Məhkəmə qərarları › İş №2-1(112)-9264/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9264/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9264/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası- fizik-mühəndis, Fövqəladə Hallar Nazirliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində mühəndis-elektrik işləyir), iddiaçının nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası- hüquqşünas, “Kredo” vəkil bürosunda vəkil işləyir) cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, məhkəmə mübahisələri üzrə iş şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısındakı 110000 a-18494 kodlu peşə üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a peşələri üzrə işlədiyindən 09.12.2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” bаrədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısındakı 110000 a- 18494 kodlu peşə üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a peşələri üzrə işlədiyindən 09.12.2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu il tarixdə Dəvəçi rayonunda anadan olmuşdur. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1981-ci ilin avqust ayında həmin universiteti bitirmişdir. İlk əmək fəaliyyətinə həmin universitetdə təhsil aldığı zaman, universitetin nəzdindəki elmi labaratoriyada başlamaqla, 01.09.1979-cu il tarixdən 31.03.1980-ci il tarixədək laborant vəzifəsində işləmiş, 03.07.1980-ci il tarixdən 18.11.1980-ci il tarixədək Azərbaycan Neft Elmi-Tədqiqat Layihə İnstitutunda qazma sektorunda fəhlə işləmiş, 07.09.1981-ci il tarixdən 16.10.1990-cı il tarixədək X2 Bakı zavodunda nəzarətçi-mühəndis və digər vəzifələrdə işləmiş, 17.10.1990-cı il tarixdən, köçürülmə yolu ilə “Şelfneftqazavtomatika Mərkəzi”ndə işə qəbul olunmuş, sazlayıcımühəndis və sahə rəisinin müavini kimi 17.08.2001-ci il tarixədək “Şelfneftqazavtomatika ASC”-də işləmişdir. Güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 09.12.2011-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı rəsmi ərizə və müvafiq sənədlərlə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin, cavabdehin 16 iyul 2021-ci il tarixli, **********8 saylı məktubu ilə iddiaçının 17.10.1990-17.08.2001-ci il tarixləri arasında “Şelfneftqazavtomatika ASC”-də işlədiyi sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nda nəzərdə tutulmadığı əsas gətirilərək müraciətinə qanunsuz olaraq imtina edilmişdir. Belə ki, iddiaçının ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası “Şelfneftqazavtomatika ASC”nin 04.11.2021-ci il tarixli “X4”-dan göründüyü kimi o, 17.10.1990-cı il tarixdən 17.08.2001ci il tarixdək “Şelfneftqazavtomatika ASC”-də işləmişdir. 17.10.1990-cı il tarixli 113/K saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş və 1 saylı sahəyə yönəldilmiş, 02.01.1992-ci il tarixli,01/K saylı əmrlə 3 saylı sahəyə sahə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 03.06.1997-ci il tarixli, 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNQÇ İB-nin tərkibinə verilmiş, 01.11.1999-cu il tarixli 58 saylı əmrlə 10cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, 02.07.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı , 30.04.2001-ci il tarixli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmiş, Əsas: Ədliyyə Nazirliyinin D-3258 saylı 02.07.2001-ci il tarixli qeydiyyatı. 17.08.2001-ci il tarixli 24/K saylı əmrlə AR ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. Yuxarıda qeyd edilən illərdə İddiaçı “Neft Daşları” adına NQÇİ-nin kompressor stansiyasında NÖÇ və A üzrə xidmət işlərini dəniz şəraitində növbəli iş rejimində yerinə yetirmişdir. Əmək funksiyasına aşağıda sadalananlar daxildir: Birləşdirilmiş qurğuların və telemexanika qurğularının idarəetmə pultlarına xidmət edilməsi, avtomatik keyfiyyət və tərkib tənzimləyicilərinin qoşulması və sazlanması, tərkib analizatoru ilə kaskad tənzimləmə sxeminin sazlanması, cihazların və avtomatika vasitələrinin vaxtaşırı yoxlanılma cədvəlinin yerinə yetirilməsinə nəzarət edilməsi, kaskad tənzimləmə sisteminin, avtomatik keyfiyyət analizatorlarının, aqreqat-unifikasiya sisteminin cihazlarının sazlanması və təmirinin aşağı ixtisaslı işçilər tərəfindən vaxtaşırı yoxlama cədvəli üzrə aparılmasına nəzarət edilməsi, cihazların istismarı üzrə texniki sənədlərin aparılması, kompressorların siqnalizasiya-bloklama, o cümlədən ox boyu dəyişmə və vibrasiya sistemlərinə xidmət edilməsi, texnoloji işə buraxılmasında iştirak edilməsi. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısında kod 110000a-18494 peşəsinə uyğunluğa əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu məqsədə uyğun hesab etmişdir. Bu müddətə iş stajı 10 il 10 aydır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.09.2021 -ci il tarixli, İş № 2-1(102)-1264/2021 saylı iş üzrə Kassasiya İnstansiyası Məhkəməsinin mövqeyi (43) belə olmuşdur ki; “Belə ki, Ali Məhkəmə 12.08.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara “uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi”. Həmçinin, həmin iş üzrə Kassasiya İnstansiyası Məhkəməsinin mövqeyi (46.) ondan ibarət olmuşdur ki; “Belə olan halda, yuxarıda qeyd olunan hüquq mövqeyə uyğun olaraq məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etiraz edərək bildirmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 23 iyun 2021-ci il tarixli AO 02/35 nömrəli X4nda 17.10.1990-17.08.2001-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Yuxarıda göstərilən peşələrin adları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İ.Seyidov iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısındakı 110000 a - 18494 kodlu peşə üzrə həm də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısında 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” qrafası üzrə 10.1 b və 10.2 a peşələri üzrə iddiaçının 09.12. 2011-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığına baxmayaraq cavabdehin 16 iyul 2021-ci il tarixli, məktubu ilə guya iddiaçının 17.10.1990-17.08.2001-ci il tarixləri arasında “Şelfneftqazavtomatika ASC”-də işlədiyi sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-da nəzərdə tutulmadığı əsas gətirilərək müraciətinə qanunsuz olaraq imtina edilmişdir, məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.09.2021-ci il tarixli 2-1(102)-1264/2021 saylı iş üzrə Kassasiya İnstansiyası Məhkəməsinin mövqeyi belə olmuşdur ki, “məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi, bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir, funksional vəzifənin (işini eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”, Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş edirik”. Məhkəmə iclasında cavabdehin nümayəndəsi T.Kərimov iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, “İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin X4nda 17.10.1990-17.08.2001-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur, göstərilən peşələrin adları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır, bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi mümkün hesab edilmir, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir, təqdim olunmuş arayışda kod və iddiaçının dənizdə neftçi olması qeyd olunmamışdır”. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı Bahadır oğlu xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin iddiaçıya ünvanladığı 16 iyul 2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, iddaçının müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilmişdir ki, mərkəzi filiala təqdim edilən "xxxx" ASC-nin 23 iyun 2021-ci il tarixli AO 02/35 nömrəli iddiaçıya dair X4nda 17.10.1990-17.08.2001-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə sazlayıcı-mühəndis və sahə rəisinin müavini vəzifələrdində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası "xxxx" ASC-nin AO 02/35 nömrəli, 23 iyun 2021-ci il tarixli X4na əsasən, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 17.10.1990-cı il tarixdən 17.08.2001-ci il tarixədək aşağıdakı müəssisələrdə işləmişdir: 17.10.1990-cı il tarixli 113/5 saylı əmrlə "xxxx" mərkəzinə sazlayıcı-mühəndis vəzifəsinə qəbul olunmuş və 1 saylı sahəyə yönəldilmiş, 02.01.1992-ci il tarixli 01/k saylı əmrlə 3 saylı sahəyə sahə rəisinin müavini vəzifəsinə təyin olunmuş, 03.06.1997-ci il tarixli 155 saylı əmrlə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNQÇ İB-nin tərkibinə verilmiş, 01.11.1999-cu il tarixli 58 saylı əmrlə 10-cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, 02.07.2001-ci ildən "xxxx" Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 651 saylı 22.03.2001-ci il tarixli Sərəncamı və Dövlət Əmlak Nazirliyinin 249 saylı 30.04.2001-ci il tarixli Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmiş və qeydiyyatdan keçmişdir (əsas Ədliyyə Nazirliyinin D- 3258 saylı, 02.07.2001-ci il tarixli qeydiyyatı). 17.08.2001-ci il tarixli 24/k – saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. Yuxarıdakı illərdə İddiaçı “Aneft İB”-nin “Neft Daşları” adına NQÇİnin kompressor stansiyasında NÖC və A üzrə xidmət işləri yerinə yetirmişdir. Göstərilənləri nəzərə alaraq, həmçinin AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1- nömrəli siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ məqsədə uyğun hesab edilmişdir. Bu müddətə iş stajı 10 il 10 aydır. ИT-İ ******* nömrəli 11.02.1980-ci il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçının S.M.Kirov adına ADU-ya işə qəbul edilməzdən əvvəl iş stajı olmayıb. İddiaçı, 08.02.1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, 01.06.1979-cu ildə iş müddətinin başa çatması ilə bağlı işdən azad edilmiş, 01.09.1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, 15.12.1979-cu ildə iş müddətinin başa çatması ilə bağlı işdən azad edilmiş, 01.02.1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti 0,5 ştat laborant vəzifəsinə qəbul edilmiş, 15.03.1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 03.07.1980-ci ildə dayaq-texnoloji quyuların qazılması və bitlərin işlənməsi (stend qazmaya) sektoruna 2-ci dərəcəli fəhlə qəbul edilmiş, 18.11.1980-ci ildə öz xahişi ilə işdən azad edilmiş, 07.09.1981-ci ildə avtomatika tresti Bakı Zavodu Montaj işləri üzrə sahəyə nəzarətçi usta vəzifəsinə qəbul edilmiş, 01.10.1987-ci ildə yeni tariflərin tətbiqi və vəzifə maaşları ilə əlaqədar olaraq 2-ci dərəcəli iqtisadçı hesab edilmiş, 16.10.1990-cı ildə tənzimləmə və texniki xidmət vasitələrinin avtomatlaşdırılması və idarəetmə sistemləri Mərkəzinə "xxxx" keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, 17.10.1990-cı ildə "xxxx" Mərkəzi Mühəndis-tənzimləyici təyin edilib və 1 nömrəli sahənin sərəncamına göndərilmiş, 01.01.1992-ci ildə 3 nömrəli sahənin rəis müavini vəzifəsinə keçirilmiş, 01.06.1997-ci ildə struktur dəyişikliyi ilə əlaqədar olaraq DNÇ ÇİB-nin tərkibinə verilmiş, 01.11.1999-cu ildə 10-cu dərəcəli sazlayıcı-mühəndis vəzifəsinə keçirilmiş, 20.08.2001-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işdən azad edilmişdir. 041521 nömrəli diplomun surətinə əsasən, İddiaçı 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1981-ci ildə orada fizika ixtisası üzrə tam kursu bitirmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cu il təvəllüdlüdür, 01.01.2006-ci ilədək 20 il ümumi iş stajı, həmin müddətin 10 ildən artıq müddətini əmək şəraiti sağlamlıq üçün təhlükəli və ağır olan işlərdə işlədiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçı cavabdeh orqanın mövqeyi ilə razılaşmamış və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Vİİ hissəsinə uyğun olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasını təyn edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi tarixə, yəni 01.01.2006-ci il tarixinə 20 il ümumi iş stajı, 10 il əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi ilə bağlı staj olmalıdır. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 20 (iyirmi) ildən çox olmasına baxmayaraq onun, 01.01.2006-cı il tarixinədək həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan istehsalatlarda və peşələrdə işlədiyi stajı 10 ildən az təşkil edir. Belə ki, iddiaçının işlədiyi sazlayıcı-mühəndis və sahə rəisinin müavini 1 nömrəli Siyahıda ümumiyyətlə göstərilməmişdir; İddiaçının istinad etdiyi «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında 110000a-18494 bölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a bölmələrində göstərilən peşələri iddiaçının işlədiyi peşələrə uyğun gəlmir. Beləliklə, işin faktiki hallarının tədqiqi, iş materiallarında olan sənədlərin təhlili, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 01.01.2006-ci il tarixinə ümumi iş stajı 20 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaması təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısındakı 110000 a-18494 kodlu peşə üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a peşələri üzrə işlədiyindən 09.12.2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” bаrədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci , 69-cu , 85-ci, 110-maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısındakı 110000 a- 18494 kodlu peşə üzrə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1b və 10.2a peşələri üzrə işlədiyindən 09.12.2011-ci il tarixdən, 52 yaşının tamam olduğu və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən hesablanıb ödənilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” bаrədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar