Məhkəmə qərarları › İş №2-1(112)-9340/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9340/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9340/2021 21.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi X7 oglunun katibliyi iddiaçı X1 Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində icraata cəlb edilməklə “mənzilə dair üçüncü şəxsin adına olan qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 1 ünvanında yerləşən 14 saylı evin, 215 saylı mənzilin X4 adına dövlət reyestrində 597 nömrə ilə 89623-cü səhifədə qeydiyyata alınması barədə MH seriyalı, 012656 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləgv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddia tələbinin irəli sürülməsi üçün iddiaçının subyektiv hüququnun oldugunu təsdiq edən sənədlərin təqdim edilməsi üçün sərəncam iddiaçının iddia ərizəsində qeyd edilmiş ünvanına göndərilmiş, bununla baglı hazırlıq icraatı üzrə iclasda iddianın mümkünlük məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, 1992-ci ildə ailə üzvləriylə birlikdə Laçın rayonundan məcburi köçkün kimi Bakı şəhərinə gəlmiş və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1-də yerləşən 14 saylı yarımçıq tikili binanın 215 nömrəli mənzilində məskunlaşmışaraq hal-hazırda da həmin mənzildə yaşayır. Mənzilin şəraiti əlverişsiz olduğundan mənzilə məskunlaşdıqdan sonra çox böyük əziyyətlərlə üzləşmiş, lakin daha sonra öz vəsaiti hesabına mənzili təmir etdirərək normal yaşayış səviyyəsinə gətirmişlər. Mənzilə məskunlaşdığı vaxtdan hal-hazıradək mənzilin hər-hansı şəxsin istifadəsinə verilməsi məsələsi ilə bağlı və daha sonra mənzilin özəlləşdirilməsi ilə bağlı heç bir dövlət qrumundan gələn olmamış, onlar məskunlaşdığı vaxt mənzil heç kimə məxsus olmamış, daha sonra da hər-hansı bir sənədləşmə işləri ilə bağlı mənzildə ölçü işləri aparılmamışdır. Lakin buna baxmayaraq Qara Cəfərov adlı şəxs mənzilin ona məxsus olduğunu, mənzilin 1993-cü ildə işlədiyi idarə tərəfindən verildiyini, 1996-cı ildə isə mənzili özəlləşdirdiyini bildirir. Halbuki, iddiaçı həmin mənzilə 1992-ci ildə məskunlaşmış və hal-hazıradək orada yaşayır. Qara Cəfərovun dedikləri onun mənzilə qeyri-qanuni əsaslarla sahib olduğunu göstərir. İddiaçı izahatının sonunda mövcud vəziyyətdə ona köməklik göstərilməsini və iddianın mümkün sayılaraq, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi izahatında iddiaçının hazırkı iddiasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin, 215 saylı mənzilin X4 adına dövlət reyestrində qeydiyyata alınması barədə MH seriyalı, 012656 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləgv edilməsini tələb etməsi üçün sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı olmadıgından iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında üçüncü şəxs iştirak etmədiyinə görə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün subyektiv hüququnun mövcudluğunu təsdiq edən sənədlərin mövcud olması zəruridir. İş materiallarında olan MH seriyalı, 012656 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin, 215 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi dövlət reyestrində 597 nömrə ilə 89623-cü səhifədə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəmə sorgusuna əsasən daxil olmuş xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X1 adına sözügedən mənzilin qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal ünvanında yerləşən 14 saylı evin, 215 saylı mənzilinə dair 5 nəfər ailə üzvü olmaqla X4 adına Yasamal rayonu İH başçısının sərəncamına əsasən xx.xx.1993-cü il tarixli 020649 saylı order verilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən 14 saylı evin, 215 saylı mənzilin X4 adına dövlət reyestrində qeydiyyata alınması barədə MH seriyalı, 012656 nömrəli, xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləgv edilməsini tələb edir. Ancaq iddiaçı sözügedən daşınmaz əmlaka münasibətdə subyektiv hüquq daşıyıcısı deyildir. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İddiaçı hazırkı iddiasında cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4KİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar