Məhkəmə qərarları › İş №2-1(112)-9239/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9239/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9239/2022 29.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6n cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" firmasına ayrılmış torpaq sahəsinə dair 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9239/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində zəruri olaraq cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, respublika əhəmiyyətli Əzizbəyov dairəsi X2 hava-limanı avtomobil yolunun cənub hissəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamı ilə "xxxx" firmasına ayrılmış torpaq sahəsi avtomobil yolunun təhkim zolağı və hərəkət hissəsində yerləşdiyindən avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törətməklə bərabər, həm də yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozur. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından mövcud qanunvericiliyə əsasən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Bununla da “Gülüstan" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 oktyabr 2015-ci il tarixli 298 nömrəli qərarını, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 19-cu maddələrinin tələblərini kobud surətdə pozur. Avtomobil yolunun mühafizə zolağına düşmüş "xxxx" Firmasına ayrılmış torpaq sahəsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan verilmiş və müvafiq qurumla razılaşdırılmamışdır. Belə ki, torpaq sahəsi yolun ox hissəsinə yaxın məsafədə olmaqla yolun mühafizə zolağını zəbt etmişdir. Göründüyü kimi yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş çıxarışa münasibətdə mühafizə zolağına dair qanunvericiliyin hazırda mövcud olan tələblərinin qorunması mümkündür. 3-cü şəxsin nümayəndəsi (vəkili) tərəfindən təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 765 №li “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən "Gülüstan” firmasının xx.xx.1998-ci il tarixli, 107 saylı məktubu və Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.1998-ci il tarixli, 9/DN-5577 saylı razılıq məktubu nəzərə alınaraq, Əzizbəyov (Xəzər) rayonu, Bakı-Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində avtomobil dayanacağı üçün meydança təşkilinə 1 ha (bir hektar) müvəqqəti torpaq sahəsi ayrılmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 263 №li "Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 542 saylı sərəncamının 3-cü abzasının etbarsız hesab edilməsi və xx.xx.1999-cu il tarixli, 765 saylı sərəncamda bəzi dəyişikliklər edilməsi haqqında” Sərəncamının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 saylı qətnaməsinin icrasını təmin edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 542 saylı sərəncamının 3-cü abzası ləğv edilsin. Sərəncamın 2-ci bəndində göstərilir ki, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 162 saylı və "xxxx" firmasının xx.xx.2004-cü il tarixli, 19 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 765 saylı sərəncamının hüquqi qüvvəsi bərpa edilsin, həmin sərəncamdan “müvəqqəti” sözü çıxarılsın, Əzizbəyov (Xəzər) rayonu, Bakı- Aeroport yolunun cənub hissəsində "xxxx" firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsi avtoqarajın layihələşdirilməsi və tikintisi üçün həmin firmaya təhrik edilsin. Bakı Şəhəri İcra Hakimiyyətinin 09 avqust 1999-cu il tarixli və 09 noyabr 2004-cü il tarixli sərəncamlarına əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Bakı-Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində 01 hektar torpaq sahəsi "xxxx" firmasının daimi istifadəsinə verilmiş, həmçinin faktiki istifadəsində əlavə 2256,2 kv.m olmaqla, "xxxx" firması cəmi 12256,2 kv.m torpaq sahəsinə malik olmuşdur. 25 aprel 2009-cu ildə həmin torpaq sahəsi X2 Hava Limanı - Bilgəh qəsəbəsi avtomobil yolunun çəkilməsi ilə əlaqədar olaraq dövlət ehtiyacları üçün geri alınmış, lakin əvəzi hər hansı formada ödənilməmişdir. Buna görə də, iddiaçı "xxxx" firması cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və Bakı Şəhəri Xəzər Rayonu Binə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığından əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik torpaq sahəsini "xxxx" firmasının daimi istifadəsinə verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Bakı Şəhər İcra Hakimiyyətinin 09 avqust 1999-cu il tarixli 765 saylı və 09 noyabr 2004-cü il tarixli 263 saylı Sərəncamları əsasında "xxxx" firmasının istifadəsinə verilmiş 01 ha torpaq sahəsinin əvəzinə eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsinin "xxxx" firmasının istifadəsinə verilməsi vəzifəsi Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1inz(103)-1077/2012 saylı, 27 noyabr 2012-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 aprel 2013-cü il tarixli, 2-1(102)-246/2013 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 noyabr 2012-ci il tarixli qərarı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-1069/2013 saylı, 03 oktyabr 2013-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 mart 2014-cü il tarixli 2-2(102)-270/2014 №li qərarı ilə iddiaçı "xxxx" firmasının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-1069/2013 saylı iş üzrə 03 oktyabr 2013-cü il tarixli qərarı ləğv edilmişdir. Hazırda iddiaçı "xxxx" firmasının cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ekspert rəyi əsasında ödənilməsi tələbinə dair inzibati mübahisələrə dair iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X6 məhkəmə prosesini süni şəkildə uzatmaq üçün "xxxx" firmasına 2004cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı əsasında daimi istifadəyə verilmiş 1.22 ha torpaq sahəsilə bağlı sərəncamın ləğv edilməsi barədə ərizə vermişdir. Buna görə də işin icraatı qeyri-müəyyən müddətə təxirə salınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1.-ci maddəsinə əsasən, on illik iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının cavabdeh inzibati orqanın sərəncamını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə mübahisələndirməməsinə, eləcə də iddiaçının nümayəndəsinə müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, onun tərəfindən hər hansı ərizənin və ya təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia müddəti ötürüldüyündən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamının təsdiq edilmiş surətinə əsasən Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 saylı qətnaməsinin icrasını təmin edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 542 saylı sərəncamının 3-cü abzasının ləğv edilməsi və Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 162 saylı və "xxxx" firmasının xx.xx.2004-cü il tarixli, 19 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 765 saylı sərəncamının hüquqi qüvvəsinin bərpa edilməsi, həmin sərəncamdan “müvəqqəti” sözünün çıxarılması, Əzizbəyov rayonu, Bakı-Aeroport yolunun cənub hissəsində "xxxx" firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsinin avtoqarajın layihələndirilməsi və tikintisi üçün həmin firmaya təhkim edilməsi qərara alınmışdır. İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ‘‘Gülüstan’’ firmasına ayrılmış torpaq sahəsinə dair 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamını mübahisələndirir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 09 noyabr 2004-cü il tarixli 263 saylı sərəncamla ‘‘Gülüstan’’ firmasına ayrılmış torpaq sahəsi avtomobil yolunun mühafizə zolağına düşdüyündən mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan verilmiş və müvafiq qurumla razılaşdırılmamışdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 263 saylı 09 noyabr 2004-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 18 il müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı 3-cü şəxsin nümayəndəsi 25 aprel 2009-cu ildə torpaq sahəsinin avtomobil yolunun çəkilməsi ilə əlaqədar olaraq dövlət ehtiyacları üçün geri alınmasına baxmayaraq onun əvəzinin ödənilmədiyini, buna görə də, iddiaçı "xxxx" firmasının cavabdehlər Bakı Şəhəri İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və Bakı Şəhəri Xəzər Rayonu Binə bələdiyyəsinə qarşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığından həmin torpaq sahəsinin əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik torpaq sahəsinin "xxxx" firmasının daimi istifadəsinə verilməsinə dair Ali Məhkəməyədək məhkəmə mübahisələrinin oldugunu və hazırda iddiaçı inzibati orqanın proses iştirakçısı kimi sərəncamdan ən azı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-398/2012 saylı, 08 may 2012-ci il tarixli qərarını mübahisələndirdiyi tarixdən məlumatlı oldugunu bildirmişdir. İddiaçının nümayəndəsi mübahisə edilən inzibati aktın mövcudluğu barədə iddiaçı "xxxx" firmasının cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X3rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisəyə dair iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil oldugu vaxtdan məlumatlı olması ilə bağlı mövqeni əsaslandırmaga çalışsa da, lakin iş materiallarından göründüyü kimi bu sərəncamın mövcudluğundan məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 18 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmiş, iş materiallarına əsasən iddia müddətinin buraxılması 1 ildən artıq olduğundan İnzibati Prossessual Məcəlləsinin 24.4-cü maddəsinə, həmçinin də prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə müddətin üzrlü hesab edilməsi üçün iddiaçiya ərizə verilməsi təklifini irəli sürməyi məqsədəmüvafiq hesab etməmişdir. Hazırkı iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar