Məhkəmə qərarları › İş №2-1(112)-932/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-932/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-932/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq şifahi məhkəmə baxışı iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə və Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi nəticəsində iddiaçıya vurulmuş ziyana görə 60000 (altmış min) manat miqdarında kompensasiya ödənişinin verilməsi və ya həmin məbləğə uyğun iddiaçının mənzillə təmin olunması öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ müharibəsi zamanı Ağdam rayonunun bir hissəsi düşmən tərəfindən işğal olunduqdan sonra doğulub, boyabaşa çatdığı Ağdam rayonundan məcburi köçkün düşmüş və 1993-cü ilin iyul ayından Bakı şəhərində məcburi köçkün kimi məskunlaşmışdır. O, 2-ci qrup əlildir və həyat yoldaşından boşanmış, subaydır. Oğlu, gəlini və iki nəvəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2002-ci ildən həyat yoldaşı ilə nikahları pozulub. O da məcburi köçkün idi. Aralarında razılaşma əldə edərək mənzilin bir otağında o yaşayırdı, digər iki otağında isə o, oğlu və iki nəvəsi yaşayırdılar. Keçmiş həyat yoldaşı sonradan qeyri-rəsmi nikaha girdiyinə görə onlar məcbur olub otaqları ayırmışlar, yəni giriş çıxışı ayrı-ayrı yerlərdən qoymuşlar. Hər ikisinin istifadəsində 2 ayrı mətbəx, ayrı-ayrı sanitar qovşaqları var idi. Faktiki olaraq iki ayrı mənzildə yaşayırdılar. Mənzilin ona məxsus və istifadəsində olan hissəsinin təqribən 50 kv/m sahəsi var idi. Bütün kommunal ödənişlər – işıq, qaz, su sayğacları onun öz adına rəsmiləşdirilmişdi.Həmin ərazidə çoxlu sayda mənzillər sökülmüş, sökülən mənzillərdə hətta qeydiyyatda olan şəxslərə pul şəklində kompensasiyalar və Qobu qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş mənzillərlə təmin olunmuşlar. Daha sonra vətəndaşlara verilən kompensasiya məbləğin az olmasına görə Yasamal Rayon İcra Hakimiyyəti evlərindən çıxarılmış şəxslərə ikinci dəfə əlavə ödənişlər etmişlər. Lakin ünvan 1 ünvanında yerləşən evin faktiki sahibinə, yəni ona heç bir kompensasiya ödənilməmişdir. Lakin 2018-ci ilin noyabr ayından etibarən evlər söküldüyündən o, öz ailə üzvləri ilə birlikdə evsiz qalmışdır. Yasamal RİH-nin 07.10.2019cu il tarixli 3280/d saylı məktubunda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16.02.2018-ci il tarixli Qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlanan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınır. Həmin qərarla yaşayış və qeyriyaşayış obyektlərini dövlət ehtiyacları üçün satın alan orqan Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilmişdir. İddiaçının məskunlaşdığı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi də həmin qərarın təsir dairəsinə düşmüşdür. Sonda isə İddiaçı yaşayış sahəsi ilə təmin olunması üçün Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət edilməsi tövsiyə olunur. Bu məktubun məzmunundan da aydın olur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində iddiaçının məskunlaşması, həmin ərazilərin də məhz dövlət ehtiyacları üçün sökülməsi və bu söküntüyə görə kompensasiya ödənilməsi isə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılması mübahisə doğurmur. Əksinə cavabdeh tərəfindən etiraf olunur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 02/2988 saylı 22.11.2019-cu il tarixli məktubunda isə Yasamal RİH tərəfindən tərtib olunmuş siyahıda onun – İddiaçı adı qeyd olunmamışdır. Bu məktubdan sonra Yasamal Rayon İcra Hakimiyyətinə pretenziya məktubu ilə müraciət edərək ona dəymiş ziyanı tələb etsə də, əvəzində imtina məktubu verilmişdir. İmtina məktubunda bildirilir ki, İddiaçı həyat yoldaşı X5 ilə Yasamal Rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunmuş və alğı-satqı müqaviləsi bağlanılaraq 109020 manat məbləğində kompensasiya, eyni zamanda maddi yardım Ə.Məmmədova ödənilmiş, həmçinin Qaçqınların və X2 üzrə Dövlət Komitəsindən yaşayış evi də ayrılmışdır. Hesab edir ki, imtina məktubu tamamilə əsassızdır. İlk növbədə bildirir ki, o, keçmiş həyat yoldaşı ilə 2002-ci ildən boşanmışlar. Halbuki cavabdeh məktubunda həyat yoldaşına kompensasiya verildiyini yazır. Digər tərəfdən imtina əsası kimi yaşayış yerinin ayrılması da göstərilsə də, Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin cavabından görünür ki, ona heç bir mənzil ayrılmayıb. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 04.02.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə verərək, İddiaçı mənzillə təmin edilməsi və mənzillə təmin olunmadığı dövr ərzində kirayə haqqı üçün ödənilməli məbləğ olaraq 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-932/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddiaçının mənzillə təmin edilməsi və mənzillə təmin olunmadığı dövr ərzində kirayə haqqı üçün ödənilməli məbləğ olaraq 10800 (on min səkkiz yüz) manat məbləğində kompensasiya ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Son olaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbində dəqiqləşmə apararaq İddiaçı mənzillə təmin edilməsi və mənzillə təmin olunmadığı dövr ərzində kirayə haqqı üçün ödənilməli məbləğ olaraq 14000 (on dörd min) manat məbləğində kompensasiya ödənişinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının məskunlaşdığı Yasamal rayonu, Mizağa Əliyev küçəsi,ev 10 ünvanında yerləşən evi 2019cu ilin noyabr ayından etibarən sökülmüş, iddiaçıya evlə təmin olunacağı barədə rəsmi məlumat verilməsinə baxmayaraq hazırki vaxtadək heç bir mənzillə təmin olunmayıb, həm də kirayə haqqı üçün kompensasiya da ödənilməyib. İş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi iddia tələbinə dair etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin edilmə” tələbi tam əsassızdır. Belə ki, İddiaçı vəkili tərəfindən Komitəyə daxil olmuş vəkil sorğusuna Komitə tərəfindən 22.11.2019-cu il tarixli 02/2988 nömrəli məktubla cavab verilərək, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə ünvanlanmış 07.08.2019-cu il tarixli 424/9-7 saylı məktubda Yasamal rayonu Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərinin siyahısı qeyd edilmiş və həmin ailələrin mənzillə təmin edilməsinə dair köməklik edilməsi xahiş edilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş siyahıda İddiaçı adı qeyd edilməmişdir. Həmin ərazidə məskunlaşmış 3 məcburi köçkün ailəsi Pirallahı rayonu ərazisində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə salınmış 306 evlik yaşayış kompleksində, 7 məcburi köçkün ailəsi isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış “Qobu-Park" yaşayış kompleksində mənzillə təmin edilmişdir. Bakı şəhəri, Yasamal rayonu Mirzağa Əliyev küçəsində yerləşən mənzillərin sökülməsi ilə aparılan abadlıq və yenidənqurma işlərinin hansı hüquqi əsaslarla həyata keçirildiyi və orada yaşayan vətəndaşlara hansı qurum tərəfindən kompensasiya ödənildiyi barədə məlumatların alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı ilə X5 arasındakı nikah 26.12.2002-ci il tarixli AZ-İ 000881 nömrəli X3 şəhadətnaməyə əsasən pozulmuşdur. Bakı şəhəri Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən mənzillərin sökülməsi ilə aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə təqdim olunan məcburi köçkünlərin siyahısında iddiaçı X1 adı olmamış və həmin siyahıda adları qeyd olunmuş məcburi köçkün ailələrinin məskunlaşdırılması Komitə tərəfindən həyata keçirilmişdir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 3 ünvanda 3 mərtəbəli binada müvəqqəti məskunlaşan və faktiki olaraq daimi yaşayan məcburi köçkün ailələrinin siyahısı tərtib olunmuş və təsdiq olunaraq Komitəyə təqdim olunmuşdur. Həmin siyahılar əsasında qeyd olunan ünvanda daimi yaşayan məcburi köçkün ailələri mənzillə təmin olunmuşdur. İddiaçı adı icra hakimiyyəti tərəfindən təqdim olunmuş siyahıda olmamış və mənzillə təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli Qərarı əsasında təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi” qaydasına əsasən məcburi köçkünlərin köçürülməsi onların məskunlaşdıqları şəhər və rayon icra hakimiyyəti orqanlarının təşkil etdiyi komissiya tərəfindən həyata keçirilir və məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi ilə razılaşdırılır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin fərdi və ya növbədənkənar yaşayış sahəsi ilə təmin edilməsi Komitə tərəfindən həyata keçirilmir və bu qaydada mənzillə təmin edilmə Komitənin imkanı xaricindədir. Kompensasiya verilməsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də 2020-ci il üçün təsdiqlənmiş xərclər smetasında Respublikanın şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində xüsusi mülkiyyətdə olan yaşayış və ya qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə kompensasiya verilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməklik göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir.Bakı şəhəri Yasamal rayonu Mirzağa Əliyev küçəsi 150 ünvanında yerləşən mənzillərin sökülməsi ilə aparılan abadlıq və yenidənqurma işlərinin hansı hüquqi əsaslarla həyata keçirilməsinə və orada yaşayan vətəndaşlara kompensasiyanın verilməsi məsələsinə Komitə cavabdehlik daşımır və onun səlahiyyətlərinə heç bir aidiyyəti yoxdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: -Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Vəkil ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə ünvanlanmış 2019-cu il 07 avqust tarixli, 424/9-7 saylı məktubda Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin siyahısı qeyd edilmiş və həmin ailələrin mənzillə təmin olunmasına dair köməklik edilməsi xahiş olunmuşdur. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş siyahıda İddiaçı adı qeyd edilməmişdir. Həmin ərazidə məskunlaşmış 3 məcburi köçkün ailəsi Pirallahı rayonu ərazisində məcburi köçkün ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə salınmış 306 evlik yaşayış kompleksində, 7 məcburi köçkün ailəsi isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində salınmış “Qobu- Park” yaşayış kompleksində mənzillə təmin edilmişdir. Bakı Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən mənzillərin sökülməsi ilə aparılan abadlıq və yenidənqurma işlərinin hansı hüquqi əsaslarla həyata keçirildiyi və orada yaşayan vətəndaşlara hansı qurum tərəfindən kompensasiya ödənildiyi barədə məlumatların alınması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə olunmuşdur. - X3 AZ-İ seriyalı 000882 saylı 26.11.2002-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında mövcud olmuş nikah pozulmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə ünvanlanmış 02 dekabr 2021-ci il tarixli **********04 nömrəli məktubundan görünür ki, ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına Bakı şəhəri, 3215-ci məhəllə, 1410-cu keçid, ev 4, 107 saylı mənzil 31.01.2001-ci il tarixində qeydiyyata alınmış, lakin Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4Ə-3- 404 reyestr nömrəli, 02.05.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Məhkəmə sorğusu əsasında təqdim olunmuş sənədlər: -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ünvanlanmış 3101 nömrəli 26 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, mənzillə təmin olunacaq məcburi köçkünlərin siyahıya alınması Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.Bununla bağlı rayon İcra Hakimiyyətindən hər hansı məlumat aşkar olunmadığından qeyd olunan siyahının tərəflərindən təqdim edilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 25.11.2021ci il tarixli 02/1561 nömrəli məktubdan görünür ki, müraciətdə qeyd olunan xüsusatlarla bağlı Komitədə aparılmış araşdırma zamanı, 2007-2021-ci illərə dair məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, İddiaçı məcburi köçkün statusuna malik olub-olmaması barədə məlumat aşkar edilməmişdir. Bununla yanaşı, İddiaçı ünvan 6 ünvanında yaşamış və 2017-ci ilədək sözügedən ünvan üzrə məcburi köçkünlər üçün nəzərdə tutulmuş kommunal güzəştlərdən istifadə etmişdir. ünvan 7 ünvanında yerləşən mənzillərin sökülməsi ilə əlaqədar müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələrinə köməklik göstərilməsi ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək Komitəyə təqdim edilmiş məcburi köçkünlərin siyahısına İddiaçı adı daxil edilməsə də, sonradan Komitəyə ünvanlanmış məktubu əsasında İddiaçı adı, mənzillə təmin olunma məqsədilə Komitəyə müraciət edən şəxslərin siyahısına daxil edilmişdir. Şanlı Vətən müharibəsində qazanılmış Zəfər nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasətində yeni bir mərhələ başlanmışdır. Belə ki, işğaldan azad olunmuş ərazilərin bərpası, həmin ərazilərdə yaşayış üçün təhlükəsiz şəraitin və zəruri infrastrukturun yaradılmasının təmin olunması üçün məqsədyönlü iş aparılaraq, məcburi köçkünlərin həmin ərazilərdə mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, hazırda Komitənin balansında boş mənzil fondu olmadığından, habelə məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə bu sahədə qəbul ediləcək normativ aktlara uyğun olaraq yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulduğundan, X1 öz ailə üzvləri ilə birlikdə həmin ərazilərdə yeni yaşayış sahəsi ilə təmin edilməsi məsələsinə baxılacaqdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il 187 nömrəli Fərmanı təsdiq edilmişdir. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Komitə Əsasnamənin tələblərinə uyğun olaraq, məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması və digər tədbirlərlə bağlı fəaliyyətini dövlət tərəfindən qəbul edilən Dövlət Proqramlarına əsasən həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Əsasnaməsi tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəri yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.1-ci bəndinin tələbinə uyğun olaraq, məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli və şəffaf şəkildə həyata keçirilir. Komissiya Komitənin, aidiyyəti yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin nümayəndələrindən ibarət təşkil olunur. Məcburi köçkünlərin mənzillə təmin edilməsi müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən tərtib və təsdiq edilmiş siyahı əsasında həyata keçirilir. Təqdim edilmiş siyahı yaradılmış Komissiya tərəfiindən yoxlanıldıqdan sonra Qaydalarda göstərilən mənzil almaq hüququ olan məcburi köçkün ailələrinin dairəsi müəyyənləşdirilərək, həmin ailələr mənzillə təmin edilir. Qaydanın 2.4.1-ci bəndinə əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramlarında nəzərdə tutulan obyektlərdə və eyni zamanda, köçürülməsinə daha çox ehtiyac olan digər obyektlərdə yaşayan, müvafiq yerli rayon (şəhər) icra hakimiyyətləri tərəfindən bu Qaydadada göstərilən formada tərtib və təsdiq edilərək, Komissiyaya təqdim olunmuş siyahıya daxil edilmiş “məcburi köçkün” statusu olan şəxslərə mənzil verilir. Qaydanın 2.4.2-ci bəndinə əsasən, yeni salınmış yaşayış kompleksinə köçürülənədək köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrinə müvəqqəti yaşayış sahələri verilir. Bu sahədə qəbul edilmiş Dövlət Proqramına və Dövlət Proqramına edilmiş sahələrə uyğun olaraq ölkə ərazisində salınmış yeni qəsəbələrə yalnız həmin Dövlət Proqramında və ona edilmiş Əlavələrdə göstərilən ictima binalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış daimi yaşayan məcburi köçkün ailələri köçürülür. Qaydanın 2.11.1-ci bəndinə əsasən müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə mənzil verilmir. Qaydanın 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yaşayış sahəsi verilmir. Qaydanın 2.11.3-cü bəndinə əsasən digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3 (üç) ildə həmin obyektdə yerləşib yaşayanlara mənzil verilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı adına Bakı şəhəri, 3215-ci məhəllə, 1410-cu keçid, ev 4, 107 saylı mənzil 31.01.2001-ci il tarixində qeydiyyata alınmış, lakin Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 4Ə-3-404 reyestr nömrəli, 02.05.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı ilə X5 arasındakı nikah 26.11.2002-ci il tarixli AZ-İ 000881 nömrəli X3 şəhadətnaməyə əsasən pozulmuşdur. Cavabdeh etirazında Bakı şəhəri Yasamal rayonu, Mirzağa Əliyev küçəsində yerləşən mənzillərin sökülməsi ilə aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə təqdim olunan məcburi köçkünlərin siyahısında iddiaçı X1 adının olmadığı bildirilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etdiyindən və həmin yaşayış sahəsini sonradan özgəninkiləşdirdiyindən cavabdeh iddiaçının iddia tələbinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəri yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 2.11.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yaşayış sahəsi verilmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən ödəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68 – 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar