Məhkəmə qərarları › İş №2-1(112)-933/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-933/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-933/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı X7 üçüncü şəxs qismində cəlb edilməklə “sərəncamın qismən ləğv olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 qızının katibliyi, İddiaçı, iddiаçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv olunması” tələbinə dair iddiası üzrə inzibati işə 14 mart 2023cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Təsərrüfat hesablı yardımçı təsərrüfat”ın adına özəlləşdirilməsi ilə əlaqədar ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə müraciət etmiş, lakin cavabdeh 17 fevral 2022-ci il tarixli məktubunda bildirmişdir ki, sözügedən yardımçı təsərrüfatın əmlakı “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq 2007-ci il tarixində hərrac vasitəsilə hərracın qalibi tərəfindən özəlləşdirilmişdir. Həmçinin yardımçı təsərrüfatın torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə”yə uyğun olaraq 2008-ci ildə özəlləşdirilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehin təsərrüfathesablı yardımçı təsərrüfatın özəlləşdirilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 10 avqust 2007-ci tarixli, 248 nömrəli sərəncamının keçmiş Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) Qala qəsəbəsi ünvanında 10401,9 kv.metr torpaq sahəsində yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin yardımçı təsərrüfatının (İXMİM yardımçı təsərrüfatı) özəlləşdirilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 10 avqust 2007-ci il tarixli 248 nömrəli Sərəncamının “Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin (obyektlərinin) Siyahısı”na dair 1 saylı Əlavəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin keçmiş Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) Qala qəsəbəsi ünvanda 10401,9 kv.metr torpaq sahəsində yerləşən yardımçı təsərrüfatının (İXMİM yardımçı təsərrüfatı) özəlləşdirilməsi barədə 11-ci bəndinin ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Xarici Turizm Şurası sədrinin 09 noyabr 1996-cı il tarixli 14-4 saylı əmrinə əsasən X10 təsərrüfathesablı yardımçı təsərrüfatının direktoru vəzifəsinə təyin edilmişdir. Halhazıradək həmin vəzifədədir, azad edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinə (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) müraciət edərək yardımçı təsərrüfatın dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini dəfələrlə xahiş etmişdir. Ancaq hər dəfə ona müraciətinə baxılacağı barədə cavab verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti sonuncu müraciətinə 17 fevral 2022-ci il tarixli **********21 saylı məktubla cavab verərək bildirib ki, yardımçı təsərrüfat 2007-ci il tarixində hərrac vasitəsilə özəlləşdirilib. Rəhbəri olduğu təsərrüfathesablı yardımçı təsərrüfat cavabdehin qərarına əsasən hərrac vasitəsilə özəlləşdirilərkən qanunla qorunan hüquq və mənafelərinə zərər vurulub. Belə ki, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İkinci Dövlət Proqramı”nın 1.1, 1.7, 2, 2.3, 2.3.25-ci maddələrinin, 3, 4.1, 4.4-cü maddələrinin, “Dövlət əmlakının hərraclar vasitəsilə satışı” Qaydalarının tələbləri kobud surətdə pozulub. “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İkinci Dövlət Proqramı”nın 4.4-cü maddəsinin tələbinə görə özəlləşdirilən dövlət müəssisələrinin işçilərinin həmin müəssisənin əmlakının və ya səhmlərinin 15 faizini güzəştli şərtlə almaq hüququ vardır. “Dövlət əmlakının hərraclar vasitəsilə satışı” Qaydalarının 4.5-ci maddəsinə görə kiçik müəssisələrin özəlləşdirilməsi zamanı kiçik müəssisənin nizamnamə kapitalının 85 faizi satışa çıxarılır. Əmək kollektivi də hərracda iştirak edə bilər. Cavabdeh təsərrüfathesablı yardımçı təsərrüfatın özəlləşdirilməsi barədə qəbul etdiyi qərarla bağlı onları məlumatlandırmayıb, qərarı indiyədək onlara təqdim etməyib, təsərrüfatın 15 faizini güzəştli şərtlərlə almaq, hərracda iştirak etmək hüquqlarını pozub. Cavabdehin etirazı: İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 248 nömrəli sərəncamı ilə Əzizbəyov (indiki Xəzər) rayonu, Qala qəsəbəsi ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Yardımçı təsərrüfatının hərrac yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Mübahisənin predmeti olan Əzizbəyov (indiki Xəzər) rayonu, Qala qəsəbəsi ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Yardımçı təsərrüfatının ümumi dəyərinin, yəni 319945 (üç yüz on doqquz min doqquz yüz qırx beş) manatın 47992 (qırx yeddi min doqquz yüz doxsan iki) manatı (nizamnamə kapitalının 15 %-i) əmək kollektivinin güzəştli satışda iştirak edən üzvü olmuş X7 tərəfindən özəlləşdirmə çekləri vasitəsilə ödənilmiş, həmin əmlakın nizamnamə kapitalının 85%-i yəni, 271953 manat dəyərində olan hissəsi xx.xx.2007-ci il tarixli hərracda əmək kollektivinin yeganə üzvü olmuş Dursun Məmmədov tərəfindən özəlləşdirilmişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə X7 arasında qeyd olunan əmlaka dair xx.xx.2007-ci il tarixli, 1369 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və ümumi sahəsi 10401.9 kv.m təşkil edən Yardımçı təsərrüfatı Komitə tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 002411 nömrəli Şəhadətnaməyə əsasən Dursun Məmmədovun mülkiyyətinə verilmişdir. Beləliklə, iddiaçını hazırkı məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi zamanı əmək kollektivinin üzvü olmamış, həmin dövrdə qeyd edilən müəssisə əmək kollektivinin yeganə üzvü olmuş Dursun Məmmədov tərəfindən güzəştli qaydada satın alınmışdır. Göründüyü kimi qeyd edilən mübahisə predmeti olan əmlakın satışı ilə əlaqədar keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Xidmətin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Bundan əlavə, mübahisə predmeti olan əmlak Dursun Məmmədov tərəfindən xx.xx.2007-ci il tarixində özəlləşdirilmiş və 15 il ərzində xüsusi mülkiyyətdə olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmənin 06 iyul 2022-ci il tarixli qərardadı ilə, X7 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 928358 №-li, xx.xx.2018-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə ölmüşdür; Məhkəmə iclasının vaxtı və yeri barədə üçüncü şəxsin ünvanına məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, üçüncü şəxsin hüquqi varisi tərəfindən məhkəmə icraatına cəlb olunmaqla bağlı məhkəməyə ərizə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə, iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya onlara rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X10 09 noyabr 1996-cı il tarixli 14-u nömrəli əmrinin surətindən görünür ki, “Azərbaycan” mehmanxanası Yardımçı təsərrüfatının direktoru vəzifəsini icra edən R.Rəsulov 9 noyabr 1996-cı il tarixdən tutduğu vəzifədən azad edilmiş, İddiaçı Bəhrəm oğlu 9 noyabr 1996-cı il tarixdən X10 Təsərrüfathesablı yardımçı təsərrüfatının direktoru təyin edilmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 24 iyun 2022-ci il tarixli məktubla qeyd olunan Yardımçı təsərrüfatın özəlləşdirilməsinə dair zəruri sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli 248 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin (obyektlərinin) Siyahısı”nın 11-ci bəndindən görünür ki, Əzizbəyov rayonu, Qala qəsəbəsində yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Yardımçı təsərrüfatının ümumi dəyəri 319945 (üç yüz on doqquz min doqquz yüz qırx beş) manat, ilkin satış qiyməti 271953 (iki yüz yetmiş bir min doqquz yüz əlli üç) manat, çeklə güzəştli ödəmə 15 % 47992 manat olmaqla hərraca çıxarılmışdır; 11 sentyabr 2007-ci il tarixli, 33/03 nömrəli “Hərrac protokolu”ndan görünür ki, Əzizbəyov rayonu, Qala qəsəbəsi ünvanda yerləşən İXMM-nin Yardımçı təsərrüfatı ilə əlaqədar keçirilmiş hərracın qalibi X7 olmuşdur; 12 sentyabr 2007-ci il tarixli 1369 №-li Müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi İxtisaslaşdırılmış Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2007-ci il tarixli, 33/03 nömrəli protokola əsasən Əzizbəyov rayonu, Qala qəsəbəsində yerləşən Yardımçı təsərrüfatını (nizamnamə kapitalının 85 %-i) 271953.00-iki yüz yetmiş bir min doqquz yüz əlli üç manata X1; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 464 nömrəli Fərmanı ilə ləğv edilmiş X10 tabeliyində olmuş “Azərbaycan” mehmanxanasının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tamamilə özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən özəlləşdirmə komissiyasının təklifi əsasında müəsissənin balansında olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən yardımçı təsərrüfat sahəsi mövcud normativ-hüquqi aktlara uyğun olaraq mehmanxananın əmlak kompleksinin tərkibindən çıxarılaraq ayrıca özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Sözügedən yardımçı təsərrüfatın əmlakı “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq 2007-ci il tarixində hərrac vasitəsilə hərracın qalibi tərəfindən özəlləşdirilmişdir. Həmçinin yardımçı təsərrüfatın torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq 2008-ci ildə özəlləşdirilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Yardımçı təsərrüfat Azərbaycan Mehmanxanasının balansında olmuş, mehmanxana səhmdar cəmiyyətinə çevrilərkən cəmiyyətin nizamnamə kapitalına daxil edilməmiş və ayrıca özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Odur ki, həmin yardımçı təsərrüfat keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına götürülərək “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə nəzərdə tutulmuş qaydada, “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq hərraca çıxarılmış və 11 sentyabr 2007-ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi tərəfindən özəlləşdirilmişdir. Bu barədə alıcı ilə xx.xx.2007-ci il tarixli, 1369 nömrəli “Müəssisəsinin (obyektin) alqı-satqı müqaviləsi” bağlanılmış və ona “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2007-ci il tarixli, 002411 nömrəli şəhadətnamə verilmişdir. Yardımçı təsərrüfat özəlləşdirilərək xüsusi mülkiyyətə verildikdən sonra onun yenidən təşkil edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 15 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin yardımçı təsərrüfatı və X10 təsərrüfathesablı yardımçı təsərrüfatı adlı kommersiya qurumu aşkar edilməmişdir; Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan X2 və Koordinasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə, Azərbaycan Respublikası Xarici Turizm Şurasına məxsus olmuş Binə qəsəbəsində yerləşən təsərrüfat hesablı yardımçı təsərrüfatın keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilməsi ilə əlaqədar sənədlərin (əmr, təhvil-təslim aktı, sərəncam, məktublar) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; 1.0.2. dövlət əmlakının özəlləşdirmə üçün açıq elan edilmə anı - dövlət əmlakının özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərar qəbul etdiyi vaxtdır; 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir; ... 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”: 6.1. Kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir; Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kiçik müəssisənin nizamnamə kapitalı (obyektin start qiyməti) müəyyən olunur; kiçik müəssisənin nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i İİ Dövlət Proqramının 4.2-ci bölməsində nəzərdə tutulmuş qaydada əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir; kiçik müəssisənin nizamnamə kapitalının (obyektin satış qiymətinin) 85%-i İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulmuş satış üsuluna uyğun olaraq satılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Mübahisənin predmetini İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin keçmiş Əzizbəyov rayonunun (indiki Xəzər rayonu) Qala qəsəbəsi ünvanda 10401,9 kv.metr torpaq sahəsində yerləşən yardımçı təsərrüfatının özəlləşdirilməsi təşkil edir ki, iddiaçı həmin təsərrüfatın (X10 təsərrüfathesablı yardımçı təsərrüfatının) 1996-cı ildən direktoru olmasına istinad edərək hazırkı iddia tələbi irəli sürmüşdür. Məhkəmə iddiaçının dəlilərini əsassız hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 464 nömrəli Fərmanı ilə ləğv edilmiş X10 tabeliyində olmuş “Azərbaycan” mehmanxanasının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tamamilə özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən özəlləşdirmə komissiyasının təklifi əsasında müəsissənin balansında olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən yardımçı təsərrüfat sahəsi mövcud normativ-hüquqi aktlara uyğun olaraq mehmanxananın əmlak kompleksinin tərkibindən çıxarılaraq ayrıca özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Həmin yardımçı təsərrüfat "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansından onun özəlləşdirilməsinin təmin edilməsi məqsədi ilə, keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tabeliyində olan İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hüquqi varisi “X3 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi) balansına qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı həmin yardımçı təsərrüfatın İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına verilməsi ilə əlaqədar sənədlərin (əmr, təhviltəslim aktı, sərəncam, məktublar) təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, qeyd edilən təsərrüfata X4 rəhbərlik etmiş və o, əmək kollektivinin yeganə üzvü kimi göstərilmiş, digər hər hansı imtiyaz və güzəşt hüququna malik şəxs, o cümlədən iddiaçının adı göstərilməmişdir. Daha sonra sözügedən yardımçı təsərrüfat İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olarkən təqdim edilmiş əmək kollektivinin üzvlərinin siyahısında yalnız X5 adı göstərilmişdir və 11 sentyabr 2007-ci il tarixdə keçirilmiş hərracda onun tərəfindən özəlləşdirilmişdir. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hərracın keçirilməsi qaydalarının pozulma halları müəyyən olunmamışdır. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinə qarşı, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın qismən ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar