Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-926/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəqisəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 3 yanvar N66-cı il tarixdə doğulmuşdur, N84 – N86-cı illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmət keçmişdir. N noyabr N92-ci il tarixdən N2 may N94-cü il tarixədək (yəni, atəşkəs elan edilənədək) Füzuli rayonu ərazisində N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. AR Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin 30 aprel 20N-cu il tarixli arxiv arayışında da onun N saylı hərbi hissə komandirinin N noyabr N92-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunması qeyd edilmişdir. O, AR Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Komissiya N0 mart 2020-ci il tarixli məktubu ilə ona imtina cavabı verilmişdir. Cavabdeh orqan tərəfindən müharibədə iştirak etmiş bir şəxsə qarşı edilən haqsızlıq hesab olunur ki, yalnız məhkəmə vasitəsilə həll edilə bilər. Komissiya imtina məktubunda qeyd edir ki, guya o, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyindən, AR Nazirlər Kabinetinin 22 sentyabr N95- ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə görə ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mümkün deyildir. O, həqiqi hərbi xidmətini SSRİ Silahlı Qüvvələrinin tərkibində başa vurmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələtrində isə, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmətdə olmuşdur. AR Müdafiə Nazirliyi ilə heç bir müqaviləsi olmayıb ki, çıxışı (tərxis olunması) barədə məlumat tələb olunsun. Təkrar hərbi xidmətə gələrkən hə AR Müdafiə Nazirliyi, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə onun arasında «Hərbi xidmətkeşmə haqqında Əsasnamə»yə uyğun olaraq heç bir müqavilə (kontrakt) bağlanmamışdır. Çünki o (iddiaçı), Azərbaycan Ordusunda atəşkəs elan edilənədək təkrar hərbi xidmətdə olmuşdur. İddiaçı N94-cü ilin may ayından sonra (yəni, atəşkəs elan ediləndən sonra) Silahlı Qüvvələrdə zabit, gizir, miçman və müddətdən artıq xidmət edən hərbi qulluqşu kimi heç bir kontraktı yox idi ki, atəşkəsdən sonra Silahlı Qüvvələrdə qalıb xidmət keçsin. AR Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı qərarına və AR Müdafiə Nazirinin 6 yanvar N98-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən müharibə veteranə adı N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 60, 62-ci maddələrinə, İPM-in 2, 4, 8, 33, 45, 46-cı maddələrinə əsaslanaraq, ona (iddiaçıya) “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR Müdafiə Nazirliyinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - AR Müdafiə Nazirliyi hesab edir ki, İddiaçı iddiası təmin edilə bilməz. Belə ki, AR Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə görə N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dek döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd edilməlidir ki, şəxsə “müharibə veteranı” adı və əsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: şəxsin xidmət keçməsi – hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması; bunun müvafiq sənədlərdə əks edilməsi – bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, İddiaçı iddia ərizəsində N nömrəli hərbi hissə komandirinin N noyabr N92-ci il tarixli 43 nömrəli əmri ilə şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilməsi və həmin vaxtdan sonra (tarix dəqiq qeyd edilməyib) N2 may N94-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayon ərazisində gedən döyüşlərdə iştirak etməsini qeyd etmişdir. İddiaçının AR Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciəti komissiya tərəfindən araşdırılmış ve müvafiq sənədlər əsasında məlum olmuşdur ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etmişdir. Komissiya haqlı olaraq iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müsbət qərar qəbul etməmişdir. AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş arxiv arayışında İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N92-ci il tarixli 43 nömrəli əmri ilə şəxsi heyətin siyahısına bütün növ təminatla daxil edilmişdir. Sürücü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N92-ci il tarixli 54 nömrəli əmri ilə noyabr ayı üçün, 3N dekabr N92ci il tarixli 73 nömrəli əmri ilə dekabr ayı üçün, 3N yanvar N93-cü il tarixli 24 nömrəli əmri ilə yanvar ayı üçün, 28 fevral N93-cü il tarixli 45 nömrəli əmri ilə fevral ayı üçün Füzuli rayonunda döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilmişdir. Baş sürücü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 3N mart N93-cü il tarixli 56 nömrəli əmri ilə mart ayı üçün, 30 aprel N93-cü il tarixli 69 nömrəli əmri ilə aprel ayı üçün Füzuli rayonunda döyüş tapşırıqlarını yerinə yetirmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli 58 nömrəli əmri ilə İddiaçı Zil markalı maşını ilə birlikdə BMO-dan 7 MAT-a keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar, mart – dekabr N94-cü il tarixli nizami hərbi hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Hərbi hissəni özbaşına tərk etmiş yuxarı yaş hədli İddiaçı AR Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 iyun N95-ci il tanxli müvafiq Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin N fevral N96-cı il tarixli 40 nömrəli əmri ilə (əmr komandir tərəfindən imzalanmamışdır) şəxsi heyətin syahısından bütün növ təminatlardan çıxarılmışdır. Göründünyü kimi iddiaçının N92-ci və N93-cü ilin aprel ayı üçün Füzuli rayonunda döyüş tapşırıqlarını yerinə yetirməsi faktları müvafiq arxiv arayışında öz təsdiqini tapsa da, onun N fevral N94-cü il tarixdən 7 MAT-a keçirilməsindən sonrakı müddətlərdə döyüş tapşırıqlarının yerinə yetirməsi və yaxud hərbi hissədə xidmətini davam etdirməsi barədə məlumatlar aşkarlanmamışdır. N fevral N94-cü il tarixdən sonrakı müddətlərdə iddiaçının hərbi xidmətinin davam etdirməsini AR Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən tərəf olaraq iddiaçı öz tələbinin əsası kimetdiyi hallan sübut etməlidir. Eyni zamanda, İPM-nin N4.3-cü maddəsinə əsasan inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göründüyü kimi, iş materiallarında olan arxiv sənədlərinə istinad edilməklə iddiaçının N fevral N94-cü il tarixdən sonrakı müddətlərdə hərbi xidmətinin davam etdirməmiş və həmin müddətdən N94-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissənin və ya orqanların tərkibində hərbi xidmət keçməsini davam etdirməmişdir. Nəticə olaraq İddiaçı hərbi hissəni özbaşına tərk etmiş kimi (yuxarı yaş hədli) N nömrəli hərbi hissə komandirinin N fevral N96-cı il tarixli 40 nömrəli əmri ilə şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. Bu halda inzibati orqan və iddiaçı arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Göstərilənlərə və «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə, «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndinə, İPM-in N4.3, 38, 47.2, 48.2-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 47, 77, N54-cü maddələrinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 2N6 saylı 22 sentyabr N95-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə qeyd edir ki, iddiaçının N92 – N93-cü illərdə Füzuli rayonu ərazisində döyüş əməliyyatları ilə əlaqədar döyüş tapşırığını yerinə yetirməsinə dair faktlar müvafiq arayışlarla öz təsdiqini tapsa da, inzibati icraatda və məhkəmə icraatında onun N fevral N94-cü il tarixdən sonrakı dövrdə xidmətini, o cümlədən qanuni əsaslarla tərxis olunmasını təsdiqləyən nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməmişdir. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin də bildirdiyi kimi (iddiaçı bu halı təkzib etməmişdir), iddiaçının N fevral N96-cı il tarixli əmrlə şəxsi heyətin sırasından, bütün növ təminatlardan çıxarılması əks olunsa da, həmin əmr hərbi hissə komandiri tərəfindən imzalanmadığından, mötbətr sübut kimi qiymətəndirilə bilməz. Belə olan halda isə məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.N-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.N, 23.N, 58.7, 62, 75, 78 – 79, 8N, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-926/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-926/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver