Məhkəmə qərarları › İş №2-1(112)-9222/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9222/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9222/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 30000 (otuz miri) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində qadın hərbi qulluqçu kimi həqiqi hərbi xidmət keçir. 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. 17 avqust 2023-cü il tarixində növbəti illərdə uzadılmaqla onunla 1 (bir) il müddətinə müqavilə (başlaşma) imzalanmışdı. Sonuncu xidmət keçdiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri onu şəxsi qəsdi-qərəzlilik zəminində dəfələrlə şərləmək istəyib: guya xidmətə gecikir, xidmətə sərxoş gəlir və s. Həmçinin bu hərbi hissə komandiri vəzifəyə təyin olunandan sonra Azərbaycan Respublikasının Baş Nazirinin Qərarına əsasən ona verilmiş “Vətən Müharibəsinin iştirakçısı” medalından da məhrum olunmağına nail olmuşdur. Bunlarla bağlı araşdırma aparıldığı zaman heç bir hal öz təsdiqini tapmadığı üçün hərbi hissə komandiri ona heç bir məlumat vermədən və müqavilənin (bağlaşmanının) bitməsini gözləmədən barəsində ehtiyata buraxılmağa dair Komandanlığa Təqdimat yazmış və nəticədə ehtiyata buraxılmağına dair Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli qanunsuz, əsassız və ədalətsiz əmri imzalanmışdır. Barəsində imzalanmış qanunsuz və əsassız əmrin ləğv olunmasına və hərbi xidmətə bərpa olunmağıma dair Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. İş məhkəmədə olarkən, yəni N-cü iln avqust ayında əməliyyat olunmuşdur. 2025-ci ilin yanvar ayında isə ikinci dəfə əməliyyat olunmuş və artıq bundan sonra hərbi xidmətə yararsızdır. Barəsində hərbi xidmətə yararlı olmağına dair Hərbi-Həkim Komissiyasının Arayışı vardı, əfsuslar olsun ki, buna heç bir əhəmiyyət verilməmiş, heç bir məlumat vermədən və müqavilənin (bağlaşmanının) bitməsini gözləmədən onu qanunsuz şəkildə ehtiyata buraxıblar. Bütün bunlar da səhhətinə ciddi şəkildə təsir edərək ona maddi və mənəvi zərər vurmuşdur. İddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı xx.xx.Ncü il tarixində cavabdehə rəsmi ərizə ilə müraciət etmişdi. Əfsuslar olsun ki, cavabdeh orqan qanunla müəyyən olunmuş müddətdə hər hansı bir cavab verməmişdir. Cavabdehin mövqeyi onu qane etmədiyindən iddia ərizəsi ilə müraciət edir. İddiaçıya dəymiş zərərin əvəzini tələb etmək qanunvericiliklə təsbit olunmuş hüququdur. Qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında hər hansı qərar ona təqdim olunmamışdır. Göründüyü kimi, pozulmuş hüquqlarıyla bağlı inzibati orqana cavabdeh şəxsə müraciət etmək qanunla təsbit olunmuş hüququdur. Cavabdehin müraciətə heç bir cavab verməməsi isə ciddi qanun pozuntusudur və məhkəmə tərəfindən qərar qəbul edilərkən nəzərə alınmalıdır. Hazırki işdən də göründüyü kimi cavabdehin hərəkətlərinin qanunazidd hərəkətləri nəticəsində ehtiyatda buraxılmış, xidmət (iş) yerini itirmiş, ona qarşı baş vermiş sistematik qanunsuzluqlar nəticəsində səhhəti əhəmiyyətli dərəcədə pisləşmiş və 2 (iki) dəfə əməliyyat olunmuş, onun tərəfindən dəymiş ziyanın əvəzini ödəmək istəməməsi isə hüquqazidd əməldir; cavabdeh tərəfindən törədilmiş qanunazadd hərəkətlər nəticəsində ona mənəvi zərər vurulmuşdur; ona vurulmuş zərərlə cavabdehin qanunazidd hərəkərləri arasında səbəbli əlaqə mövcuddur. Qeyd olunduğu kimi, cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona zərər dəymişdir. Cavabdeh tərəfindən onun qanunsuz şəkildə ehtiyata buraxılmağı, 2 (iki) dəfə əməliyyat olunmağı nəticəsində ona dəymiş maddi zərərin əvəzini 25000 (iyirmi beş min) manat və mənəvi zərərin əvəzini isə 5000 (beş min) manat məbləğində, cəmi 30000 (otuz min) manat məbləğində dəyərləndirirdir.

3. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, qadın hərbi qulluqçu əsgər İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək N nömrəli hərbi hissənin qərargah və təchizat taqımının telefonçusu vəzifəsində, xx.xx.2023-cü il tarixdən xx.xx.N-cü il tarixədək hərbi hissənin Səfərbərlik bölməsinin kargüzar-operatoru vəzifəsində xidmət etmişdir. Müdafiə nazirinin müavini - Quru Qoşunları komandanının xx.xx.N-cü il tarixli 028əç nömrəli əmri ilə ona “Xidmət vaxtı başa çatmamış ehtiyata buraxılma" intizam cəzası elan olunmuş, xx.xx.N-cü il tarixdə əmr hərbi hissəyə daxil olduqdan sonra QHQ əsgər İddiaçı həmin əmrlə tanış olmuşdur. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 161-ci maddəsinin tələblərinə uyğun olaraq onunla 2 dəfə (xx.xx.N-cü il və xx.xx.N-cü il tarixlərdə) söhbətləşmə aparılmış, əsasnamənin tələblərinə uyğun olaraq xx.xx.N-cü il tarixdə təqdimatı ehtiyata buraxılması üçün yuxarı komandanlığa göndərilmişdir. Həmçinin bu Əsasnamənin 162-ci maddəsinin tələblərinə uyğun olaraq QHQ əsgər İddiaçı xx.xx.N-cü il tarixdə hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün Müdafiə Nazirliyinin Mərkəzi hərbi poliklinikasında hərbi həkim komissiyasına göndərilmiş, “Hərbi xidmətə yararlıdır" diaqnozu qoyulmuşdur (Arayış №3322). Təqdim olunmuş xidməti xasiyyətnamədə həmçinin QHQ əsgər İddiaçı ehtiyata buraxılması üçün N nömrəli hərbi hissə komandirinin verdiyi təqdimatdan görünür ki, o, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü intizamsız və bacarıqsız bir hərbi qulluqçu kimi göstərmiş, tutduğu vəzifəsinin məsuliyyətini dərk etməmişdir. xx.xx.Ncü il tarixdə QHQ əsgər İddiaçı “Əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, xx.xx.N-cü il tarixdə QHQ əsgər G.C.X5 Məhkəməsinə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.N-cü il tarixli 2-1(114)-2868/N nömrəli qərardadı ilə ərizəsi təmin edilərək iş üzrə icraata xitam verilmişdir. QHQ əsgər İddiaçı 2025-ci ilin fevral ayında Azərbaycan Respublikası müdafiə nazirliyinə qarşı “Kompensasiya ödənilməsi” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə yenidən müraciət edərək ərizəsində qanunsuz şəkildə ehtiyata buraxıldığını, həmin dövrdə hərbi xidmətə yararlı hesab olunduğu halda, 2025-ci ilin yanvar ayında əməliyyat olunduğunu, bundan sonra hərbi xidmətə yararsız hesab edildiyini bütün bu göstərilənlərin ona ciddi şəkildə təsir etdiyini bildirərək ona maddi və mənəvi ziyan vurduğunu bildirmişdir. İş materiallarından göründüyü kimi QHQ əsgər İddiaçı ehtiyata buraxıldıqdan sonra əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa” tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə qərarı ilə o yenidən hərbi xidmətə bərpa oluna bilərdi, lakin bunu özü istəməyərək iş üzrə icraata xitam verilməsini xahiş edərək bunun nəticəsini nəzərə almışdır. Bununla da onun maddi və mənəvi ziyanın vurulması ilə bağlı iddiasının əsassız olduğu sübuta yetirilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarına 5-ci bəndinə əsasən (Mənəvi zərərin ödənilməsi barədə qanunvericilin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında) mənəvi zərərin məbləği habelə zərərin ödənilməsinin digər formaları konkret olaraq göstərilməlidir. Buna əməl olunmaması AR MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. QHQ əsgər İddiaçı iddia ərizəsində hərbi xidmətdən ehtiyata buraxılarkən “hərbi xidmətə yararlı” olması barədə arayışın olduğunu, lakin bunun nəzərə alınmadığını qeyd etmişdir. Daha sonra əməliyyat olduğu üçün hazırda hərbi xidmətə yararsız olduğunu bildirmişdir. Lakin həmin xəstəliyi hərbi xidmət dövründə alıb-almadığı, konkret olaraq ona hansı qaydada mənəvi zərərin vurulduğunu qeyd etməmişdir. Əgər şəxs hərbi xidmət dövründə aldığı xəsarət ilə bağlı əməliyyat olunmuşdursa bu zaman onun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (sığorta hadisələri və ödənişləri) əsasən sığorta ödənişi tələb etmək hüququ yaranır. Həmin qanunun 5-ci maddəsinin “d” bəndinə əsasən sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz, az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz, yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz sığorta ödənişi tələb etmək hüququ vardır. Bundan başqa Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 1-ci bəndinə əsasən hərbi qulluqçu Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa borcludur. Həmin Nizamnaməsinin 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Həmin Nizamnaməsinin 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı “Kompensasiya ödənilməsi tələbi” barədə onun arzuladığı inzibati aktın qəbul edilməsini, ona maddi və mənəvi zərərin vurulmasını zəruri edən halların mövcudluğunu sübut edə bilməmişdir.

4. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N-cü il tarixli 942/458 saylı gönsərişinə əsasən N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu İddiaçı stasionar müalicə üçün Müdafiə Nazirliyinin Baş X2 şöbəsinə göndərilir. Diaqnoz – Metrorragiya. Uşaqlıqdan çox saylı qarışıq miomalar. Adenomioz uşaqlıq.

5. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N-cü il tarixli 3322 nömrəli arayışına əsasən N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu İddiaçı N nömrəli hərbi hissənin komandirinin göndərişi ilə xx.xx.N-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasında hərbi-həkim komissiyası tərəfindən şəhadətlənidirilmişdir. Qısa anamnezi: şikayəti yoxdur. Ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar N nömrəli hərbi hissənin komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-ın ginekoloqu, hematoloqu ilə konsultasiya olunmuşdur. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Yüngül dərəcəli dəmir defisitii anemiya. Uşaqlığın çoxsaylı qarışıq miomaları. Adenomioz. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. “Xəstəliklər cədvəli”nin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən hərbi xidmətə yararlıdır.

6. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin şərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 362/N saylı tibbi müayinəsinə əsasən İddiaçı tərəfindən spirtli içki qəbul edilmədiyi nəticəsinə gəlinmişdir.

7. “X6” Xəstəxanasının cərrahiyyə şöbəsinin epikrizinə əsasən İddiaçı xx.xx.N-ci il tarixdə cərrahi əməliyyat icra edildi. Xəstə xx.xx.2025-ci il tarixində yaxşılaşma ilə ambulatoriyada cərrahın nəzarətində evə yazıldı.

8. X3 1442 saylı çıxarışa əsasən İddiaçı xx.xx.N-xx.xx.N-cü il tarixlərdə xəstəxanada stationar müalicə almışdır.

9. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən tərtib olunan xx.xx.N-cü il tarixli Təqdimat onunla əsaslandırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşmanın ləğv edildiyinə görə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin "z” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılması üçün təqdim olunur. Qadın hərbi qulluqçu əsgər İddiaçı, xx.xx.2023-cü il tarixdən N saylı hərbi hissənin səfərbərlik bölməsinin kargüzar-operatoru vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, işgüzar və mənəvi keyfiyyətləri aşağı olan bir hərbi qulluqçu kimi göstərir. Tutduğu vəzifənin icrasına laqeyid münasibət bəsləyir. Özünə və yoldaşlarına tələbkarlıq hissi yoxdur. Verilən bütün əmr və tapşırıqların icrasına laqeyid yanaşır. Öz vəzifəsinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Mütəmadi olaraq xidmət yerinə gecikir və hərbi hissəni özbaşına tərk edir. Törətdiyi intizam pozuntularına görə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə çıxarmır. Ehtiyata buraxıldıqdan sonra qadın hərbi qulluqçu əsgər İddiaçı sənədləri hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə-Nizami Rayon Şöbəsinə göndəriləcəkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq qadın hərbi qulluqçu əsgər İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşmanın ləğv edildiyinə görə) və İntizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmasını məqsədəuyğun hesab etmişdir.

10. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı xidməti vərəqəsinin “B Cəzalar” bölümünə əsasən, 2021-N-cü illər üzrə müxtəlif vaxtlarda “Töhmət”, “Şiddətli töhmət” cəzalarının növü üzrə müvafiq əmrlər verilmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdil

II. İddianın növü və mümkünlüyü

13. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Azərbaycan Respublikasının «Hərbi qulluqçuların statusu haqqında» Qanunun: 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. 4-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. 27-ci maddəsinin 1-ci hissəinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. 17.İddia tələbi cavabdeh tərəfindən iddiaçının qanunsuz şəkildə ehtiyata buraxılmağı və 2 (iki) dəfə əməliyyat olunmağı nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. 18.Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin: 1-ci bəndinə əsasən hərbi qulluqçu Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı və cəsarətli olmağa borcludur. 3-cü maddəsinə əsasən hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. 7-ci maddəsinə əsasən bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və onlar, hərbi intizamı pozduqlarına görə - Azərbaycan Respublikası Silahlı X1 müəyyən edilmiş qaydada intizam məsuliyyətinə cəlb oluna bilərlər.

19. Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin: 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. Əsgərlərə, matroslara, kursantlara və çavuşlara verilən intizam cəzaları

50. Müddətindən artıq xidmət çavuşlarına: z) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; 20.“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasl Qanunu: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə.

21. İşdə olan iddiaçının xidməti vərəqəsinin “B Cəzalar” bölümündən göründüyü kimi, onun barəsində hərbi hissə komandirinin 2021-N-cü illər üzrə müxtəlif vaxtlarda dəfələrlə “Töhmət” və “Şiddətli töhmət” cəzanın növü üzrə müvafiq əmrlər verilmişdir. 22.İşdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N-cü il tarixli 3322 nömrəli arayışına əsasən iddiaçı “Xəstəliklər cədvəli”nin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” yə qoşma) əsasən hərbi xidmətə yararlıdır. 23.Göründüyü kimi iddiaçı intizam qaydalarına riayət etmədiyinə görə cəzalandırıldığından "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.10cu maddəsinə (bağlaşmanın ləğv edildiyinə görə) və intizam Nizamnaməsinin 50-ci maddəsinin “z” bəndinə əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmışdır. Hesab edilmişdir ki, hərbi xidmətə yararlıdır. 24.İddiaçı tərəfindən ona vurulmuş zərərlə cavabdehin qanunazidd hərəkərləri arasında səbəbli əlaqə mövcud olduğu əsas gətirilmişdir. İddia edilir ki, iş yerində ona hərbi hissə komandirinin davamlı olaraq şəxsi-qərəzlik münasibəti göstərməsi və heç bir məlumat verilmədən, müqavilənin (bağlaşmanının) bitməsi gözlənilmədən qanunsuz şəkildə ehtiyata buraxılması səhhətinə ciddi şəkildə təsir edərək 2 (iki) dəfə əməliyyat olunmuş, nəticədə ona maddi və mənəvi zərər vurulmuşdur. 25.Məhkəmə qeyd edir ki, hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. 26.Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz; - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; - orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir. 27.Göründüyü kimi, iddiaçı həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata buraxılmadığından, həmçinin bununla əlaqədar əlilliyi müəyyən edilmədiyindən onun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin d bəndinə əsasən sığorta ödənişi tələb etmək hüququ vardır. Lakin iş materialları ilə onun hərbi xidmət dövründə olduğu zaman xəsarət alması ilə bağlı cərrahi əməliyyatlar keçirməsi müəyyən olunmamışdır. 28.Belə ki, işdə olan sənədlər (stasionar çıxarış, cərrahiyyə şöbəsinin epikrizi, Mərkəzi Hərbi Poliklinikanın arayışı) hərbi xidmət dövründə iddiaçının xəsarət alması ilə bağlı ona dəymiş maddi və mənəvi zərərin mövcudluğunu sübut etməyə kifayət etmir. 29.Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əsassız hərəkətlərin edilməsi nəticəsində zərər vurması halları müəyyən edilmir. İddiaçı tərəfindən cavabdehin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olması və bu hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsində ona maddı ziyanın dəyməsi barədə səbəbli əlaqəni sübut edəcək hər hansı dəlil məhkəməyə təqdim edilməmiş, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar ona vurulmuş maddi ziyanın və mənəvi zərərin məbləğini öz şəxsi mülahizələrinə əsasən əsaslandırmağa çalışmışdır.

30. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. 31.İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 32.Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar