Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9302/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçı X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 2868 saylı bağ sahəsinin mərhum X5 məxsus olması barədə arayışın iddiaçı X6 verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir.
2. İddiaçı ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə bağlanmış 19081 saylı xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş Bakı şəhəri, Novxanı bağ sahəsində 0,06 ha olan 1093a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasını” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixdə verilmiş 19081 saylı müqaviləsinə əsasən ona Novxanı bağlar sahəsində 1093 "A" saylı bağ sahəsi ayrılmışdır. Həmin müqavilənin əsli onda mövcuddur. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixdə verilmiş 19081 saylı müqaviləsinə əsasən Novxanı bağlar sahəsindəki 1093 A saylı bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2/2-7235/2023, **********35 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Novxanı bağlar massivində yerləşən 1093 A saylı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmış və İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar edilmişdir. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi ilə digər bağ sahəsinin yerinə uyğun gəlir. Bundan əlavə, 1093 A saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına müqavilə mövcuddur. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş müqavilədə torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənmiş düzəliş edilmiş, həmçinin müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi artıq mövcud olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixdə verilmiş 19081 saylı müqaviləsinə əsasən onun istifadəsinə verilmiş Novxanı bağlar sahəsindəki 1093 A saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir.
4. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər bağ sahəsinin yerinə uyğun gəlir. Bundan əlavə, “1093a” saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına müqavilə mövcuddur. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş müqavilədə torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmiş, həmçinin müqavilə istifadəçi tərəfindən imzalanmamışdır.
5. Cavabdehin iddia tələblərinə dair etirazında qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman göstərilən torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi 1092 saylı bağ sahəsinin yerinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş müqavilədə torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmiş, həmçinin müqavilə istifadəçi tərəfindən imzalanmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası tərəfimizdən mümkün olmamış, bununla bağlı iddiaçıya **********35 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü il tarixli 19081 saylı müqavilədə qeyd edilmişdir ki, Birlik ilə İddiaçı arasında Bakı şəhəri, Novxanı bağ sahəsində yerləşən 0,06 ha təşkil edən 1093a saylı bağ sahəsinin istifadəyə verilməsinə dair müqavilə bağlanılmışdır.
7. “X9 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli 151 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin ayrılması haqqında 19081 saylı xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən İddiaçı istifadəsinə olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsində yerləşən bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, 1093a saylı bağ, bağ sahələrinin sxemində olmadığından koordinatlarını müəyyən etmək mümkün olmadı, iddia olunan torpaq sahəsi 0,1344 hektardır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin ayrılması haqqında 19081 saylı 4 xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsində yerləşən 1093a saylı bağ sahəsi bağ sahələrinin sxemində öz əksini tapmadığı üçün digər bağ sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9109 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin ayrılması haqqında 19081 saylı xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsində yerləşən bağ sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir, 1093 a saylı bağ, bağ sahələrinin sxemində olmadığından koordinatlarını müəyyən etmək mümkün olmadı, iddia olunan torpaq sahəsi 0.1344 hektardır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X3 və İstismarı Birliyi tərəfindən bağ sahəsinin ayrılması haqqında 19081 saylı xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar sahəsində yerləşən1093 a saylı bağ, bağ sahələrinin sxemində öz əksini tapmadığı üçün digər bağ sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
İİ. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İddia mümkündür.
İİ. Məhkəmənin mövqeyi
15. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü il tarixli 19081 saylı müqaviləyə əsasən İddiaçı arasında Bakı şəhəri Novxanı bağ sahəsində yerləşən 0,06 ha təşkil edən 1093a saylı bağ sahəsi ayrılmışdır. İddiaçı hüquqların qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir.
16. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
17. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
18. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
26. Cavabdehin imtinanın əsas dəlilləri ondan ibarətdir ki, torpaq sahəsinin digər sahə ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Həmçinin torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən torpaq sahəsi digər bağ sahəsinin – 1092 saylı bağın yerinə uyğun gəlir. Bundan əlavə, “1093a” saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına müqavilə mövcuddur. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş müqavilədə torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmiş, həmçinin müqavilə istifadəçi tərəfindən imzalanmamışdır.
27. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, Novxanı bağlar sahəsində 1093 "A" saylı bağ sahəsi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixdə verilmiş 19081 saylı müqaviləsinə əsasən İddiaçı ayrılmışdır. Torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmış və torpaq sahəsi ilə bağlı mübahisə yoxdur.
28. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd etmişdir ki, keçmiş X3 və İstismarı Birliyi ilə bağ sahəsinin istifadəyə verilməsi haqqında İddiaçı arasında bağlanılmış idarənin arxivində mövcud olan 19081 nömrəli xx.xx.2003-cü il tarixli müqavilə Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1093а (0.06 ha) saylı bağ sahəsinə aiddir.
29. İddiaçı iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X3 və İstismarı Birliyi ilə bağlanmış 19081 saylı xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən istifadəsinə verilmiş Bakı şəhəri Novxanı bağ sahəsində 0,06 ha olan 1093a saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.
30. Bununla yanaşı qeyd edilməlidir ki, “1093a” saylı torpaq sahəsinə dair digər fiziki şəxsin adına müqavilənin mövcud olması iddianın təmin edilməməsi üçün əsas deyil. Torpaq sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılması, iddiaçının qanuni istifadəsində olması, təqdim edilən sənədlərin həqiqiliyinə şübhə doğurmaması və torpaqla bağlı hər hansı mübahisənin olmaması nəzərə alınaraq cavabdeh orqan tərəfindən irəli sürülən dəlil daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina üçün əsas ola bilməz.
31. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.
32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
33. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Novxanı bağ sahəsi ünvanında yerləşən 1093a saylı 0,06 ha bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva