Məhkəmə qərarları › İş №2-1(112)-9327/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9327/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9327/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yenidən hesablanma barədə qərarın ləğvi, pensiyanın əvvəlki məbləğdə bərpa edilməsi və yaranmış fərqin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv olunması, pensiyanın əvvəlki qaydada ödənilməsinin bərpa olunması, tutulmuş məbləğin qaytarılması və tutulması nəzərdə tutulan 4305,58 manat pulun tutulmaması barədə qərarın ləğv olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyasında 2024-cü ilin fevral ayında 164 manat məbləğində azalma baş vermişdir. İddiaçının bununla əlaqədar cavabdehə ünvanladığı müraciətə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Z-32027/2024 nömrəli məktubla bildirilmişdir ki, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi İnzibati aktm qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Qeyd olunanları və Qanunun 62.1-ci maddəsinin tələblərini nəzərə alaraq bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən həyata keçirilən inventcırlaşma nəticəsində sizin əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 1640,12 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vaxtilə əmək pensiyanızın yenidən hesablanması zamanı vəzifə maaşının artımı ilə əlaqədar pensiyanın məbləğinin düzgün müəyyən edilmədiyi aşkar olunub. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, sizə artıq ödənilmiş əmək pensiyası son üç il üzrə məhdudlaşdırılaraq 4305,58 manat təşkil edir. Bu cavabdan sonra iddiaçı etibarnamə üzrə nümayəndə vasitəsi ilə cavabdehə və AR Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək cavabdehdən 1) əmək pensiyasının hesablanması barədə aparılmış inzibati araşdırmanın materiallarının surətlərinin və qərarın surətinin təqdim edilməsini, 2) əmək pensiyam əvvəlcədən düzgün hesablanmamışdırsa, bu səhv hesablanmanın konkret olaraq kimin (hansı vəzifəli şəxsin) günahı səbəbindən baş verməsi barədə məlumat verilməsini, 3) əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv olunaraq pensiyanın əvvəlki qaydada ödənilməsini, 4)tutulmuş pul məbləğinin iddiaçıya qaytarılması və tutulması nəzərdə tutulan 4305,58 manat pulun tutulmaması barədə qərarın ləğv olunmasına göstəriş verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-Z-85495/2024 nömrəli məktubla imtina cavabı verilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 6 iyul 2016-cı il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fiiial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Müvafiq araşdırma zamanı tərəfimizdən verilmiş sorğuya cavab olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş məlumat vərəqinə əsasən İddiaçı əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, İddiaçı əmək pensiyası yenidən hesablanaraq təminat xərcliyinə (vəzifə maaşı 700,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 255,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi 1169,00 manat) və 40 il 3 ay 13 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi-1169,00 manat məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, İddiaçı artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 4331,35 manat müəyyən edilib. Eyni zamanda, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar ona cari ilin yanvar ayı üzrə 25,77 manat ödənilməli olan fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1 -ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, İddiaçı artıq ödənilmiş 4331,35 manat pul vəsaitindən ona ödənilməli olan 25,77 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıqödənilmiş 4305,58 manat pul vəsaitinin 328,00 manat hissəsi M.X3 daxil olmuş yazılı razılığına əsasən cari ilin fevral və mart ayında pensiyasının 10 faizi miqdarında hissəhissə tutularaq büdcəyə bərpa edilib. Qalıq artıqödəmə 3977,58 manat təşkil edir. Müraciətə əsasən İddiaçı əmək pensiyasından tutulma xx.xx.2024-cü il tarixindən dayandırılıb. Qalıq artıqödənilmiş 3977,58 manat vəsaitin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunur. Əlavə olaraq bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası 1640,12 manat məbləğində müəyyən edilib.

4. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi yazılı etiraz məktubunda bildirmişdir ki, iddia tam əsassız və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən 6 iyul 2016-cı il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20 14.1-cı maddəsinin 1 yanvar 2024-cü il tarixinedek qüvvədə olmuş redaksiyasına uyğun olaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə emək pensiyası təyin edilmişdir. Müvafiq araşdırma zamanı tərəfimizdən verilmiş sorğuya cavab olaraq iddiaçıya sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim edilmiş melumat vərəqinə əsasən onun əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, iddiaçının emək pensiyası yenidən hesablanaraq təminat xercliyinə (vəzifə maaşı 700,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi 255,00 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cemi 1169,00 manat) və 40 il 3 ay 13 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 100 faizi-1169,00 manat məbləğində müəyyən edilib. Qanunun 39 1-cı maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən emək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, İddiaçı artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 4331,35 manat müəyyən edilib. Eyni zamanda, əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya carı ilin yanvar ayı üzrə 25,77 manat ödənilməli olan fərq məbləği hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1 -ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş 4331,35 manat pul vəsaitindən ona ödənilməli olan 25,77 manat pul vəsaiti çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıqödənilmiş 4305,58 manat pul vəsaitinin 328,00 manat hissəsi onun Mərkəzi Filiala daxil olmuş yazılı razılığına əsasən cari ilin fevral və mart ayında pensiyasının 10 faizi miqdarında hissə-hissə tutularaq büdcəyə bərpa edilib. Qalıq artıqödəmə 3977,58 manat təşkil edir. İddiaçının müraciəti əsasında əmək pensiyasından tutulma xx.xx.2024-cü il tarixindən dayandırılıb Qalıq artıqödənilmiş 3977,58 manat vəsaitin onun əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əlavə olaraq bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyası 1640,12 manat məbləğində müəyyən edilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika erazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibatı aktların qə u edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda melumat verməklə inzibatı icraatın əya a keçirilməsi inzibatı icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraq ara v ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzim imkanlarını aradan qaldırır Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklə yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd etdiyimiz kimi, "İnzibatı icraat haqqında” Qanunun 21.3.4cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inziabti aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibatı orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüququ münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda cavabdeh hesab edir ki, formal (prosessual) hüquqi teleblerln poemasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu dsrara təslr etein yənı həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndınlən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirilir ki, inzibati icraatın formal (prosessual) tələblənnın pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya Ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur Əksinə, sırf məhkəmə qərarının İcrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. “Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan” Məlumat Vərəqinə əsasən: Soyadı, adı, atasının adı: İddiaçı Sonuncu vəzifəsinin kodu: 97004 Təqvim üzrə xidmət illəri: 26 il 11 ay 04 gün Güzəştli Xidmət İlləri: 13 il 04 ay 09 gün Cəmi iş stajı və xidmət illəri: 40 il 03 ay 13 gün Vəzifə maaşı: 700 AZN Rütbə maaşı: 150 AZN Ərzaq payı əvəzinə pul kompensasiyası: 64 AZN Fasiləsiz xidmət ilinə görə əlavə: 255 AZN Cəmi təminat xərcliyi: 1169 AZN

6. “Əmək pensiyasının yenidən hesablanması” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-2345/2024 nömrəli Qərara əsasən İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən İddiaçı hesablama tarixinə qədər pensiya məbləği 1795,16 manat, hesablamadan sonra 1640,12 manat məbləğində müəyyən olunmuşdur.

7. “Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan” dəqiqləşdirilmiş Məlumat Vərəqinə əsasən: Soyadı, adı, atasının adı: İddiaçı Sonuncu vəzifəsinin kodu: 97002 Təqvim üzrə xidmət illəri: 26 il 11 ay 04 gün Güzəştli Xidmət İlləri: 13 il 04 ay 09 gün Cəmi iş stajı və xidmət illəri: 40 il 03 ay 13 gün Vəzifə maaşı: 785 AZN Rütbə maaşı: 150 AZN Ərzaq payı əvəzinə pul kompensasiyası: 64 AZN Fasiləsiz xidmət ilinə görə əlavə: 280.50 AZN Cəmi təminat xərcliyi: 1279 AZN

8. “Əmək pensiyasının yenidən hesablanması” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-14400/2024 nömrəli Qərara əsasən İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən İddiaçı hesablama tarixinə qədər pensiya məbləği 1640,12 manat, hesablamadan sonra 1795,15 manat məbləğində müəyyən olunmuşdur.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirir ki, dəqiqləşdirilmiş məlumat vərəqəsi əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq əvvəlki pensiya məbləği (1795,15 AZN) bərpa edilmişdir və yaranmış pensiya fərqi bölünərək hər ay iddiaçının əmək pensiyasına əlavə edilir.

10. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

11. Məhkəmə qeyd edir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024cü il tarixli, 3-17-1/3-3-14400/2024 nömrəli Qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq əvvəlki pensiya məbləği (1795,15 manat) bərpa edilmişdir və yaranmış pensiya fərqi bölünərək hər ay iddiaçının əmək pensiyasına əlavə edilir. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

12. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar