Məhkəmə qərarları › İş №2-1(112)-9276/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9276/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9276/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin inzibati orqanın (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialın) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı 60 yaşının tamam olduğunu nəzərə alaraq xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmişdir. Lakin cavabdeh qurum əsassız olaraq imtina vermişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarım bölməsinin (27.5) Tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, mütəxəssisləri yarımbəndində (b) isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinin nəzərdə tutulması qeyd olunmuşdur. Eyni zamanda imtina məktubunda Fondun mərkəzi filialına təqdim etdiyi “Europan TOBACCO-BAKU“ ASC-nin xx.xx.2024-cü il tarixli 92 və 93 saylı arayışlarında xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrini tutduğu bildirilmişdir və Arayışda qeyd olunmuş tənzimləşdirici maşinisti şagirdi və fəhlə vəzifələri yuxarıda qeyd olunan papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri vəzifəsinə, operator, mexanik, mexanik-operator vəzifələrinin isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinə uyğun olmaması bildirilmişdir. Bunlara əsaslanaraq güzəştli iş stajının 12 il 6 aydan az (5 il 2 ay 4 gün (xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı) dövrü təşkil etdiyi bildirilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyinin tələbləri baxımından mümkün olmaması bildirilmişdir. Cavabdehin imtinasına əsassızdır. “X6” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş vəkil sorğusunda İddiaçı hansı müddətlərdə hansı vəzifələrdə və tutmuş olduğu vəzifələrin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən hansı zərərli sahəyə uyğun olması və həmin vəzifələrin təlimatı barədə məlumat verilməsi istənilmişdir. "xxxx" ASC-nin 92 saylı, xx.xx.2024-cü il tarixli və “X3” MMC-nin HR/133 saylı, xx.xx.2024-cü il tarixli arxiv fondu sənədlərinə əsasən təqdim etmiş olduğu Arayışlarda xx.xx.1990-cı il tarixli, 142-L saylı əmrlə 6 aylıq sınaq müddəti ilə 1 nömrəli Siqaret sexinə tənzimləşdirici, maşinistin şagirdi vəzifəsinə qəbul edilməyi qeyd olunmuşdur. Daha sonra xx.xx.1991 -ci il tarixli, 59 saylı Əmrlə 5-ci dərəcəli tənzimləşdirici maşinist vəzifəsinə təyin edilmişəm. xx.xx.1998-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə, 159 ş/h saylı əmrlə 3 aylıq sınaq müddəti ilə siqaret sexinə fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixli, 70-ş/h saylı əmrlə Siqaret sexinə operator vəzifəsinə keçirilmişəm. xx.xx.2009-cu il tarixli 92ş/h saylı əmrlə Siqaret sexinə mexanik operator, 01.11,2016-ci il tarixli 121 -ş/h saylı əmrlə siqaret sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişim ilə işdən azad edilmişdir. Sonra xx.xx.2017-ci il tarixində, 322/ş saylı əmrlə 3 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli, 101 ş/h saylı əmrlə 3 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik-operator vəzifəsinə keçirilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli 119 ş/h saylı əmrlə 1 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilib, elə həmin gün yenidən 73/Q saylı əmrlə “X3” MMC-yə mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci tarixli, 123-Q saylı X7 İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli 361 saylı Əmrlə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. Hal-hazıradək həmin vəzifədə işləyir. European Tobacco-Baku ASC-nin xx.xx.2024-cü il tarixli, 92 saylı Arayışından da göründüyü kimi xx.xx.1990-xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000xx.xx.2002 (1il 5 ay 21 gün), xx.xx.2002-xx.xx.2009 (7 il 2 ay) ümumilikdə 01.01 2006-cı il tarixədək 12 11 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur X3 MMC-nin xx.xx.2021-xx.xx.2024 (2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajının olması göstərilmişdir. Arayışlarda göründüyü kimi iddiaçının zərərli sahələrdə iş stajı 15 ildən artıq, ümumilikdə stajı 32 ildən artıq olması göstərilmişdir. Eyni zamanda X1 vəkil sorğusuna cavab olaraq Xəzər Konsaltinq vəkil bürosuna göndərmiş olduğu M/291 saylı xx.xx.2024-cü il tarixli və 93 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda onun işlədiyi siqaret sexində mexanik vəzifəsnin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğun gəlməsi göstərilmişdir. Həmçinin qeyd edilən qərarın 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə mexanik vəzifəsinə: tütün, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aid olması göstərilmişdir. Həmçinin müəssisənin siqaret sexində işlədiyi tənzimləşdirici maşinistin şagirdi, tənzimləşdirici maşinist maşinist, fəhlə, operator, mexanik operator və mexanik vəzifələrinin “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinifinin a) yarımbölməsinə (fəhlələr) və b) yarımbölməsinə (mütəxəssislər) uyğun olması göstərilib. Həmçinin qeyd edilən qərarın a) yarımbölməsi üzrə (fəhlələr) fəhlə və tənzimləşdirici maşinist, tənzimləşdirici maşinistin şagirdi vəzifəsinə: papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınların maşinistləri və tənzimləşdirici maşinist, 27.5.1-ci bölməsinin b) yarımbölməsi üzrə isə operator, mexanik operator və mexanik vəzifəsinə: tütün, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar olması qeyd edilmişdir. Hazırda qeyd edilmişdir ki, iddiaçı qanunvericiliyin ona tanıdığı imkanlar nəticəsində yaranmış hüququndan istifadə edir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı bütün zəruri sənədləri təqdim etməklə yanaşı mübahisələndirilən hüququ tam yaranmışdır. Belə ki, siqaret sexində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) və b) yarım bölməsinə uyğun gəlməsi X1 M/291 saylı xx.xx.2024 cü il tarixli və 93 saylı xx.xx.2024 cü il tarixli cavab məktublarındada öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh qurum imtinanı əsassız verməsi ilə yanaşı qanunvericiliyin tələblərinidə pozmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ olduğu halda cavabdeh qurum müxtəlif bəhanələr gətirməklə əsassız imtina etmişdir.

4. Cavabdeh orqanın iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05 iyul 2023-cü il tarixli 3-17-1/2-Y-150015/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 12 mart 2024cü il tarixində daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X4 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarım bölməsinin (27.5) Tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, mütəxəssislər yarımbəndində (b) isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2024-cü il tarixli 92 və 93 nömrəli arayışlarında xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021 -ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi tənzimləşdirici maşinisti şagirdi və fəhlə vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri vəzifəsinə, operator, mexanik, mexanik-operator vəzifələri isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 4 gün (xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-83481/2024 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Əvvəlcə bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. İkinci sərt: İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı 01 yanvar 2006-ci il tarixədək ümumi is stajı 25 ildən azdır. Üçüncü sərt: İddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı müəssisə tərəfindən təqdim edilmiş arayışda əks olunub. Qeyd olunan arayışa əsasən iddiaçının 01 yanvar 2006-ci il tarixədək güzəştli is stajı 12 il 06 aydan azdır. Göründüyü kimi qanunla tələb olunan sərtlər ödənilmir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yas həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır islərdə işlədikdə. Birinci sərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’mn yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarım bölməsinin (27.5) Tütün istehsalı bəndinin (27.5.1) • fəhlələr yarımbəndində (a) papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, • mütəxəssislər yarımbəndində (b) isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi "Europan TOBACCO-BAKU” ASC-nin xx.xx.2024-cü il tarixli 92 və 93 nömrəli arayışlarında xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2017- ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, tənzimləşdirici maşinisti şagirdi və fəhlə vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri vəzifəsinə, operator, mexanik, mexanik-operator vəzifələri isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 4 gün (xx.xx.1991- xx.xx.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixinə ona münasibətdə 48960,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 44735,36 manat təşkil edirdi. Əlavə olaraq bildirilmişdir ki, “X3” MMC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli HR/133 nömrəli arayışında adıçəkilən şəxsin işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda nəzərdə tutulan hansı sahə və vəzifəyə aid olmasına dair məlumatlar əks olunmamışdır.

7. Azərbaycan SSR X8 Təhsili Komitəsi tərəfindən verilmiş A № 756687 diplomuna əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona üçüncü dərəcə elektrik qaynaqçısı ixtisası verilmişdir.

8. İş materiallarına əlavə edilmiş ******* nömrəli hərbi biletə əsasən xx.xx.1981-ci il tarixdən – xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

9. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 92 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990- xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000xx.xx.2002 (1 il 5ay 21 gün), xx.xx.2002-xx.xx.2009 ( 7 il 2 ay) ümumilikdə xx.xx.2006-cı il tarixədək 12 il 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur.

10. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçının nümayəndəsinə (vəkili) ünvanlanmış 93 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı müəssisənin siqaret sexində işlədiyi tənzimləşdirici maşinistin şagirdi, tənzimləşdirici maşinist, fəhlə, operator, mexanik operator və mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) varım bölməsinə (fəhlələr) və b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. Həmçinin bildirilmişdir ki, qeyd edilən qərarın 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə (fəhlələr) fəhlə və tənzimləşdirici maşinist, tənzimləşdirici maşinistin şagirdi vəzifəsinə: papiros-siqaretin mexanikiləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri və tənzimləşdirici maşinist, 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə isə operator, mexanik operator və mexanik vəzifəsinə: tütün,papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir.

11. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin HR/133 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021 — xx.xx.2024 (2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajı mövcuddur.

12. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının nümayəndəsinə (vəkili) ünvanlanmış M/291 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müəssisəmizin siqaret sexində işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı ''Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. Həmçinin bildirilmişdir ki, qeyd edilən qərarın 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə mexanik vəzifəsinə: tütün,papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir.

13. İddiaçı məxsus əmək kitabçası iş materiallarına əlavə olunmuşdur.

14. Məhkəmənin şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

15. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi və iddiaçının 57 yaşından əmək pensiyasının təyin edilməsi üçün hüququnun yaranmadığını bildirmişdir.

II. İddianın növü və mümkünlüyü

16. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

19. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

20. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyin olunmasına dair Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

21. Cavabdeh orqan iddiaçının kifayət qədər iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, İddiaçı 01 yanvar 2006-ci il tarixədək ümumi iş stajının 25 ildən və güzəştli iş stajının 12 il 06 aydan az olduğunu inzibati orqan həm güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda, həm də etirazda qeyd etmişdir.

22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan SSR X8 Təhsili Komitəsi tərəfindən verilmiş A № 756687 diplomuna əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İmtahan komissiyasının qərarı ilə ona üçüncü dərəcə elektrik qaynaqçısı ixtisası verilmişdir. İş materiallarına əlavə edilmiş ******* nömrəli hərbi biletə əsasən xx.xx.1981-ci il tarixdən – xx.xx.1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

23. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2022-ci il tarixədək 34 il, 3 ay ümumi iş stajı mövcuddur.

24. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki: - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 92 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990- xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000xx.xx.2002 (1 il 5ay 21 gün), xx.xx.2002-xx.xx.2009 ( 7 il 2 ay) ümumilikdə xx.xx.2006-cı il tarixədək 12 il 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçının nümayəndəsinə (vəkili) ünvanlanmış 93 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı müəssisənin siqaret sexində işlədiyi tənzimləşdirici maşinistin şagirdi, tənzimləşdirici maşinist, fəhlə, operator, mexanik operator və mexanik vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) yarım bölməsinə (fəhlələr) və b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. Həmçinin bildirilmişdir ki, qeyd edilən qərarın 27.5.1-ci bölməsinin a) yarım bölməsi üzrə (fəhlələr) fəhlə və tənzimləşdirici maşinist, tənzimləşdirici maşinistin şagirdi vəzifəsinə: papiros-siqaretin mexanikiləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri və tənzimləşdirici maşinist, 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə isə operator, mexanik operator və mexanik vəzifəsinə: tütün,papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. - “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin HR/133 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021 — xx.xx.2024 ( 2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajı mövcuddur. - “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçının nümayəndəsinə (vəkili) ünvanlanmış M/291 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müəssisəmizin siqaret sexində işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı ''Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. Həmçinin bildirilmişdir ki, qeyd edilən qərarın 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə mexanik vəzifəsinə: tütün,papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir.

25. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

26. Odur ki, məhkəmə qeyd edir ki, işəgötürən güzəştli arayışda güzəştli şərtlərlə iş şəraitində çalışdığını təsdiq etmişdir.

11. "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı: 27.5.1. Tütün istehsalı a) fəhlələr: tütün üzrə kupajçılar pnevmatik qurğu maşinistləri papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri tənzimləşdirici maşinistlər tütünkəsən maşın maşinistləri tütün keşinin presləyiciləri tütünyumşaldanlar tütün yarpaqlarını düzənlər tütünü çəkib bükənlər tütün çeşidləyiciləri tütün quruducuları istehsalat binalarının yığışdırıcıları avadanlığın təmizləyiciləri b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar

12. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək azı 16 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Lakin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən qeyd edilən tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərli pensiya kapitalının mövcudluğu zərurdir.

13. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən qeyd edilən tarixə iddiaçının 60 yaşı tamam olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixindən təyin olunmalıdır.

14. İddiaçının əmək şəraiti zərərli işlərdə stajı cavabdeh qurum tərəfindən mübahisələndirildiyindən məhkəmə əlavə olaraq xx.xx.2022-ci il tarixdən pensiya təyini ilə bağlı müraciətin olunmasını zəruri hesab etmir.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

16. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

17. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

18. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

19. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar