Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-922/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1983-cü il tarixdə Moldova Respublikasının Tiraspol şəhərində anadan olmuş İddiaçı - doğum faktının Moldova Respublikasının Tiraspol şəhər VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi məqsədilə Moldova Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1983-cü il tarixdə Moldova Respublikasının Tiraspol şəhərində anadan olmuş İddiaçı - doğum faktının Moldova Respublikasının Tiraspol şəhər VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi məqsədilə Moldova Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnizibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 21 iyun 2023-cü il tarixli Qərardadı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1983-cü il tarixdə Moldova Respublikasının Tiraspol şəhərində anadan olmuş İddiaçı - doğum faktının Moldova Respublikasının Tiraspol şəhər VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi məqsədilə Moldova Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi - Moldova Respublikasına sorğu verməklə İddiaçı barəsində zəruri məlumatların (doğum akt qeydinin) əldə edilməsi üçün cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat qeydiyyat şöbəsinə 2 ay müddətin müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-302 nömrəli məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7710/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının icra olunması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalıq Əməkdaşlıq İdarəsi vasitəsilə Moldova Respublikasının Tiraspol şəhər VVAQ şöbəsinə göndərilmişdir. Bundan sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı səbəbindən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili mübahisə həll olunduğu üçün iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının hazırki iddiası -xx.xx.1983-cü il tarixdə Moldova Respublikasının Tiraspol şəhərində anadan olmuş İddiaçı - doğum faktının Moldova Respublikasının Tiraspol şəhər VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi məqsədilə Moldova Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini cavabdehə həvalə edilməsindən ibarətdir. Hal-hazırda cavabdeh və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən məlumatlardan görünür ki, cavabdeh inzibati orqan tərəfindən öz üzərinə düşən vəzifəni icra etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 39.3. məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 67.1. mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. - 67.2. sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. - 67.3. bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə qarşı “iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1983-cü il tarixdə Moldova Respublikasının Tiraspol şəhərində anadan olmuş İddiaçı - doğum faktının Moldova Respublikasının Tiraspol şəhər VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi məqsədilə Moldova Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi üzrə iş üzrə icraata xitam verilsin. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-922/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-922/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver