Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-923/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və s.” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.09.1984-ci il tarixdən 29.04.1989-cu il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmət keçdiyi müddət və Bakı Neft Texnikumunda əyani təhsil adığı müddətin sosial sığorta stajına daxil edilməsini, onun pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 10.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və ötən ayların pensiya məbləğinin hesablanıb ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1967-ci ildə anadan olmuşdur. 1984-cü ildə Bakı Neft Texnikumuna qəbul olmuş, 10.11.1985-ci ildə həqiqi hərbi xidmətə getmiş, 16.11.1987-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuş, hərbi xidmətdən qayıdandan sonra, Bakı Neft Texnikumunda təhsilini davam etməyə başlamış və 29.04.1989-cu ildə həmin texnikumda neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirmiş, ona X2 01 iyun 1989-cu il tarixli qərarı ilə texnik neftyanik ixtisası verilərək adına HT-İ seriyalı 545460 nömrəli diplom verilmişdir. 10.08.1989-cu il tarixdən 02.10.1995-ci il tarixədək “Qum adası” X9 İdarəsində neft və qaz istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı-köməkçisi vəzifəsində işləmiş, 03.10.1995-ci ildən 28.03.2005-ci il tarixədək “Qum adası” X9 İdarəsində neft və qaz istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı vəzifəsində işləmiş, 29.03.2005-ci il tarixdən hal-hazıra kimi (o vaxtki “Qum adası” X8 İdarəsi) indiki “X6” trestinin Logistika İdarəsində buruğa usta vəzifəsində işləyir. 01.01.2006-cı il tarixədək iddiaçının aldığı əyani təhsil və etdiyi hərbi xidmətlə birlikdə iş stajı 21 il, 04 ay, 27 gün təşkil edir. Həmin 21 il 04 ay 27 gün əmək stajının 16 il, 04 ay, 21 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarının 1 nömrəli siyahısının 10.1-ci bəndində qeyd edilən 1100000a-11297 və 1100000b-23196 şriftlərlə əsasən mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli sahədir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona güzəştli şərtlərlə yaşa görə 52 yaşından, yəni 10.03.2019-cı il tarixdən əmək pensiya təyin edilməlidir. İddiaçı həqiqi hərbi xidmət keçdiyi müddətin və əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşı tamam olduğu 10.03.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınnı təyin edilməsini və ötən ayların pensiya məbləğinin hesablanaraq ona birdəfəlik ödənilməsinə dair cavabdeh orqanına müraciət etmiş, lakin cavabdeh **********5 nömrəli 07 noyabr 2019-cu il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci mddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərə (istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müdətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər müvafiq surətdə təyin edilir.İddianın təmin edilməsi üçün iddiaçı 01.01.2006-cı il tarixədək 20 il sığorta stajına malik olmalı, bu müddətin azı 10 ilini Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işləmiş olmalı idi, lakin iddiaçı qeyd edilən tələblərə cavab vermir. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmiş, cavabdehin orqanın nümayəndəsi və vəkili X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirərək, mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı doğum tarixi xx.xx.1967-ci ildir. HT-İ 545460 nömrəli diplomun notariat qaydasında təsdiq edilmiş surətinə əsasən İddiaçı 1984-cü ildə X7 ordenli Oktyabr inqilabı adına Bakı Neft Texnikumuna daxil olmuş və 1989-cu ildə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının 29 aprel 1989-cu il tarixli qərarı ilə ona texnik-neftyanik ixtisası verilmişdir. НЗ ******* nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən İddiaçı 10 noyabr 1985-ci ildən 16 noyabr 1987-ci ilə qədər Sovet Ordusu sıralarında xidmət etmişdir. İşdə olan iddiaçının İT-İ-0582030 nömrəli əmək kitabçasının surətindən vəSOCAR “X6” trestinin 16 oktyabr 2019-cu il tarixli arayışından görünür ki: -“Qum adası” X9 İdarəsi üzrə -10.08.1989-cu il tarixdən 02.10.1995-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi vəzifəsində; -03.10.1995-ci il tarixdən 28.03.2005-ci il tarixədək neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında buruğun qazmaçısı vəzifəsində; - 29.03.2005-ci ildən 03.02.2014-cü ilədək buruqda qazma ustası vəzifəsində işləmişdir; -“X6” trestinin Logistika bölümü üzrə -04.02.2014-cü ildən hal-hazıradək kəmər endirmə və qəzaların ləğvi sahəsində qazma usası vəzifəsində işləyir. SOCAR “X6” trestinin 16 oktyabr 2019-cu il tarixli arayışından görünür ki, “Socar “X6” tresti üzrə, Azərbaycan Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına (siyahı 10.1) əsasən 01.01.2016-cı il tarixədək olan güzəştli pensiya hüququ verən əmək stajı 16 il, 04 aydır (1100000a-11297, 1100000b-23196). Beləliklə, Məhkəmə iş materiallarından, işin məhkəmə zamanı araşdırılmış hallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1967-ci ildir, iddiaçı ona 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, bu zaman onun 01.09.1984-ci il tarixdən 29.04.1989-cu il tarixədək Sovet Ordu sıralarında həqiqi hərbi xidmət keçdiyi müddət və Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasını və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh orqandan xahiş etsə də, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az olması təşkil edir Məhkəmə cavabdeh orqanın mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinəçatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əməlik qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci ilavqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhəddini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti və “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. İş materiallarına əlavə edilmiş diplomun və hərbi biletin surətlərindən görünür ki, iddiaçı 1984-cü ildə X7 ordenli Oktyabr inqilabı adına Bakı Neft Texnikumuna daxil olmuş, 10 noyabr 1985-ci ildən 16 noyabr 1987-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmət etmiş, hərbi xidmətdən tərxis olunduqdan sonra təhslini davam etdirmiş, 1989-cu ildə “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursu bitirmişdir. İşin faktiki hallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının əyani təhsil aldığı, həmçinin, hərbi xidmətdə olduğu müddətlə birlikdə 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 21 il 04 ay 27 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə iş stajı isə 16 il 04 ay 21 gün təşkil edir. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” nın (X.1. Qazma 1100000a-11297, 1100000b-23196) nömrəsi ilə güzəştli peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan İ nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 01 yanvar 2006-cı il tarixədək 10 ildən çox zərərli əmək sahəsində iş stajına, o cümlədən 20 ildən artıq ümumiu əmək stajına malik olmuşdur. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1984-1989-cü illərdə əyani təhsil aldığı və hərbi xidmətdə olduğu müddətin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı kimi nəzərə alınması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçının pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bildiyindən və bu dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). Cavabdehin ağırlaşdırıcı hallara istinad edərək təhsil müddətini və hərbi xidmət müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanında pozulması kimi qiymətləndirilməlidir. İddiaçının təhsil müddətinin və hərbi xidmət müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı və hərbi xidmət eidiyi dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd edilənləri nəzərə almaqla Məhkəmə qeyd edir ki, 01.01.2006-cı ilədək iddiaçının 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı 01.01.2006-cı il tarixədək qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olmuş, bununla da ona güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. Bundan başqa iddiaçı tələbində ötən ayların pensiya məbləğinin birdəfəlik ödənilməsini tələb etmişdir. Lakin, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır, odur ki, iddiaçı ötən ayların pensiya məbləğinin ödənilməsini tələb etməkdə haqlı olsa da, birdəfəlik ödənilməsi hissəsində, iddia tələbi təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 37.7-ci maddəsinin (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin maddənin hazırda qüvvədə olan (01.07.2017-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan qismən, 01.09.1984-cü il tarixdən 29.04.1989-cu il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçdiyi müddət və Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddəti sosial sığorta stajına daxil edilməsi, ona pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 10.03.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 68-ci,69-cu və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı 01.09.1984-cü il tarixdən 29.04.1989-cu il tarixədək Sovet ordu sıralarında həqiqi hərbi xidmət keçdiyi müddət və Bakı Neft Texnikumunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə, ona 52 yaşı tamam olduğu 10.03.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən ayların pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-923/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-923/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver