Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9329/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 26.05.2021ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı səhhətində yaranan ölümcül problemlərə görə 08.12.2008-ci il tarixdə açıq ürək əmliyyatı olmuşdur. Əməliyyat nəticəsində onun ürəyində mitral qapağın ptotezləşməsi əməliyyatı icra olunmuşdur. Nəticədə iddiaçı ölümdən yaxa qurtarsa da, səhhətində olan problemlər əmliyyatdan sonra da qalmışdır. Əmək fəaliyyəti məşgul ola bilmir, daim kənar şəxslərin qulluğuna ehtiyacı var və ömrünün axırana qədər gündə ən az 3 fərqli dərman qəbul etməklə yaşamaq məcburiyyətindədir. Həmin protezləşmə əməliyyatına görə iddiaçıya 04.05.2009-ci il tarixdə “Mitral stenoz İİİ-İV dərəcə aortal qüsur. Mitral qapaqların protezləşmə əməliyyatından s\v. QDÇ İİ” diaqnozu ilə “Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” meyarı ilə 1-ci qrup əlillik təyin edilmişdir. Daha sonra 17.05.2011-ci il tarixdə də “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci üçüncü dərəcəli çatmamazlığı diaqnozu” ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə 5 illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. 27.05.2014-cü il tarixdə “Revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliyyatı s\v” diaqnozu ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə 1 illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. 26.05.2015-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı. Meyarı” ilə 1 illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. 26.05.2016-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit.Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” meyarı ilə 5 illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. Həmin təyanat tarixi bitdikdən sonra yenidən müddətsiz əlilliyin təyin edilməsi üçün cavabdehə forma 88 göndərişi göndərilmişdir. Lakin cavabdeh qanunsuz və əsassız olaraq iddiaçıya əlillik təyin edilməsindən formal əsaslarla imtina edərək, imtinasında bildirmişdir ki, guya forma 88 tam doldurulmamışdır. Halbuki, forma 88 tam şəkildə doldurulmuşdur. Cavabdehin etdiyi formal, heç bir araşdırma aparmadan vəzifəsini icra etməkdən yayınmaqdan və qanunvericiliyin tələblərini pozmaqdan başqa bir şey deyildir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi qanun açıq - aşkar formal tələblərə görə vətəndaşların müraciətlərinin icrasından yayınmağı qadağan edir. Digər tərəfindən forma 88 iddiaçı tərəfdən deyil, qeydiyyatda olduğu 5 saylı poliknika tərəfindən göndərilmişdir. Bundan başqa, cavabdehin iddiaçıya əlillik dərəcəsi təyin etməməsi həm də ona görə qanunsuzdur ki, ona əvvəlllər əlillik təyin edilməsi üçün əsas olan diaqnoz hələ qalır. Loru dildə desək, iddiaçının ürəyindəki protezi ordan heç kim çıxarmamışdır, hələ də yerindədir. Yəni, həmin diaqnoz və xəstəlik hələ də mövcuddur. Necə olur ki, iddiaçı 2009-cu ildən 2021-ci ilə qədər 12 ildən artıq müddətdə əlil olmuşdur, indi əlil deyil? Üstəlik bu əlilli nə özü, nə də başqa bir orqan təyin etmişdir. Məhz elə cavabdehin özü tərəfindən iddiaçıya dəfələrlə 12 ildən artıq müddət ərzində əlillik təyin edilmişdir. İndi isə hansısa bir qanunsuz bəhanə gətirməklə iddiaçının əlil olmadığını iddia edir. Bu sadəcə cəmiyyətin ən həssas qrupu olan əlilliləri dövlətdən narazı salmağa çalışmaqdan başqa bir şey deyil. Cavabdeh nəzərə almalıdır ki, əlillər hər bir cəmiyyətin ən həssas qrupudur. Onlara bu cür qanunsuz və əsassız bəhanələr gətirərək davranmaq olmaz. Cavabdeh nəzərə almalıdır ki, iddiaçının əmək qabiliyyəti məhduddur. Dərmanları almaq üçün kimə müraciət etməlidir. Bununla da cavabdeh dolayısı ilə iddiaçının yaşamaq hüququ pozur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti 5 saylı Şəhər Poliklinikasının 24.04.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ35 - Aorta qapağının qeyri-revmatik zədələnməsi => İ35.0 - Aortal (qapaq) stenoz (-u); Diaqnozun mətni: Mitral stenoz lll-İV dərəcə aortal qüsur.Mitral qapaqların protezləşmə əməliyyatından sW.QDÇ İİ; Meyar: 2.1. Birinci dərəcə əlillik => 2.1.1. Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 5 saylı Şəhər Poliklinikasının 13.05.2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ34 - Mitral qapağın qeyri-revmatik zədələnmələri => İ34.9 - Mitral qapağın dəqiqləşdirilməmiş qeyri-revmatik zə...; Diaqnozun mətni: Mitral qapaqların protezləşməsi əməliyyatından s\v.zəif dərəcəli miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 21.05.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; “X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.0 - Mitral stenoz; Diaqnozun mətni: revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliy s\v Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Həmin xəstəxananın 21.05.2015-ci il tarixli, 2766003AABLG saylı göndərişi əsasında “Səbəbi: Ümumi xəstəlik; “X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.8 - Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri- fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla 26.05.2016-cı il tarixdə “Səbəbi: Ümumi xəstəlik; “X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.8 - Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 5 saylı Şəhər Poliklinikasının 24.05.2021-ci il tarixli, 2766003AADVJ saylı göndərişi əsasında baxılmış və X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il ). Ekstrasistolik aritmiya. XÜÇ-İİ dər. Mitral qapaq çatmamazlığı İ dər. Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dər. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİ dər.; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2008-ci ildən xəstə olmasına baxmayaraq, 2021-ci ilə gədər ambulator və stasionar müalicələrdən məlumat yoxdur” səbəbi ilə imtina verilmişdir. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Sonda iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirmişdir ki, oxşar imtina səbəbi ilə iddiaçılara əlilliyin təyin edilməsindən cavabdeh tərəfindən imtina edilmiş analoji işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarları ilə iddianın təmin edilərək, onlara əlilliyə görə pensiyanın təyin edildiyini və bunun da məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X10 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 7eb76bd8-0816-4c1f-a844-56f057f8c1c7 saylı çıxarışdan görünür ki, iddiaçıya 04.05.2009-ci il tarixdə “Mitral stenoz İİİ-İV dərəcə aortal qüsur. Mitral qapaqların protezləşmə əməliyyatından s\v. QDÇ İİ” diaqnozu ilə “Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” meyarı ilə 1-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X10 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 4e59848b-6b6c-4431-9a01-fee74b3e8ac7 saylı çıxarışdan görünür ki, iddiaçıya 17.05.2011-ci il tarixdə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci - üçüncü dərəcəli çatmamazlığı diaqnozu” ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X10 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 59c8548846dd-46fc-ae83-675996dbb2b8 saylı çıxarışdan görünür ki, iddiaçıya 27.05.2014-cü il tarixdə “Revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliyyatı s\v” diaqnozu ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X10 Tibbi – Sosial Ekspertiza Müayinəsindən 0663e665-7806-4dda-a3b3-ab10a7c14009 saylı çıxarışdan görünür ki, iddiaçıya 26.05.2015-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı. Meyarı” ilə 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin imzası və möhürü ilə təsdiq edilmiş “Müayinə olunan şəxs barədə” xxxxxxx0005 saylı məlumatdan görünür ki, iddiaçıya 26.05.2016-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit.Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” meyarı ilə 5 illik müddətə 2-ci qrup əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 347296 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 27.05.2014-cü il tarixli 1238 saylı müayinə aktına əsasən 01.06.2015-ci il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Ağır fiziki işlər əks göstərişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 4 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 088440 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 04.05.2009-cu il tarixli 187 saylı müayinə aktına əsasən 01.06.2011-ci il tarixə qədər 1-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir, daimi kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 X20 Sosial Ekspert Komissiyasının 977940 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 12.05.2011-ci il tarixli 1047 saylı müayinə aktına əsasən 01.06.2012-ci il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 087884 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 23.05.2013-cu il tarixli 1248 saylı müayinə aktına əsasən 01.06.2014-cu il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 314215 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 18.05.2012-ci il tarixli 1133 saylı müayinə aktına əsasən 01.06.2013-cü il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 3 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 565502 saylı arayışından görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən 26.05.2015-ci il tarixli 1192 saylı müayinə aktına əsasən 01.06.2016-cı il tarixə qədər 2-ci qrup əlillik təyin edilmişdir. Ağır fiziki işlər əks göstərişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Nəsimi rayonu 5 saylı Poliklinikasının 24.04.2009-cu il tarixli TSEK-ə Göndərişindən görünür ki, iddiaçı 27.12.2008-ci il tarixdən göndəriş verən müalicə müəssisəsindən qeydiyyatda olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq X8 ambulator müalicələr almışdır. 03.12.2008-ci il tarixdə Ukraynanın M.M.Amasov adına “X17” “mitral qapağın protezləşməsi əməliyyatı olunmuşdur. Xəstə daimi olaraq müalicələr alır və həkim nəzarəti altındadır. Həmin göndərişin 12-ci xanasında iddiaçının 27.12.2008-ci il tarixdən 14.01.2009-cu il tarixə qədər, 21.02.2009-cu il tarixdən 16.03.2009-cu il tarixə qədər, 11.04.2009-cu il tarixdən 24.04.2009-cu il tarixə qədər ambulator, 02.12.2008-ci il tarixdən 12.12.2008-ci il tarixə qədər stasionar qaydada “mitral stenoz 3-4 dərəcə, cüzü aortal qüsur, mitral qapağın protezləşməsi əməliyyatdan sonrakı vəziyyət” xəstəliyindən müalicə almışdır. İddiaçıya göndəriş zamanı aşağıdakı diaqnoz qoyulmuşdur: a) əsas xəsətəlik – mitral stenoz 3-4 dərəcə. Cüzi aortal qüsur. Mitral qapaqların protezləşməsi əməliyyatından sonrakı vəziyyət. b) əlavə xəstəliklər zəif dərəcəli miopiya. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 12.05.2011-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm, Mitral qapağın protezləşdirilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət. diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 16.05.2012-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm, qeyri – avtiv faza, Revmokardit, Mitral stenozu. Mitral qapağın protezləşdirilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət (2008-ci il), Ürək ritm pozğunluğu = supraventrikulyar ekstrasistoliya. QDÇ – İ (bir) dərəcə. diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 20.05.2015-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm: qeyri – avtiv faza, Revmokardit, Mitral qapağın çatışmazlığı stenozu ilə Mitral qapağın protezləşməsi cərrahi əməliyyatından sonrakı vəziyyət (2008-ci il), Supraventrikulyar ekstrasistoliya. AF=48%. QDÇ – İİ (iki) dərəcə. diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 17.04.2017-ci il tarixli iddiaçının exodopplerokardioqrafiya müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya mitral qapağın protezləşməsi sonrakı vəziyyət. Aorta qapağın çatmamazlıığı diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 17.04.2017-ci il tarixli iddiaçının müayinəsinin nəticəsindən görünür ki, iddiaçıya “Revmatizm: qeyri – fəal faza, Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Ekstrasistolik aritmiya, ÜÇ İİ fs, Af = 48%. diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 26.04.2019-cu il tarixli iddiaçının rəngli doppler exokardioqrafiya - PİCO müayinəsinin nəticəsindən görünür ki, “ona mitral qapağın protezləşməsi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Ürək kameraları genişlənməyib. Sol mədəciyin hipertrofiyası, diffuz hipokinezi. Mitral qapağın protezinin funksiyası N. MÇ-1. Transmitral axın yüksəkdir. Aorta qapağı qalınlaşıb, AÇ-1.” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 26.04.2019-cu il tarixli iddiaçının müayinə nəticələrindən görünür ki, iddiaçıya “Revmatizm qeyri – fəal faza, Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. 1-ci dərəcəli aortal çatmamazlığı, 1-ci dərəcə mitral çatmamazlıq, QDC İİ fs. AF 48%. diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X4 tərəfindən verilmiş 06.05.2021-ci il tarixli iddiaçının müayinə nəticələrindən görünür ki, müayinə nəticəsində iddiaçıya “Revmatizm q/aktiv faza, Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrosistolik aritmiya. XÜÇ İİ (iki) dərəcə, H AF 48%, MÇ və TÇ – İ dərəcə. diaqnozu qoyulmuşdur. İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə Birliyi Akademik C.Abdullayev adına X1 tərəfindən verilmiş 06.06.2021-ci il tarixli iddiaçının rəngli doppler exokardioqrafiya müayinəsinin nəticəsindən görünür ki, müayinə taxiaritmiya fonunda aparılmışdır. Sol mədəciym sistola-diastolik ölçül: normaldır, sistolik funksiyası azalmışdır (EF-48%). Sol qulaqcıq böyümüşdür. Sağ boşluq böyüməmişdir. Protezləşmiş mitral qapaq görüntüsü izlənilir. Diastolik funksiya restriktiv tip pozulmuşdur. Pulmonar arteriya təzyiqi normaldır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Perikard boşluğu təmizdir. Rəngli doppler exokardioqrafıyada ݰMÇ, min.AÇ, 1° TÇ. 5 nömrəli Şəhər Poliklinikası tərəfindən 24.05.2021-ci il tarixdə rəsmiləşdirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına 2766003AADVJ saylı Göndərişdən görünür ki, iddiaçı 27.12.2008-ci il tarixdən Göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi 02.12.2008-ci il tarixdir. İddiaçı son 6 ay ərzində Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma (kod İ01) xəstəliyi ilə əlaqədar 08.10.2020-ci il, 09.02.2021-ci il, 19.04.2021-ci il, 04.05.2021-ci il tarixlərdə müraciət etmişdir. İddiaçı Ukrayna, M.M.Amasov adına X14 02.12.2008-ci il tarixdən 18.12.2008-ci il tarixə qədər İ05.0 kodlu xəstəliklə, akademik C.M.Abdullayev adına X2 12.05.2011-ci il, 16.05.2012-ci il, 17.05.2013-cü il, 17.05.2014cü il, 19.05.2014-cu il, 17.04.2017-ci il, 26.04.2019-cu il, 06.05.2021-ci il tarixlərdə İ01 kodlu xəstəliklə əlaqədar stasionar müalicə almışdır. “Müayinələr” – “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasında “Sümük - əzələ sistemində - döş qəfəsində əməliyyatdan sonrakı çapıq nəzərə çarpır, aşağı ətraflarda şişkinlik müşahidə olunur.”, sözləri qeyd edilmişdir. “Status localis” qrafasında “Xəstədə tənginəfəslik, ürək döyünmə, aşağı ətraflarda şişkinlik müşahidə olunur. Xəstə 2009-2011-ci il tarixə kimi İ qrup əlil olub. 2012-ci ildən isə 1-ci qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-na göndərilir” sözləri qeyd edilmişdir. 04.05.2021-ci il tarixdə müayinə nəticəsində həkim - kardioloq tərəfindən İ50.0 Durğunluq ürək çatmamazlığı. diaqnozu, həkim – revmatoloq tərəfindən İ01 ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il). Ekstrasistolik aritmiya. XÜÇ- İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı. TÇ-İ dərəcə diaqnozu qoyulmuşdur. TSEK-ə göndəriş zamanı diaqnoz qarfasında a) əsas diaqnoz kimi “ İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma. Revmatizm qeyri aktiv faza .Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrasistolik aritmiya. XUÇ-İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı.TÇ-İ dərəcə.” xəstəliyi, b) Ağırlaşma kimi “İ50.0 Durğunluq ürək çatmamazlığı XÜÇ-İİ dərəcə. İ05.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri, c) yanaşı xəstəliklər kimi isə c) Yanaşı xəstəliklər: H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri torlu qişanın angiopatiyası, F48.0 Nevrasteniya, K81.1 Xroniki xolesisti xəstəlikləri qeyd edilmişdir. 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəstənin tibbi kartasından görünür ki, iddiaçı 14.01.2009-cu il, 21.02.2009-cu il, 16.03.2009-cu, 24.04.2009-cu, 25.11.2009-cu, 24.01.2010-cu, 23.01.2010-cu, 15.12.2010-cu, 20.04.2011-ci, 17.03.2012-ci, 11.05.2013-cü, 10.10.2012-ci, 14.10.2012-ci, 08.05.2013-cü, 18.11.2013-cü, 12.05.2014-cü, 26.09.2014-cü, 16.03.2015-ci, 08.05.2015ci, 03.10.2015-ci, 23.04.2016-cı, 29.10.2016-cı, 17.04.2017-ci, 03.10.2017-ci, 25.01.2018ci, 20.04.2018-ci, 03.10.2018-ci, 26.04.2019-cu,17.10.2019-cu, 08.09.2020-ci, 09.02.2021-ci, 19.04.2021-ci, 05.05.2021-ci il tarixlərdə həkim müayinəsindən keçmişdir və müayinə nəticəsində iddiaçıya “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008). Revmokardit. Mitral svenoz. Aortal qapaq çatışmazlığı 1-ci dərəcəli, ürək (qan dövranı) çatmamazlığı 2-ci dərəcəli.” xəstəliklərinə görə həkim revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman təyinatları aparılmışdır. 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəsətənin tibbi kartasında olan 14.01.2009-cu il tarixli əsas diaqnostik müayinələrin nəticəsindən ( Forma AZS -025) görünür ki, həmin tarixli müayinə nəticəsində iddiaçıya “Mitral svenoz 3-4 dərəcəli. Cüzi aortal qüsur. Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət QDC – İİ dərəcəli” xəstəliklərinə görə həkim revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman (Varfarin, Cordaron, Panangin – müddətsiz, Preductal MR – 2 ay) təyinatı aparılmışdır. 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəstənin tibbi kartasında olan 21.02.2009-cu il tarixli həkim revmatoloq müayinəsindən ( Forma AZS – 025 – səh 6) görünür ki, həmin tarixli müayinə nəticəsində iddiaçıya “Mitral svenoz 3-4 dərəcəli. Cüzi aortal qüsur. Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət QDC – İİ dərəcəli” xəstəliklərinə görə həkim - revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman (Benoral, Panangin, Condio) təyinatı aparılmışdır. 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəsətənin tibbi kartasında olan 16.03.2009-cu il tarixli əsas diaqnostik müayinələrin nəticəsindən (Forma AZS – 025 – səhifə 8) görünür ki, həmin tarixli müayinə nəticəsində iddiaçıya “Mitral svenoz 3-4 dərəcəli. Cüzi aortal qüsur. Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət QDC – İİ dərəcəli” xəstəliklərinə görə həkim - revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman (Mecze, Corvalol, Panangin, Condio) təyinatı aparılmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 04.05.2009-cu il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ35 - Aorta qapağının qeyri-revmatik zədələnməsi => İ35.0 - Aortal (qapaq) stenoz (-u); Diaqnozun mətni: Mitral stenoz lll-İV dərəcə aortal qüsur.Mitral qapaqların protezləşmə əməliyyatından S\V.QDÇ İİ; Meyar: 2.1. Birinci dərəcə əlillik => 2.1.1. Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 13.05.2011-ci il tarixli göndərişi əsasında 17.05.2011-ci il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30- İ52 - Ürəyin digər xəstəlikləri => İ34 - Mitral qapağın qeyri-revmatik zədələnmələri => İ34.9 - Mitral qapağın dəqiqləşdirilməmiş qeyri-revmatik zədələnməsi; Diaqnozun mətni: Mitral qapaqların protezləşməsi əməliyyatından s\v.zəif dərəcəli miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 21.05.2014-cu il tarixli göndərişi əsasında 27.05.2014-cu il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; “X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => İ05.0 - Mitral stenoz; Diaqnozun mətni: revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 21.05.2015-ci il tarixli göndərişi əsasında 21.05.2015-ci il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; “X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ01 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01.8 - Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 26.05.2016-cı il tarixli göndərişi əsasında 26.05.2016-cı il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya müayinə nəticəsində “Səbəbi: Ümumi xəstəlik; “X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ01 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => İ01.8 - Ürəyin digər kəskin revmatik xəstəlikləri; Diaqnozun mətni: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 24.05.2021-ci il tarixli göndərişi əsasında 03.06.2021-cı il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, iddiaçıya “X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il ). Ekstrasistolik aritmiya. XÜÇ-İİ dər. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİ dərəcə.; dianozları qoyulsa da, göndərişin natamam doldurulması - 2008-ci ildən xəstə olmasına baxmayaraq, 2021-ci ilə gədər ambulator və stasionar müalicələrdən məlumat olmaması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məhkəməyə təqdim edilmiş iddiaçının 5 saylı Şəhər Poliklinikasının 24.05.2021-ci il tarixli göndərişi əsasında 03.06.2021-cı il tarixdə TSEK tərəfindən müayinəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X12 (TSERAS) 24.09.2021-ci il tarixli çıxarışından görünür ki, 2766003AADVJ saylı göndərişdə iddiaçıya a) əsas diaqnoz kimi “ İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma. Revmatizm qeyri aktiv faza .Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrasistolik aritmiya. XUÇ-İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı.TÇ-İ dərəcə.” xəstəliyi, b) Ağırlaşma kimi “İ50.0 Durğunluq ürək çatmamazlığı XÜÇ-İİ dərəcə. İ05.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri, c) yanaşı xəstəliklər kimi isə c) Yanaşı xəstəliklər: H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri torlu qişanın angiopatiyası, F48.0 Nevrasteniya, K81.1 Xroniki xolesisti xəstəlikləri qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 07.07.2021-ci il tarixli 2-1(102)-1158/2021 saylı və 10.02.2021-ci il tarixli 2-1(102)-162/2021 saylı qərarlarından görünür ki, iddiaçılara göndərişin natamam doldurulması səbəbindən əlilliyin müəyyən edilməsindən imtina edilməsi barədə cavabdehin hərəkəti qanunsuz hesab edilərək, iddia təmin edilmiş və həmin göndərişlərə əsasən iddiaçılara əlillik təyin edilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, iştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının publik hüququnun təmin edilməsi - 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun Preambulasına əsasən: Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanuna əsasən: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtinadır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X5na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bənd. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bənd. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1-ci bənd. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13- İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.4-cü bənd. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1-ci bənd ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 4.1-ci bənd. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. X16 tərəfindən təsdiq edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”na əsasən İX sinif Qan dövranı sisteminin xəstəliklərində (İ00- İ99) “Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma” İ01 kodla, “Mitral qapağın revmatik xəstəlikləri” İ05 kodla, “Üçtaylı qapağın revmatik xəstəlikləri” İ07 kodla göstərilmişdir. İşin araşdırılan hallarından görünür ki, İddiaçı 03.12.2008-ci il tarixdə Ukraynanın M.M.Amasov adına “X17” “mitral qapağın protezləşməsi” əməliyyatı olunmuşdur. İddiaçıya 04.05.2009-ci il tarixdə “Mitral stenoz İİİ-İV dərəcə aortal qüsur. Mitral qapaqların protezləşmə əməliyyatından s\v. QDÇ İİ” diaqnozu ilə “Qan dövranının üçüncü dərəcəli xroniki çatmamazlığı” meyarı ilə 1-ci qrup əlillik təyin edilmişdir. Sonradan 17.05.2011-ci il tarixdə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci - üçüncü dərəcəli çatmamazlığı diaqnozu” ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə, 27.05.2014-cü il tarixdə “Revmatizm qeyri aktiv faza.revmokardit mitral qapağın stenozu.mitral qapaqların protezləşməsi əməliyyatı s\v” diaqnozu ilə “Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” meyarı ilə, 26.05.2015-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” meyarı” ilə 2-ci qrup, 26.05.2016-ci il tarixdə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” diaqnozu ilə “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. Revmokardit. Durğunluq ürək çatmamazlığı.” meyarı ilə 2-ci qrup əlillik təyin edilmişdir. 26.05.2021-ci il tarixdə əlillik müddətinin müddətinin bitməsi ilə əlaqədar iddiaçı əlilliyin müəyyən edilməsi barədə göndərişin göndərilməsi üçün 5 saylı Şəhər Poliklinikasına müraciət etmişdir. İddiaçının müraciətinə 24.05.2021-ci il tarixli, 2766003AADVJ saylı göndərişi əsasında baxılmış və X5: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.1 - Kəskin revmatik endokardit; Diaqnozun mətni: Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il ). Ekstrasistolik aritmiya. XÜÇ-İİ dər. Mitral qapaq çatmamazlığı İ dər. Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dər. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, XÜÇ-İİ dər.; diaqnozu ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İmtanaya əsas kimi göndərişin natamam doldurulması - 2008-ci ildən xəstə 2021-ci ilə qədər ambulator və stasionar müalicələrdən məlumatın olmaması göstərilmişdir. Halbuki, Qiymətləndirməyə əsas verən 2766003AADVJ saylı göndərişin təhlili göstərir ki, iddiaçı 27.12.2008-ci il tarixdən Göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi 02.12.2008-ci il tarixdir. İddiaçı son 6 ay ərzində ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma ( kod İ01) xəstəliyi ilə əlaqədar 08.10.2020-ci il, 09.02.2021-ci il, 19.04.2021-ci il, 04.05.2021-ci il tarixlərdə müraciət etmişdir. İddiaçı Ukrayna, M.M.Amasov adına X14 02.12.2008-ci il tarixdən 18.12.2008-ci il tarixə qədər İ05.0 kodlu xəstəliklə, akademik C.M.Abdullayev adına X2 12.05.2011-ci il, 16.05.2012-ci il, 17.05.2013-cü il, 17.05.2014-cü il, 19.05.2014-cu il, 17.04.2017-ci il, 26.04.2019-cu il, 06.05.2021-ci il tarixlərdə İ01 kodlu xəstəliklə əlaqədar stasionar müalicə almışdır. “Müayinələr” – “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasında “Sümük - əzələ sistemində - döş qəfəsində əməliyyatdan sonrakı çapıq nəzərə çarpır, aşağı ətraflarda şişkinlik müşahidə olunur.”, sözləri qeyd edilmişdir. “Status localis” qrafasında “Xəstədə tənginəfəslik, ürək döyünmə, aşağı ətraflarda şişkinlik müşahidə olunur. Xəstə 2009-2011-ci il tarixə kimi İ qrup əlil olub. 2012-ci ildən isə 1-ci qrup əlildir. Əlillik müddəti bitdiyinə görə TSEK-na göndərilir” sözləri qeyd edilmişdir. 04.05.2021-ci il tarixdə müayinə nəticəsində həkim - kardioloq tərəfindən İ50.0 Durğunluq ürək çatmamazlığı. diaqnozu, həkim – revmatoloq tərəfindən İ01 ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma Revmatizm qeyri aktiv faza. Mitral qapağın protezləşməsi əməliyyatından s/v (2008-ci il). Ekstrasistolik aritmiya. XÜÇ- İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı. TÇ-İ dərəcə diaqnozu qoyulmuşdur. TSEK-ə göndəriş zamanı diaqnoz qarfasında a) əsas diaqnoz kimi “ İ01 Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma. Revmatizm qeyri aktiv faza .Mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008-ci il). Ekstrasistolik aritmiya. XÜÇ-İİ dərəcə. Mitral qapaq çatmamazlığı İ dərəcə. Üçtaylı qapaq çatmamazlığı.TÇ-İ dərəcə.” xəstəliyi, b) Ağırlaşma kimi “İ50.0 Durğunluq ürək çatmamazlığı XÜÇ-İİ dərəcə. İ05.1 Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə. İ07.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri, c) yanaşı xəstəliklər kimi isə c) Yanaşı xəstəliklər: H35.0 Fon retinopatiyaları və retinal damar dəyişiklikləri torlu qişanın angiopatiyası, F48.0 Nevrasteniya, K81.1 Xroniki xolesisti xəstəlikləri qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı göndərişin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.5-ci bəndinə uyğun olaraq şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X5na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilmişdir. Cavabdehin guya 2008-ci ildən xəstə 2021-ci ilə qədər ambulator və stasionar müalicələrdən məlumatın olmaması barədə mülahizəsi də öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının Ukrayna, M.M.Amasov adına X14 02.12.2008-ci il tarixdən 18.12.2008-ci il tarixə qədər İ05.0 kodlu xəstəliklə, akademik C.M.Abdullayev adına X2 12.05.2011-ci il, 16.05.2012-ci il, 17.05.2013-cü il, 17.05.2014-cü il, 19.05.2014-cu il, 17.04.2017-ci il, 26.04.2019-cu il, 06.05.2021-ci il tarixlərdə İ01 kodlu xəstəliklə əlaqədar stasionar müalicə alması barədə məlumatlar göndərişdə göstərilmişdir. Bundan başqa, 5 nömrəli Şəhər Poliklinikası tərəfindən doldurulmuş iddiaçıya məxsus ambulator xəstənin tibbi kartası ilə iddiaçının 14.01.2009-cu il, 21.02.2009-cu il, 16.03.2009-cu, 24.04.2009-cu, 25.11.2009-cu, 24.01.2010-cu, 23.01.2010-cu, 15.12.2010-cu, 20.04.2011-ci, 17.03.2012-ci, 11.05.2013-cü, 10.10.2012-ci, 14.10.2012-ci, 08.05.2013-cü, 18.11.2013-cü, 12.05.2014-cü, 26.09.2014-cü, 16.03.2015-ci, 08.05.2015ci, 03.10.2015-ci, 23.04.2016-cı, 29.10.2016-cı, 17.04.2017-ci, 03.10.2017-ci, 25.01.2018ci, 20.04.2018-ci, 03.10.2018-ci, 26.04.2019-cu, 17.10.2019-cu, 08.09.2020-ci, 09.02.2021-ci,19.04.2021-ci ,05.05.2021-ci il tarixlərdə həkim müayinəsindən keçməsi və müayinə nəticəsində iddiaçıya “Revmatizm, qeyri-fəal faza, mitral qapağın protezləşməsi əməliyyatından sonrakı vəziyyət (2008). Revmokardit. Mitral svenoz. Aortal qapaq çatışmazlığı 1-ci dərəcəli, ürək (qan dövranı) çatmamazlığı 2-ci dərəcəli.” xəstəliklərinə görə həkim revmatoloq tərəfindən müalicə məqsədilə müxtəlif dərman təyinatlarının aparılması öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə araşdırması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən iddiaçının tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplamaqla və müalicənin nəticələrini araşdırmaqla, həmçinin, Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə (akademik C.M.Abdullayev adına X3) göndərilməsi ilə həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndərişin verilməsi barədə qərar qəbul edilmişdir. 2766003AADVJ saylı göndərişlə əsas diaqnoz kimi qoyulmuş Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma, Mitral qapağın revmatik mənşəli çatmamazlığı Mitral qapaq çatmamazlığı İ dərəcə, Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı) Üçtaylı qapaq çatmamazlığı .TÇ-İ dərəcə.” xəstəlikləri X16 tərəfindən təsdiq edilmiş “Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı”na əsasən İX sinif Qan dövranı sisteminin xəstəliklərində (İ00-İ99) “Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma” İ01 kodla, “Mitral qapağın revmatik xəstəlikləri” İ05 kodla, “Üçtaylı qapağın revmatik xəstəlikləri” İ07 kodla göstərilmişdir. Həmin kodlu xəstəliklər (ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09)) isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsasdır. Həmçinin, cavabdeh tərəfindən – 27.05.2014-cü, 26.05.2015-ci, 03.06.2016-cı il tarixlərdə də məhz həmin kodlu xəstəliyə əsasən iddiaçıya əlillik təyin edilmişdir. Bundan başqa, cavabdeh məhkəməyə təqdim edilmiş etirazında, cavabdehin nümayəndəsi məhkəmə iclasındakı izahatında iddiaçının xəstə olmamasını və ya göndərişdə qeyd edilmiş diaqnozun ona əlilliyin təyin edilməsinə əsas vermədiyini bildirməmişdir, yalnız formal mülahizələrinə görə ona yenidən əlillik təyin edilməsindən imtina etmişdir. Belə olan halda, 2766003AADVJ saylı göndərişdə göstərilən xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində təsbit edildiyindən cavabdehin göndərişin “göndərişin natamam doldurulması - 2008-ci ildən xəstə 2021-ci ilə qədər ambulator və stasionar müalicələrdən məlumatın olmaması” kimi formal mülahizələrə əsaslanması qanunsuz və əsassız olmuşdur. Belə ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçıya 04.05.2009-ci il tarixdən fasiləsiz əlillik təyin olunduğu üçün və eyni xəstəliklər səbəbindən cavabdehin iddiaçıya 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlillik təyin edilməsindən imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bundan başqa məhkəmə tərəfindən qərar qəbul edilərkən Azərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 98-1-ci maddəsinə (kasasiya instansiyası məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə) əsasən iş materaillarına əlavə edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarları nəzərə alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 26.05.2021-ci il tarixdən müddətsiz 2-ci qrup əlilliyinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-9329/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9329/2021
24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver