Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-923/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi işə cəlb edilməklə yenidən tibbi müayinədən keçirilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağırılmanın dayandırılması tələbi barədə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı mərhələsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi işə cəlb edilməklə yenidən tibbi müayinədən keçirilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağırılmanın dayandırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə vəsatətlə müraicət edərək, mübahisə məhkəmədən kənar həllini tapdığı üçün iş üzrə icraata xitam verilməsini barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin 24.12.2021-ci il tarixli, 2-1(112)- 6130/2021 nömrəli qərardadına Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında baxılmışdır. Ekspertin rəyinə əsasən “Üzvi-emosional ləbil pozuntusu” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertiza haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 14 “b” maddəsinin İ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyinə uyğundur. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi S.Əkbərova bildirmişdir ki, İddiaçı keçirmiş olduğu avtoqəza nəticəsində başından xəsarət almış, psixi vəziyyəti gərginləşmiş və 1 saylı X4 müalicə aldığını bildirmişdir. Əlavə olaraq, çağırışçı İddiaçı təkrar şəhadətləndirilməsi üçün 07.02.2022-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasında baxış zamanı İddiaçı 2 saylı X1 müayinə olunmasına zərurət yaranmışdır. Müayinənin nəticəsi 05.03.2022-ci il tarixdə Xidmətin Mərkəzi hərbi-həkim komissiyasına təqdim olunmuşdur. Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmə nəticəsində İddiaçı “Astenik tipli şəxsiyyət pozuntusu, üzvi zəmində, Anamnezində özünükəsmələr” diaqnozuna müvafiq olaraq diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin xəstəliklər cədvəlinin 14 “b” maddəsinin İ qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyasının qərarına uyğun olaraq Xidmətin Yasamal rayon İdarəsinin çağırış komisisyasının qərarı ilə İddiaçı “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılaraq ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatına verilmiş və 04.04.2022-ci il tarixdə, SX0689644 nömrəli hərbi biletlə təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə dəlilləri araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırki işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına uyğun olaraq Xidmətin Yasamal rayon İdarəsinin çağırış komissiyasının qərarı ilə İddiaçı “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılaraq ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatına verilmiş və 04.04.2022-ci il tarixdə SX ******* nömrəli hərbi biletlə təmin edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edilmiş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Bu səbəbdən də, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən, bununla da işin mahiyyəti üzrə mübahisə artıq mövcüd olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsi işə cəlb edilməklə yenidən tibbi müayinədən keçirilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən həqiqi hərbi xidmətə çağırılmanın dayandırılması barədə iddia tələbinə dair 2- 1(112)-923/2022 saylı inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-923/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-923/2022
06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver