Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9243/2022 24.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X1, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri N.Vəzirov küç., 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yazılı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı mülahizəsində göstərmişdir ki, İddiaçı Bakı şəhəri Cavabdehnə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi, 24 №-li evin və ətrafındakı torpaq sahəsinin onun istifadəsinə verilməsini təsdiq edən sənədlərin müəyyən edilməsi üçün aidiyyəti üzrə tapşırıq verilməsini xahiş etmişdir. İddiaçı ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Qeyd edilən məsələyə MKTB-də baxılmış və İddiaçı müvafiq məktubla cavab verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh inzibati orqan tərəfindən müraciətinə cavab verildiyi üçün, iddia tələbi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, surəti məhkəməyə təqdim olunmuş Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri Cavabdehnə və surəti İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onların xx.xx.2022-ci il tarixli K-14-032, K-16-032 saylı məktublarına tərəflərindən baxılmışdır. Özbəkistan küçəsi 24 saylı ünvanda yaşayan İddiaçı yaşadığı mənzilin qarşısındakı sahənin sənədləşdirilməsi barədə “Azərbaycan Rus İcmasına” etdiyi müraciətlə əlaqədar həmin instansiyadan Nizami rayonu İcra Hakimiyyətinə daxil olmuş məktuba əsasən Birliyin mühəndisləri tərəfindən məsələ ilə bağlı araşdırma aparmışlar. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı məxsus Özbəkistan küçəsi 24 saylı “Fin” tipli binada ümumi sahəsi 30.2 kv olan 1 otaqlı evi var. Həmin evi xx.xx.2006-cı ildə özəlləşdirib. Lakin evin qarşısındakı 307.9 kv metr hasara alınmış torpaq sahəsinə aid heç bir sənədi yoxdur. Buna baxmayaraq həmin ərazini özəlləşdirmək istəyir. Mühəndislər İddiaçı ilə görüş zamanı onun istəyinə aid məsələnin Birliyin səlahiyyətləri xaricində olduğunu onun nəzərinə çatdırmışlar. İPM-nin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-9243/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9243/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver