Məhkəmə qərarları › İş №2-1(112)-9345/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9345/2025

19.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9345/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13rşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Buzovna küçəsində yerləşən 0.20 ha. torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 saylı 15 aprel 1999-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsi ərazində X8 ayrılmış 0.20 ha. həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 direktorunun "Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında" 28 saylı 21 may 2003-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 saylı 15 aprel 1999-cu il tarixli sərəncamı, tərəvəzçiliksüdçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokoluna əsasən X8 0.20 ha. həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 1-2- 27/2-51/2024 saylı 30 yanvar 2024-cü il tarixli arxiv arayışından da güründüyü kimi Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasıyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılmış və arxivdə saxlanan sənədlər əsasında müəyyən edilmişdir ki, (Buzovna tərəvəzçiliksüdçülük sovxozunun) balansında olan torpaq sahəsindən X8 fərdi mənzil tikintisi üşün 0,20 ha. hesabı ilə 4-096 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin ərazidə qonşu sahələrdə eyni təşkilat və eyni məqsədlərlə ayrılmış digər torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsinə dair cavabdeh təşkilat tərəfindən müvafiq çıxarışlar verilmişdir. Qonşu torpaq sahələrinə də verilmiş eyni hüquq müəyyənedici sənədlər əsasında onlara ayrılmış torpaq sahələrinə dair çıxarış aldıqlarından iddiaçı da həmin hüququndan istifadə edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin icra olunmasından imtina etmişdir. İmtina ilkin olaraq onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər surətdir. Bundan başqa, idarənin mürəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar içərisində olduğu müəyyən edilmişdir. Bundan başqa, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin soyadı "Rəsulova" səxsiyyət vəsiqəsində isə "Babayeva" kimi qeyd edilmiş, lakin əlaqəli sənədlər əlavə ediliməmişdir. Cavabdeh inzibati orqan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İddiaçı istifadəsində və sahibliyindəkı dövlət mülkiyyətində olan torpaq sahəsindən hazırda da maneəsiz istifadə edir və ona qarşı heç bir vətəndaşın və təşkilatın, o cümlədən dövlət orqanı kimi cavabdehin həmin torpaqdan iddiaçının qanunsuz istifadəsi və sahibliyi barədə iddiası və tələbi olmamışdır. İddiaçı olaraq cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, cavabdehin imtinasından göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində hüququnun tanınmamasının bir neçə əsası olmuşdur. İlkin olaraq təqdim olunmuş sənədlərin surətləri olması imtinanın əsasını təşkil edə bilməz. Belə ki, inzibati orqan inzibati icraat apararkən iddiaçını dəvət etməmiş və ondan təqdim olunmuş sənədlərin əsillərini tələb etməmişdir. Bundan başqa, cavabdeh inzibati orqana iddiaçı tərəfində torpaq sahəsinin ayrılmasına dair müvafiq arxiv arayışı təqdim edilmiş və həmin arayışda hüquqmüəyyənedici sənədlərə istinad olunmuşdur. İnzibati orqanının təqdim olunmuş sənədlərə şübhəsi olduğu halda özü tərəfində müvafiq aidiyyəti təşkilatlara müraciət etməklə təqdim olunmuş sənədlərin həqiqiliyinə olan şübhələri aradan qaldıra bilərdi. Ona görə də hesab edir ki, bu hal imtinanın əsasını təşkil edə bilməz. Bundan başqa, imtinada göstərilir ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar içərisində olduğu müəyyən edilmişdir. Hesab edir bu da imtina üçün əsas ola bilməz. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun 15-ci maddəsində qonşu torpaq sahələri arasında hasarın olmaması qanunu əsaslarla ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina edilməsinın əsası kimi nəzərdə tutulmamışdır. Ona görə də imtinanın bu dəlili də əsassızdır. İmtinada həmçinin göstərilmişdir ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin soyadı "Rəsulova" səxsiyyət vəsiqəsində isə "Babayeva" kimi qeyd edilmiş, lakin əlaqəli sənədlər əlavə ediliməmişdir. Bir daha qeyd edirəm ki, inzibati icraat zamanı müraciət edən şəxs kimi İddiaçı dəvət edilsə idi, məlum olardı ki, mübahisələndirilən torpaq sahəsi ayrılarkən Fatma Saleh qızı subay olmuş və sənədlərdə qız soyadı olaraq "Rəsulova" göstərilmişdir. Fatma Rəsulova 19 aprel 2011-ci il tarixdə nikaha daxil olmuş və həyat yoldaşının "Babayeva" soyadını götürmüşdür. Bu hal da imtina üçün əsas ola bilməzdi. İmtina məktubunda qeyd edilən halların heç biri İddiaçı ayrılmış torpaq sahəsi üzərində cavabdeh inzibati orqan tərəfindən onun sərəncam vermək hüququnun tanınmaması üçün əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********54 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin soyadı "Rəsulova", şəxsiyyəti təsdiq edən sənəddə isə "Babayeva" kimi qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması zəruridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. "Daşınımaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanınım vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli Əmrindən Çıxarışa əsasən qərara alınmışdır: 1-Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixoli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərə alınsın. 2-Vətəndaş X8 0.20 ha torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. 3-Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.20 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. -Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli 28 nömrəli “Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında” Əmrdən Çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7) Həmkarlar Təşkilatının «17 » moy. 2003. il tarixli 02. saylı protokolunu nəzərə alaraq əmr edilmişdir: Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X8 0.20 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın. -Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 xx.xx.2024-cü il tarixli 1-2- 27/2-51/2024 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 balansında olan torpaq sahələrinin vətəndaşların adına ayrılması haqqında, Azərbaycan Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Respublikası Prezidentinin Administrasiyası və Dövlət Əmlak Komitəsi tərəfindən birgə qəbul edilmiş və təsdiqlənmiş siyahı üzrə sənədləşmə aparılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 saxlanılan sənədlərə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 (Buzovna Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən X8 fərdi mənzil tikintisi üçün 0.20 ha hesabı ilə 4-096 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. -Xəzər rayonu,Buzovna qəsəbəsi X6 balansında olan torpaq sahəsinin istifadəsinə dair X8 ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 məsləhətçi-arxivçisi N.M.Qocayeva tərəfindən imzalanmış və -Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin möhürü ilə təsdiq edilmişdir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi, sahə 3-1024 (Yeni qaydalarla: AZ1076, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan **********71 reyestr nömrəli torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Rəsulov saleh Məmməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi, sahə 4-102 (Yeni qaydalarla: AZ1076, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 202-ci Buzovna küçəsi,giriş 211) ünvanında yerləşən ümumi sahəsi 0.10 ha olan **********59 reyestr nömrəli torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -AZ-İ seriyalı 664343 nömrəli Nikahın bağlanması Şəhadətnaməyə əsasən X14 və X12 arasında xx.xx.2011-ci il tarixdə nikah bağlanmışdır.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 545 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-21689/2025 nömrəli məktubu ilə təqdim edilən Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyən edici sənəd üzrə və faktiki olaraq sahəsi 2000 kv.m təşkil edir. Torpaq sahəsi ümumi hasar daxilindədir. Ara sərhədəri şərtidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2025-ci il tarixli 1-2-28/2-232/2025 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: - Azərbaaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli Əmrində göstərilmişdir: Kənd X1 İttifaqı Komitəsinin 17 may 2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarışa əsasən əmr edirəm: Siyahıda adları göstərilən X6 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılsın. Siyahı əlavə olunur: əsas: Kənd Təsərrüfat müəssisəsinin HİK-nin 17 may 2003-cü il tarixli 02 nömrəli protokolundan çıxarışa əsasən. - Azərbaaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin xx.xx.2003-cüil tarixli 02 saylı Protokolundan Çıxarışa əsasən qərara alındı: X4 işçilərinə və vətəndaşlara 0.10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılsın: 096. X12-0.20 ha. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-53451/2025 nömrəli məktubu ilə təqdim edilən ortofoto görüntüdən müəyən olunur ki, iddia olunan torpaq sahəsinin hər hansı torpaq sahəsi ilə üst-üstə düşmə halı yoxdur Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli **********54 nömrəli məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin soyadı "Rəsulova", şəxsiyyəti təsdiq edən sənəddə isə "Babayeva" kimi qeyd edilmiş, lakin əlaqəli sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Abşeron Rayon İcra hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli Sərəncamından çıxarış və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli 28 saylı əmri ilə X8 fərdi yaşayış evinin tikintisi məqsədilə 0.20 ha torpaq sahəsi ayrılmışdır. İddiaçıya ayrılan torpaq sahəsinin yerləşməsini göstərən plan cizgi tərtib edilərək Azərbaaycan Respublikası Prezidentinin İşlər İdarəsinin möhürü ilə təsdiq edilmişdir. Sözügedən ilkinhüquqmüəyyənedici sənədlər Azərbaaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 mövcuddur. İddiaçı ona ayrılan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiqçıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyini və hüquq sahibinin soyadında fərqliliik olduğunu əsas gətirərək müraciətin təminindən imtina edilmişdir. Hazırki iddiasında iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Buzovna küçəsində yerləşən 0.20 ha. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X7) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən 2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan X7 rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X6) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu hissənin birinci cümləsində nəzərdə tutulmuş eyniliyin müəyyən olunması məqsədi ilə qeydiyyat orqanının və ya hüquq sahibinin sorğusuna cavab 10 gün müddətində verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya torpaq ayrılarkən qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (9 noyabr 1991-ci il tarixdə qəbul edilmiş) 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsinə görə müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəsini almış Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahasinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayırma ilə bağlı hərəkətlərin icrasını bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Qeyd edilən torpaqayırma prosesi başa çatdıqdan sonra ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmaqla torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməklə hüquqların dövlət reyestrində qeydiyyatını həyata keçirən orqanın səlahiyyətlərinə aid edilmişdir. Eləcə də sovxoz əmrləri əsasında ayrılmış torpaq sahələrinə münasibətdə də yuxarıda adıçəkilən 439 nömrəli Fərman müvafiq sovxoz əmri ilə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər- müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər olduğu halda qeydiyyatın həyata keçirilməsini mümkün saymışdır. Başqa sözlə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. İşin hallarından müəyyənn olunur ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna Tərəvəzçilik-südçülük sovxozuna sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi ayrılmışdır. Eyni zamanda müəyyən olunur ki, həmin sərəncamla sovxoza ayrılmış torpaq sahəsi sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X7 - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 balansına keçmiş və həmin torpaq sahəsindən X6 21 may 2003-cü il tarixli 28 saylı əmri ilə vətəndaşlara əlavə olunmuş siyahı üzrə torpaq sahəsi ayrılmışdır. Qeyd edilməlidir ki, Prezidentinin İşlər İdarəsinin X6 xx.xx.2003-cü il tarixli 02 saylı protokolunda təsdiq edilmiş siyahıda 96-cı sırada iddiaçının adı göstərilmişdir. Cavabdehin imtina əsasını təşkil edən iddiaçının soyadına münasibətdə məhkəmə qeyd edir ki, torpaq ayrılan zaman ilkinhüquqmüəyyənedici sənədlərdə iddiaçının soyadı Rəsulova qeyd edilmişdir. İddiaçı 2011-ci il tarixində nikaha daxil olduqdan sonra ərinin soyadı olan Babayeva soyadını götürmüşdür. Bu ikinhüquqmüəyyənedici sənədlərin mötəbərliyini şübhə altına salan əsas kimi çıxış etməməklə formal imtina xarakteri daşıyır. Cavabdeh orqanın digər imtina əsasını təşkil edə torpaq sahəsinin ümumi hasar daxilində yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə əmrin surəti ilə yanaşı ayrılmış torpaq sahəsinin naturada ayrılmasını göstərən və yerini müəyyən etməyə imkan verən yerləşmə cizgisi də arxivdə mövcuddur. Həmin yerləşmə cizgisində torpaq sahəsinin naturada yerləşməsi ilə yanaşı koordinatları da göstərilmişdir. Həmçinin cavabdeh orqanın mütəxəssisləri tərəfindən keçirilən yerli müayinədə iddia olunan torpaq sahəsinin yerləşməsi tam olaraq müəyyən olunmuş, koordinatları qeyd edilərək məhkəməyə təqdim olunmuşdur. Belə olduğu halda, iddia olunan torpaq sahəsinin naturada yerləşmə yeri müəyyən olduğundan onun ümumi hasar daxilində yerləşməsi torpaq sahəsinin qeydiyyatına mane təşkil edəcək əsas qismində çıxış etmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Beləliklə, istinad olunan normalardan görünür ki, torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ilk əvvəl onun planı və ölçüsü təqdim edilməli, plan ölçünün təqdim edilməsi üçün onun tərtib edilməsi məqsədilə torpaqayıran qurum tərəfindən torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilməli, həmin cizgiyə uyğun mərzçəkmə və inventarlaşdırma işləri həyata keçirilməlidir. İddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı və X6 21 may 2003-cü il tarixli 28 saylı əmrini məhləmə təqdim etmiş, həmin əmrlərin arxivdə mövcudluğu müəyyən olunmaqla mötəbərliyi sübut olunmuş və yerləşmə cizgisinin olması iddia olunan torpaq sahəsinin məhz əmr ilə ona ayrılmış torpaq sahəsi olduğunu müəyyən etməyə əsas vermişdir. Hazırkı halda həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.\ Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Buzovna küçəsində yerləşən 0.20 ha. torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar