı ilə birlikdə) Dövlət ekoloji ekspertizasından keçirilmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunması. - Bakı şəhər İcra Hakimiyyətinin Abadlaşdrıma və Park – X1 Departamentinin xx.xx.2005-ci il tarixli 84 saylı məktubu ilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Sizin xx.xx.2005-ci il tarixli 18/03-8/3339 saylı məktubunuza əsasən mütəxəssislərimiz tərəfindən ünvan 4 ünvanda özəlləşdirilmiş əraziyə baxış keçirildi. Baxış zamanı məlum olmuşdur ki, nəzərdə tutulan sahədə heç bir ağac və kol yoxdur. Odur ki, ətraf yaşıllıqları qorumaq şərti ilə, həmin ərazidə çoxmərtəbəli ofis binasının "xxxx" MMC-ti tərəfindən layihələşdirilməsinə və tikinti işlərinin aparılmasına etiraz etmirik”. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən verilmiş A seriyalı 003891 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, ünvan 5 ünvanında yerləşən 3.729.7 kv.m ölçülü torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamı və xx.xx.2007-ci il tarixli 0755 saylı İcarə müqaviləsi ilə "xxxx" MMC-yə ayrılmış, torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitabında xx.xx.2007-ci il tarixdə 871 nömrə ilə uçota alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 264 saylı Sərəncamından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2007-ci il tarixli, 01/Ç-3470 saylı dövlət qeydiyyatına alınmış İddiaçı xx.xx.2014-cü il tarixli, 05 saylı müraciəti nəzərə alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə ofis binasının tikintisinin layihələn- dirilməsinə dair verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 36-ci bəndi və tərtib edilmiş 12019 saylı inşaat pasportu İddiaçı MMC-nin adına keçirilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 230 saylı Sərəncamından görünür ki, Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan ofis binasının tikintisinə icazə verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 335 saylı Sərəncamından görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 09 saylı müraciətini və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı və xx.xx.2014-cü il tarixli, 264 saylı sərəncamlarını nəzərə alaraq, Nəsimi rayonu, R.Behbudov küçəsi 386-cı məhəllədə İddiaçı MMC-yə ofis binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsi həmin MMC-nin icarə əsasında istifadəsinə verilsin və ölçüləri dəqiqləşdirilərək, 0,30 ha müəyyən edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş “istifadəyə (icarəyə) verilən torpaq sahəsinin 15/152 №-li 2015-ci il tarixli ayrıc aktından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə 0.3 hektar torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 335 saylı Sərəncamı ilə iddiaçıya ayrılmışdır. Ayrıc Aktı 15/152 sayla qeydiyyata alınmışdır. Yuxarıda sadalanmış sənədlərdən məlum olur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 12..10.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0.4086 ha torpaq sahəsi ofis binasının tikintisi üçün "xxxx" MMC-yə ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərəfindən verilmiş A seriyalı 003891 saylı torpaq sahəsinin plan və ölçüsü ünvan 5 ünvanında yerləşən 3.729.7 kv.m ölçülü torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamı və xx.xx.2007-ci il tarixli 0755 saylı İcarə müqaviləsi ilə "xxxx" MMC-yə ayrılmış, torpaq sahəsinin plan və ölçüsü dövlət kadastr kitabında xx.xx.2007-ci il tarixdə 871 nömrə ilə uçota alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 264 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2007-ci il tarixli, 01/Ç-3470 saylı dövlət qeydiyyatına alınmış İddiaçı xx.xx.2014-cü il tarixli, 05 saylı müraciəti nəzərə alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə ofis binasının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamının 36-ci bəndi və tərtib edilmiş 12019 saylı inşaat pasportu İddiaçı MMC-nin adına keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 230 saylı Sərəncamı ilə Nəsimi rayonu, R.Behbudov küçəsi, 386-cı məhəllədə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan ofis binasının tikintisinə icazə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 335 saylı Sərəncamıİddiaçı xx.xx.2015-ci il tarixli, 09 saylı müraciətini və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı və xx.xx.2014-cü il tarixli, 264 saylı sərəncamlarını nəzərə alaraq, Nəsimi rayonu, R.Behbudov küçəsi 386-cı məhəllədə İddiaçı MMC-yə ofis binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsi həmin MMC-nin icarə əsasında istifadəsinə verilsin və ölçüləri dəqiqləşdirilərək, 0,30 ha müəyyən edilmişdir. Göstərilən sənədləri ərizəyə əlavə edilməklə iddiaçı tərəfindən cavabdehə həmin qeyri – yaşayış obyekti və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciət edilsə də, sonuncu tərəfindən ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. İmtinaya məktubunda bildirilmişdir ki, “qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan ünvanda elektron kadastr baza məlumatlarına əsasən Səhiyyə Nazirliyinin balansında olan bina olmuş və sonradan sökülmüşdür. Həmçinin torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə digər fiziki şəxsin adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Qeyd olunanlarla yanaşı İddiaçı MMC-nin təsis sənədləri müraciətinizə əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericiliklə birbaşa və qəti olaraq müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1, 139-1.1.9, 139-1.1.9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10 və 8.0.10.1-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi qeyriyaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri (8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, qeyri-yaşayış binasına dair layihə) mövcuddur. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Bundan başqa, «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən, əlamətləri İnşaat Pasportunda və layihə sənədlərində göstərilən qeyri-yaşayış binası və bu binanın yerləşdiyi 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı (VÖEN: **********) ünvan 2 ünvanında yerləşən, əlamətləri İnşaat Pasportunda və layihə sənədlərində göstərilən qeyri-yaşayış binası və bu binanın yerləşdiyi 0,30 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-9210/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9210/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver