Məhkəmə qərarları › İş №2-1(112)-93/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-93/2025

07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-93/2025 07.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikilinin əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti. 1.İddiaçı Cavabdeh qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus yaşayış evində qanunvericiliyin tələbləri pozularaq edilən rekonstruksiya işlərinin dayandırılaraq tikintinin əvvəlki vəziyyətə qaytarılması barədə öhdəliyin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əliyev X2 rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin 38 saylı 2 otaqlı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir.İddiaçı tərəfindən müraciətə xx.xx.2021-ci il tarixli cavab məktubu ilə cavabdehə bildirilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı yenidənqurma işləri ilə bağlı məsələyə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq layihə, müvafiq rəylər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verildikdən sonra baxılacaqdır.Lakin Cavabdeh müvafiq icazə sənədlərini almadan binanın birinci mərtəbəsində yerləşən mənzildə özbaşına yenidənqurma işləri aparmış, qəsəbənin mərkəzi yoluna açılan mənzilin iki pəncərəsini sökərək qapı açmış və metal jalüz qapılar qoymuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya etirazın təqdim edilməsinin tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. İİ.İddianın növü və mümkünlüyü 4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmişdir, cavabdeh müraciətini təmin etməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 6.İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək çıxışında göstərimişdir ki,qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir, iddiaçının razılığı əsasında orada təmir işləri aparmışdır.Ondan başqa da digər qonşuların da çıxışları vardır. Kommunal ödənişləri də qeyri-yaşayış sahəsi kimi ödəyir və vergi orqanında əmlak qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. 8.İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 3 ünvanında yerləşən 38 saylı mənzilə Cavabdeh mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********28-05101-093031 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli texniki pasporta əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 3 ünvanında yerləşən 38 saylı mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 42,20 kv.metrdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-184/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı 38 saylı mənzildə özbaşına aparılmış yaşayış sahəsinin yenidən qurulmasının razılaşdırılması və yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. Həmin işə baxan zaman məhkəmə müəyyən etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan 38 saylı mənzildə qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün həyata keçirdiyi yenidənqurmaların tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş xx.xx.2022-ci il tarixli, 2-1(112)-5532/2022 nömrəli inzibati iş üzrə qərardadı ilə təyin edilmiş mühəndis-texniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/441 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı, 38 saylı mənzilə gediş-gəliş layihə üzrə pilləkən qəfəsindən olduğunu nəzərə alaraq, həmin mənzilə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün deyildir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilən sahənin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 38 saylı mənzilinin tərkib hissəsi olduğu müəyyən edilir. Tədqiq olunan 38 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə əsasən aparılmalıdır. Belə ki, (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. İddiaçı Cavabdeh tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən, 3 saylı evin, 38 saylı mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün aparılan yenidənqurma və (və ya) yenidən planlaşdırma işlərinə dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından, həmin mənzil üzrə aparılmış tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı müəyyən edilir. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün 38 saylı mənzildə aparılmış yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmamasının müəyyən olunması tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, eləcə də hüquqi xarakterli olduğundan, bu məsələ üzrə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, 38 saylı mənzildə aparılmış yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradıb-yaratmamasını müəyyən edilməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli mənzildə müayinə tədqiqat işləri aparıldıqdan sonra müəyyən oluna bilər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, 3 saylı evin, 38 saylı mənzili üzrə xarici yükdaşıyan divarda mövcud olan pəncərə yeri genişləndirilərək qapı boşluğu açıldığını nəzərə alaraq, binanın xarici görünüşünə dəyişilik edildiyi müəyyən edilmişdir. Eləcə də 38 saylı mənzildən qapı boşluğunun açılmasına dair hər hansı icazə sənədi olmadığından, həmin qapı boşluğunun açılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı müəyyən edilir.” Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna, İddiaçı cavabdehə ünvanlanmış 3/184 nömrəli, xx.xx.2022-ci il tarixli, 3/197 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarına əsasən iddiaçıdan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması tələb edilmişdir. Eyni zamanda cavabdeh məhkəməyə İddiaçınə ünvanlanmış ərizəsini, iddiaçının cavab məktubunu, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, MXMT(112)-214/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2021-ci il tarixli məktubunu, 2 ədəd fotoşəkili, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 3 ünvanında yerləşən 38 saylı mənzildə bərbərxana və gözəllik salonu növündə vergi ödəyicisinin qeydə alınması haqqında məlumatı, icarə, enerji təchizatı müəssisəsi ilə bağlanmış müqavilələri, vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışı təqdim edilmişdir. İV. Məhkəmənin mövqeyi Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir:

9. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyriyaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya;27.2.2. bu Məcəllənin 25.1.3- 25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 12.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən: 1.1.bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2.İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin

13. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə yerli icra hakimiyyəti başçısının vəzifələri kimi aşağıda göstərilənlər qeyd edilmişdir: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; 3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; 3.11.5-2. şəhərlərdə, şəhər rayonlarında yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirir, o cümlədən özbaşına tikinti işlərinin qarşısının alınması məqsədilə inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə ərazi nəzarət bölgüsünü aparır, həmin nəzarət bölgüsü üzrə icra hakimiyyətinin işçilərindən məsul şəxsləri təyin edir, onların əlaqə nömrələrinin və elektron poçt ünvanlarının icra hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin edir Habelə həmin Əsasnamədə yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aşağıda göstərilənlər aid edilmişdir: 4.9.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək; 4.9.12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək; 4.9.15. mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə bina, tikili və qurğuların mülkiyyətçiləri tərəfindən həmin bina, tikili və qurğuların xarici görkəminin abad vəziyyətdə saxlanması ilə bağlı görülən işləri əlaqələndirmək; 14.Beləliklə məhkəmə inzibati məhkəmə işində olan sənədlərdən müəyyən etmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 3 ünvanında yerləşən 38 saylı mənzil Cavabdeh mülkiyyətindədir, həmin mənzil çoxmənzilli binanın 1-ci mərtəbəsində yerləşir və gözəllik salonu kimi istifadə olunur, mənzil təyinatı üzrə deyil qeyri-yaşayış sahəsi kimi istifadə olunur və məhz qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün mənzildə yenidənqurma işləri aparılmış, mənzilin xarici yükdaşıyan divarda mövcud olan pəncərə yeri genişləndirilərək qapı boşluğu açılmış, cavabdeh tərəfindən binanın xarici görünüşünə dəyişiklik edilmişdir, Cavabdeh tərəfindən qeyd edilən işlərin qanunvericilik çərçivəsində aparılmasını təsdiq edən heç bir sübut (yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi haqqında inzibati orqanın qərarı və s.) məhkəməyə təqdim edilməmişdir, inzibati işdə olan qanuni qüvvəyə minmiş Bakı İnzibati Məhkəməsinin qərarı ilə isə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 38 saylı mənzildə qeyriyaşayış sahəsi kimi istifadə etmək üçün həyata keçirdiyi yenidənqurmaların tikinti norma və qaydalarına uyğun deyildir. Belə olan halda cavabdeh tərəfindən yaşayış sahəsinin yenidən qurulması özbaşına aparılmış hesab edilmiş, həmin mənzilin əvvəlki vəziyyətə qaytarılması üçün iddiaçı tərəfindən müddət və qayda müəyyən edilmişdir. Lakin cavabdeh yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə iddiaçının qanuni və əsaslandırılmış tələbini icra etməmişdir. 15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 16.Məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, yuxarıda qeyd edilən hallara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 6 ünvanında yerləşən Cavabdeh məxsus yaşayış evində qanunvericiliyin tələbləri pozularaq edilən rekonstruksiya işlərinin dayandırılaraq tikintinin əvvəlki vəziyyətə qaytarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. 17.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 18.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

19.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 7 ünvanında yerləşən Cavabdeh məxsus yaşayış evində qanunvericiliyin tələbləri pozularaq edilən rekonstruksiya işlərinin dayandırılaraq tikintinin əvvəlki vəziyyətə qaytarılması barədə öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar