Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-923/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin təyinat tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının iddiaçı barəsində olan xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının 2-ci qrup əlilliyinin müəyyən edilməsi, ötürülmüş müddətin bərpa edilməsi, əlilliyin müəyyən edilməsindən imtina nəticəsində iddiaçıya ödənilməmiş müavinətin hesablanması və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək iddiaçıya L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin xx.xx.2021-ci il tarix kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2005-ci ildən revmatoid poliartrit xəstəsi olmuş, uzun müddət müalicə olunduqdan sonra 2008-ci ildən həmin xəstəliyə görə ona 2ci qrup əlillik təyin edilmişdir. Hər il mütəmadi müalicə olunmuş və əlilliyi təsdiq edilmişdir. Sonuncu dəfə ona xx.xx.2016-cı il tarixdə "Deropozitiv revmatoid artrid İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Astenodepressiv sindrom şəxsiyyət dəyişikliyi" TSEK diaqnozu ilə xx.xx.2021-ci il tarixədək İİ qrup əlillik verilmişdir. İddiaçının sonuncu əlillik müddəti ərzində "Emosional davamsız tip şəxsiyyət pozuntusu, özünü kəsmələrlə. Sol tərəfli Pertes xəstəliyinin qalıq əlaməti" diaqnozu ilə 2-ci dərəcəli əlil olan oglu X7 ağır xəstə olduğundan müalicəyə gedə bilməmiş və yalnız ambulator qaydada özünün müalicəsi ilə məşğul olmuşdur. Oğlu 2020-ci ildə məhkum edilmiş və yalnız bundan sonra 2021-ci ildə 2 dəfə müalicəyə getmişdir. İddiaçı tək yaşayır və hazırda yalnız oğlunun əlillik müavinətinin ümidinə qalmış, səhhəti ilə bağlı işləyə bilmir, soyuq havada ağrıları artır. 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0027003AAEGB göndərişi əsasında xx.xx.2021-ci il tarixdə işinə baxan Tibbi Sosial Ekspert Komissiyasına iddiaçı müayinəyə dəvət edilməmişdir. TSEK-in xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması. Müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmamışdır, ixtisaslaşdırılmış müayinə və stasionar müayinələr davam etdirilmişdir” səbəbindən əlillik təyinatından imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı əlillik təyin edilməsindən imtinadan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Apellyasiya Şurasına şikayət etmiş, lakin şikayətində göstərdiyi hallar araşdırılmamışdır. Hesab edir ki, Agentliyin və TSEK-in əsassız qərarı ilə iddiaçının müddətsiz əlillik təyin olunması hüququ pozulmuş, əlillik təyin etməkdən əsassız imtina etməklə, süni olaraq fasilə yaradılmağa cəhd edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 4 nömrəli CÇM-nin Penitensiar tibb hissəsinin xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ95-İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri => İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnozun mətni: Revmatoidli poliartrit. seroneqativ oynaq forması İİ dər. aktivlik. Hipoxrom anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatoidli poliartrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 15 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ95-İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri => İ99 - Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları; Diaqnozun mətni: Revmatoidli poliartrit. Seroneqativ oynaq forması İİ dər. Aktivlik. Oynaqların funksional çatmamazlığı İİ dər; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Revmatoidli poliartrit” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 15 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dər. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Asteno-depressiv sindrom şəxsiyyət dəyişikliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik DİGƏR: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 – İltihabı roliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...; Diaqnozun mətni: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dər. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Astenodepressiv sindrom şəxsiyyət dəyişikliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 15 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Revmotoidli artrid seropozitiv forma, İİ ak.du, proqresivləşən gediş. Hər iki bilək - əldarağı oynaqların daralması. Oynaqları funksional çatmamazlığı. İlf-İ sinif. OU- presbiopiya., İİ Anemiya. Xroniki övrə., Essensial hipertenziya. Allergik rinit. Xroniki xolestit. Asteno nevrotik sindrom. Üzvi funksional-labil pozuntu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb. “Müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.8 - Digə...; Diaqnozun mətni: Əsas diaqnoz M05.8 Digər seropozitiv revmatoid artritlər, Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ. Ağırlaşma D50 Dəmir defisitli anemiya, İkincili anemiya. Ağırlaşma M18.0 Birinci bilək-əldarağı oynağını birincili ikitərəfli artrozu, Hər iki biləkəldarağı oynaqlarının daralması. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertiniya İİ dərəcə. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya. Yanaşı xəstəliklər F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həkim müayinələrinin nəticələrində psixi və terapeftik statuslar etraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli sms bildirişdən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli göndərişə əsasən əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, əlillik təyinatından “əlavə müalicəyə ehtiyacın olması. Müalicələr uzun fasilələrlədir. Ətraflı müayinə olunmayıb. İxtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin.” əsası ilə imtina edilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, əlillik vəziyyəti 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının göndərişi əsasında xx.xx.2021-ci ildə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (səbəb: müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmayıb, ixtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin) barədə qərar verilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 057201 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 188295 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2013-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 188295 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2014-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 456196 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0003 saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2015-cı il tarixdən xx.xx.2016-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0004 saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xxxxxxx0003 saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş L00015229XRX saylı müayinə barədə məlumatdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək üçüncü qrup əlil hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsindən alınmış məhkəmə tibbi-ekpertizasının rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlərdə şəxsin səhhətini əks etdirən diaqnozundakı əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Əlilliyin qiymətləndirilməsi üçün 187 saylı Qərara uyğun olaraq yeni Forma №-088 rəsmiləşdirildikdən sonra dəyərləndirilə bilər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA xx/xx/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Hazırkı iddia mahiyyətcə iddiaçıya təyin edilmiş əlilliyin təyinat tarixinin dəyişdirilməsindən ibarətdir. Məhkəmə işin araşdırılan hallarından müəyyən etmişdir ki, iddiaçıya xx.xx.2008-ci tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-ci il tarixədək, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-ci il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-cı il tarixdən xx.xx.2016-ci il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək eyni diaqnozla, yəni “Seropozitiv revmatoid artrit İİ aktiv dərəcə. Oynaqların funksional çatmamazlığı İİ dər. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Astenodepressiv sindrom şəxsiyyət dəyişikliyi” diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Sonradan Bakı 15 nömrəli Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında əlilik vəziyyəti qiymətləndirilmiş və “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər; Diaqnozun mətni: Revmotoidli artrid seropozitiv forma, İİ ak.du, proqresivləşən gediş. Hər iki bilək əldarağı oynaqların daralması.Oynaqları funksional çatmamazlığı. İlf-İ sinif. OUpresbiopiya., İİ Anemiya. Xroniki övrə., Essensial hipertenziya. Allergik rinit. Xroniki xolestit. Asteno nevrotik sindrom. Üzvi funksional-labil pozuntu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb. “Müalicələr uzun fasilələrlədir, ətraflı müayinə olunmayıb. İxtisaslaşmış müayinə və stasionar müalicələr davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Bakı 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.8 - Digə...; Diaqnozun mətni: Əsas diaqnoz M05.8 Digər seropozitiv revmatoid artritlər, Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ. Ağırlaşma D50 Dəmir defisitli anemiya, İkincili anemiya. Ağırlaşma M18.0 Birinci bilək-əldarağı oynağını birincili ikitərəfli artrozu, Hər iki bilək-əldarağı oynaqlarının daralması. Oynaqların funksional çatmamazlığı İİ dərəcə. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertiniya İİ dərəcə. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU-zəif dərəcəli miopiya. Yanaşı xəstəliklər F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həkim müayinələrinin nəticələrində psixi və terapeftik statuslar etraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Daha sonra L00015229XRX saylı Forma 88 əsasında iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək “Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ.” Diaqnozu ilə üçüncü qrup əlil hesab edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin Nizamnaməsi”: Bənd 1.1. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Bənd 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.4. strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək; Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5. tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş materiallarında müəyyən edilir ki, iddiaçı hazırda ona əlillik təyin edilməsinə əsas olan xəstəlikdən xx.xx.2005-ci il tarixdən əziyyət çəkir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixədək ona eyni diaqnozla müxtəlif fasilələrlə əlillik təyin edilmişdir. Həmin tarixdən sonra onun sağlamlığı xx.xx.2021-ci il tarixli göndəriş əsasında yenidən qiymətləndirilmiş və təyinatdan imtina edilmişdir. Daha sonra iş məhkəmənin icraatında olan vaxt cavabdeh iddiaçının xeyrinə qərar qəbul edərək L00015229XRX saylı Forma 88 əsasında iddiaçıya xx.xx.2022-ci il tarixdən xx.xx.2023-ci il tarixədək “Revmatoidli artirit. Seropozitiv forma. İİ dərəcə. Rentgenoloji İİ mərhələ.” Diaqnozu ilə üçüncü qrup əlillik təyin etmişdir. Halbuki, bu xəstəlik iddiaçıda xx.xx.2005-ci il tarixdən mövcud olmuş və cavabdeh tərəfindən də əvvəllər ona əlillik dərəcələri verilmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əlillik təyinatında fasilə yaranmış və bu fasilə cavabdeh tərəfindən sonuncu təyinat zamanı nəzərə alınmamışdır. Buna görə də iddiaçı hazırki iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni vermiş və ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, əlillik təyinatının fasiləsizliyini təmin etmək məqsədilə (bu iddiaçının hüquqi maragına cavab verir, çünki bu tələbinin təmin edilməsi nəticəsində o, almadıgı dövrə görə əlillik müavinətini tələb edə bilər) iddiaçıya L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixi xx.xx.2021-ci il tarix kimi (xx.xx.2021-ci il tarixədək əvvəlki əlilliyinin qüvvədə olan tarixin növbəti günü) göstərilməlidir. Belə ki, hazırkı yuxarıda qeyd olunan normaların təhlilindən görünür ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini (sağlamlıq imkanlarının məhdudluğunu) qiymətləndirir, əlilliyin (sağlamlıq imkanlarının məhdudluğunun) müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Çünki belə qiymətdəndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyəti və sosial uyğunlaşma dərəcəsi müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Azərbaycan Respublikası Konstitusiyada təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin dəyişdirilərək xx.xx.2021-ci il tarix kimi göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı L00015229XRX saylı göndəriş əsasında xx.xx.2022-ci il tarixdə aparılmış qiymətləndirmə ilə barəsində qəbul edilmiş əlillik dərəcəsinin müəyyən edilməsi haqqında qərarda təyinat tarixinin dəyişdirilərək xx.xx.2021-ci il tarix kimi göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva