Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-927/2020 02.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “X1 cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi ilə bağlı Respublikaya gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinədair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi ilə bağlı Respublikaya gətirilməsindən ötrü cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə hazırlıq icraatının iclası 02 mart 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı 18 dekabr 2018-ci il tarixdən etibarən məhkum X1 Azərbaycan Respublikasına gətirilməsi üçün qanunvericiliyin tələbləri əsasında müvafiq prosedurların həyata keçirilməsinə dair cavabdeh orqana müraciət etmiş, lakin iddiaçının müraciəti əsasında cavabdeh orqan hər hansı bir tədbir görməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh L.Salihova iddia ərizəsinə etiraz verərək, bildirmişdir ki, Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. Qaydalara uyğun olaraq müraciət təqdim edildikdən sonra Penitensiar xidmət Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi (bundan sonra İdarə) vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar Xidmətə təqdim olunur. Qaydalara uyğun olaraq, İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbər rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini- Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. Hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar Xidmətin razılığına əsasən İdarə məktubun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. Məhkumun verilmə yeri, vaxtı və qaydası tərəflərin cəzanı icra edən orqanları tərəfindən müəyyənləşdirilir. Həmçinin, azadlıqdan məhrum etmə əzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi Azərbaycan Respublikası Ədliyyə NazirliyiPenitensiar xidmətin diskresion səlahiyyətlərinə aiddir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3- cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-33.4-cü maddələrinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qanunun normasının məzmunundan (tələbindən) görünür ki, qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılması üçün iddianın predmet və subyekt baxımından əsaslandırılması, başqa sözlə, iddianın ona cavab verən şəxsə qarşı qaldırılması, iddiada irəli sürülən tələbin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması (AR İPM-nin 2.2-ci maddəsi), irəli sürülən tələbin inzibati orqanın fəaliyyəti ilə bağlı olubolmaması və sair cəhətdən əsaslandırıldığı halda onun inzibati məhkəmə icraatı mümkün sayıla bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcələdə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfındən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan 28 noyabr 2018-ci il tarixli, 22 may 2019-cu il tarixli ərizələrdən görünür ki, iddiaçı X5 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müvafiq tarixlərdə ərizə ilə müraciət edərək, X4 barəsində Rusiya Federasiyası tərəfindən cavablandırılmış məktubun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə çatması, əgər çatmışdırsa məktubun məzmununu və eyni zamanda məhkum X1 verilməsi işinin hazırki vəziyyəti ilə bağlı məlumatın verilməsi xahiş etmişdir. İş materiallarında olan: - 18 dekabr 2018-ci il tarixli, 17/4-17842 Q-216/2 saylı məktubun surətindən görünür ki, X2 “X1 cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə gətirilməsi” ilə bağlı ərizəyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən baxılmış və cavab olaraq bildirilmişdir ki, məhkum S.Fəttayev barəsində müvafiq sənədlərin alınması üçün Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə sorğu göndərilmişdir. - 16 aprel 2019-cu il tarixli, 17/4-5372 saylı və 11 iyun 2019-cu il tarixli, 17/4-8565 Q- 174 saylı məktubun surətindən görünür ki, X2 “X1 cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə gətirilməsi” ilə bağlı ərizəyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən baxılmış və cavab olaraq bildirilmişdir ki, S.Fəttayevin cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi məsələsi ilə əlaqədar müvafiq iş aparılır, nəticəsi iddiaçıya veriləcəkdir. - 20 sentyabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, Vəkil “Penitensiar xidmətinin əməkdaşı X6 tərəfindən məhkum X1 cəzasının qalan hissəsini çəkmək üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi” ilə bağlı ərizəyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən baxılmış və cavab olaraq bildirilmişdir ki, Penitensiar xidmətinin Daxili təhqiqat şöbəsində araşdırma aparılmış, lakin qanunazidd hərəkətlərə yol verilməsi halları aşkar olunmamışdır. - 07 noyabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, Vəkil “X1 cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə gətirilməsi” ilə bağlı ərizəyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən baxılmış və cavab olaraq bildirilmişdir ki, S.Fəttayevin cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi məsələsi ilə əlaqədar müvafiq iş aparılır, nəticəsi iddiaçıya veriləcəkdir. Göründüyü kimi, hazırki iddia ərizəsi ilə müraciət etməzdən əvvəl, iddiaçı mütəmadi olaraq inzibati orqana, yəni cavabdehə, məhkum X1 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı müraciətlər etmiş, lakin müraciətlərin cavabı olaraq, inzibati orqan bildirmişdir ki, həmin məsələ ilə bağlı müvafiq iş aparılır. İşin faktiki halları üzrə məhkəmə belə qənaəti gəlir ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə uyğun şəkildə onun hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyini əsaslandıra bilməmişdir, onun gətirdiyi dəlillər iddia tələbinin əsaslandırılmasına xidmət etmiş kimi (hətta formal olaraq da) qiymətləndirilə bilməz. Hazırki halda X5 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə məktubla müraciət etmək hüququndan və inzibati orqanın həmin məktuba cavab vermək vəzifəsindən ibarət olan inzibati hüquq münasibəti yaranmışdır ki, bu münasibət çərçivəsində iş üzrə məlumat almaq üçün sorğu vermək, həmin sorğuya cavab verməyi tələb etmək, cavab verilmədiyi təqdirdə isə müdafiə tədbirindən istifadə etmək kimi elementlərdən ibarət olan subyektiv hüquq məhz sorğu vermiş və ona cavab almadığı halda hüququ pozulmuş şəxsə (iddiaçıya) məxsusdur. Məhkəməyə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciətlərə verilmiş cavablardan da aydın olur ki, cavabdeh orqan iddiaçının müraciətinə imtina cavabı verməmiş, müraciətlərin əsasında məhkum S.Fəttayevin cəzasının qalan hissəsinin çəkmək üçün Azərbaycan Respublikasına gətirilməsi məsələsi ilə əlaqədar müvafiq iş aparıldığı barədə cavablar verilmişdir. Belə olan halda, iddiaçının tələbi ilə bağlı hər hansı bir mübahisə mövcud olmadığından, cavabdehin diskresion səlahiyyəti ilə bağlı olan məsələdə hər hansı bir imtina cavabı verilmədiyindən hazırki iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 37, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “X1 cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkməsi ilə bağlı Respublikaya gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-927/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-927/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver