Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9221/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1277.73 manat və İcbari Tibbi Sığorta Fonduna 190.14 manat ödənilməmiş borclarına görə siyahıya alınmış qiyməti 11000 manat 2000-ci il buraxılışı olan “MERSEDES BENZ C 240 minik” markalı 90NZ106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ile müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan Dövlət Sosial Müdafiə Fonduna 1277.73 manat və İcbari Tibbi Sığorta Fonduna 190.14 manat borclarına görə qiyməti 11000 manat 2000-ci il buraxılışı olan “MERSEDES BENZ C 240 minik” markalı 90ZN106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********7 və **********3 saylı protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahıları əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilmədiyi halda, siyahıya alınmış əmlakın qanunamüvafıq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 1277.73 manat və İcbari Tibbi Sığorta Fonduna 190.14 manat ödənilməmiş borcu qalmışdır. “Avtonəqliyyat vasitəsinin siyahıya almaya təqdim edilməsi barədə” xəbərdarlıqda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinin, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Dövlət büdcəsinə yaranmış vergi borcunun Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsinə dair yazılı bildiriş(lər) göndərilsə də, tərəfindən qanunvericiliyin tələbi ciddi şəkildə pozulmuş və borc məbləğinin ödənilməsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixinə ödənilməmiş vergi borcunun tərkibi aşağıdakı kimidir: Ümumi borc: 1481,37 manat; Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər: 940,29 manat; Əsas borc: 753,70 manat; Faiz borcu: 186,59 manat; Muzdla işləyənləri işə götürən sığortaedənlor(işsizlik): 13.50 manat; Əsas borc: 10 manat; Faiz borcu: 3.50 manat; Muzdla işləyənləri işə götürən sığortaedənlər(MDSS): 337,44 manat; Əsas borc: 250 manat; Faiz borcu: 87,44 manat; İcbari tibbi sığorta haqqı üzrə: 190,14 manat; Əsas borc: 151 manat; Faiz borcu: 39,14 manat. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.6-cı maddəsində isə əmlakın siyahıya alınması ardıcıllığına əsasən ikinci növbədə bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlakların, o cümlədən minik avtonəqliyyatının siyahıya alınması nəzərdə tutulmuşdur. Odur ki, dövlət büdcəsinə yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus əmlaklar qanunvericiliklə müəyyən edilmiş qaydada siyahıya alınmalıdır. Aparılmış araşdırma zamanı X5 orqanlarının qeydiyyat məlumatlarına əsasən mülkiyyətində Mercedes Benz C240 minik markalı 90ZN106 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən qeyd olunan daşınar əmlakın (əmlakların) siyahıya alınması məqsədi ilə şəxsiyyətini təsdiq edən sənədi və həmin daşınar əmlaka (əmlaklara) dair mülkiyyət hüquqlarını təsdiq edən sənədləri təqdim etməklə xx.xx.2023-cü il tarixdə saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 44, otaq 317 dəvət olunur. Avtonəqliyyat vasitəsinə (vasitələrinə) dair qeyd edilən sənədləri təqdim etmədiyi təqdirdə, avtonəqliyyat vasitəsinin (vasitələrinin) üzərinə həbs qoyulması və vergi borcunun məcburi qaydada avtonəqliyyat vasitəsinə (vasitələrinə) yönəldilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə orqanlarına müraciət ediləcəkdir. **********0 saylı xx.xx.2022-ci il tarixli icbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişdə bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə ümumilikdə 184,94 manat, o cümlədən: icbari tibbi sığorta haqları üzrə 151 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 33,94 manat, inzibati cərimə üzrə 0 manat borcu var. **********8 saylı xx.xx.2022-ci il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişlə bildirilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə ümumilikdə 1234,03 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 1003,70 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 230,33 manat, inzibati cərimə üzrə 0 manat borcu var. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********3 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi baş dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********7 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh əmlakı siyahıya alınmış və əmlakın siyahıya alınmasının həyata keçirilməsi baş dövlət vergi müfəttişi X1 tapşırılmışdır. Əmlakın siyahıya alınması haqqında **********3 saylı xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********3 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən baş dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə 2000-ci il buraxılışı olan “MERSEDES BENZ C 240 minik” markalı 90NZ106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 11000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlakın siyahıya alınması haqqında **********7 saylı xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” **********7 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən baş dövlət vergi müfəttişi X2 tərəfindən Cavabdeh borclarını Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyinə və yaxud öhdəliyini yerinə yetirməkdən boyun qaçırdığına görə 2000-ci il buraxılışı olan “MERSEDES BENZ C 240 minik” markalı 90NZ106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi olmaqla ümumilikdə 11000 manat məbləğində əmlakı siyahıya alınmışdır. xx.xx.2023-cü il tarixli aktda qeyd edilir ki, **********7 və **********3 saylı əmlakın siyahıya alınması barədə qərarların icrasını təmin etmək üçün vergi ödəyicisinə mülkiyyətində olan avtonəqliyyat vasitəsinin siyahıya alınmaya təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********191000 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda mülkiyyətində olan “MERSEDES BENZ C 240 minik” markalı 90NZ106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə siyahıya alınmaya təqdim edilməsi xahiş edilmişdir. Lakin qeyd edilən tarixdə avtonəqliyyat vasitəsi siyahıya alınmağa təqdim edilməmişdir. Vergi orqanının xx.xx.2023-cü il tarixli qərarlarının icrasını təmin etmək üçün xx.xx.2023-ce il tarixdə cavabdehin içtirakı olmadan mülkiyyətində olan “MERSEDES BENZ C 240 minik” markalı 90NZ106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi siyahıya alınaraq protokol tərtib edilmişdir. İddiaçı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********869500 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, əmlakın siyahıya alınması zamanı əmlakların qiymətləndirilməsi avtomobil satışı saytlarında mövcud bazar qiymətinə əsasən müəyyən edilmişdir. Vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********7 nömrəli protokol üzrə (sosial sığorta üzrə) xx.xx.2023-cü il tarixə 1277,73 manat vergi borcunun 1003,7 manatı əsas borc, 274,03 manat faiz borcu, xx.xx.2023-cü il tarixli **********3 nömrəli protokol üzrə (icbari tibbi sığorta üzrə) xx.xx.2023-cü il tarixə 190,14 manat borcunun 151,00 manatı əsas borc, 39,14 manat faiz borcudur. İddiaçı işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir. Beləliklə, iddiaçı tərəfindən “MERSEDES BENZ C 240 minik” markalı, buraxılış ili 2000-ci il olan, gümüşü metallik rəngli, 90NZ106 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi dəyərinin müəyyən edilməsinə dair inzibati icraat aparılmamışdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş inzibati icraat materiallarında siyahıya alınmış avtonəqliyyat vasitəsinin ümumi qiyməti 11000 manat müəyyən edilsə də, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixə cavabdehin qeyd olunan inzibati iş üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə ödənilməli cəmi 1277,73 manat vergi borcunun qaldığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin cari borc məbləği siyahıya alınmış əmlakın iddiaçı tərəfindən göstərilən dəyərinə mütənasib deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-9221/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9221/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver