Məhkəmə qərarları › İş №2-1(112)-9221/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9221/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9221/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrinin 16.112019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması, yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb müdafiə nazirliyinin xidməti mənzil fonduna verilməsi və vətəndaş X5 Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 20 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə N nömrəli N mərtəbəli kazarma yaşayış binası kimi yeidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək vətəndaş X10 ünvan 1 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X10 ilə daimi kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 1 ünvanındakı yaşayış sahəsinə vətəndaş X5 adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli digər sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli 7081 nömrəli məktubla DƏDKR publik hüquqi şəxsi 1 saylı ünvan N ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması barədə rəsmi müraciət olunmuşdur. Adı çəkilən idarənin xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubu ilə Mənzil-İstismar İdarəsinin müraciətinə imtina edilərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya vətəndaşın bu hüquqdan imtina barədə notarial qaydada təsdiq eilmiş ərizəsi əsasında mümkün olması bildirilmişdir. Qeyd olunanlardan əlavə vətəndaş X10 Azərbaycan Respublikası Silahlı qüvvələri sıralarından ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 zəruri cəlb etmə qismində işə cəlb olunması qərara alınnmış, ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, sonuncu məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş **********95 №li xx.xx.2022-ci il tarixli yazılı münasibətdə göstərilmişdir ki, iddiaçı “Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020- ci il tarixli, 224 nömrəli sərəncamına əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən yaşayış sahələrinə vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbi ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.N və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, iddia tələbində göstərilən “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və vətəndaş X5 Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 20 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” öhdəliyi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İddia tələbində qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 saylı evin, 20 saylı mənzili üzərində X5 istifadə hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və vətəndaş X5 Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 20 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması”na aid hissələrdə mümkün sayılmaması, qalan hissələrdə isə təmin edilməməsi xahiş olunmuşdur. Üçüncü şəxs X5 iddaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiyindən və gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, məhkəmə İPM-nin 62.N-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı inzibati orqanın nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi X11 məhkəmə iclasında iddianı qəbul etməyərək, yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın müvafiq olaraq bir hissədə təmin olunmamasını, digər hissədə isə mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********87 №li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı; - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” xx.xx.2019-cu il tarixli 1N8 №-li Sərəncamının surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması; ünvan 1 ünvanında yerləşən mənzilə dair vətəndaş X10 ilə daimi icarə müqaviləsinin bağlanılması; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 1 ünvanında yerləşən mənzilin gələcəkə vətəndaş X5 adına dövlət qeydiyyatına alınması; sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə göndərilməsi qərara alınmışdır. - Gələcəkdə “Mənzil-İstismar sahəsi” adından Bakı şəhəri Yasamal rayonu 6 №-li Mənzil İstismar sahəsinin rəisi X15 şəxsində bir tərəfdən və gələcəkdə “İcarəçi” adlanan Seyfəddin Dağlı küçəsi 14 №-li evdə mənzil icarə edən vətəndaş X5 şəxsində digər tərəfdən 20 may 2019-cu il tarixli “İcarə müqaviləsi”nin 1-ci bəndinə əsasən icarəçi, onun ailə üzvləri və mövcud olan qanuna müvafiq icarəçi tərəfindən yaşamasına yol verilən şəxslərin yaşamaları üçün Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14 №-li evin, 148,21 kv. metr sahəli 5 otaqdan ibarət 20 №-li mənzilin təhvil-təslim aktına göstərilmiş qaydada və vəziyyətdə Mənzil-İstismar sahəsi icarəyə verib, icarəçi isə icarəyə götürüb. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14, mənzil 20 (Yeni qaydalarla AZ 107N, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi,14 C, MN, m1) ünvanında yerləşən ümumi sahəsi 2N7 kv. metr olan mənzil Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 1N8 saylı sərəncamına əsasən X10 xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlak dövlət reyestrində N246 nömrəli reyestr kitabının N0N09N nömrəli vərəqində daimi istifadə hüququ qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 01 avqust 2022-ci il tarixli 1572/d saylı məktubu ilə məhkəməyə təqdim olunmuş aşağıdakı; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********11 №-li məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən üç mərtəbəli kazarma binasının təyinatının dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edildiyini nəzərə alaraq həmin binaya yeni ünvanın müəyyən edilməsinə göstəriş verilməsi barədə 1N fevral 2019-cu il tarixli 1/7N1 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmışdır. Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq “ünvan 6 ünvan nömrələri təyin olunmuşdur. Adıçəkilən binaya dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunacağı təqdirdə həmin binaya dair yeni texniki pasportun tərtib olunması və ünvan reyestrindən arayışın verilməsi qanunvericiliyə müvafiq qaydada təmin ediləcəkdir. - Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 №-li protokolunun surətindən müəyyən olunur ki, komissiyada aşağıda qeyd olunanlar qərara alınmışdır: - yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxıldı. Qarnizonun yaşayış fonduna yeni ayrılmış yaşayış sahələrinin (mənzillərin) alınması üçün komissiyaya təqdim olunan sənədlər öyrənildi, fikir mübadiləsi aparılaraq komissiyaya cədvəldə göstərilən qaydada yaşayış sahələrinin (mənzillər) verilməsi və bu protokol üzrə verilmiş yaşayış sahələrinə (mənzillərə) bağlanılmış əvvəlki kirayə müqavilələrinə xitam verilməsi qərara alınmışdır. Protokolda hərbi qulluqçuların siyahısında 11-cı sırada Baş leytenant X10 və arvadı-Məmmədova (Nağıyeva) İnarə Məmməd qızı-1988-ci il; oğlu- X12-2012-cı il, qızı- X7-2014-cü il qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı qarnizonuna ünvanlanmış xx.xx.2019-cu il tarixli 1617 saylı raportun surətindən müəyyən olunur ki, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli qərarı ilə “Bakı-52" hərbi şəhərciyində baş plan üzrə N nömrəli N mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Yenidənqurma işlərindən sonra 20 mənzil istifadəyə verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının xx.xx.2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol xx.xx.2019-cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənmişdir. Hal-hazırda Yasamal rayonu, Seyfəddin Dağlı-küçəsi, N nömrəli bina Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 saylı Mənzil-istismar sahəsinin istismarında olan qapalı hərbiçi şəhərciyə aid olmayan ərazisində yerləşir. Hərbi qulluqçulara ayrılmış daimi mənzillərə daimi icarə müqaviləsinin bağlanmasına və gələcəkdə özəlləşdirilməsinə sərəncam verilməsi üçün hüquqi rəy verilməsinə göstəriş verməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı qarnizonuna ünvanlanmış xx.xx.2019-cu il tarixli 11/1877 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli N4N9 nömrəli dərkənara əsasən “Bakı 52” hərbi şəhərciyinin baş planı üzrə N nömrəli N mərtəbəli binanın yaşayış binası kimi yenidən qurulması və Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli müvafiq protokoluna əsasən yaşayış sahəsi ilə təmin olunmasına ehtiyacı olan hərbi qulluqçulara həmin binadan mənzillərin verilməsinə dair təqdim edilmiş sənədlərə Hüquq İdarəsində baxılmışdır. Yuxarıda qeyd olunanlarla əlaqədar bildirilir ki, sözügüdən bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”na uyğun həyata keçirilməsi qanunazidd deyildir. Azərbaycan Respulikası Müdafiə nazirinin “Bakı-52” hərbi şəhərciyində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 200 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi haqqında 26 aprel 2019-cu il tarixli 161 №-li əmrindən müəyyən olunur ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi "Bakı-52” hərbi şəhərciyində, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilməsi, təhvil-qəbul işlərinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması, əmrin icrasına nəzarətin Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə tapşırılması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 1786 №li məktubunda, Bakı qarnizonu rəisinin 16 aprel 2019-cu ildə təsdiq etdiyi Bakı qarnizonu üzrə mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında hərbi qulluqçular və onların ailə üzvləri ilə daimi icarə müqaviləsinin bağlanmasına, gələcəkdə həmin mənzillərin özəlləşdirilməsinin həyata keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2019-cu il tarixli 1787 №li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin “Bakı- 52” hərbi şəhərciyində yerləşən (keçmiş N nömrəli hərbi hissənin ərazisi) N nömrəli N mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubu ilə həmin binaya "ünvan 10 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmri ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən N mərtəbəli kazarma binası sosial təyinatlı yaşayış fonduna daxil edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.N.1. maddəsinə əsasən sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış xx.xx.2020-ci il tarixli N055 №-li məktubu ilə, fakt üzrə Azerbaycan Respublikası Cinayət Məcəlləsinin N08.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi 14 ünvanında yerləşən 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18.19 və 20 nömrəli mənzillərə dair tərəflərindən verilmiş 17 may 2019- cu il tarixli 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrlərdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyyəti Başçısının xx.xx.2020-ci il tarixli 224 №-li sərəncamının surətindən müəyyən olunur ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamlarının ləğv olunması; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsinin xahiş edilməsi; sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli **********56 №-li məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 204-cü maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan İmtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.N və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına (ünvan: Bakı şəhəri, X22 küçəsi 20) və ya “ASAN xidmət" mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. İddia ərizəsindən də göründüyü kimi, inzibati orqan olan iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati orqan olan cavabdeh DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddiası aşağıdakı 4 (dörd) tələbdən ibarətdir: 1) ünvan 14 ünvanında yerləşən yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması; 2) mübahisəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi; 4) vətəndaş X5 ünvan 14 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi; 4) X5 mübahisəli mənzildən çıxarılması. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.N-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin N4.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in N5-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.N-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin N7-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin N5.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 1.N-cü bəndində göstərilmişdir ki, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbbaycan Respublikası Qanununun 2.N-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.N.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır (16.1); Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (16.6.). Həmin Qanunun 2N-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə iddiaçının 1-ci yəni, ünvan 14 ünvanında yerləşən mübahisəli yaşayış sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması tələbi üzrə cavabdehlik daşımalı olan inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsidir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Lakin həmin orqanların heç biri ayrıayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu inzibati məhkəmədə mübahisələndirə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Həmin hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (“İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yenir icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun əliliyinə nail olmaq (“İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu mübahisələr “İnzibati icraat” haqqında Qanunun 4.N-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli N45 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.N-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.N-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə əlaqədar mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. Həmin qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər nö hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.N-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-ci maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətidir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə mümkün sayılmamalıdır. İddianın digər yəni, mübahisəli yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi hissəsinə gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tələb cavabdeh inzibati orqanın Əsasnaməsinə görə sonuncunun vəzifələrinə (səlahiyyətlərinə) aid olmadığından həmin hissədə də iddia mümkün sayılmamalıdır X1 ünvan 15 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və XN mübahisəli mənzildən çıxarılması tələblərinə isə qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılıb, həll edilməsi nəzərdə tutulduğundan həmin hissələrdə də iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 77N-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 1N və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunur ki, göstərilən tələblə bağlı o, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun, müvafiq olaraq vətəndaşın istifadə hüququnun olmadığı müəyyən olunduğu təqdirdə onun qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi üzrə polis idarəsi), bununla bağlı həmin orqanın hərəkətlərindən inzibati məhkəməyə, vətəndaşın istifadə hüququnun olması müəyyən olunduğu halda və sonuncunun mənzildən çıxaxılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmək hüququ vardır. İPM-nin N5.N-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N0 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2N, N5, 45, N8, 81, 8N və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar