Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-924/2020 11.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakimi Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası: mühəndis, “X5” MMC –də boruyayma sexində növbə rəisi vəzifəsində işləyir),cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, sığorta kapitalı əsasıda hesablanan pensiya təyinatı sektorunun məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” barədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. xx.xx.1975-cı il tarixdən xx.xx.1978- ci il tarixədək texniki peşə məktəbində əyani təhsil almış və ona 790492 saylı diplom verilmişdir. xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Sumqayıt şəhərində yerləşən keçmiş “Sintezkauçuk” zavodunda 3-cü dərəcəli tornaçı işləmişdir. xx.xx.1980-cı il tarixdən 30.06.1.982-ci ilə kimi hərbi xidmət keçmişdir. xx.xx.1982-ci İl tarixdən xx.xx.1983-cü il tarixə kimi “Metallurq Təmir Mərkəzi” trestində 3cü dərəcəli quraşdırıcı çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi həmin zavodda 3-cü dərəcəli tornaçı vəzifəsində işləmiş, həmin vaxt zavoddan Dnepropetrovskİ Metallurq İnstitutuna ali təhsil almaq üçün göndərilmişdir. xx.xx.1985-ci il tarixdən həmin institutun hazırlıq kursunda, xx.xx.1986-ci tarixdən xx.xx.1991-ci il tarixə kimi isə həmin institutda əyani təhsil almışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi “Boru yayma” sexində növbə ustası, növbə rəisi vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 3.8-ci bölməsinin b yarım bölməsində göstərilmiş, və güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr sırasındadır. İddiaçının texniki peşə məktəbində təhsil aldığı müddət və ali təhsil aldığı müddət də daxil olmaqla 01 yanvar 2006-cı ilə kimi ümumilikdə 28 il 7 ay 7 gün iş stajı var. Həmin stajın 13 il 2 ayını zərərli işlərdə işləmişdir. xx.xx.1992-ci il tarixdən 1999-cu il tarixə kimi xüsusi zərərli işlərdə, 1999-cu il tarixdən 2006-cı tarixə kimi zərərli işlərdə işləmişdir. ”Əmək pensiyaları haqqında” Qanuna əsasən xx.xx.2017-ci il tarixdən iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Bununla əlaqədar olaraq, cavabdehə ərizə ilə müraciət edərək, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 24 sentyabr 2019-cu il tarixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir və imtinasının əsası kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınının 25 ildən az təşkil etdiyi bildirmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazına göstərmişdir ki, iddiaçının 2006-ci ilin yanvar ayının 1-dək olan iş stajı ümumilikdə 25 ildən az təşkil edir. Buna görə iddiaçıya 57 yaşdan pensiya təyin etmək mümkün olmadığı üçün iddianın rədd edilməsini xahiş etmişdir. İddiаçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа ərizəsinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi əlavə olaraq bildirdi ki, iddiaçının güzəştli stajı da tələb olunan 12 il 6 aydan azdır. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, ИТ-İ ******* nömrəli əmək kitabçasının, ГР 048684 nömrəli hərbi biletinin, УВ 729410 nömrəli diplomun surəti, arxiv arayışları, cavabdehin imtina məktubu təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.1975-cı il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, 1985-1991-ci illərdə X2 təhsil aldığı müddət, xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixəkimi hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla iddiaçının 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı 29 il 01 ay 8 gün təşkil etmiş, həmin stajın 13 il 2 ay isə xüsusi zərəli işlərdə qazandığı iş stajıdır. Belə ki, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixə kimi Sumqayıt şəhərində yerləşən keçmiş “Sintezkauçuk” zavodunda 3-cü dərəcəli tokar, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi “Metallurq Təmir Mərkəzi” trestində 3-cü dərəcəli quraşdırıcı çilingər, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi həmin zavodda 3-cü dərəcəli tornaçı,xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi "xxxx" ASC-də boru yayma sexində sahə ustası, növbə rəisi vəzifələrində işləmişdir. İddiaçı 57 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2017-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Məhkəmə İddiaçı iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı, cavabdehin imtinasını isə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçının təhsil aldığı 1975-1978 və 1985-1991-ci illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunuqüvvədə olmuşdur. xx.xx.1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədəkqüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinəəsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 1975- 1978-ci illərdə Sumqayıt 41 nömrəli texniki peşə məktəbində, 1985-1991-ci illərdə isə X1 təhsil almışdır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajı 29 il 01 ay 8 gün, xx.xx.2006-cı ilə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) nəzərdə tutulan (kod 2040400a-23187 və 2040400a- 240043) peşələrdə (usta və növbə rəisi ) iş stajı 13 il 1 ay 11 gün olduğundan 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci tarixə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci, 69cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərаrа аldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi ali məktəbdə təhsil aldığı müddət nəzərə alınmaqla ona xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-924/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-924/2020
11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver