Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9286/2021 19.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Musayeva Günayın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına qarşı “tibbi rəyin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 025003AAF6M saylı göndəriş üzrə barəsində tibbi rəyin verilməsi vəzifəsinin qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 01.03.2011-ci il ildən ürəyin atelerosklerotik və kardioskleroz xəstəliyindən əziyyət çəkir. Əlilliyinin müddətinin qurtarmasına görə iddiaçının əlliyinə yenidən baxılması zərurəti yaranmışdır. Bu məqsədlə Daşkəsən rayon Mərkəzi Xəstəxanasının iddiaçıya məxsus göndərişində bütün bu qeyd edilənlər göstərilmişdir. Bu bir daha onu sübut edir ki, iddiaçının göndərişindən imtina edilməsinin heç bir əsası yoxdur. Bu səbəbdən cavabdehin üzərinə iddiaçıya verilmiş 0250003AAF6M nömrəli göndəriş üzrə iddiaçını müayinədən keçirmək vəzifəsi qoyulmalıdır.
3. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya hüquqi yardım məktubu göndərmiş, iddia ərizəsinin formal tələblərə uyğunlaşdırılmaqla iddia tələbinə cavab verməli olan şəxsin (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) və iddia tələbinin əlillik dərəcəsinin təyini vəzifəsinin qoyulması kimi dəqiqləşdirilməsini təklif etmiş, buna görə müddət müəyyən etmiş, iddia ərizəsinin forma və məzmununun uyğunlaşdırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyini izah etmişdir.
4. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cəlb edilməsini xahiş etmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iddiaçı iştirak etməmişdir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə etiraz təqdim edərək bildirir ki, İddiaçı əlillik vəziyyətinə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının 22.01.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ24 - Ürəyin kəskin işemik xəstəliklərinin digər formaları => İ24.8 - Ürəyin kəskin işemik xəstəliyinin digər f...; Diaqnozun mətni: ÜİX- yi.Sol mədəciyin önyan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2ÜİX- yi.Sol mədəciyin önyan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının 29.01.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ24 - Ürəyin kəskin işemik xəstəliklərinin digər formaları => İ24.8 - Ürəyin kəskin işemik xəstəliyinin digər f...; Diaqnozun mətni: ÜlXyi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2ÜİX-yi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının 28.01.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ24 - Ürəyin kəskin işemik xəstəliklərinin digər formaları => İ24.8 - Ürəyin kəskin işemik xəstəliyinin digər f...; Diaqnozun mətni: ÜİXyi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2ÜİX-yi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının 30.01.2015-ci il tarixli 0250003AAA3Q saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ24 - Ürəyin kəskin işemik xəstəliklərinin digər formaları => İ24.8 - Ürəyin kəskin işemik xəstəliyinin digər f...; Diaqnozun mətni: ÜİX-yi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2ÜİX-yi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 01.02.2016-cı il tarixli 0250003AAA3Q saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ24 - Ürəyin kəskin işemik xəstəliklərinin digər formaları => İ24.8 - Ürəyin kəskin işemik xəstəliyinin digər f...; Diaqnozun mətni: ÜİXyi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2ÜİX-yi.Sol mədəciyin ön-yan divarının miokard infarktdan sonrakı kardioskleroz aparılmış əməliyyatdan sonrakı vəz.QDÇ-ll dər.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının 01.02.2021-ci il tarixli 0250003AAF6M saylı göndərişi əsasında baxılmış və “X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Sol mədəciyin ön divarının Q dişli miokard infarktı. İnfarktdan sonrakı kardioskleroz(2013) Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamzlığı İV Fs( NYHA) Ağırlaşma İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Mədəcik ekstasistoliyası( laun 2).MÇ-İİ dərəcə.AÇ-l dərəcə Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertoniya İİ mərhələ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinələr ,əsasən EKQ ürək xəstəliyin fəsadlarını əks etdirmir.” səbəbi ilə imtina verilmişdir. Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının 27.05.2021-ci il tarixli 0250003AAGS1 saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: Əsas diaqnoz 125.1 Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Sol mədəciyin ön divarının Q dişli miokard infarktı.İnfarktdan sonrakı kardioskleroz(2013) Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamzlığı İV Fs( NYHA) Ağırlaşma İ49.4 Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Mədəcik ekstasistoliyası( laun 2).MÇ-İİ dərəcə.AÇ-l dərəcə Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertoniya İİ mərhələ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin diaqnozu düzgün tərtib olunmayıb öncəki və hazırki f 88 uyöunsuzluq qeyd olunur xəstənin müayinələri və funksional pozğunluğu dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdehin nümayəndəsi bütün bu qeyd edilənlər nəzərə alınaraq iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın deyil və iddia lazımi qaydada qaldırılmayıb. İddiaçı iddia tələbində cavabdeh qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasını qoymaqla tibbi rəyin verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım məktubu ünvanlayaraq cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinin qoyulmasını və iddia tələbinin əlillik dərəcəsinin təyin olunması kimi dəqiqləşdirilməsini (dəyişdirilməsini) təklif etmişdir.
9. İddiaçı məhkəməyə müraciətində cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinin qoyulmasını xahiş etsə də, iddia tələbini əlilliyin təyin edilməsi olaraq dəyişdirməmişdir. Məhkəmə qeyd edi edir ki, həmin tələblə iddiaçı öz məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva