Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9275/2022 27.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin, yaşayış sahəsi 16,7 kv.metr olan 1 otaqlı 179 saylı mənzilinin onun adına ilkin hüquqi qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın verilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının “Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(006)-4489/2017 saylı qətnaməsinin icra edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 171 saylı sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin, yaşayış sahəsi 16,7 kv.metr olan 1 otaqlı 179 saylı mənzilinin icarə (kirayə) müqaviləsi İddiaçı adına bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin 179 saylı mənzilində 1991-ci ildən yaşayır və həmin mənzilə sahiblik həyata keçirir. Göstərilən mənzildə yaşamaqla bütün kommunal xərclərini ödəyir, vaxtlı-vaxtında həmin mənzildə təmir işlərini öz vəsaiti hesabına aparmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə xx.xx.2022-ci il tarixli, **********84 saylı cavab məktubu ilə imtina olunmuşdur. Bununla da mənzilə dair sahiblik və sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Qanunvericilik aktlarının müddəalarının işin faktiki hallarına tətbiq edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, dövlət yaşayış fonduna aid 15 saylı evin 179 saylı mənzilinə dair iddiaçı ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi 2017-ci ildə bağlansa da, mənzil münasibətləri xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyindən, həmin mənzil Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinin tətbiq dairəsinə düşmür. Belə ki, o, xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxsdir. Belə olan halda Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin 179 saylı mənzilinə mülkiyyət hüquqları yarandığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 10-cu maddələrinə əsasən onun hüquqları qeydiyyata alınmalıdır. Odur ki, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Hesab edir ki, iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 saylı evin 179 saylı mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2022-ci il tarixində İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı evin, 179 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçının əlavə etdiyi qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 171 saylı sərəncamı xx.xx.2017-ci il tarixdə verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********84 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, müvafiq daşınmaz əmlaka yerli baxış zamanı məlum olmuşdur ki, mənzilin faktiki sahəsinin ölçüsü 32,6 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4489/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən 15 saylı evin 179 saylı mənzilinə istifadə hüquqlarının tanınması və İddiaçı ilə həmin mənzil icarə müqaviləsinin bağlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamından görünür ki, vətəndaş İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək uzun müddət yaşadığı Nəsimi rayonu H.B.Əliyev küçəsi 15 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,7 kv.m olan 179 №-li mənzilinə hüquqlarının tanınması və onunla mənzil icarə müqaviləsi bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayonu H.B.Əliyev küçəsi 15 №li evin 179 №-li mənzilinin keçmiş icarədarı X2muş və o, 1991-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Nəsimi Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2(006)-4489/2017 №-li qətnaməsi ilə vətəndaş İddiaçı iddiasını təmin etmişdir. Nəsimi Rayon Məhkəməsinin sözügedən qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2017-ci il tarixli, 2(006)-4489/2017 №-li məktubla icra edilməsi üçün Nəsimi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 4489/2017 №-li qətnaməsinə əsasən: 1. Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 №-li evin 1 otaqlı yaşayış sahəsi 16,7 kv.m olan 179 №-li mənzilinin icarə müqaviləsi İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi, 2. 51 saylı MKİS-də vətəndaş İddiaçı adına 1 nəfər ailə tərkibi ilə (özü) şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 597 nömrəli arayışına əsasən 0619 nömrəli şəxsi maliyyə haqq-hesabı xx.xx.2017-ci ildə açılmışdır. İddiaçı həqiqətən 2-ci mkr., H.B.Əliyev küçəsi, 15 nömrəli 5 mərtəbəli evin 5-ci mərtəbəsində 16,7 kv.m sahəsi olan 1 otaqlı 179 nömrəli mənzilində yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı - özü (xx.xx.1951), qeydiyyata alındığı vaxt xx.xx.2018-ci il. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 6/706 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, 15 nömrəli evin 179 nömrəli mənzilinə dair Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 171 nömrəli, 23 iyun 2017-ci il tarixli sərəncamının verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətindən görünür ki: - Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 071676 nömrəli orderinə əsasən X5 Bakı şəhəri, H.B.Əliyev küçəsi, 15 nömrəli evin 1 otaqlı, 16,70 kv.m sahəsi olan 179 nömrəli mənzili verilmişdir. - 51 saylı MKİS tərəfindən X3 adına açılmış 0620 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, 2-ci mkr., H.B.Əliyev küçəsi, ev 15, 179 nömrəli mənzilin sahəsi 16,7 kv.m, köməkçi sahəsi 28,5 kv.m-dir. Mənzildə X6- özü (1948) xx.xx.1986-cı ildə qeydiyyata alınıb, xx.xx.1991-ci ildə qeydiyyatdan çıxıb. - Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2017-ci il tarixli, 232 nömrəli arayışına əsasən X6 (1948-ci il) həqiqətən 2-ci mkr., H.B.Əliyev küçəsi, 15 nömrəli evin 179 nömrəli mənzilində xx.xx.1986-cı ildən tək qeydiyyatda olub, xx.xx.1991-ci ildən qeydiyyatdan çıxıb. - AZE seriyalı 04812329 nömrəli, xx.xx.2005-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1951-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 51 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 646 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev, 15 saylı yaşayış binası Nəsimi rayon MKTB-nin balansındadır. Qeyd olunan bina 1964-cü ildə tikilmiş, 12 girişdən, 180 mənzildən ibarətdir. 51 saylı MKİS-də əldə olan sənədlərdən (forma B) göründüyü kimi qeyd olunan evin 179 saylı mənzilinə 30 sentyabr 1986-cı ildə X6 qeydiyyata düşmüş və 10 oktyabr 1991-ci il tarixdə qeydiyyatdan çıxmışdır. Hal-hazırda H.B.Əliyev, 15 saylı evin 179 saylı mənzilində vətəndaş İddiaçı yaşayır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 082-25697- 1222 nömrəli məktubunda bildirilmişdir ki, bildirişdə adı qeyd olunan şəxsin qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli Q 36-001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********84 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı evin, 179 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, ərizənizə əlavə etdiyiniz qeyd olunan mənzilə dair Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 171 saylı sərəncamı xx.xx.2017-ci il tarixdə verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 15 saylı evin, 179 saylı mənzilinin istifadəsində olduğunu, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 171 saylı sərəncamı ilə həmin mənzilin icarə (kirayə) müqaviləsinin onun adına bağlandığını əsas götürərək mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciət təmin olunmadığından hazırkı iddia ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. -146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. -146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. -146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İddiaçı hazırkı iddia üzrə mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olubolmadığının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev, 15 saylı, evin 179 saylı mənzili Bakı şəhər X7 İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli, 071676 nömrəli orderinə əsasən X3 istifadəsinə verilmiş, onun adına 0620 nömrəli mənzilin şəxsi hesab vərəqəsi açılmış, xx.xx.1986-cı ildə qeydiyyata düşmüş, xx.xx.1991-ci ildə qeydiyyatdan çıxmışdır. Sözügedən mənzil hazırda Nəsimi rayon MKTB-nin balansındadır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixdə qəbul etdiyi 2(006)- 4489/2017 nömrəli qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə istifadə hüquqları tanınmış, iddiaçı ilə mənzil icarə müqaviləsinin bağlanılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 171 nömrəli sərəncamı ilə iddiaçının həmin mənzilə kirayə müqaviləsinin bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi və onun adına şəxsi hesab vərəqəsinin açılması qərara alınmışdır. Bundan sonra iddiaçı sözügedən ünvana xx.xx.2018-ci il tarixdə yaşayış yeri üzrə pasport qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ yaranmamışdır. İddiaçının 2017-ci ildə yerli icra hakimiyyətinin sərəncamı ilə mənzilin kirayəçisi hesab edilməsi onun sözügedən mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsini istisna edir. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (xx.xx.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsi, order, sərəncam olmamış, iddiaçının adına yalnız 2017-ci ildə şəxsi hesab vərəqəsi açılmış, həmin tarixdə mənzilə dair kirayə müqaviləsi bağlanmaqla mənzilin kirayəçisi hesab edilmiş, həmin mənzilə yalnız 2018-ci ildən pasport qeydiyyatına düşmüşdür. Hazırki iddia tələbinə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli Qanunun normaları tətbiq edilə bilməz, belə ki, iddiaçı müvafiq mənzilin iddia etdiyi 1991-ci ildə onun istifadəsinə hansı əsasla verildiyini sübuta yetirməmiş, bununla bağlı mənzilə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamı 2017-ci ildə, yəni 2009-cu ilin oktyabrın 1-dən Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilmişdir ki, yeni Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələrinin mülkiyyətə deyil, yalnız istifadəyə verilməsi nəzərdə tutulmuş və bu da Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunla nəzərdə tutulmuş mənzili xüsusi mülkiyyətə özəlləşdirmək hüququnu istisna edir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə yeni Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindiyi 2009-cu il oktyabrın 1-dək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Beləliklə, dövlət mənzil fondunda olan mənzil iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən sonra verildiyindən həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, 12 iyul 2019-cu il tarixdə Mənzil Məcəlləsinə əlavə edilmiş 146.4-cü maddəyə əsasən, dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Mənzil Məcəlləsinin 146.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti həyata keçirir və Prezident tərəfindən rayon icra hakimiyyətinin başçılarına dövlət mənzil fondunun Mənzil Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin özəlləşdirilməsinə yol verməsi barədə səlahiyyət verməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini məhkəməyə təqdim etməmiş, beləliklə, cavabdehin mülkiyyət hüququnun qeydiyyatından imtinası qanuni və əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-9275/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9275/2022
27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver