Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9340/2024 17.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi nümayəndəsi X4, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Adi cəlbetmə qaydasında üçüncü şəxs X11) qarşı “çıxarışın və texniki pasportun verilməsi” üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı 20 avqust 1999-cu il tarixli sərəncamı ilə və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli əmri ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış 5 sot torpaq sahəsinin iddiaçının adına xüsusi mülkiyyət kimi hüququ qeydiyyatdan keçirilməsi, həmin torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilinəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saaylı 20 avqust 1999-cu il tarixli sərəncamı ilə və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli əmri ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisində 5 sot torpaq sahəsi fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmışdır. Ona görə də iddiaçı qeyd olunan torpaq sahəsinin adına qeydiyyatdan keçirilərək torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki pasportun verilməsinin təmin edilməsi üçün torpağa dair sənədlərin surətini də əlavə edərək aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada müraciət etmiş və müraciəti xx.xx.2014-cü il tarixdə cavabdeh idarə tərəfindən qəbul edilmişdir. Lakin hazırda müraciətdən bir aydan artıq vaxt keçməsinə baxmayaraq, heç bir müsbət və ya mənfi cavab verilməmişdir. Bu isə iddiaçıya aid torpaq sahəsinin başqa şəxsin adına sənədləşdirilməsini şübhə altına alır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı “Abşeron Rayon İcra Hakimiyyəti üzrə 096 saylı, 20 avqust 1999-cu il tarixli sərəncamı ilə və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 xx.xx.2003-cü il tarixli əmri ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış 5 sot torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilməsi və buna dair çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli **********40 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 direktorunun xx.xx.2003-cü il tarixli 28 №-li əmrinin arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququ digər şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 500 kv.m olduğu qeyd edilsə də, faktiki 474 kv.m təşkil etdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X3) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Azərbaycan Respublıikası Prezidenti İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 saylı Protokolundan Çıxarışa əsasən siyahıda qeyd olunan X3 işçilərinə və vətəndaşlara 0.10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır.
5. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli, 28 nömrəli Əmrinə əsasən siyahıda adları göstərilən X3 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır (X3 HİK-nin 17 may 2003-cü il tarixli 02 saylı Protokolundan Çıxarışa əsasən).
923. İddiaçı
6. Azərbaycan Republikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən əraziyə dair digər vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədlər olduğundan plancizginin təqdim edilməsi mümkün deyildir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə İddiaçı inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən 0,0474 ha torpaq sahəsi X7 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
9. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X12 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən 0,0474 ha torpaq sahəsini alıcı X2 mülkiyyətinə vermişdir.
10. xx.xx.2024-ci il tarixli Danışmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən 0,0474 ha torpaq sahəsini alıcı X6 mülkiyyətinə vermişdir.
11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A (Yeni qaydalarla: AZ1076, ünvan 2 yerləşən 0,0474 ha torpaq sahəsi X6 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
12. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A (Yeni qaydalarla: AZ1076, ünvan 2 ünvanında yerləşən 0,0474 ha torpaq sahəsinə dair X6 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarına əlavə olunmuşdur.
13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyil.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçını tanımır, torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında digər şəxsdən almışdır və hazırda faktiki istifadəsindədir, torpaq sahəsinin ölçüsü təxmini 5 sotdur.
II. İddianın növü və mümkünlüyü
16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Torpaq sahəsi faktiki sahibliyində olmasa da, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmişdir, odur ki, iddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
20. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
26. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
27. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
28. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
30. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
31. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin 20 avqust 1999-cu il tarixli 096 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrinə istinad edərək Buzovna tərəvəzçilik-südçülük sovxozunun ərazisində fərdi mənzil tikintisi üçün ayrılmış 5 sot torpaq sahəsinə dair çıxarışın verilməsini tələb etmişdir.
32. Cavabdeh imtinanın dəlili olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 direktorunun xx.xx.2003-cü il tarixli 28 №-li əmrinin arxiv arayışı və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim olunmamışdır. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququ digər şəxsin (X11) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsünün 500 kv.m olduğu qeyd edilsə də, faktiki 474 kv.m təşkil etdiyi məlum olmuşdur.
33. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən 0,0474 ha torpaq sahəsi X7 adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il tarixli Danışmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X12 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən 0,0474 ha torpaq sahəsini alıcı X2 mülkiyyətinə vermişdir. - xx.xx.2024-ci il tarixli Danışmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A ünvanında yerləşən 0,0474 ha torpaq sahəsini alıcı X6 mülkiyyətinə vermişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A (Yeni qaydalarla: AZ1076, ünvan 2 yerləşən 0,0474 ha torpaq sahəsi X6 adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-920A (Yeni qaydalarla: AZ1076, ünvan 2 ünvanında yerləşən 0,0474 ha torpaq sahəsinə dair X6 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarına əlavə olunmuşdur. - Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) izahatında bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsində deyil. - Məhkəmə iclasında iştirak edən üçüncü şəxs izahatında bildirmişdir ki, iddiaçını tanımır, torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında başqa şəxsdən almışdır və hazırda faktiki istifadəsindədir, torpaq sahəsinin ölçüsü təxmini 5 sotdur.
34. Məhkəmə iş üzrə təqdim edilən sübutları məcmu halında qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən istinad olunan hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin İddiaçı istifadəsinə verildiyi qeyd olunsa da, mübahisələndirilən torpaq sahəsi iddiaçının faktiki və qanuni istifadəsində deyil, eləcə də torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgi mövcud deyildir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinə faktiki və hüquqi sahiblik digər şəxslər tərəfindən həyata keçirilməklə mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilmişdir. Odur ki, qanunverici vətəndaşların qanuni istifadəsində olan torpaqların əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini müəyyən etdiyindən və mübahisələndirilən torpaq sahəsi iddiaçının hazırda qanuni sahibliyində və istifadəsində olmadığından iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını və üçüncü şəxsin qeyd olunan torpaq sahəsi üzərində hüquqlarının ləğvini tələb etməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, hazırda iddiaçının hüquqi vəziyyəti tələbin hüquqi əsasını təşkil edən disposiziya şərtinə uyğun gəlmir.
35. Məhkəmə iddia tələbinin “torpaq sahəsinə dair texniki pasportun verilməsi” hissəsini “torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsi” kimi nəzərə alır və qeyd edir ki, torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsində olmadığından iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
36. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
37. hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva