Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-933/2020 25.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «Adın dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı adının Saradan Saraxanıma dəyişdirilməsi vəzifəsinin icra olunmasını cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, doğum akt qeydiyyat kitabİnda adının Saradan Saraxanıma dəyişdirməklə, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-933/2020 sayl, 11 fevral 2020-ci il tarixli qərardadı ilə iş üzrə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə adının SarayxanımDan Saraxanıma dəyişdirilməsi barəədə iddia irəli sürmüş, tələbi təmin olunsa da, lakin çıxarılmış qərarda adı Sarayxanımdan Saraya dəyişdirilməsi qeyd olunmuşdur ki, buna uyğun olaraq Bakı şəhəri Cavabdehndə onun doğum aktı kitabında bu barədə qeyd edilmişdir. Lakin məhkəmə qərarı ilə onun adında istədiyi dəyişiklik baş verməmişdir. Bu səbəbdən iddiaçı təkrar iddia qaldıraraq adının Saradan Saraxanıma dəyişdirməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, tərəflərin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. 3 saylı ASAN xidməti tərəfindən 16.09.2019-cu il tarixdə verilmiş AA0700856 saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı X4 Azərbaycan Respublikasının vətəndaşıdır, 1959cu il təvəllüdlüdür, Bakı şəhəri, H.ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)- 2763/2017 saylı 28 iyul 2017-ci il tarixli qərardan görünür ki, İddiaçı iddiası təmin edilərək, İddiaçı adının “Sarayxanım”dan “Sara”ya dəyişdirilməklə, bu barədə doğum akt qeydləri kitabında müvafiq düzəlişin edilib, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Cavabdehnə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh 07 dekabr 2019-cu il tarixli 0510-2487/15 nömrəli məktubdan görünür ki, X1 rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 34 saylı 13.10.2017-ci il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə əsasən növbəti dəfə adının “Saraxanım”a dəyişdirilməsi müraciətinə imtina etmiş və məhkəməyə müraciət olunması təklif edilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, xx.xx.1959-cu il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş iddiaçı X4 Bakı şəhəri, H.ünvan 1 ünvanında qeydiyyatdadır. Onun əvvəlki adı Sarayxanım olmuş və onun adı, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2763/2017 saylı 28 iyul 2017-ci il tarixli qərarına əsasən “Sara” adına dəyişdirmişdir. İddiaçı yenidən adının “Sara”dan “Saraxanım”a dəyişdirilməsi ilə bağlı yaşadığı yer üzrə qeydiyyat orqanı Bakı şəhəri Yasamal rayon qeydiyyat orqanına müraciət etmiş, inzibati orqan isə 07.12.2019-cu il tarixli, 0510- 2487/15 saylı imtina məktubunda Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na istinad etməklə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini bildirmiş və iddiaçı cavabdeh inzibati orqanın imtinasını qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6-cı madəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istorsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ndan göründüyü kimi 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla adın dəyişdirilməsi hüququ tanınmış, iddiaçı həmin hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən adının dəyişdirilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Cavabdeh imtinası əsaslıdır və iddiaçı X2 hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «Adın dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «Adın dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-933/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-933/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver