Məhkəmə qərarları › İş №2-1(112)-9257/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9257/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9257/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********810600 saylı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edlmiş xx.xx.2022-ci il tarixli qərar əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləıi siyahısına əlavə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisinin ticarət fəaliyyətinə baxmayaraq qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarının) və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Lakin qərar qeyri-obyektiv qəbul edilmişdir. Hal-hazırda iddiaçı X5 QSC-dən 116235,34 manat ödəniş almalıdır, eyni zamanda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə 99452,90 manat ödəniş etməlidir. Lakin riskli vergi ödəyicisi olduğundan əməliyyat aparmaq mümkün deyil. Bu hal iddiaçının işgüzar nüfuzuna zərər vurmaqla bərabər iqtisadi çətinliklə üz-üzə qoymuşdur. Əlavə olaraq bildirilir ki, iddiaçının ödənilməmiş hər-hansı borcu mövcud deyil.

3. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********810600 nömrəli Qərara əsasən vergi ödəyicisi İddiaçı (**********) vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı MMC (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, **********810600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bildirilir ki, İddiaçı MMC (VÖEN: **********) xx.xx.2025-ci il tarixli, **********750800 nömrəli qərara əsasən riskli vergi ödəyiciləri siyahısından çıxarılmış və bu barədə iddiaçıya xx.xx.2025-ci il tarixli **********750800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə” qərar göndərilmişdir. Qeyd edilənləri və mübahisə predmetinin aradan qalxdığını nəzərə alaraq, 2-1(112)- 9257/2025 nömrəli iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir.

5. “Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-442167/2025 nömrəli Qərara əsasən İddiaçı MMC (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan yazılı vəsatətə əsasən inzibati işə xitam verilməsi xahiş edilmişdir.

7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

8. Məhkəmə müəyyən edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-442167/2025 nömrəli Qərara əsasən İddiaçı MMC (VÖEN: **********) riskli vergi ödəyiciləri siyahısından çıxarılmışdır. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar