Məhkəmə qərarları › İş №2-1(112)-9300/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9300/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9300/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 573 nömrəli qərarı əsasında X4 verilmiş Səbail rayonu Salyon şossesi 32 ünvanında yerləşən 1200 kv. Metr torpaq sahəsi sahəsi üzərində hüquqların ölmüş şəxsə (X4) məxsus olması barədə Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın alınması məsələsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixli, 573 saylı qərar əsasında X1 rayonu ərazisində olan 1200 kv.metr torpaq sahəsini bələdiyyənin vəsaitinə ödəniş etməklə (qəbzin nömrəsi: 064909) əldə etmişdir. xx.xx.2005-ci il tarixli Səbail rayonu ərazisində olan 1200 kv.m. torpaq sahəsinin vət. S.S.Bayramovanın adına sənədləşdirilməsi barədə qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Səbail Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli iclasının 38 saylı və xx.xx.2005-ci il tarixli iclasının 29 saylı protokoluna əsaslanaraq qərara alınmışdır: Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X3 adma sənədləşdirilsin. Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında S.Bayramova ilə Səbail Bələdiyyəsi arasında alqısatqı aktı təıtib edilsin. S.Bayramova alqı-satqı aktında göstərilən məbləğdə vəsaiti Səbail Bələdiyyəsinin hesabına ödəsin. Sənədləşdirilmiş torpaq sahəsinin və ətraf ərazinin təmiz saxlanılması texniki-sanitar normalara uyğun olaraq S.Bayramovaya tapşırılsın. Mövcüd ərazidə əlavə tikinti işləri aparılarsa BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılsın. Qərarın icrasına nəzarət Ərazi, torpaq və tikinti məsələləri daimi komissiyasının sədri Q. Abbasova həvalə edilsin. xx.xx.2023-cü il tarixdə X5 329243 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, ürəyin aterosklerotik xəstəliyi səbəbi ilə vəfat etmişdir. xx.xx.2024-cü il tarixdə verilən, reyestrdə 2V-117 nömrə ilə qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, (V-66/2024 nömrəli vərəsəlik işi) Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X3 vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan qızı İddiaçı3 (AZE********, xx.xx.2018 Asan2, fın:xxxxxxx, d/t:xx.xx.1967) ünvan 4 ünvanında qeydiyyatda olan oğlu İddiaçı1 (AA*******, xx.xx.2022 Asan7, fm:xxxxxxx, d/t:xx.xx.1966), ünvan 5 ünvanında qeydiyyatda olan qızı İddiaçı2 (AA*******, xx.xx.2019 - Asan 3, FİN: xxxxxxx, d/t:xx.xx.1969) və onların hər biri miras əmlakı bərabər (1/3 hissədə) irs almalıdır. Bakı İnzibati-İqtisad məhkəməsinin 2-1(81 )-5300/2014 nömrəli, hakim Tahirə Əsədova tərəfindən qəbul olunmuş qərarda göstərilmişdir: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə (bundan sonra - DTXK-nin Bakı şəhər şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 573 №-li qərarı əsasında ona verilmiş Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin adma plan və ölçüsünün verilməsi, həmin qərara əsasən torpağın alqısatqısmın qeydə alınması vəsifəsinin DTXK-nin Bakı şəhər şöbəsinə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinə müraciət edərək Salyan şossesi 32 ünvanında yerləşən uzun müddət istifadə etdiyi 1200 kv.m torpaq sahəsini adına sənədləşdirilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsi onun xahişini nəzərə alaraq 29 dekabr 2005-ci il tarixli 573 №-li qərarı ilə Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin adma sənədləşdirilməsi qərara alınmışdır. Bu barədə Bələdiyyə ilə onun arasında torpaqların alqı-satqısına dair Akt təıtib olunmuşdur. Həmçinin torpağın dəyərini bələdiyyənin büdcəsinə ödəmişdir. Onun adma sənədləşdirilmiş və istifadəsində olan torpaq sahəsinin cizgisi Səbail Bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmişdir. O, qeyd olunan torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması üçün DTXKnin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Lakin DTXK- nin Bakı şəhər şöbəsi müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz və əsassız olmaqla qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozur. Bakı İnzibati-İqtisad məhkəməsinin 2-1(81)- 5300/2014 nömrəli qərarının nəticə hissəsində Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 573 №-li qərarı əsasında X6ma verilmiş Səbail rayonu Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin adma plan və ölçüsünün verilməsi, həmin qərara əsasən torpağın alqısatqısının qeydə alınması vəsifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə olunması nəzərdə tutulmuşdur. Odur ki, iddiaçılar hesab edir ki, cavabdeh tərəfindən mənim müraciətimə verilən bu imtinanın heç bir qanuni əsasları yoxdur.

3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 “Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 573 nömrəli qərarı əsasında X4 verilmiş Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi üzərində hüquqların ölmüş şəxsə (X4) məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın alınması məsələsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçılardan İddiaçı1 iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********23 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, cizgidə bələdiyyə qərarına istinad olunmamışdır və həmçinin cizgidə imzalar və möhür aydın şəkildə oxunmur. Bundan əlavə, təqdim edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5300/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Yaranmış zərurət ilə əlaqədar olaraq müvafiq məhkəmə qərarının ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən icra olunaraq mərhum X3 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilib-verilməməsi barədə məlumatın verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC-yə sorğu göndərilmiş, daxil olmuş cavab məktubunda “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə dair məlumat aşkar edilmədiyi bildirilmişdir. Əlavə olaraq, təqdim edilmiş sənədlərdə hüquq sahibi kimi adı göstərilən şəxs ilə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat ofisinin məktubu) təqdim edilməmişdir. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri şərtidir və iddiaçı tərəfindən torpaq sahəsinin sərhədləri dəqiq göstərilməmişdir. Həmçinin təqdim olunmuş cizgidə heç bir istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd olunmamışdır. Bunlarla yanaşı, ümumi əraziyə digər hüquqi şəxsin (“Graf” müəssisəsi) müraciəti daxil olmuşdur. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, təqdim edilmiş alqı-sətqı aktı Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci ıl tarixli, 634 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan 8-cı bəndinə uyğun olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş, cizgidə bəiəaiyyə qərarına istinad olunmamışdır. Həmçinin cizgidə imzalar və möhür aydın şəkildə oxunmur. Bundan başqa, təqdim edilmiş 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 2-1(81)- 5300/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə 1 saylı Bakı Ərazi idarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Yaranmış zərurət ilə əlaqədar olaraq, müvafiq məhkəmə qərarının ıəğv olunmuş Doviət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən icra olunaraq mərhum X3 adına “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilib-verilməməsi barədə məlumatın verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publık hüquqi şəxsin tabeliyində olan “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-yə sorğu göndərilmiş, daxil olmuş cavab məktubunda “Torpaq sahəsinin planı və olçusu” sənədinin tərtib edilməsinə dair məlumat aşkar edilmədiyi bildirilmişdir. Əlavə olaraq, təqdim edilmiş sənədlərdə huquq sahibi kımı adı gostərilən şəxs ilə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair notariat ofisinin məktubu) təqdim edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə ediiməsi" haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı ve tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu mülkiyyət və ya digər əşya hüququnu əidə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq '“Daşınmaz əmlakın döviət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.2-cı maddəsinə (hüquqların dövlət qeydiyyatı uçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) əsasən, hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

5. AZ-İİ 329243 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixində ürəyin aterosklerotik xəstəliyi səbəbilə ölmüşdür.

6. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu təsdiq etmişdir ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 7 ünvanında qeydiyyatda olan qızı İddiaçı3 (AZE********, 06.04,2018 - Asan2, FİN:xxxxxxx, d/t:xx.xx.1967) ünvan 4 ünvanında qeydiyyatda olan oğlu İddiaçı1 (AA*******, xx.xx.2022 - Asan 7, FİN:xxxxxxx, d/t:xx.xx.1966) ünvan 5 ünvanında qeydiyyatda olan qızı İddiaçı2 (AA*******, xx.xx.2019 - Asan 3, FİN:xxxxxxx, d/t:xx.xx.1969) və onların hər biri miras əmlakı bərabər (1/3 hissədə) irs almalıdır.

7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-5300/2014 nömrəli Qərarına əsasən iddia təmin edilmişdir. Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 573 №-li qərarı əsasında X4 verilmiş Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin adına plan və ölçüsünün verilməsi, həmin qərara əsasən torpağın alqı-satqısının qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Səbail Rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.

12. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

13. X12 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X12 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

14. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

15. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

17. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.

18. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X12 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

19. Məhkəmə ilk növbədə müəyyən edir ki, birgə iddiaçıların hazırki iddia tələbini qaldırmaqda məqsədi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin mərhum X4 məxsusluğu barədə arayışın verilməsidir.

20. Məhkəmə nəzərə alır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-5300/2014 nömrəli Qərarına əsasən iddia təmin edilmişdir. Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsinin 29 dekabr 2005-ci il tarixli 573 №-li qərarı əsasında X4 verilmiş Səbail rayonu Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin adına plan və ölçüsünün verilməsi, həmin qərara əsasən torpağın alqı-satqısının qeydə alınması vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir.

21. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin mərhum X4 məxsusluğu faktının tanınması barədə qüvvədə olan məhkəmə qərarı mövcuddur. Buna baxmayaraq qüvvədə olan yekun məhkəmə aktı icra olunmamışdır (torpaq sahəsinə dair X3 adına plan ölçü sənəd tərtib olunmamış, torpağın alqı-satqısı qeydə alınmamışdır). Belə ki, məhz qərarın icrası qaydasında torpaq sahəsinin mərhuma məxsusluğu barədə arayışı və notariusun vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrin hüquqları qeydə alınmalıdır.

22. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün və səmərəli hüquqi müdafiə vasitəsi məhkəmə qərarının lazımi qaydada icra olunması ilə bağlı tədbirlərin həyata keçirilməsinin təmin edilməsidir. Həmin tədbirlər yeni iddia qaldırmaqla deyil, “məhkəmə prosesi”nin ayrılmaz hissəsi olan məhkəmə qərarının icrası qaydasında həyata keçirilməlidir.

23. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar