Məhkəmə qərarları › İş №2-1(112)-9230/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9230/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9230/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, “ProBono” vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X3(Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüqiuqşünas, Hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 18, mənzil 7 ünvanına dair kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ünvan 1 ünvanına dair kirayə müqaviləsinin iddiaçı ilə bağlanmasına dair sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ailə üzvləri ilə birgə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 18, mənzil 7 ünvanında məcburi köçkün kimi məskunlaşmış və bu günədək həmin mənzidə yaşayırlar. Həmin mənzil order əsasında X1 məxsus olmuşdur. Həmin şəxs isə 07.10.1993-cü ildə vəfat etmişdir. Sözügedən evə dair qaz, işıq, su və digər bütün kommunal ödənişlər iddiaçının adından ödəninilir. İddiaçı bununla bağlı Cavabdehnə müraciət edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 18, mənzil 7 ünvanına dair kirayə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətə imtina cavabı verilmişdir. İmtina məktubu belə əsaslandırılmışdır ki, iddiaçı ilə həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması qanuna ziddir. İmtina məktubu yetərincə əsaslandırılmamış və xahiş edilən məsələnin konkret olaraq hansı qanuna zidd olması qeyd edilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin iddia tələbinə etirazında bildirilmişdir ki, iddiaçi İddiaçı Ağdam rayonundan 1993-cü ildən məcburi köçkün olaraq ünvan 2 ünvanında məskunlaşmışdır. Qeyd olunan mənzildə əvvəllər X2 yaşamış, lakin o, 07.10.1993-cü il tarixdə vəfat etmişdir. Hazırda Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 18 ünvanında yerləşən bina ünvan 3 məskunlaşmasına baxmayaraq hazırda onunla kirayə müqaviləsinin bağlanmasını tələb edir. İddiaçının tələbi tamamilə əsassızdır. İddiaçı məcburi köçkün olduğundan onunla bağlı məsələlər “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə” Dövlət Proqramına uyğun olaraq həll olunur. Cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1. –ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia tələbi əsаssızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surətini, iddiaçıya verilmiş 82 saylı MKİS-nin arayışını, "xxxx" MMC-nin 20.05.2021-ci il tarixli, 01/23 nömrəli arayışını, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 25 may 2021-ci il tarixli, 43/7 saylı iş materiallarına əlavə etmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 22 iyun 2021-ci il tarixli, Q-180-070 saylı məktubundan görünür ki, İddiaçı Sabunçu raynu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 18, mənzil 7 ünvanında yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş ona bildirilmişdir ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür və qeyd edilən ünvanda müvaqqəti məskunlaşmışdır. Buna görə də onunla həmin mənzilə dair kirayə müqaviləsi bağlanması qanuna ziddir. İddiaçının “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılası üzrə” Dövlət Proqramına uyğun olaraq həll olunur. Həmin mənzil boşaldıqdan sonra mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil növbəsində olan vətəndaşlara veriləcək. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Konstitusiyanın 43-cü maddəsinə əsasən, İ .heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu Qanun 1988-ci il yanvarın 1-dən bu Qanunun qüvvəyə mindiyi vaxtadək məcburi köçkün olmuş və bu Qanunun 2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səbəbdən Azərbaycan Respublikasına gəlmiş şəxslərə şamil edilir.Bu Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Məcburi köçkünlərə bərabər tutulan şəxslərin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi onların daimi məskunlaşması hesab olunur. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməsin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 noyabr 2004-cü il tarixli, 232s nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Baş Prokurorluğu, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, aidiyyəti mərkəzi təşkilatlar və yerli icra hakimiyyəti orqanlarinın rəhbərlərinə tapşırılmışdır və Respublika Ali Məhkəməsi Apellyasiya Məhkəməsi, şəhər və rayon məhkəmələrinə tövsiyə edilmişdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qaydana, həmçin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşısının alınması üçün müntəzəm lazımı tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 3-cü maddəsinə əsasən 3.1. mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 3.2. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir:.. 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; Mənzil Məcəlləsinin 91.2.-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3.-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. İşin mübahisələndirilməyən haldır ki, iddiaçı Ağdam rayonundan məcburi köçkündür, ünvan 5 ünvanında məskunlaşmışdır və hal-hazıradək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının və onun ailə üzvlərinin həmin mənzil üzərində hər hansı hüququnun olması müəyyən edilməmişdir. İddiaçı yuxarıda göstərilən normativ-hüquqi aktlara əsasən məcburi köçkün kimi həmin mənzildə müvəqqəti yerləşdirilmişdir. Mənzil Məcəlləsinin 96-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. İddiaçının ailə üzvləri ilə birlikdə məskunlaşdığı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qurbanov küçəsi, ev 18,mənzil 7 xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahəsi kimi istifadə olunduğundan, onun özgəninkiləşdirilməsi, icarəyə və kirayəyə verilməsi mümkün deyil. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hal-hazırda yaşadığı mənzilə dair kirayə müqaviləsi bağlanması barədə sərəncamın verilməsindən imtinası əsaslı və qanunidir, iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilmir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 18, mənzil 7 ünvanına dair kirayə müqaviləsinin bağlanması barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı Cavabdehnə qarşı “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qənbərov küçəsi, ev 18, mənzil 7 ünvanına dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilir. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar