Məhkəmə qərarları › İş №2-1(112)-9318/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9318/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9318/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabbdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı "tikintiyə icazənin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasında 200 kv.m torpaq sahəsində inşa ediləcək qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi öhdəliyinin cavabdeh AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Əzizbəyov" (indiki Koroğlu) metrostansiyasının yaxınlığında yerləşən ticarət obyektlərinin mülkiyyətçisi olmuş və sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin ticarət obyekti Azərbaycan Respublikası Prezidentinin 1255 saylı, 1 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005-2007-ci illər üçün Tədbirlər Planı"nın müddəalarının icrasının təmin etmək məqsədilə sökülmüşdür. İddiaçıya və digər mülkiyyətçilərə məxsus olmuş ticarət obyektinin bərpa olunması üçün Bakı şəhəri Nizami RİH-ə icazə verilməsi barədə Bakı ŞİH 20 fevral 2009-cu il tarixində 77 nömrəli sərəncam vermişdir. Həmin sərəncam əsasında Bakı şəhəri Nizami RİH 27 fevral 2009-cu il tarixdə 93 nömrəli sərəncam vermişdir. Sərəncam 1-ci bəndində B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasında 360 kv.m torpaq sahəsində ona digər mülkiyyətçilərə ticarət obyektinin tikintisinə icazə verilməsi nəzərdə tutulmuşdur. Nizami RİH-nin xx.xx.2009-cu il tarixli mənə və digər mülkiyyətçilərə ünvanlanmış məktubundan görünür ki, Nizami RİH iddiaçıya və digər mülkiyyətçilərə məxsus olmuş ticarət obyektlərinin əvvəlki ölçülərinin saxlamaq şərtilə yeni təyin edilmiş 360 kv.m torpaq sahəsinin, ona aid 200 kv.m torpaq sahəsinin yenidən bərpa edilməsi üçün tələb olunan qeyri-yaşayış sahəsinin layihələndirilməsi etiraz etmir. Bakı ŞİH-nin başçısının xx.xx.2009-cu il tarixli 77 nömrəli sərəncamı əsasında Bakı ŞİH başçısının xx.xx.2008-ci il tarixli 315/17y saylı məktubundan məlum olur ki, həmin torpaq sahəsi Nizami rayon İcra hakimiyyəti ilə razılaşdıralaq Nizami rayon "Əzizbəyov" metro stansiyasının ətrafındakı ərazidə fəaliyyət göstərmiş ticarət obyektlərinin bərpa edilməsi məqsədi ilə ona və digər mülkiyyətçilərə ayrılmışdır. İddiaçı tərəfindən tikiləcək ticarət obyektinin eskiz layihəsi hazırlanaraq Nizami rayon İcra hakimiyyətinə təqdim edilmişdir. Nizami rayon İcra hakimiyyəti tərəfindən ona məxsus qeyri-yaşayış sahəsinə dair təqdim etdiyi eskiz lahiyə baxılması üçün Bakı ŞİHnin Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərilmişdir. Sonradan Nizami rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərinin aparılmasına qanunsuz müdaxilələr olmuşdur və bununla əlaqədər tikinti işlərinə başlamaq mümkün olmamışdır. Nizami RİH-nin qanunsuz müdaxilələrinin davamlı olduğu üçün o və digər sahibkarlar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nizami RİH-ə qarşı onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi barədə qərarın verilməsinin xahiş etmişlər. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1379/15 saylı 27 may 2015-ci il tarixli qərarıilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-942/17 saylı 29 mart 2017-ci il tarixli qaran ilə apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-1379/2015 saylı 27 may 2015-ci il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilmiş, yeni qərar qəbul edilərək, Nizani RİH-ə qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin qadağan edilməsi qərara alınmışdır. Ali Məhkəmənin 2- 1(102)-1376/2017 saylı 29 avqust 2017-ci il tarixli qərarı ilə yekunda dəyişdirilmədən saxlamaqla qanuni qüvvəsinin almışdır. Məhkəmə proselərindən sonra 2023-cu ildə AR İN yanında ƏMDX-nin tabeliyində DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona məxsus torpaq sahəsinin planı və ölçüsü təsdiq edilmişir və ********** nömrəli xx.xx.2024 cü il tarixli DƏRDRX-dən çıxarış verilmişdir. xx.xx.2019-cu ildə AR Dövlət Şəhərsalma və X1 rayon, B. Çobanzadə küçəsi, 25 və 35 saylı binaların arasında ərazidə qeyri-yaşayış obyektinin əvvəlki ölçülərinin saxlamaq şərtilə bərpa edilməsi barədə müraciət etmişdim. Komitənin 02/08-N- 03-1548 nömrəli məktubu ilə qeyd olunan torpaq sahəsi üzərində hüququ təsdiq edən müvafiq sənəd və qeyri-yaşayış obyektinin şəhərsalma əsaslandırılması işlənilərək təqdim edildikdə sonra müraciətimə yenidən baxılacağı bildirilmişdir. xx.xx.2024-cü ildə cavabdeh quruma müraciət etmişdir. Lakin 15 aprel 2024cü il tarixli 3-35-1/2-N-36-643/2024 saylı imtina məktubu təqdim edilmişdir. Məktubda qeyd edilir ki, qeyd olunan ünvanda qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrastrukturun yenidən qurulduğundan obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparıldığından, habelə planlaşdırılan torpaq sahələri vətəndaşların ümümi istifadəsində olmaqla piyadaların gediş-gəliş və yaşılıqların salınması üçün nəzərdə tutulan ərazilərdə yerləşdiydən qaldırılan məsələlərin müsbət həllin məqsədə uyğun hesab olunmur. Göründüyü kimi imtina məktubu formal olmaqla qanunvericiliyin tələblərinə uğun gəlmir. Belə ki, imtina məktubu qeyri-müəyyən olmaqla yanaşı heç bir qanuna istinad olunmadan tərtib edilmişdir. Qeyd olunan müddəalardan biri tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparıldığıdır. Lakin hansı normativ sənədə hansı dəyişiklik aparıldığı qeyd edilməmişdir. Həmçinin, digər imtina səbəbləri də heç bir istinad aparılmadan qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məcburetmə haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl tikintiyə icazə verilməsi ilə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” xx.xx.2009-cu il tarixli 77 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Əzizbəyov” metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamı ilə B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində U.F.Haqverdiyevaya, Z.M.Abdullayevə və iddiaçıya ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı və digər şəxslərə ünvanlanmış xx.xx.2009-cu il tarixli 02/154 nömrəli məktubda 360 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin iddiaçıya, 45 kv.m hissəsinin U.F.Haqverdiyevaya və 80 kv.m hissəsinin M.Z.Abdullayevə, yerdə qalan hissəsinin isə digər mülkiyyət sahiblərinə veriləcəyi barədə məlumat verilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakı Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq çıxarış və plan-ölçü verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-478/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2- 1(103)-116/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 478/2022 nömrəli, 09 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binalar arasındakı 360 kv.m torpaq sahəsindən iddiaçıya ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1962/2023 saylı xx.xx.2023cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-116/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrındən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binalar arasındakı (Yeni qaydalarla AZ 1096, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə 111A) 0.02 ha ölçüdə torpaq sahəsi üzərində istifadə hüququ **********13 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Bundan sonra iddiaçı qeyd edilən torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikasinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15 aprel 2024-cü il, 3-35-1/2-N-36-643/2024 nömrəli məktubunda bildirilmişdir ki, qeyd olunan ünvanda qeyriyaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrasrukturu yenidən qurulduğundan, tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma ve tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparıldığından, habelə planlaşdırılan torpaq sahələri vətəndaşların ümumi istifadəsində olmaqla piyadaların gediş gəliş və yaşıllıqların salınması üçün nəzərdə tutulan ərazilərədə yerləşdiyindən, qaldırılan məsələnin müsbət həlli məqsədəuyğun hesab olunmur. Hazırkı iş üzrə iddiaçı cavabdehin qeyd edilən imtinasının əsassız hesab edilməklə, ona həmin ərazidə qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini mübahisələndirir. Məhkəmə hazırkı mübahisə ilə bağlı aşağıdakı normalara istinad edir. Şəhərsalma və Tikinti Məcəlləlləsinin aşağıdakı maddələrinə əsasən: -74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. -75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. -75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. -75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir. -75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. -75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. -75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. -75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Fərmanın 4.7-1-ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7-ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10- cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, (....) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, iddiaçının tikmək istədiyi qeyri yaşayış obyekti tikintiyə icazə tələb olunan tikili olmaqla tikintiyə icazə verən səlahiyyətli orqan qismində hazırkı halda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi çıxış edir. Qanunvericilikdə tikintiyə icazə tələb olunan icraat zamanı sifarişçinin tikintiyə icazə verən quruma yoxlama üçün təqdim edilməsi üçün tələb etdiyi sənədlər siyahısı sadalanmışdır. İddiaçı cavabdehin hazırkı iş üzrə tikintiyə icazə verilməsi ilə bağlı Məcəllənin 75.3cü maddəsi ilə tələb edilən sənədlərdən- torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən istifadə hüququnu təsdiq edən sənədi və tikmək niyyətində olduğu obyektin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırımış layihəsini təqdim etmişdir. Cavabdeh tikintiyə icazə icraatının yekunu olaraq müraciətin təminindən imtina etmiş və imtinanı aşağıdakılarla əsaslandırmışdır: -1.planlaşdırılan torpaq sahəsi vətəndaşların ümumi istifadəsində olmaqla piyadaların gediş gəliş və yaşıllıqların salınması üçün nəzərdə tutulan ərazilərdə yerləşir. -2.qeyd olunan ünvanda qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrasrukturu yenidən qurulduğundan, tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma ve tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparılmışdır. Məhkəmə ilk növbədə cavabdehin tikilməsi planlaşdırılan obyektin yerləşdiyi torpaq sahəsinin ümumi istifadədə olması dəlili ilə bağlı aşağıdakıları qeyd edir. İşin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamı ilə B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçı və digər 2 şəxsə ticarət obyektinin tikintisinə icazə verilmiş, sərəncama əlavə edilmiş torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin ümumi sahəsi 360 kv.m göstərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən iddiaçı və digər şəxslərə ünvanlanmış xx.xx.2009-cu il tarixli 02/154 nömrəli məktubda 360 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin iddiaçıya veriləcəyi qeyd verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 77 saylı sərəncamında, həm də həmin sərəncamın icrası ilə bağlı qəbul edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti “başçısının 27 fevral 2009-cu il tarixli 93 nömrəli sərəncamında sifarişçinin torpaq sahəsinin yerində qəbul etməsi və Torpaq Məcəlləsinin 66 və 67-ci maddələrinə uyğun olaraq DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarış almalı olduqları təsbit olunmuşdur. Bunun nəticəsində iddiaçı cavabdeh Daşınmaz Əmlakı Kadasrtı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq çıxarış və plan-ölçü verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin iş üzrə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın imtina əsaslarından biri də ondan ibarət olmuşdur ki, elektron baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsidir. Qeyd edilən işə baxan və iddianı təmin edərkən torpaq sahəsinin ümumi istifadədə olan ərazi olmasına dair dəlili ilə razılaşmayan kassasiya instansiyası məhkəməsi yuxarıda adıçəkilən xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki “cavabdeh inzibati orqanın mübahisə predmeti olan torpaq sahəsinin ümumi istifadədə olan ərazidə yerləşməklə yaşıllıq zonası olması ilə bağlı kassasiya dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ancaq bunun əksinə həmin ərazidə yerləşən torpaq sahələrində qeyri-yaşayış binalarının tikintisinə dair icra hakimiyyəti başçısının sərəncamı mövcuddur. Sərəncam və onun əsasında tərtib edilmiş sənədlər mübahisələndirilməmiş, ləğv edilməmiş və ya dəyişdirilməmişdir, qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq icra hakimiyyətinin sərəncamının olması iddiaçının mübahisə predmeti olan 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması və ona çıxarış və plan-ölçü sənədinin verilməsi üçün əsasdır.” Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsinin ümumi istiifadədə olan ərazidə yerləşməsi, ərazinin yaşıllıq zonası olması ilə bağlı məsələyə artıq inzibati məhkəmə icraatnda qanuni qüvvəsini almış məhkəmə qərarı ilə qiymət verilmiş və nəticə etibarı ilə iddiaçının sözügedən torpaq sahəsinin ümumi istifadə və ya yaşılllıq ərazisində olması dəlili sübuta yetirilməmiş və belə bir dəlil iddiaçının həmin ərazidə yerləşən torpaq sahəsinə olan əşya hüququnun-istifadə hüququnun qeydiyyata alınmasını istisna etmədiyi, əksinə təqdim edilmiş sərəncam və tərtib edilmiş sənədlər əsasında həmin torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınmasının yolverənliyi qənaətinə gəlinmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı məhkəmə icraatında məhkəmə sorğusu ilə əldə edilən iddiaçının adına qeydə alınmış mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazinin ortofoto görüntüsündən, eləcə də təqdim edilmiş fotoşəkillərdən sahənin hər hansı park və ya yaşılllıq ərazisi olmadığı, eləcə də yaşayış binalarına paralel və ya binalara xidmət edən ümumi istifadədə olan ərazi olmadığı adi gözlə müşahidə olunur. Mülki Məcəllənin aşağıdakı maddələrinə əsasən: -139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.[194] -139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.[195] -140 Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə, hazırkı halda layihələndiriləcək obyektin yerləşəcəyi torpaq sahəsi qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında istifadə hüququ ilə iddiaçının adına qeydiyyatdadır, torpağa dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədi verilmişdir. Odur ki, hazırkı cavabdehin eyni -ümumi istifadə, yaşılllıq ərazisində yerləşmə ilə bağlı dəlili artıq məhkəmə müstəvisində hüquqi qiymət verildiyindən həmin dəlil iddiaçının torpaq sahəsi ilə bağlı digər niyyətinin-tikintiyə icazənin verilməsindən imtina edilməsinə əsas kimi qiymətləndirilməməlidir. Belə ki, əmlak hüququ olan torpağa istifadə hüququnun qeydiyyata alınması yalnız torpağın iddiaçının xeyrinə sənəd üzrə yüklülüyünü ifadə etmir, həm də onun həmin torpaq sahəsi üzərində əşya hüququ olan şəxs kimi qanunla nəzərdə tutulan imkanlardan faydalanmağa da hüquqi əsas verir. Nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsi ilə bağlı hazırkı tarixədək baxılmış çoxsaylı məhkəmə mübahisələrinin yekun məqsədi iddiaçıya məxsus olmuş və sökülmüş qeyri-yaşayış sahəsinin əvəzinin qarşılanması-yəni ayrılmış torpaq sahəsində ticarət obyektinin bərpası olmuşdur. Sonuncu dəfə də məhkəmə müstəvisində həmin torpaq sahəsinin təyinatı, yerləşməsi və iddiaçının torpaq sahəsi ilə bağlı hüqumüəyyənedici sənədlərinə hüquqi qiymət verilmiş və nəticə etibarı ilə iddiaçının istifadə hüquququnun sahibi kimi torpaqdan istifadə imkanının olduğu istisna edilməmişdir. Başqa sözlə, sözügedən torpaq sahəsində müvafiq hüquqi və faktiki hərəkətlərin icrasına icazə verilməməsi halı torpaq sahəsinin iddiaçının adına əmlak hüququ olaraq reyestrdə qeydiyyatda qalmasını əhəmiyyətsiz edir. Hazırkı halda iddiaçının qeydiyyata alınmış mübahisəli torpaqda qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsini bilavasitə istisna edən hüquqi əsas yoxdur və bu halda cavabdehin torpaqla bağlı reyestr qeydlərinə əhəmiyyət vermədən artıq hüquqi qiymət verilmiş dəlillə çıxış etməsi formal imtina kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, cavabdeh tikintiyə icazədən imtinası zamanı istinad etdiyi qeyd olunan ünvanda qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilən tarixdən sonra yol-nəqliyyat infrasrukturunun yenidən qurulduğu, tikinti obyektlərinin ərazilərdə yerləşdirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə müvafiq dəyişikliklər aparılması kimi dəlilləri əsaslandırılmamışdır . Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -11.1. Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: 11.1.1. layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; 11.1.2. tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda. -11.2. Müfəssəl planın tətbiqi dairəsindən və bu Məcəllənin 11.1-ci maddəsində nəzərdə tutulmuş mənada tikintilərin mövcud olduğu ərazinin hüdudlarından kənarda tikinti obyektinin inşasına yalnız onun müvafiq ərazidə infrastruktur və mühəndiskommunikasiya təminatının mümkün olduğu (mümkünlüyünün kifayət qədər əsaslandırıldığı) və həmin tikinti obyektinin aşağıdakı məqsədlər üçün nəzərdə tutulduğu hallarda yol verilir: 11.2.1. kənd və meşə təsərrüfatı ilə bağlı fəaliyyətin həyata keçirilməsi üçün; 11.2.2. kənd təsərrüfatı müəssisəsinin işçilərinin istifadəsi üçün; 11.2.3. rabitə, elektrik enerjisi, qaz, su, istilik, kanalizasiya təchizatının və ya müvafiq ərazi ilə bağlılığı olan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün; 11.2.4. bərpa olunan enerji mənbələrinin istehsalı üçün. -11.3. Bu Məcəllənin 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, digər tikinti niyyətinin həyata keçirilməsinə aşağıdakı hallarda yol verilmir: 11.3.1. tikilməsi nəzərdə tutulan obyekt baş plana zidd olarsa; 11.3.2. tikilməsi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərmək və ya özünün bu cür təsirə məruz qalmaq təhlükəsi olarsa; 11.3.3. tikilməsi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin olunması ilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərinin səmərəsiz istifadəsini tələb edərsə; 11.3.4. tikilməsi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin qorunması ilə bağlı maraqları, yaxud landşaftın təbii xüsusiyyətlərini pozarsa; 11.3.5. tikilməsi nəzərdə tutulan obyekt su təsərrüfatı və ya təbiət hadisələrindən (daşqından) qorunmaya təhlükə yaradarsa. -57.1. Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusən də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir. 57.2. Tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1. yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır; 57.2.2. sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir; 57.2.3. istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır; 57.2.4. səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir; 57.2.5. istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır; 57.2.6. enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır 57.2.7. əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində) 57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. -57.3. Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzərə alınmalıdır ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı torpaq sahəsində tikiləcək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2010-cu il tarixli, 18/03-8/1233 saylı məktubu ilə razılaşdırılmış, habelə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2011-ci il tarixli YTNƏŞ 347 saylı rəyinə əsasən ticarət obyektinin layihə sənədləri yanğın təhlükəsizliyi ilə bağlı normativ aktların tələblərinə uyğun hesab edilmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi eskiz layihənin hansı şəhərsalma əsaslandırmasının tələb olunduğu, layihə və sənədlərinin, baş plan, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi hansı tələblərə uyğun olmadığını araşdırmamış, tikinti sənədlərinin siyahısında qanunla tələb olunan hansı sənədin təqdim edilməli olduğu halda iddiaçı tərəfindən verilmədiyini bildirməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur (maddə 5.1). İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər (maddə 5.1-1). Eyni Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun: -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Sadalanan normalardan görünür ki, qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd olunanları işin faktiki halları ilə müqayisə etdikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun, eləcə də Şəhərsalmma və Tikinti Məcəlləsinin yuxarıda sadalanan tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. İnzibati orqanın səlahiyyətinin diskresion səlahiyyət olub-olmaması çox zaman təfsir məsələsindən asılı olur. Qanunun və Konstitusiyanın məqsədləri inzibati orqana hansı sahələrdə və hansı məqsədlə diskresion səlahiyyət verildiyini müəyyən etməyə imkan verir. Dolayısı ilə, inzibati orqan qanunvericiliklə müəyyən olunmuş məqsədlə bağlı olur və diskresion səlahiyyəti həyata keçirərkən ona uyğun hərəkət edir. Eyni zamanda qeyd edilməlidir ki, əgər qanun ümumi şəkildə hər hansı bir sahənin tənzimləməsini inzibati orqana həvalə edirsə onda bunu da diskresion səlahiyyətlərin mövcud olma əsası kimi qəbul etmək mümkündür. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici inzibati orqana bəzən həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Yəni inzibati orqan işin hallarını qiymətləndirmək, eyni vaxtda diskresion səlahiyyətlərdən istifadə etmək imkanından istifadə edir. Bu cür hallarda söhbət qarışıq tərkiblərdən gedir. Lakin hər bir halda məhkəmə inzibati orqanı öz qiymətləndirməsinə əsasən həyata keçirdiyi hərəkətləri diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı rəhbər tutmalı olduğu prinsiplər əsasında yoxlayır. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə məhkəmə bu nəticəyə gəlinir ki, tikintiyə icazə ilə bağlı icraat inzibati orqanın diskresion səlahiyyətinə aid olmaqla bu növ müraciətlər üzrə iddia bilavasitə İPM-nin 73.2 və 73.3-cü maddəsinin təsir dairəsinə aiddir. Məhz bu baxımdan qiymətləndirmə apararaq məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh orqanın xx.xx.2024-cü il tarixli imtina məktubunda tikintiyə icazə verilməsindən imtina üçün gətirdiyi dəlillərin hüquqi əsası olmamaqla bu imtina iddiaçının hüquq və qanuni mənafeyini pozmuşdur. İddiaçının müraciəti ilə bağlı əlavə zəruri araşdırmanın aparılması və hüquqi qiymət verilməsi isə tikintiyə icazənin diskresion səlahiyyət olması və bu halda məhkəmə nəzarətinin inzibati orqanın imtina əsasları ilə bağlı olub inzibati orqan tərəfindən diskresion səlahiyyətin düzgün həyata keçirilməsinin yoxlanılması ilə məhdudlaşdığından hazırkı inzibati məhkəmə icraatı gedişində mümkün deyildir. Belə ki, inzibati məhkəmə nəzarətinin məqsədi inzibati orqanın yerinə inzibati icraat aparmaq deyil, əsaslandırılmış inzibati icraatın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əgər inzibati orqan yuxarıda sadalanan Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından tikintiyə icazə verilməsi, tikiləcək obyektin layihəsinin şəhərsalma əsaslandırmasını yoxlanılmasını və ya yenidən razılaşdırılmasını tələb edirsə bu halda cavabdeh “İnzibati icraat” haqqında Qanunun 15, 19, 24-cü maddələrinə əsasən sənədlərin toplanılması və araşdırılması ilə bağlı iddiaçı tərəfə yardım etməklə yeni inzibati icraat aça, yeni icraat zamanı Qanunla tələb olunan layihə və əsaslandırmanı qəbul edərək yoxlama apara bilər. Beləliklə, məhkəmə hazırkı iş üzrə bu nəticəyə gəlir ki, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq, yeni inzibati icraat zamanı xx.xx.2024-cü il tarixli məktubda olan imtina dəlillərinə əsaslanmamaq, qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tikinti layihəsi və şəhərsalma əsaslandırmasına uyğun zəruri araşdırmalar həyata keçirməklə iddiaçının ərizəsi ilə bağlı müvafiq qərar qəbul etmək və bu zaman iddiaçının xeyrinə olan hüquqi mövqeni, yəni torpaq sahəsinin ümumi istifadədə olmamasını nəzərə almaq öhdəliyi qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı adına istifadə hüququ ilə qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binalar arasında (Yeni qaydalarla AZ 1096, ünvan 5 ünvanında yerləşən 200 kv.m torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı müraciət üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar