Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9240/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İş № 2-1(112)-9240/2021 AZƏRBAYCAN RESPUBLİKASİ АDİNDАN QƏRAR BAKİ İNZİBATİ MƏHKƏMƏSİ 05 noyabr 2021-ci il Bakı şəhəri Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçılar İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X1, X2 və X3 cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа şifahi, açıq məhkəmə baxışı iclasında bахаrаq, müəyyən etdi: I. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, onun, X1, X2 və X3 ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli 059-28494Ə saylı məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədiyindən onun və ailə üzvlərinin qeydiyyata alınmasının qanuna müvafiq olmadığı bildirilmiş, məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
3. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, X1, X2 və X3 ünvan 1 ünvanında yerləşən yaşayış evinə şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı, İddiaçı, habelə X4, X6 və X7 xx.xx.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə vermiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 9240/2021 saylı qərardadı ilə ərizə qəbul edilərək, X4, X6 və X7 da iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. II. Tərəflərin əsaslandırması
5. İddiaçılar tələblərini bununla əsaslandırmışlar ki, İddiaçı 3 avqust 2021-ci il tarixində X5 ilə bağlamış olduğu və Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən təsdiqlənmiş Podrat Müqaviləsinə əsasən X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi ünvanında yerləşən torpaq sahəsində fərdi yaşayış evini tikib ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin predmetində nəzərdə tutulan fərdi yaşayış evi tikilib tam hazır vəziyyətdə istifadəsinə verilmişdir. Hazırda iddiaçılar həmin evdə yaşayırlar.
6. 05.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər iddiaçılar məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
8. Cavabdeh ərizə ilə məhəməyə müraciət edərək, İddiaçı və digərlərinin “qeydiyyata alınma” tələbinə dair keçiriləcək məhkəmə iclaslarının Binəqədi RPİ-nin nümayəndəsinin iştirakı olmadan şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirilməsini və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. III. Məhkəmənin mövqeyi
9. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
10. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. http://www.e-qanun.az/framework/3988 Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
11. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda.
12. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********18 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
13. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar qeydiyyata alınma barədə hazırkı tələbi irəli sürsələr də, qeydə alınmalarını tələb etdikləri evə dair mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi, yaxud onlara yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməmiş və bununla da aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişlər.
14. İşdən görünür ki, iddiaçılar sübut kimi yalnız xx.xx.2021-ci il tarixli podrat müqaviləsini təqdim etmişlər, hansı ki, həmin müqavilədə X5 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, İ.Kərimov küçəsi ünvanında yerləşən 150 kv.m. torpaq sahəsində fərdi yaşayış evini tikib hazır vəziyyətdə İddiaçı təhvil verməyi, İddiaçı da həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, bu müqavilə mübahisəli evin tikilməsi ilə bağlı iki fiziki şəxs arasında razılaşmanı əks etdirir və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən sənədlərdən biri kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, müqavilədə ünvan kimi ünvan 2 evin məhz 7A ünvanında yeləşməsi müəyyən edilməmişdir.
15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova