Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-927/2022 27.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı X3 (ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Nizami r-nu, Babək prospekti 22/69 ünvanda yaşayan, Cavabdehin nümayəndəsi X4 (Balakəni rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsina qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 yanvar 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 27 fevral 2012-ci il tarixdən təyin olunması vəzifəsisnin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, o, xx xxxxxx 1955-ci ildə doğulmuşdur. Əmək kitabçası və hərbi biletin surətindən görünür ki, 09 fevral 1977-ci il tarixdən 03 aprel 1986-cı il tarixinədək (9 il 1 ay 24 gün) Şəki rayonu Telman adına kolxozda traktorçu və sürücü peşəsində, 06 may 1986-cı il tarixdən 16 may 1992-ci il tarixinədək (6 il 10 gün) Belarus Respublikasının Bobruysk şəhərində 186 saylı Mexanikləşdirilmiş Tikinti Kombinatında avtokran maşinisti peşəsində, 25 may 1992-ci il tarixdən 15 mart 1995-ci il tarixinədək (2 il 9 ay 20 gün) “Azəristilikeneıjiquraşdırma trestində avtokrançı və sürücü peşələrində, 25 iyul 1995-ci il tarixdən 01 fevral 1996-cı il tarixinədək (6 ay 7 gün) ARDNŞ-nin X11 Çıxarma İB-nin X7 İdarəsində sürücü (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qəran ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 10.2a), 12 fevral 1996-cı il tarixdən 03 iyun 2002-ci il tarixinədək (6 il 4 ay 21 gün) Bakı Neft və Qaz çıxarma üzrə Texnoloji Nəqliyyat İB-də avtokran maşinisti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qəran ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 10.2a), 04 iyun 2002-ci il tarixdən 03 iyun 2003- cü il tarixinədək (11 ay 29 gün) “Xəzərdənizneftqaztikinti” tresrində kran maşinisti, 07 may 2003-cü il tarixdən 22 yanvar 2007-ci il tarixinədək (3 il 8 ay 15 gün) “Azərdənizneftinşaat” trestinin Avtomobil Nəqliyyatı Xidməti üzrə Filialında avtokran maşinisti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 10.2a), 24 yanvar 2007-ci il tarixdən 01 fevral 2014-cü il tarixinədək (7 il 7 gün) ARDNŞ-nin Nəqliyyat İdarəsində avtokran sürücüsü (maşinisti) (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 10.2a), 01 fevral 2014-cü il tarixdən 27 yanvar 2015-ci il tarixinədək (11 ay 26 gün) ARDNŞ-nin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü, 27 noyabr 2017-ci il tarixdən 26 noyabr 2020-ci il tarixinədək (3 il) "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində avtokran sürücüsü vəzifəsində işləmişdir. Beləliklə, 27 fevral 2012-ci il tarixinə (57 yaşı tamam olanadək) ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 34 il 8 ay 9 gün (25 ildən artıq) təşkil etmiş, həmin staj illərindən 15 il 8 ay 16 gün (12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq 57 yaşına çatdığı 27 fevral 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlann: kişilər- 57 yaşma çatdıqda və azı 25 il sığorta staj ma malik olduqda bu müddətin azı 12 il 6 aymı həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə cavabdeh bildirir ki, İddiaçı “57 yaşdan, yəni 27.02.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalın üzərinə qoyulması” tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Cavabdeh İddiaçı iddia tələbinə dair Mərkəzi Filial tərəfindən həyata keçirilmiş inzibati icraat tədbirləri haqqında aşağıdakıları bildirirlər. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı cavabdeh tərəfindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Cavabdeh eyni zamanda bildirir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçı, İddiaçı Mərkəzi Filiala təqdim etdiyin sənədlərdə qeyd olunan məlumatlarda əmək fəaliyyəti dövrü ərzində nəqliyyət sahəsində traktorçu, sürücü və avtokran maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Yuxarıda göstərilən peşələrin adları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, cavabdeh İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1955-ci il təvəllüdlüdür. - ИТ-İ № ******* saylı əmək kitabçasının azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 09 fevral 1977-ci il tarixdən 14 dekabr 1980-ci ilədək traktorçu vəzifəsində çalışmış, 14 dekabr 1980-ci ildə 3-cü dərəcəli Telman adına kolxozda 3-cü dərəcəli sürücü keçirilmiş, 03 aprel 1986-cı il tarixinədək həmin kolxozda sürücü peşəsində işləmiş, 06 may 1986-cı il tarixdən 16 may 1992-ci il tarixədək №136 Mexanikləşdirilmiş Tikinti Kombinatında 6-cı dərəcəli kran maşinisti peşəsində işləmiş, 25 may 1992-ci il tarixdən 11 yanvar 1993-cü ilə tarixədək Aztem trestinin Mİİ-nə 6-cı dərəcəli avtokrancı peşəsinə qəbul edilmiş, 11 yanvar 1993-cü il tarixdən 15 mart 1995-ci il tarixədək sürücü peşəsində, 25 aprel 1995-ci il tarixdən 01 fevral 1996-cı il tarixinədək ARDNŞ-nin X11 Çıxarma İB-nin X7 İdarəsində 5-ci dərəcəli sürücü, 12 fevral 1996-cı il tarixdən 03 iyun 2002-ci il tarixinədək Bakı Neft və Qaz çıxarma üzrə Texnoloji Nəqliyyat İB-də Zil-130 a/b-ə (avtokran) B,C,D,E kateqoriyası üzrə sürücü, 04 iyun 2002-ci il tarixdən 03 iyun 2003- cü il tarixinədək “Xəzərdənizneftqaztikinti” X1 6-cı dərəcəli kran maşinisti, 07 may 2003-cü il tarixdən 22 yanvar 2007-ci il tarixinədək “Azərdənizneftinşaat” trestinin Avtomobil Nəqliyyatı Xidməti üzrə Filialında 3 saylı Dəstəyə “BCDE” kateqoriyalı avtokran sürücüsü, 24 yanvar 2007-ci il tarixdə 2 saylı avtobobil dəstəsinə 8-ci dərəcəli sürücü peşəsinə işə qəbul edilmiş, 01.02.2007-ci il tarixdən 1-ci ixtisas sinfli sürücü peşəsinə keçirilmiş, 01 fevral 2014-cü il tarixdə 1 saylı Texnoloji Nəqliyyat bölümünün 1 saylı avtomobil dəstəsinə 8-ci dərəcəli avtomobil sürücüsü vəzifəsinə keçirilmiş, 31 iyul 2014-cü ilədək həmin peşədə işləmişdir. 01 avqust 2014-cü ildə ARDNŞ-nin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 1 saylı avtomobil dəstəsinə 8-ci dərəcəli avtomobil sürücüsü peşəsinə qəbul edilmiş, 27 yanvar 2015-ci ilədək həmin peşədə işləmiş, 27 noyabr 2017-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində 7-ci dərəcəli avtomobil sürücüsü peşəsinə təyin edilmiş, 11 dekabr 2017-ci il tarixdə 2 №li nəqliyyat sexinə 4-cü dərəcəli avtokran maşinisti peşəsinə keçirilmiş, 23 fevral 2018-ci il ildə Avtomobil dəstəsinə 6-cı dərəcə ilə avtokran maşinist vəzifəsinə keçirilmiş, 26 noyabr 2020-ci il tarixinədək həmin vəzifəsində işləmişdir - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 05 iyun 2015-ci il tarixli, AM-12/89 saylı arayışdan görünür ki, arayış, ünvan 4 ünvanda yaşayan İddiaçı ondan ötrü verilmişdir ki, həqiqətən o, 07 may 2003-cü il tarixdən 24 yanvar 2007-ci il tarixədək SOCAR-ın "Azərdənizneftinşaat" trestində avtokran maşinisti işləmiş və əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsini "a" bəndinə əsasən işdən azad olmuşdur. - SOCAR-ın Nəqliyyat İdarəsi tərəfindən verilmiş 03 iyun 2015-ci il tarixli, SOCAR/15-3500/05-37-000012 saylı arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən ARDNŞ-i Sİİ-nin Nəqliyyat İdarəsi 2 saylı avtomobil dəstəsinə 24.01.2007-ci il tarixindən (əmr №31/k 24 01.2007-ci il) 8-ci dərəcəli sürücü (avtokran) peşəsinə işə qəbul olunmuş, 31.07.2014-cü il tarixindən Azərbaycan Respublikası ƏM-nin 69.3 maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad olunub (əmr № 1506/k 31.07.2014-cü il tarixli). - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentinin 05 iyun 2015-ci il tarixli, ŞQ-12/26 saylı arayışdan görünür ki, arayış, İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən ARDNŞ Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində 01 08.2014-cü il tarixdən (əmr 131-k. 01.08.2014-cü il) 8-cı dərəcəli sürücü (avtokran) peşəsində işə qəbui olunmuşdur. 27.01.2015-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70 ç bəndinə əsasən işçi mülkiyyətçiyə maddi ziyan vurduğuna görə ləğv edilib, (əmr 88-k , 27.01.2015-ci il tarixli). Arayiş SOCAR-ın Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində saxlanılan T-2 şəxsi vərəqəyə əsasən yazılmışdır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08.04.2021-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayın həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlarda 07.05.2003-24.01.2007-ci il tarixləri arasındakı dövr ərzində SOCAR-ın "Azərdənizneftinşaat” trestində, 24.01.2007- 31.07.2014-cü il tarixləri arasındakı dövr ərzində Nəqliyyat İdarəsi 2 saylı avtomobil dəstəsində və 01.08.2014-27.01.2015-ci il tarixləri arasındakı dövr ərzində isə Nəqliyyat İdarəsi 2 saylı Texnoloji Nəqliyyat Departamentində avtokran maşinisti peşəsində işlədiyi qeyd olunmuşdur. Yuxarıda göstərilən iddiaçının işlədiyi avtokran maşinisti peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığı, bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanların nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İşin hallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı 57 yaşının tamam olduğu 27 fevral 2012-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehdən tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 08 aprel 2021-ci il tarixli, **********5 saylı məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda iddiaçının müvafiq dövrlərdə işlədiyi avtokran maşinisti peşəsinin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığı əsası ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 57 yaşdan, yəni 27.02.2012-ci il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyindən, onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi stajının olması məhkəmə tərəfindən araşdırılmış, həmin dövrdən sonrakı stajı hazırki mübahisə üzrə nəzərə alınmamışdır. Məhkəmə araşdırması nəticəsində işdə olan əmək kitabçası əsasında iddiaçının 01 iyul 2017-ci il tarixədək 25 ildən artıq ümumi əmək stajının olması öz təsdiqini tapsa da, lakin həmin ümumi stajın 12 il 06 aydan çox müddətinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı və 2 saylı Siyahılarda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin olunması üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuş hansı peşələr üzrə və nə qədər işləməsi (kod göstərilməklə) və ümumi güzəştli iş stajı barədə arayışlar “SOCAR”ın Baş ofisinin Mərkəzi Arxivindən sorğu əsasında tələb edilmişdir. Məhkəmə sorğusuna “SOCAR”ın Nəqliyyat İdarəsi tərəfindən verilən 10 noyabr 2021-ci il tarixli, SOCAR**********30020123X0000 saylı cavab məktubunda İddiaçı 2003- 2015-ci illər ərzində işlədiyi “Xəzərdənizneftqaztikinti” trestinin Tikinti Mexanikləşdirmə Filialı, “Azərdənizneftinşaat” trestinin Avtomobil Nəqliyyatı Xidməti üzrə Filialı, ARDNŞ Sİİnin Nəqliyyat İdarəsi, ARDNŞ Sİİ-nin Nəqliyyat Departamenti, ARDNŞ “Azneft” İB-nin Nəqliyyat Departamenti, ARDNŞ Nəqliyyat Departamenti, ARDNŞ Nəqliyyat İdarəsi, ARDNŞ Nəqliyyat idarəsinin 2 nömrəli Texnoloji Nəqliyyat Departamentinin arxiv sənədləri SOCAR Nəqliyyat İdarəsinin Arxivinə təhvil verildiyi, lakin qeyd olunan illər ərzində İddiaçı işlədiyi kran maşinisti, avtokran sürücüsü, sürücü və avtomobil sürücüsü peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 və 2 saylı Siyahılarda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuş peşələrə aid olmadığı, qeyd olunanlara əsasən Nəqliyyat İdarəsi tərəfindən İddiaçı güzəştli iş stajı barədə arayışın verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Məktuba iddiaçının işlədiyi peşələrə dair arxiv arayışı da qoşma olaraq təqdim edilmişdir. Qeyd olunan arxiv arayışından görünür ki, iddiaçı 25 iyul 1995-ci il tarixdən X6 İB-nin X7 İdarəsinin nəqliyyat sexinə 5-ci dərəcəli sürücü peşəsinə təyin edilmiş, 01 fevral 1996-cı il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 36-1-ci maddəsinə əsasən işdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı “SOCAR”ın Nəqliyyat İdarəsi tərəfindən verilən 12 noyabr 2021-ci il tarixli, № S0CAR**********30020123X00060 saylı digər cavab məktubundan görünür ki, İddiaçı 12.02.1996-cı il tarixində 6/k nömrəli əmrə əsasən Dənizdə Neft və X2 Bakı Texnoloji Nəqliyyat İdarəsinə avto kran sürücüsü peşəsinə qəbul edilmişdir. İddiaçı - 03.06.2002-ci il tarixli 23/k nömrəli əmrə əsasən Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən tutduğu peşədən işdən azad edilmişdir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: 25.08.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: 12.10.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir. Məktubda həmçinin qeyd olunmuşdur ki, İddiaçı işlədiyi peşə (avto kran sürücüsü) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (hal- hazırda qüvvədən düşmüş) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. İddiaçı 09 fevral 1977-ci il tarixdən 03 aprel 1986-cı il tarixinədək Şəki rayonu Telman adına kolxozda traktorçu və sürücü peşəsində, 06 may 1986-cı il tarixdən 16 may 1992-ci il tarixinədək Belarus Respublikasının Bobruysk şəhərində 186 saylı Mexanikləşdirilmiş Tikinti Kombinatında avtokran maşinisti peşəsində, 25 may 1992-ci il tarixdən 15 mart 1995-ci il tarixinədək “Azəristilikeneıjiquraşdırma trestində avtokrançı və sürücü peşələrində, 25 iyul 1995-ci il tarixdən 01 fevral 1996-cı il tarixinədək ARDNŞ-nin X11 Çıxarma İB-nin X7 İdarəsində sürücü, 12 fevral 1996-cı il tarixdən 03 iyun 2002-ci il tarixinədək Bakı Neft və Qaz çıxarma üzrə Texnoloji Nəqliyyat İB-də avtokran maşinisti, 04 iyun 2002-ci il tarixdən 03 iyun 2003-cü il tarixinədək “Xəzərdənizneftqaztikinti” tresrində kran maşinisti, 07 may 2003-cü il tarixdən 22 yanvar 2007-ci il tarixinədək “Azərdənizneftinşaat” trestinin Avtomobil Nəqliyyatı Xidməti üzrə Filialında avtokran maşinisti, 24 yanvar 2007-ci il tarixdən 01 fevral 2014-cü il tarixinədək ARDNŞ-nin Nəqliyyat İdarəsində avtokran sürücüsü, 01 fevral 2014-cü il tarixdən 27 yanvar 2015-ci il tarixinədək ARDNŞ-nin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü, 27 noyabr 2017-ci il tarixdən 26 noyabr 2020-ci il tarixinədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində avtokran sürücüsü vəzifəsində işlədiyini qeyd edərək, işlədiyi peşənin güzəştli iş stajı verən peşələrə aid olmasını göstərsə də, lakin buna dair güzəştli arayışları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli Əlavəsinin 2.4.1-ci bəndinə görə müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. O cümlədən məhkəmə qeyd edir ki, məhkəmə təcrübəsi üzrə artıq formalaşmış yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (işin xarakteri barədə güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Buna görə də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” iddiaçının 2003-2007-ci illər ərzində “Azərdənizneftinşaat” trestinin Avtomobil Nəqliyyatı Xidmətində avtokran maşinisti, 2007- 2014-cü illər ərzində ARDNŞ-nin Nəqliyyat İdarəsində avtokran sürücüsü, 2014- 2015-ci il ərzində ARDNŞ-nin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü kimi işlədiyi peşəsi araşdırılıb təhlil edilmiş, lakin istinad olunan hər iki siyahıda öz əksini tapan peşələrin iddiaçının işlədiyi kran maşinisti peşəsi ilə hər hansı uyğunluğunun olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahısının “Metallurgiya istehsalı (qara metallar)” adlı İİİ bölməsinin (kod: ********) Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması (kod ********) yarımbölməsinin “a” yarımbəndinə əsasən kran maşinistləri (krançılar) (kod 2040200a—13790) və metallurgiya istehsalatının kran maşinistlərinin (2040200a—13792) işlədiyi iş güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına hesablanır. Göründüyü kimi burada yalnız metallurgiya istehsalının kran maşinistlərinin işlədiyi peşələr güzəştli əmək stajına hesablanır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlı 10-cu bölməsinin “Neft, qaz və qaz kondensatının hasilatı” adlı 10.2-ci bəndinin “a” yarımbəndində “qaldırıcıların maşinistləri” peşəsində işlədiyinə istinad edərək, onun həmin dövrlərdə işlədiyi illərin güzəştli iş stajına hesablanmalı olmasını göstərmişdir. Halbuki “SOCAR”ın Nəqliyyat İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının 2003-2015-ci illər ərzində işlədiyi kran maşinisti, avtokran sürücüsü peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 və 2 saylı Siyahılarda nəzərdə tutulan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas olan əmək pensiyası hüququ verən peşələrin siyahısında nəzərdə tutulmamıdığı qeyd olunmuşdur. Belə olan halda iddiaçının kran maşinisti, avtokran sürücüsü peşəsi üzrə işlədiyi sadalanan illəri güzəştli iş stajına hesablana bilməz. Beləliklə, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq olaraq, həmçinin 57 yaşı tamam olan 27 fevral 2012-ci il tarixədək, eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə 01 iyul 2017-ci il tarixinədək edilən dəyişikliyə qədər iddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün müəyyən edilmiş 25 il ümumi iş stajını toplasa da, lakin həmin stajın 12 il 6 ayı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olmadığından, cavabdeh tərəfindən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-927/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-927/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver